Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

Avropa Şurası özünün Fəaliyyət Proqramları vasitəsilə ona üzv ölkələr, vətəndaş 

cəmiyyəti və digər səhmdarlar arasında mədəniyyətlərarası dialoqla bağlı gedən 

müzakirələrdə insan hüquqları, demokratiya və qanun normaları sahələrində 

formalaşmış təcrübəsindən istifadə etməyə davam edir və bununla da beynəlxalq, 

milli və yerli səviyyədə addımlar atır. 

(138) Ümumiyyətlə, Avropa Şurası özünün bu sənəddə qeyd olunan öhdəliklərini 

layiqincə yerinə yetirəcəyi təqdirdə, mədəniyyətlərarası dialoq daha çox müzakirə 

olunmağa ehtiyac duyacaqdır. Avropa Şurasının Tədbirlər Proqramı davamlı  və 

gücləndirilmiş dialoq üçün bir sıra imkanlar təklif edir. Belə hallar, nazirlərin 

konfransları, parlament müzakirələri, gənclər təşkilatları ilə aparılan təlim 

seminarları, eləcə  də Avropa Şurası  tərəfindən təşkil olunan və bu Ağ Kağıza 

kifayət qədər töhfələr verən “Mədəniyyətlərarası forum” kimi ekspert müzakirələri 

tərəfindən təxirə salınır. Gələcəkdə  mədəniyyətlərarası forum təşkil etmək üçün 

müvafiq üsullar araşdırılacaqdır. 

 

(139) Digər bir misal jurnalistlər və dini birliklərin nümayəndələri ilə yanaşı, 



vətəndaş  cəmiyyətindən olan səhmdarlar və hökumət ekspertlərinin iştirakı ilə 

planlaşdırılmış konfransdan ibarətdir. Onun əsas məqsədi mədəni müxtəlifliyin 

müşahidə olunduğu cəmiyyətlərdə mürəkkəb insan hüquqları, xüsusilə  də söz və 

din azadlığı ilə bağlı məsələləri qabartmaqdan ibarətdir. 

 

Ayrı-seçkilik əleyhinə Avropa miqyaslı Kompaniya 

 

Mətbuat sahəsində peşəkarlar və jurnalistikanın təlim institutları ilə birlikdə 

Avropa  Şurası 2008 – ci ildə ayrı – seçkilik əleyhinə kompaniya keçirməyi 

planlaşdırır. Bu kompaniya çox mədəniyyətli Avropada mətbuatın rolunu daha 

qabarıq şəkildə nəzərə çatdıracaqdır. 

 

(140) “Hamı müxtəlif – Hamı  Bərabər” adlı  gənclər kampaniyası üzərində 



formalaşan, lakin geniş auditoriyanı öz əhatəsinə alan ayrı seçkilik əleyhinə yeni 

kampaniya ayrı – seçkilik və irqçilik, xüsusilə  də anti-Semitizm, İslamçılıq və 

qaraçılar əleyhinə bütün formaları özündə birləşdirir. 

 

(141) Mədəniyyət siyasəti sahəsində, Avropa Şurası  mədəniyyət siyasəti və 



standartlar üzrə informasiya bölgüsü və yaxşı təcrübə nümunələrinin sənədləşməsi 

üçün hamının iştirakına  şərait yaradacaq və bunu asanlaşdıracaq mədəniyyət 

siyasətinin müdafiə olunması istiqamətində öz sistemlərini inkişaf etdirəcəkdir. 

“Mədəniyyət siyasəti üzrə Kompendium” yeniləşdirilməyə  və inkişaf etdirilməyə 

davam etdiriləcək. Avropa Şurası məlumatların toplanması və analizi, eləcə də üzv 

ölkələrdə, üzv ölkələrin mədəniyyətlərarası dialoqla bağlı müvafiq məlumatlarının 

hazırlanmasında digər beynəlxalq və Avropa institutları ilə əməkdaşlıq edəcəkdir. 

 

5.2. Demokratik vətəndaşlıq və iştirak 



 


(142) Azlıq və çoxluqların cəlb olunduğu təhsil istiqamətində olan təşəbbüslər 

və praktiki tədbirlər vasitəsilə lazımi dialoq quruluşunun inkişaf etdirilməsi 

üçün dövlət orqanları  və bütün sosial qüvvələrə yardım göstərilir. 

Demokratiya  şəxsin ictimai fəaliyyətə  fəal cəlb olunmasından asılıdır. Kiminsə 

cəmiyyət həyatından kənarlaşdırılması  ədalətli hesab oluna bilməz və bu 

mədəniyyətlərarası dialoq üçün ciddi problemlər yaradacaq. 

 

(143) Dialoqun davamlı formaları – məsələn, dövlət orqanları qarşısında xarici 



sakinləri təmsil etmək üçün məşvərətçi orqanlar və Yerli və Regional dövlət 

orqanları Konqresi tərəfindən məsləhət görülən “yerli inteqrasiya komitələri” – 

əhəmiyyətli töhfələr verə bilərlər. 

 

(144)  Vətəndaş olmayanların insan hüquqlarından istifadə etmələrinə güclü 



məhdudiyyət qoyulmamalıdır.  Azlıqların hüquqlarının,  əsasən də  mədəni

linqvistik və birgə hüquqların üstünlük təşkil etdiyi insan hüquqlarının universal 

xüsusiyyətinin qeyd edilməsi hamının öz hüquqlarından tam istifadə etməsinə 

təminat vermək üçün mühüm əhəmiyyətə malikdir. Bu fikir Venesiya 

Konvensiyası tərəfindən qeyd edilmişdir. 

 

(145) Dövlət orqanları onların yurisdiksiyasında olan bütün qanuni sakinlərin 



yerli səviyyədə ictimai həyatda fəal iştirak və 

Xarici vətəndaşların yerli 

səviyyədə ictimai həyatda iştirakı üzrə Konvensiya-

nın prinsiplərinə uyğun 

olaraq regional və yerli səviyyədə  təşkil olunan seçkilərdə  səsvermə 

hüquqlarından istifadə etmələrinə  şərait yaratmalıdırlar. Demokratik 

vətəndaşlıq milli vətəndaşlıq statusu ilə məhdudlaşdırıldığına görə dövlət orqanları 

Milliyyət üzrə Avropa Konvensiyasında

    öz  əksini tapan prinsiplərlə uyğunluq 

təşkil edən qanuni vətəndaşlığın  əldə olunması üçün müəyyən razılıqlar  əldə 

etməlidirlər. 



(146) Dövlət orqanları iştirak və demokratik vətəndaşlığı təbliğ edən vətəndaş 

cəmiyyəti təşkilatları, xüsusilə  də, gənclər və miqrantlar da daxil olmaqla 

azlıqlara aid olan şəxslərlə  işləyən və ya onları  təmsil edənlərin işinə  fəal 

şəkildə dəstək olmalıdırlar. Demokratik vətəndaşlıq və iştirak vətəndaş cəmiyyət 

təşkilatları vasitəsilə mütəmadi olaraq həyata keçirilməlidir. Bunlar – xüsusi 

qruplara aid olan insanların ehtiyaclarını ödəyən xidmət təminatçıları, müxtəlif 

qruplara və ya azlıqlara aid olan insanların hüquqlarını müdafiə edən vəkillər və ya 

sosial inteqrasiyanın daima hərəkətdə olan heyəti üçün mədəni müxtəlifliyi olan 

cəmiyyətlərdə mühüm əhəmiyyət kəsb edən rollarını oynamağa imkan 

yaratmalıdırlar. Xüsusi azlıq təşkil edən qruplar və  mədəniyyətlərarası birliklərin 

nümayəndələri mədəniyyətlərarası dialoq səhnəsində tənqidi həmsöhbətdirlər.  

(147) Milli inteqrasiya planının inkişafı, layihə  və proqramların dizayn və 

çatdırılması, və onların sonrakı qiymətləndirilməsi belə birliklərin fəal şəkildə cəlb 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə