Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   2   3   4   5   6   7   8   9   ...   24

dialoq bütün konkret vəziyyətlərdə, vasitəçilik olmadan tətbiq oluna bilən və sadə 

izahata cavab verən təməl daşı deyil. Bu, qismən mədəniyyətlərarası dialoqun 

təcrübədə hansı məna bildirməsi məsələsində qeyri əminliyi əks etdirir. 

 

(17) Sorğulara cavab verənlər və  məsləhətləşmə  tədbirlərində  iştirak edənlər 



Avropa Şurasının dəstəklədiyi – universal prinsiplər mənəvi kompası ifadə edir 

– ideyasında birləşiblər. Onlar dözümlülük mədəniyyəti üçün müəyyən bir çərçivə 

müəyyən etdilər və onun məhdudiyyətlərini – xüsusən, qarşı-qarşıya, ayrı-

seçkiliyin istənilən forması  və ya dözümsüzlük formalarını  aydınlaşdırdılar. 

Mədəni adətlərin “azlıq” və ya “çoxluq”a məxsus adətlər olub – olmamalarından 

asılı olmayaraq, onlar İnsan hüquqları üzrə Avropa Konvensiyası  və Avropa 

Şurasının vətəndaş  və siyası, sosial, iqtisadi və  mədəni hüquqlarla əlaqədar digər 

sənədlərinin prinsip və standartlarından üstün ola bilməzdilər. 

 

(18) Xüsusi olaraq, o da vurğulanırdı ki, gender bərabərliyi həm qadın, həm də 



kişilərin təcrübələrinin nəzərə alınmasının vacib olduğu mədəniyyətlərarası 

dialoqun müzakirə olunmaz şərti idi. Həqiqətən, bərabərlik mütəmadi olaraq 

təkrarlanan bir mövzu idi: müxtəliflik olan cəmiyyətdə birgə yaşama yalnız  

hamının bərabər insanlar kimi birgə ləyaqətlə yaşadığı təqdirdə mümkün ola 

bilər. Bu narahatçılıq ümumilikdə hökumətlər, qeyri-hökumət təşkilatları  və 

miqrant birlikləri tərəfindən aydın şəkildə ifadə olunurdu. 

 

(19) Aydın oldu ki, heç bir fəaliyyət sahəsi – istər bu qonşuluq, iş, təhsil sistemi 



və aidiyyatı müəssisələr, istərsə də vətəndaş cəmiyyəti və xüsusən, gənclər sektoru, 

mətbuat, dünya incəsənəti və ya siyasi arena olsun – mədəniyyətlərarası dialoqla 



mövcud olan əlaqəsindən azad ola bilməz. Hər bir aktor – QHT, dini icmalar, 

sosial tərəfdaşlar və ya siyasi partiyalar, həqiqətən, fərdi  şəxslər kimi cəlb 

olunurlar.  İdarəetmənin hər bir səviyyəsi – yerli, regional, millidən tutmuş 

beynəlxalqa qədər – mədəni müxtəlifliyin demokratik idarə olunmasına daxil 

edilmişlər. 

 

(20) Sonda, lap dəqiq olaraq qeyd etsək,  məsləhətləşmə geniş  həcmdə  yığılmış 



müsbət təcrübəni işıqlandırdı. Bunun üçün lazım olan yeganə şey, təmkinliliyin 

sona yetməsi və müsbət təcrübələrin mənimsənilməsində gərəkli ola biləcək aşkara 

çıxarılma və yayılmadır.  Əgər məsləhətləşmələrin  əhatəli bir təlimatı varsa, bu, 

növbəti illərdə  mədəniyyətlərarası dialoqa təlabatın daha çox olacağından xəbər 

verir. 

 

1.4 Əsas terminlər 



 

(21) Avropa Şurası  və digər beynəlxalq qurumlar tərəfindən tərtib olunan 

terminologiyaya uyğun olaraq Mədəniyyətlərarası Dialoq üzrə  Ağ Kitab izahata 

ehtiyacı olan bəzi anlayışları təqdim edir.   

 



(22) Mədəniyyətlərarası dialoq – müxtəlif etnik, mədəni, dini və linqvistik 

mənsubiyyətə və irsə malik fərdlər və qruplar arasında qarşılıqlı anlaşma və hörmət  

əsasında açıq və  nəzakətli fikir mübadiləsi kimi başa düşülür (3-cü bölmə ilə 

müqayisə et). Bu, cəmiyyətlər daxilində, Avropanın cəmiyyətləri, eləcə də Avropa 

və geniş dünya arasında bütün səviyyələrdə fəaliyyət göstərir.   

 

(23) Çoxmədəniyyətlilik (müxtəlif etnik və  mədəni qrupların assimilyasiya 



doktrinası) – müxtəlif mədəniyyətlərin mövcudluğu və müəyyən  əhatə  və sosial 

təşkilatlarlar çərçivəsində, mədəni müxtəliflik və çoxmədəniyyətlilik kimi 

anlayışların qarşılıqlı  təsirdə olması kimi önəmli faktı  nəzərdə tutan xüsusi 

yanaşma kimi başa düşülür. 

 

(24) Sosial həmrəylik – Avropa Şurası  tərəfindən qəbul olunduğu kimi, ayrı-



seçkiliyi azaltmaq və qütbləşmədən imtina etməklə  cəmiyyətin bütün üzv 

dövlətlərinin firavanlığını  təmin edə bilmə qabiliyyətidir. Həmrəy cəmiyyət – 

demokratik  şəkildə bu ümumi məqsədləri həyata keçirən azad fərdlərin qarşılıqlı 

şəkildə bir – birilərini dəstəklədikləri birlikdir.   

 

(25) Səhmdarlar – cəmiyyətdə xüsusi rol oynayan və mədəniyyətlərarası dialoqda 



maraqları (“səhmləri”) olan azlıq və ya çoxluğun xüsusi qrup və  fərdləridirlər. 

Onlar  ən çox hökumət və parlamentdə bütün səviyyələrdə siyasəti 

müəyyənləşdirənlər, yerli və regional orqanlar, vətəndaş-cəmiyyəti təşkilatları, 

miqrant və dini icmalar, mədəniyyət və  mətbuat təşkilatları, jurnalitslər və sosial 

tərəfdaşlardırlar. 

 

(26)  İctimai dövlət orqanlarına – mərkəzi, regional və yerli səviyyədə  fəaliyyət 



göstərən milli hökumət, siyasi və inzibati orqanlar daxildir. Sözügedən termin – 

şəhər konsulları  və ya digər yerli səlahiyyətli orqanları, həmçinin xüsusi qanun 

əsasında  ictimai funksiyalari yerinə yetirən və ya inzibati rəhbərliyi həyata keçirən 

fiziki və hüquqi şəxsləri əhatə edir.   

 

(27)  İnteqrasiya (sosial inteqrasiya, tərkibinə daxil olma) iki-tərəfli proses və 



insanların hər fərdin şərəfinə tam hörmət, ümumi rifah, pluralizm və müxtəliflik

qeyri-zorakılıq və  həmrəylik, həmçinin sosial, mədəni, iqtisadi və siyasi həyatda 

iştirak etmə bacarığı ilə birlikdə birgə yaşama qabiliyyəti kimi başa düşülür. Bu, 

sosial inkişafın və  hər növ siyasətin bütün aspektlərini  əhatə edir. Bu, zəiflərin 

qorunması, həmçinin onların fərqlənmək, yaratmaq, kəşf etmək kimi hüquqlarını 

tələb edir. İmmiqrantları qəbul edən ölkənin həyatında tam iştiraka icazə vermək 

mühüm inteqrasiya siyasətidir. İmmiqrantlar başqaları kimi qanuna tabe olmalı və 

Avropa cəmiyyətlərinin  əsas dəyərlərinə  və onların mədəni irsinə hörmət 

etməlidirlər.  İnteqrasiya üçün strategiyalar cəmiyyətin bütün sahələrini  əhatə 

edərək, sosial, siyasi və  mədəni aspektləri özündə birləşdirməlidir. Onlar 

immiqrantların ləyaqət və  fərqli mənsubiyyətinə hörmət etməli və siyasəti 

müəyyənləşdirərkən onları nəzərə almalıdırlar. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə