Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   16   17   18   19   20   21   22   23   24

Şurası  mətbuat işçilərinin savadlılığının artırılması sahəsində  də  işlərini davam 

etdirəcəkdir. 

 

(164) Bu fəaliyyətlər mədəniyyətlərarası anlamın genişləndirilməsi və 



mədəniyyətlərarası dialoqda mühüm rol oynayan mədəni irsə  çıxışın 

asanlaşdırılmasına istiqamətlənmiş  mədəniyyət və irs siyasəti sahələrində irəli 

sürülən təşəbbüslər ilə tamamlanacaqdır. Bununla əlaqədar olaraq, mədəni 

zənginləşmənin və müxtəlifliyin mənbəyi kimi əsas diqqət müvafiq proqramlar 

vasitəsilə başqasının mədəni irsinin tanınması və ona olan hörmətə yönələcəkdir. 

 

5.4 Mədəniyyətlərarası dialoq üçün mühit 



 

(165) Mədəniyyətlərarası dialoq üçün mühitin yaradılması kollektiv şəkildə 

görülməsi nəzərdə tutulan bir işdir. Müvafiq, əlçatan və cəlbedici mühit olmadan 

mədəniyyətlərarası dialoq yarana bilməz. Bununla əlaqədar, Avropa Şurası bu 

istiqamətdə bir sıra rəylər hazırlayacaqdır. 

 

(166) Dövlət orqanları və bütün sosial aktorlar gündəlik həyat mühitində və 



fundamental azadlıqlara hörmət çərçivəsində  mədəniyyətlərarası dialoqu 

inkişaf etdirməyə dəvət olunurlar. Belə mühitin yaradılması üçün sonsuz sayda 

imkanlar var. 

 

(167) Dövlət orqanları özünüifadəetmə azadlığı  və demokratiya prinsipləri 



əsasında formalaşan dialoq üçün imkanların genişləndirilməsi yolu ilə  vətəndaşın 

həyatının və  şəhər mühitinin təşkilində  məsuliyyət daşıyırlar. Fiziki ərazilər və 

formalaşmış mühit ictimai həyatın əsas strateji elementidir. Xüsusi diqqət parklar

vətəndaşlar üçün meydanlar, hava limanları  və qatar stansiyaları kimi ictimai 

yerlərdə  rəhbərliyin təşkili və bu yerlərin dizaynına yönəlməlidir.  Şəhərsalanlar 

gözlənilməz görüşlər üçün kifayət qədər ictimai yeri olan “açıq  şəhərlər”in 

yaradılmasında ruhlandırılmalıdırlar. Müxtəlif istifadələr üçün nəzərdə tutulan və 

düşünülüb planlaşdırılaraq inşa olunan belə yerlər, mədəniyyətlərarası öhdəlik və 

yerlərlə bağlı bölüşdürülmüş vətəndaş rəyinin formalaşmasına şərait yaradır.  

 

(168) Dini icmalar və xüsusilə  də  vətəndaş  cəmiyyəti təşkilatları 



mədəniyyətlərarası  və dinlərarası  təsadüfi görüşlər üçün təşkilatı strukturun 

yaradılmasında məsuliyyət daşıyırlar. Özəl sektor və sosial partnyorlar əmin 

olmalıdırlar ki, işçi qüvvəsinin mədəni müxtəlifliyi münaqişələr doğurmayaraq, 

tam və birgə fəaliyyətin yaradılmasına yol açır. 

 

(169) Mətbuat sənayesinin məsləhəti  əsasında mənəvi kodeks vasitəsilə mühüm 



üsullarla inkişaf edən jurnalistika və jurnalistlərin mədəniyyət ruhlu təlimi 

mədəniyyətlərarası dialoq üçün münbit mühit ruhunu oynaya bilər. Daxili strukturu 

çərçivəsində cəmiyyətin fərqli tərkibini əks etdirmək məqsədilə mətbuat təşkilatları 

könüllü siyasət qəbul etməlidirlər. Bu siyasət müvafiq təlim layihələri ilə 

dəstəklənən, istehsal və idarəetmənin bütün səviyyələrində  əlverişsiz  şəraitdə 



yaşayan insan qrupları  və azlıqların üzvlərinin təmsil olunmasının inkişafını 

özündə birləşdirməli, bu qrupların müvafiq peşəkar bacarıqlarına xüsusi önəm 

verilməsini nəzərə almalıdır. 

 

 



 

 

Əlavə 1 



Avropa Şurasının mədəniyyətlərarası dialoqa aid seçilmiş konvensiya, 

bəyannamə, rəy və digər istinad sənədləri 

Seçilmiş Avropa Konvensiyaları 

Konvensiya 

(Razılaşmanın açılış tarixi; 2008-ci 

ilin aprel ayında olan ratifikasiya, 

qüvvəyə minmə və imzaların 

statusu) 

Ratifikasiya 

/ qüvvəyə 

minmə  

Ratifikasiya 

olunmamış 

imzalar 

İnsan Hüquqları və Fundamental 

Azadlıqların Müdafiəsi üzrə 

Konvensiya (1950) 

47 0 

Avropa Mədəniyyəti Konvensiyası 



(1954) 

49 0 


Miqrant İşçilərin Qanuni Statusu 

üzrə Avropa Konvensiyası (1977) 

11 4 

Ərazi Birlikləri və Orqanları 



arasında Trans-sərhəd əməkdaşlığı 

üzrə Avropanın İlkin Konvensiyası 

(1980) 

36 2 


Yerli Özünüidarə üzrə Avropa 

Nizamnaməsi (1985) 

43 1 

Trans-sərhəd Televiziyası üzrə 



Avropa Konvensiyası  (1989) 

32 7 


İctima Təhlükəsizliyin Avropa 

Kodu (islah olunmuş) (1990) 

0 14 

Xaricilərin yerli səviyyədə ictimai 



həyatda iştirakı üzrə Konvensiya 

(1992) 


8 5 


Regional və azlıqda olan xalqların 

dilləri üzrə Avropa Nizamnaməsi 

(1992) 

23 10 


Milli azlıqların müdafiəsi üzrə 

Çərçivə Konvensiyası (1995) 

39 4 

Avropa Sosial Nizamnaməsi 



(1961) və Avropanın islah olunmuş 

Sosial Nizamnaməsi (1996) 

39 8 

Avropa Regionunda Ali təhsil üzrə 



Kvalifikasiyaların Tanınması 

Konvensiyası (1997) 

47 4 

Milliyyət üzrə Avropa 



Konvensiyası (1997) 

16 11 


Gənclər üçün uzunmüddətli 

transmilli könüllü xidmətin 

təbliğatı üzrə Avropa Konvensiyası 

(2000) 


1 8 

Şəbəkə Cinayəti (kibercinayət) 

üzrə Konvensiya (2001) 

22 22 


Terrorizmin qarşısının alınması 

üzrə Avropa Şurasının 

Konvensiyası (2005) 

11 31 


İctimaiyyət üçün mədəni irsin 

dəyəri üzrə Avropa Şurasının 

Çərçivə Konvensiyası (2005) 

3 10 


 

 

Sammitlər, Nazirlər Konfransları və Nazirlər Komitəsinin Bəyannamələri 

 



 

14 may 1981 – ci ildə Nazirlər Komitəsi tərəfindən qəbul olunmuş 

“Dözümsüzlük bəyannaməsi – demokratiya üçün təhlükə”, 

 



16 Noyabr 1988 – ci ildə Nazirlər Komitəsi tərəfindən qəbul olunmuş “Kişi 

və qadınların Bərabərliyi haqqında Bəyannamə” 

 

1990 – cı ilin Aprel ayında Palermoda (İtaliya) keçirilmiş Mədəniyyət İşləri 



üzrə Avropa Nazirlərinin VI Konfransında qəbul olunmuş “Çoxmədəniyyətli 

cəmiyyət və Avropanın mədəni özünəməxsusluğu üzrə Bəyannamə”; 

 

1993-cü ilin oktyabr ayında Vyanada Avropa Şurası Dövlət və Hökumət 



başçılarının Birinci sammitində qəbul olunmuş “Vyana Bəyannaməsi”; 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə