Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

dini icmaların nümayəndələrini Avropa Şurasının insan hüquqları gündəliyi ilə 

birləşdirmək məqsədilə bir araya gətirən  İnsan Hüquqları Komissiya tərəfindən  

keçirilənseminarları vasitəsilə  məşğul olur. Dini qaydalar müasir insan həyatının 

bir hissəsidir və  baxmayaraq ki, dövlət  müxtəlif dinlər, etiqadlar və inancların 

həyata keçirilməsində bitərəf mövqeyini qoruyub saxlamalıdır, o hakimiyyət 

orqanlarının maraqları sferasından çıxarıla bilməz və çıxarılmamalıdır.

12

 

  “Volqa 



Forum Bəyannaməsi” (2006)

13

 bunun universal dəyər və prinsiplərlə 



əsaslandırılmalı olduğunu qəbul etdiyi  kimi Avropa Şurasından dini təşkilatlarla 

“açıq,  şəffaf və müntəzəm dialoq”a girməyini də  tələb edir. Bu ayrıca üzv 

dövlətlərin dini icmalarla dialoqa girdiyi dəyirmi masa yanaşmasına cavab ola 

bilər. Mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair 

 San Marino Bəyyannaməsi

 

(2007)



14

  təsdiq edir ki, dinlər dialoqun inkişaf etdirə bilərlər. O məzmunu  birgə 

məqsəd kimi insan ləyaqətini qadın və kişilər arasındakı  bərabərlik də daxil 

olmaqla  insan hüquqlarının inkişafı yolu ilə qorumaq, sosial birləşmələri 

gücləndirmək və qarşılıqlı anlaşma və ehtiramı artırmaq olaraq müəyyən edir. San 

Marina Bəyannaməsində,  dini və  vətəndaş  cəmiyyəti nümayəndələri Avropa 

Şurasının bu sahədəki marağını arzu olunan hesab edirlər; Onlar  Avropa Şurasının  

fikir, vicdan  və etiqad azadlıqlarını,bütün vətəndaşların hüquq və  vəzifələrini 

dövlət və dinlərin  müvafiq muxtariyyətini müdafiə edərkən müxtəlif dinlərə qarşı 

bitərəf qalacağını tanıyırlar. Onlar  ictimai siyasətin səhiyyə  və  təhsil kimi digər 

sahələrində  dini inancı olmayanların hüquqlarına hörmət  əsasında, ayrı-seçkiliyə 

yol vermədən dini qaydaların təsirini müzakirələrinaparılması üçün müvafiq iclasın 

keçirilməsinə ehtiyac olduğunu hesab edirlər.    Dini  inancı olmayanların da dini 

nümayəndələrlə yanaşı  əməkdaşlıq etmək, cəmiyyətin mənəvi  əsaslarının  

müzakirəsi və  mədəniyyətlərarası dialoq forumlarında  iştirak etməkdə  bərabər 

hüquqa malikdirlər. 

 

 

(74) 8 Aprel 2008-ci ildə Avropa Şurası eksperimental baza əsasında 



mədəniyyətlərarası dialoqun dini ölçülər üzrə 

 

“Dini və inam  faktlarının 



öyrədilməsi. Təhsildə din və etiqadlar haqqında bilik əldə etmək üçün vasitə; 

təhsilə demokratik vətəndaşlıq, insan hüquqları və mədəniyyətlərarası dialoq üçün 

töhfə.  ” mövzusunda müzakirə  təşkil etdi. “Müzakirə”də  təşkilatın institusional 

tərəfdaşları, Avropa Komissiyası, Avropda ənənəvi təmsil olunan  və digər dini 

nümayəndələr, INGO/NGO  nümayəndələri, ekspert və  mətbuat nümayəndələri, 

Avropa  Şurasının üzv və müşahidəçi qismində  çıxış edən dövlətləri də  iştirak 

etdilər. Bu yenilikçi və eksperimental hadisənin  əsas məqsədi Avropa Şurasının 

insan hüquqlarına hörmət, demokratiyanın təşviqi və hüquq qaydası kimi  

fundamental dəyərlərini inkişaf etdirmək və gücləndirmək və Avropa cəmiyyəti 

daxilində qarşılıqlı hörmət, dözümlülük və anlaşmaya yardım etməkdir. Bu  hadisə 

digər etiqadlarn nümayəndələri də daxil olmaqla din nümayəndələrini  və vətəndaş 

cəmiyyətinin aktorlarını   həmin dəyərlər mövzusu ilə bağlı  açıq, şəffaf dialoqda 

birləşdirdi. Məqsəd nə teoloji müzakirə ilə  məşğul olmaq nə  də 

dinlərarası(təriqətlərarası)

 

dialoqa çərçivə olmaq idi.  



 


 

(75)  Dövlət hakimiyyəti ilə dini icmalar arasındakı dialoqun ayrıca 

həvəsləndirilməsi ilə yanaşı, dini icmaların öz aralarında da dialoqa (dinlərarası 

dialoqa)  ehtiyac vardır. Avropa Şurası  çox mədəniyyətli (multikulturalist) 

Avropada insan hüquqları, demokratiya və hüquq qaydasının inkişaf etdirilməsində 

fəal iştirak etmək üçün  mədəniyyətlərarası dialoq və dini icmaların bir hissəsi  

kimi birbaşa öz azadlığı  çərçivəsində olmayan dinlərarası dialoqu tanımışdır. 

Dinlərarası dialoq həmçinin cəmiyyət daxilindəki sosial problemlərin həlli 

barəsində konsensus əldə etmək üçün  faydalı ola bilər. Bundan başqa  Avropa 

Şurası  icitmai hakimiyyətə  milli hüquqa əsaslanan tanımaya cəhd göstərən din və 

etiqadın səlahiyyətli nümayəndələrilə  əlaqə yaratmaq məqsədilə  dini icma və 

fəlsəfi  cərəyanlar( dinlər daxili və etiqdlar daxili dialoq) arasında da dialoqa 

ehtiyac olduğunu görür.

 

 



4. Mədəniyyətlərarası dialoqun təşviqinə beş siyasi yanaşma: 

(76) Mədəniyyətlərarası dialoqun təşviqinə hər  növ dəstəyi dəstəyi cəlb edən və 

qarşılıqlı  əlaqədə olan beş yanaşma mövcuddur. Bu mədəni müxtəlifliyin 

idarəedilməsindən asılıdır. Bu iştirak və demokratik vətəndaşlığı  tələb edir. Bu 

mədəniyyətlərarası səlahiyyətlərin tanınmasını tələb edir. Bunun dialoq üçün açıq 

məna ehtiyacı var. Yekun olaraq bu işlər beynəlxalq miqyasda aparılmalıdır. Bu 

beş səviyyədə təşəbüslərə cəhd edilməli və yoxlanılmalıdır. 

 

4.1 Mədəni müxtəlifliyin demokratik idarəçiliyi 



4.1.1 Müxtəlifliyin siyasi mədəni dəyərləndirilməsi 

 

(77) Qarşılıqlı hörmət və qeyri-ayrıseçkilik, tolerantlıq, pluralizm, hüquq 

qaydaları, insan hüquqları və fundamental azadlıqlar, ümumi demokratik dəyərlər 

müxtəlifliyin siyasi mədəni dəyərləndirilməsinin təməl daşlarıdır. 

 

(78) Mədəni müxtəliflik yalnız demokratiyanın, azlıqlara məxsus insan 



hüquqlarının və çoxluq qaydalarının uyğunlaşdırıldığı vaxt inkişaf edə bilər. Hər 

kəsin hüquqlarını effektiv təmin etmədən coxluğun öz istəyini azlığın üzərinə 

qoyması, ümumi Avropa konstitutsional irsinin prinsiplərinə uyğun deyildir. 

Müxtəliflik və birliyə nail olmağı öhdəliyini daşıyan avropa cəmiyyəti, “qalib 

gələn hər  şeyi  əldə edir” cəmiyyəti ola bilməz,  əksinə o siyasi arenanı qarşılıqlı 

hörmət və  bərabərlik dəyərləri ilə  əhatə etməlidir. Demokratiya, çoxluğun 

fikirlərinin həmişə üstünlük təşkil etməsini bildirmir. Üstün mövqedən sui-

istifadədən çəkinməli və azlıqlara mənsub insanlarla ədalətli və  ləyaqətli rəftarı 

təmin edən tarazlıq əldə edilməlidir. 

 

(79) Mədəni puluralizmə  dəstək olan siyasi mədəniyyətin inkişafı  tələb olunan 



məsələdir. Bu, insanların iştirakçılıq və öz fikirlərini ifadə etməyə imkan verən 

sahələrin, yeni və  tənqidi düşünmək qabiliyyətini formalaşdıran təhsil sisteminin 

yaranmasına səbəb olur. Güc hüquq rəsmiləri, siyasətçilər, müəllimlər və vətəndaş 

cəmiyyəti liderləri kimi digər peşəkar qruplar, mədəni müxtəlifliyi olan 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə