Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

cəmiyyətlərdə fəaliyyət göstərmək üçün təlim keçməlidirlər. Mədəniyyət dinamik 

olmalı, təcrübə ilə xarakterizə olunmalıdır. Media obyektiv informasiyanı, aydın 

fikir və  tələb olunan sterotipləri yaymağa çağırılmalıdır. Burada xüsusilə sağlam 

vətəndaş  cəmiyyətni cəlb edən təşəbbüslərn çoxluğu və öhdəlikli tərəfdaşlar 

olmalıdır. 

 

4.1.2 İnsan hüquqları və fundamental azadlıqlar 

 

(80)  İnsan hüquqları  mədəniyyətlərarası dioloqun təcrübədə  tətbiqi üçün mühüm 

çərçivə yaradır. Avropa insan hüquqları konvensiyasının  ən mühüm qərarları 

arasında  fikir və onun ifadə edilməsi azadlığı, dini azadlıq, sərbəst toplaşma və 

təşkilatlanmaya, özəlləşmə  və ailə həyatına olan hüquqlar yer alır. Konvensiyada 

göstərilən hüquqlardan heç bir formada ayrıseçkilik edilmədən istifadə edilməlidir. 

Bundan  əlavə konvensiyanın  №12 protokolu ümumilikdə ayrıseçkiliyin qadağan 

olunmasını  təmin edir. Mülki və siyasi hüquqlardan əlavə portfel hüquqlar, 

həmçinin özündə beynəlxalq iqtisadi, sosial və  mədəni hüquqlar Kovenantı kimi 

müxtəlif xartiyalar və konvensiyalarda müəyyən edilmiş  mədəni hüquqlar və 

xüsusi ilə  əlil qruplara mənsub (məşğulluq, təhsil, sosial müdafiə, sağlamlıq, 

sığınacaq  əldə edilməsi) insanlarla əlaqəsi olan məsələlərə ünvanlanan, Avropa 

sosial xartiyasından irəli gələn sosial iqtisadi hüquqları da özündə birləşdirir. 

 

(81) Avropa insan hüquqları konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində 



təsdiq edir ki,  fikir ifadə etmə azadlığı olmadan mədəniyyətlərarası dioloqda 

iştirak etmək mümkün deyil. Özündə müxtəlif vəzifə  və  məsuliyyəti daşıyan bu 

azadlıqdan istifadə Avropa İnsan Hüquqları konvensiyasının 10-cu maddəsinin, 2-

ci bəndində müəyyən olunmuş xüsusi vəziyyətlərdə məhdudlaşdırıla bilər. Son illər 

“Mənsubiyyıtı görə alçaltma” Avropa İnsan Hüquqları  Məhkəməsinin 

narahatçılığının atmasına səbəb olmuşdur və  məhkəmə öz yurisdiksiyasında 

vəziyyətdən asılı olaraq fikir azadlığı hüququna təhlükə yarandıqda sərhədlər 

qoymuşdur. 

 

(82) Bəzi ifadələr tolerantlıq mədəniyyətinin özünə  təhlükə ola biləcək qədər 



xoşagəlməz, biabırçı və təhqiredicidir- əslində, onlar azlıq üzvlərinə qarşı insafsız 

təhqir kimi təsir etməkdən əlavə, həmçinin onları qorxu və təhlükəyə məruz qoya 

bilir. Dözülməzliyə  əsaslanan nifrətə sövq etmə Konvensiya və  Məhkəmə 

yurisdiksiyası ilə müəyyənləşmiş fundamental hüquq və azadlıqlara hörmət 

edilməsinə uyğun deyildir. 

 

(83) Avropa İnsan Haqları Məhkəməsi hətta “təhqir, sarsıdıcı, narahatedici” fikir 



ifadələrinin qorunmalı olduğunu göstərərək, azad fikrin ifadəsinə qoyulan 

məhdudiyyətlərə qarşı böyük maneələr qoymuşdur (18). Bu isə, məsələn, 

başqasının dinini tənqid etməkdə  sərbəstlik verilməsi deməkdir (qəbul etdikləri 

ideyaları seçə bilmək kimi). 

Məhkəmə fikir ifadəetmənin təsir və  məzmununu, xüsusilə onların ümumi maraq 

məsələri üzrə ictimai pluralist debatlara töhvə verib verməməsini nəzərə alır. 




 

(84)Media üçün əsas prinsip hətta  əgər obyektiv informasiyanın toplanması  və 

yayılmasında məsuliyyət daşıyan, ictimaiyyəti narahat edən məsələlərlə bağlı 

qərarların qiymətləndirilməsi də daxil olmaqla öz fikirlərini sərbəst ifadə etməli 

olan jurnalistlərin xüsusi vəzifə  və öhdəliklərinin tanındığı halda belə, azad fikir 

ifadəsinin qorunmasıdır. 

Cəmiyyətin məlumatlandırılmasında onların  əhəmiyyətini düşünərək, qarşılıqlı 

anlaşma və tolerantlıq mədəniyyətinin irəli çəkilməsi baxımından din, dil, mədəni 

və etnik sərhədlər üzərindən  əməkdaşlıq və  mədəniyyətlərarası dialoqun 

vacibliyindən media peşəkarlarının xəbərdar olmasına şərait yaradılmasına ehtiyac 

vardır. 

 

4.1.3 Bərabər imkanlardan hüquqların bərabər yiyələnməsinə. 

 

(85) Sosial Birləşmə üçün Təkmilləşdirilmiş Strategiyaya əsaslanan “Avropa 



Sosial Modeli”, yaşayış imkanlarının hərtərəfli bərabərliyinin təmin edilməsini 

axtarır. Öz hüquqlarının qorunmasını daha çox istəyənlər çox vaxt onları  tələb 

etmək üçün yaxşı  şəraitlə  təmin olunmuşlar. Hər kəsin faktiki olaraq hüquqlara 

yiyələnməsini təmin etmək üçün, hüquqların qanunla qurunması müəyyən olunmuş 

sosial siyasi ölçülərlə müşayət olunmalıdır. Bununla da Avropa Sosial Xartiyası və 

Miqrant  İşçilərin Hüquqi Statusu barədə Avropa Konvensiyasında məsələn, qeyd 

olunur ki, üzv dövlətlər onların ərazisində məskunlaşmış miqrant işçilər və onların 

ailələrinə sosial və iqtisadi kontekstdə öz xalqlarına verilmiş  bərabər istifadə 

hüququ verməlidirlər. 

 

(86) Bundan başqa, ayrı-seçkiliyə yol verməmə prinsipindən irəli gələrək, dövlətlər 



həmçinin əlil qrup üzvlərinə qarşı müşahidə edilən bərabərsizlik və ayrıseçkiliyin 

qrşısını almaq üçün müsbət ölçülü tədbirlərin görülməsinə ruhlandırılmalıdırlar. 

İctimai sferada dövlət qurumları dini və  mədəni məsələlərdə neytrallığın ifadə 

olunmasına, ayrı-seçkiliyin qadağan olunmasına ciddi hörmət etməlidirlər.  

Bununla belə,  formal bərabərlik həmişə kifayət olmur və  bəzi hallarda effektiv 

bərabərliyin irəli çəkilməsi, ayrı-seçkiliyə yol verməmə prinsipi ilə  əlaqəli olan 

xüsusi tədbirlərin həyata keçirilməsini zəruri edir. Müəyyən hallarda bərabərsizliyi 

yoluna qoymaqda fərqli münasibətin olmaması, səbəbsiz və obyektiv 

əsaslandırılmadan diskriminasiya kimi dəyərləndirə bilər. 

 

(87) Bu müxtəlifliyə uyğunlaşmaq üçün müəyyən məhdudiyyətlərlə praktik 



tədbirlərin görülməsini zəruri edə bilər. Belə uyğunlaşma tədbirləri digərlərinin 

hüquqlrını pozmamalı  və ya qeyri-bərabər təşkilati çətinliklər və ya hədsiz 

xərclərlə nəticələnməməlidir. 

 

4.2 Demokratik vətəndaşlıq və iştirak 



 

(88) Vətəndaşlıq geniş  mənada, digərləri ilə birlikdə  mədəniyyəti, sosial, iqtisadi 

həyatda, həmçinin dövlələt işlərində  iştirak etmək hüququ və  əslində 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə