Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

məsuliyyətidir. Bu, mədəniyyətlərarası dialoq üçün bir açardır. Çünki, bu bizi 

başqaları  haqda streotip yolla “başqası” kimi yox, həmvətən kimi düşünməyə 

dəvət edir. Vətəndaşlığın əldə edilməsinin sürətləndirilməsi qanuni və tənzimedici 

məsələ olduğu kimi həm də  tərbiyəvi məsələdir. Vətəndaşlıq mülki iştirakı 

genişləndirərək, yeni gələnlərin özləri ilə gətirdikləri əlavə dəyərlərə öz töhvəsini 

verir və bu da öz növbəsində sosial birliyi daha da möhkəmləndirir. 

 

(89) Bütün sakinlərin yerli icmanın həyatında fəal iştirakı icmanın tərəqqisinə öz 



töhvəsini verir və inteqrasiyanı genişləndirir. 

Bələdiyyədə  də  və ya regionda leqal olaraq məskunlaşan  əcnəbilərin yerli və 

regional seçkilərdə iştirak hüququ, iştirakçılığın irəli sürülməsində bir vasitədir. 

  

(90) Avropa Vətəndaşlıq Konvensiyası (1997), vətəndaşlıq ərizəsi ilə müracitədən 



əvvəl maksimum 10 illik müddət ilə öz ərazisində adi və qanuni məskun olan 

şəxslərin vətəndaşlığa qəbul olunmasının təmin edilməsini konvensiyaya tərəf olan 

dövlətlərə tapşırır. Bu, mənşəcə vətəndaşı olduğu ölkə vətəndaşlığının ləğvini tələb 

etmir.  Əcnəbi uşaqların doğulduqları  və yaşadığları ölkənin vətəndaşlığını  əldə 

etmək hüququ inteqrasiyanı daha da sürətləndirə bilər. 

 

(91) Nazirlər Komitəsi siyasi və mülki azad etmələrin səviyyəsinin artmasına, 



demokratik institutlara inamsızlığa, həmçinin ksenofobiya və irqçilik təhlükəsinin 

artmasına görə öz narahatlığını bildirdi. Hələ  də Avropada qarışıq meyllər 

mövcuddur. Üzv dövlətlərin bəzilərində müşahdə edilən ictimai inamın yüksək 

səviyyəsi və  vətəndaş  cəmiyyəti təşkilatlarının hüquq normaları ilə  dəstəklənən 

qərəzsiz ictimai orqanlarla, demokratik idarəçilik sisteminə  əlaqələndirilməsi, 

iştirakçılığı irəli çəkir. Azlıqların bəzi üzvlərinin iştirakçılığının genişləndirilməsi 

və Sosial  İnama töhvə verilməsi, mədəniyyətlərarası dialoq vətəndaş üçün 

demokratiyanı daha da mənalı ede bilər. 

 

(92) Bu mənada  yerli və regional dövlər orqanları  həlledici rol oynayırlar.Yerli 



Səviyyədə  İctimai Həyatda  Əcnəbilərin  İştirakı barədə Avropa Şurası 

Konvensiyası  əcnəbilərin iştirakının genişləndirilməsini tələb edir . Kişi azlıq 

liderlərin münasib önləyici kimi təkcə ilk nəsilə baxma həvəsinin qarşısın almağa 

ehtiyac var. 

Azlıq icmaları daxilində müxtəliflik və sosial əlaqələrin tanınması  və xüsusilə 

gənclərin cəlb olunması çox vacibdir. 



 

4.3 Mədəniyyətlərarası biliklərin öyrənilməsi və tədris olunması 

 

(93) Mədəniyyətlərarası dialoq üçün vacib olan bacarıqlar avtomatik olaraq əldə 

olunmur. Bütün ömür boyu onların öyrənilməsi, tədbiq edilməsi və qorunmasına 

ehtiyac vardır. 

 Dövlət orqanları, təhsil peşəkarları, vətəndaş cəmiyyəti təşkilatları, dini birliklər

media və bütün təhsil təminatçıları bütün səviyyələrdə  və bütün təşkilati 

kontekstlərdə  mədəniyyətlərarası dialoqa yardım edilməsində  və Avropa Şurası 



tərəfindən müdafiə olunan əsas dəyər və məqsədlərin əldə olunmasında mühüm rol 

oynaya bilər. Xüsusilə Avropa İttifaqı, UNESCO, ALESCO və bu sahədə çalışan 

digər tərəfdaşlarla institusional əməkdaşlıq çox əhəmiyyətlidir. 

 

4.3.1 Əsas səlahiyyət sahələri: demokrayik vətəndaşlıq, dil, tarix. 

(94)  Mədəniyyətlərarası  və dinlərarası dialoq və  həmrəylik, qarşılıqlı anlaşma, 

ictimai birlik, açıq, ədalətli, tolerant və azad cəmiyyət üçün, həmçinin qadın və kişi 

bərabərliyi üçün demokratik vətəndaşlıq təhsili fundamentaldır. Bu, fərdə aktiv

məsuliyyətli və başqaları üçün hörmətli bir vətəndaş kimi fəaliyyət göstərməyə 

imkan verən müvafiq icmalar və ailələr, peşə  təlimi də daxil olmaqla, formal, 

qeyri-formal və qeyri-rəsmi təhsil fəaliyyətini əhatə edir. 

Demokratik vətəndaşlıq təhsili mədəni irs və qlobal kontekstdə  cəmiyyətlərin 

təhsili, siyasi və insan hüquqları  təhsili, tarix, mülki və digər təhsili özündə 

birləşdirir. 

Bu, çoxplanlı yanaşmaları dəstəkləyir və xüsusilə düşünmə bacarığını  və  mədəni 

cəhətdən müxtlif olan cəmiyyətlərdəki həyatda özünü tənqid xarakterinin 

vacibliyini, münasibətlər və bacarıqlar, biliklərin  əldə edilməsini bir yerdə 

cəmləşdirir. 

 

(95) Dil mədəniyyətlərarası söhbətlərin aparılmasında çox vaxt maneə rolunu 



oynayır. 

Mədəniyyətlərarası yanaşma azlıqların işlətdiyi dillərin dəyərini tanıyır, lakin 

bununla belə azlıqların tam vətəndaş kimi fəaliyyət göstərməsi üçün həmin ölkədə 

çoxluğun istifadə etdiyi dilin mənimsənilməsini əhəmiyyətli sayır. Onların Avropa 

mədəni zənginliyinə öz töhvəsini verdiyi üçün Regional və Azlıq dilləri üzrə 

Avropa Xartiyası az danışılan dillərin mümkün məhvdən qorunmasına səsləyir və 

belə dillərin istifadəsini ayrılmaz bir hüquq hesab edir. Çoxdilçilik dəyərlərinin 

vurğulanması ilə eyni vaxtda, müəyyən bir dövlətdə azlıqların istifadəsində olan 

dillərin qorunması  rəsmi dillərə  və onların öyrənilməsinə olan ehtiyaca ziyan 

vurmamalıdır. Dilin öyrənilməsi öyrənənlərə  fərdlərin streotipləşdirilməsindən 

yayınmağa, başqa mədəniyyətləri kəşf etməyə  və başqalarına olan marağı  və 

səmimiliyi inkişaf etdirməyə kömək edir. Dilin öyrənilməsi onlara müxtəlif sosial  

mənsubiyyəti və  mədəniyyəti olan fərdlərə qarşılıqlı  təsirin zəngin bir təcrübə 

olduğunu anlamağa kömək edir. 

 

(96) Nazirlər Komitəsinin 21-ci əsr Avropa Tarixinin Öyrənilməsinə dair Tövsiyəsi  



şagirdlərdə, xüsusilə mübahisəli və həssas məsələlərdə şoxperspektivliyə əsaslanan 

açıq debat və tarixi dəlillərin araşdırılması  və dialoqlar yolu ilə, informasiyanın 

tənqidi və məsuliyyətli tərcümə və analiz edilməsində intellektual bacarığın inkişaf  

etdirilməsinə olan ehtiyacı vurğulayır. Tarixin öyrənilməsi, AŞ-nın fundamental 

dəyərlərinin irəli çəkilməsində, keçmiş yaralara üstün gəlməkdə, etnik təmizləmə  

və insan haqlarının kütləvi pozulmasının, genosid, tam məhv etmə (holocaust) və 

insanlıq əleyhinə digər cinayətlərin təkrar və inkar olunmasına mane olmasında bir 

vasitədir. Bu, insanlar arasında qarşılıqlı inam və anlaşma, tanıma və barışıqda əsas 

faktordur. Demokratik Avropada Tarixin öyrənilməsi tolerantlıq prinsipi və milli 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə