Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   16   17   18   19   20   21   22   23   24

bağlı  xəbərdarlığı artırmaq; cəmiyyət  əleyhinə törədilmiş cinayətlərin qarşısının 

hansı yollarla alınacağını  şagirdlərə öyrətmək; və Avropa Şurasının fundamental 

prinsiplərinə sadiq qalmaqla, millətlər, etnik qruplar və dini birliklər arasında 

qarşılıqlı anlam, dostluq və dözümlülüyü gücləndirməkdə  məktəb  şagirdlərinə 

yardımçı olmağı nəzərdə tutur. 

(156) Mədəni müxtəlifliyi olan keçmişimizin qiymətləndirilməsi dünyanın əsas 

dini və qeyri dini inamları  və onların rollarının tanınması  və anlaşılmasını 

özündə birləşdirməlidir. Digər mühüm bir məqsəd gənclərdə, immiqrant və 

xüsusən də Avropalı kökləri  əvvəlki  əsrlərə gedən birlikləri özündə birləşdirən 

Avropanın ictimai və mədəni müxtəlifliyinin qiymətləndirilməsini təlqin etməkdən 

ibarətdir. 

(157) Artefaktlar, simvollar, mətnlər,  əşyalar, geyim və qida da daxil olmaqla 

yaradıcılığın müxtəlif ifadə olunma vasitələrinin qiymətləndirilməsi, onların hər 

biri tərəfindən digərinin öyrənilməsini özündə birləşdirməlidir. Musiqi, incəsənət 

və rəqs mədəniyyətlərarası tədris üçün güclü vasitə olmalıdır. 



 

(158) Məsuliyyətli dövlət orqanları da həmçinin, təhsil və  mədəni mübadilələr 

əsasında viza tələbləri və ya akademik heyət, tələbələr, artistlər və ifaçılar üçün iş 

və yaşayış icazəsini  əhatə edən siyasət və nizamlamaların təsirlərini nəzərə 

almalıdırlar. Müvafiq şəkildə  təşkil olunmuş nizamlama və siyasətlər 

mədəniyyətlərarası dialoqa böyük dəstək ola bilərlər. 

***  

Avropa Şurası mədəniyyətlərarası kompetensiyaların öyrənilməsi və tədrisinə 

istinad olunmuş    fəaliyyətini davam etdirmək niyyətindədir və bu kimi 

məsələlərə önəm verməyə davam edəcəkdir. 

 

Məsuliyyətli dövlət orqanları, təhsilin təminatçıları və bu sahədə fəaliyyət göstərən 

ekspertlər ilə  əməkdaşlıq nəticəsində Avropa Şurası  mədəniyyətlərarası 

kompetensiyanın təyinatı, inkişafı, paylanması  və ötürülməsi üzərində yaradıcı 

işini davam etdirəcək və dil siyasəti məsələlərində münasib təşəbbüslər həyata 

keçirəcəkdir. 

 

(159) Avropa Şurası  mədəniyyətlərarası  səlahiyyətlərin təhsil vasitəsilə 



ötürülməsində xüsusi məsuliyyət daşıyır. Formal təhsilə  gəldikdə isə, Avropa 

Şurası 


mədəniyyətlərarası kommunikasiya istiqamətində qazanılmış 

kompetensiyalardan ibarət istinad forması hazırlayacaq və “Yaxşı  təcrübə üçün 

bələdçi” tərtib edəcəkdir. Təşkilat demokratik mədəniyyət və  mədəniyyətlərarası 

dialoqun inkişafını 2010 – cu ildən sonra Avropanın Yüksək Təhsil Ərazisi-nin bir 

tərkib hissəsinə çevirmək üçün çalışacaqdır. Osloda demokratik vətəndaşlıq və 

mədəniyyətlərarası  təhsil üzrə  fəaliyyət göstərən Avropa Resurs Mərkəzi öz 




diqqətini müəllimlərə  mədəniyyətlərarası  səriştələrin ötürülməsi istiqamətində 

cəmləyəcək. 

 

(160) Avropa Şurası obyektivlik, tənqidi analiz və çox perspektivlilik, qarşılıqlı 



hörmət və dözümlülük və Avropa Şurasının mühüm dəyərləri üzərində formalaşan 

tarixin tədris olunmasına yönəlmiş yanaşmalar vasitəsilə  mədəniyyətlərarası 

dialoqun gücləndirilməsi istiqamətində vasitələrin inkişaf etdirilməsini davam 

etdirəcək. Holokaust, soyqırım və  cəmiyyət  əleyhinə digər cinayətlər, etnik 

təmizləmə, insan hüquqları və Avropa Şurasının xüsusi önəm verdiyi fundamental 

dəyərlərin kütləvi  şəkildə pozulmasının təkrar olunması  və inkarının qarşısının 

alınması üçün o, təhsil sahəsində mövcud olan hər bir fürsətdən istifadə edəcəkdir. 

Avropa  Şurası  həmçinin, “Yaddaş  təlimi – cəmiyyət  əleyhinə cinayətlərin 

qarşısının alınmasının tədrisi” adlı layihəsini davam etdirəcək və onun müddətinin 

uzadılması məsələlərini nəzərdən keçirəcəkdir. 

 

(161) Mədəniyyətlərarası dialoq üçün dil siyasətinə gəldikdə, Avropa Şurası təhsil 



sistemində bütün dillər üçün təhsil siyasətlərinin nəzərdən keçirilməsində 

səlahiyyətli orqanlara müvafiq yardım göstərərək, təkliflərini bildirəcəkdir. O 

həmçinin dil imkanlarının ümumavropa standartlarının təsvir olunması üçün 

məşvərətçi prinsip və vasitələr hazırlayacaqdır. 



“Tarixin tədris olunmasında “başqasının” imici” adlı layihə davam və inkişaf 

etdiriləcəkdir. 

Avropa  Şurası layihəni davam etdirərək, YUNESKO, ALEKSO və  İslam Tarixi, 

İncəsənəti və  Mədəniyyəti üzrə Araşdırma Mərkəzi (İRSİKA) ilə  əməkdaşlıq 

vasitəsilə bu layihənin tətbiq olunma dairəsinin genişləndirilməsi imkanlarını 

nəzərdən keçirəcəkdir. 

(162) Dialoq və  mədəniyyətlərarası  təhsilin təbliği üzrə proqramın bir tərkib 

hissəsi kimi, dini və inandırıcı faktların tədrisi və incəsənət təlimi sahələrində digər 

təşəbbüslər irəli sürüləcəkdir. Bunlar mədəni müxtəlifliyi olan qrupların idarə 

olunmasına yönəlmiş ümumi istinadların inkişaf etdirilməsi, eyni zamanda təhsil 

proqramlarında mədəniyyətlərarası  təhsilin inteqrasiyasına dəstək göstərilməsi  

vasitəsilə həyata keçiriləcəkdir. 

 

(163) Qeyri – rəsmi təhsil sahəsində, Avropa Şurası  vətəndaş cəmiyyəti, xüsusilə 



də gənclər təşkilatlarının yaradıcı yollar vasitəsilə mədəni müxtəlifliyin tələblərinin 

ödənilməsinə yönəlmiş  fəaliyyətlərini dəstəkləmək üçün bütün cəhdlərini  əlbir 

edəcək. Avropa vətəndaşlığı və insan – hüquqlarının tədrisi ilə bağlı fəaliyyət üzrə 

Avropa Komissiyası ilə “Gənclər Partnyorluğu”

 çərçivəsində multiplikatorlar üçün 

keçirilən təlim kursları artırılacaqdır. Vətəndaş cəmiyyəti təşkilatları, dini birliklər 

və jurnalistlərə mütəmadi olaraq mədəniyyətlərarası dialoq sahəsində səriştəliliyin 

artırılması istiqamətində keçirilən təlimlər üzrə imkanlar təklif ediləcəkdir. Avropa 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə