Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   2   3   4   5   6   7   8   9   ...   24

1. Giriş 

 

1.1 Avropa Şurası və mədəniyyətlərarası dialoq 

 

(8) Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, Avropa Şurasının insan 

hüquqları, demokratiya və hüquq normasının qorunması və inkişaf etdirilməsi kimi 

əsas məqsədlərinə xidmət edir. Mədəni müxtəlifliyin Avropanın zəngin irsini 

xarakterizə edib, dözümlülüyün açıq cəmiyyətin zəmanəti olduğunu təsdiq edən 

Üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Sammiti (1993) Milli 

Azlıqların Qorunması üçün Çərçivə Konvensiyası (1995) və  İrqçilik və 

Dözümsüzlüyə qarşı Avropa Komissiyasının  əsasının qoyulmasına və  İrqçilik, 

anti-Semitizm, ksenofobiya və dözümsüzlüyə qarşı Avropa Gənclər 

Kompaniyasının başlanmasına (“Hamı Fərqli – Hamı Bərabər”) gətirib çıxardı.     

 

(9) Dövlət və Hökumət Başçılarının Üçüncü Sammiti (2005) mədəniyyətlərarası 



dialoqu (dini aspektləri daxil etməklə) konfliktlərin qarşısının alınması, cəmiyyətin 

həmrəyliyi və inteqrasiyanın təmin edilməsi, həmçinin məlumatlılığın, anlaşmanın, 

razılığın və dözümlülüyün inkişaf etmə vasitəsi kimi müəyyənləşdirdi. Bu, 

Mədəniyyətlərarası Dialoq üzrə  Ağ Kitabın hazırlanmasının təklif olunduğu ildən 

bir qədər sonra mədəniyyət nazirləri tərəfindən qəbul olunmuş  “İnkişaf edən 

Mədəniyyətlərarası Dialoq üçün Avropa Şurasının Strategiyası üzrə Faro 

Deklarasiyası”-nda genişləndirildi.   

 

1.2 Ağ Kitabın ərsəyə gəlməsi  

 

(10) Nazirlər Komitəsi 2006-cı ilin may ayında görüşərək, Avropada yaşayan 



cəmiyyətlər daxilində  və  cəmiyyətlərarası, həmçinin Avropa və onun qonşuları 

arasında mədəniyyətlərarası dialoqun intensivləşməsi üçün tələb olunan vasitələrin 

müəyyənləşdirilməsində  mədəniyyətlərarası dialoq üzrə  Ağ Kitabın rolunu 

vurğuladı. Bu həmçinin analitik və metodoloji vasitə  və standartlar üzrə  bələdçi 

rolunu oynamalıdır. Ağ Kitab siyasətçi və  rəhbərlərə, təhsil işçiləri və  mətbuata, 

miqrant və dini icmalar, gənclər  təşkilatları və sosial əməkdaşlar da daxil olmaqla, 

vətəndaş cəmiyyəti təşkilatlarına ünvanlanır.   

 

(11) Nazirlər Komitəsinin qərarını  nəzərə alaraq mədəniyyətləararası dialoq üzrə 



geniş miqyaslı  məsləhətləşmələr 2007-ci ilin yanvar və iyun ayları arasında 

keçirildi. Bu, bütün aidiyyatı üzrə işləyən komitələri, Parlament Assambleyası  və 

Lokal və Regional Orqanlar Konqresinin üzvlərini, eyni zamanda İrqi Ayrı-

Seçkilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası, Sosial Hüquqlar üzrə 

Avropa Komitəsi, Sosial Birlik üzrə Yüksək Səviyyəli  İşçi Qrupu və  İnsan 

Hüquqları üzrə Komissarlıq da daxil olmaqla Avropa Şurasının bir sıra orqanlarını 

özündə birləşdirdi. Sorğular bütün üzv dövlətlər, Parlament Assambleyası və Lokal 

və Regional Orqanlar Konqresinin üzvləri, dini icmaların nümayəndələri, miqrant 

icmaları  və  mədəni və digər qeyri – hökumət təşkilatlarına göndərildi. Avropa 

Şurasının Katibliyi beynəlxalq institutlarla yanaşı miqrantlar, qadınlar, gənclərin 




qeyri – hökumət təşkilatları, jurnalist və media təşkilatları ilə də tədbirlər hazırladı 

(və ya birlikdə hazırladı). İlkin layihələr “cavab görüşü”ndə

3

 nəzərdən keçirilmək 



üçün seçilmiş  səhmdarlar və  mədəniyyət işləri üzrə nazirlərin qeyri – rəsmi 

Regional Konfransının müzakirəsinə verildi. 

 

(12) Bu proses mühüm marağa səbəb oldu və Avropa Şurası müzakirəyə belə 



səxavətlə töhfə verənlərin hamısına dərin minnətdarlığını bildirdi. Müzakirə, 

Avropa Şurasının hüquq norması  və dərin təcrübəsinə əsaslanaraq, onun vaxtaşırı 

olaraq təşəbbüsü öz əlinə götürmək üçün yaxşı mövqedə olduğuna inam yaratdı. 

Bu Ağ kitabın məzmunu əsasında geniş təkliflər yığımını ərsəyə gətirir. 

 

(13) Qeyd olunanlar, Avropa Şurası  təcrübəsinin möhkəm bazası, xüsusən  İnsan 



hüquqları üzrə Avropa konvensiyası  və digər fundamental standartlar əsasında 

qurulub. Bu məsləhətləşmələrdən  əldə edilən zəngin material geniş istifadə 

dairəsinə malikdir. Bu mənada, bu,  bir çox hallarda  mədəniyyətlərarası dialoqun 

ana xəttini təşkil edən demokratik məsləhətləşmələrin nəticəsidir. Aydın və dəqiq 

anlaşılsın deyə, həmçinin bir sıra bəndlər təşkilatların özləri tərəfindən irəli 

sürüldüyünə görə, sənəd müəyyən  şəxslərə aid olan xüsusi ideyaları özündə 

birləşdirmir. 

 

(14) Ağ kitabın  ərsəyə  gəlməsi ilə bağlı  sənədlərin böyük bir qismini Avropa 



Şurasının veb səhifəsi və  əlaqəli nəşrlərdən  əldə etmək olar. Bura üzv dövlətlər

qeyri – hökumət təşkilatları  və dini icmalar tərəfindən müxtəlif aspektlər (təhsil, 

media) altında və müəyyən səhmdarlarla (gənclər, miqrantlar) bağlı 

mədəniyyətlərarası dialoq barəsində monoqrafiyalar üzrə sorğuya verilən 

cavabların təhlili daxildir. “Ən Çox Verilən Suallar” toplusu və mətbu material da 

daxil olmaqla, əlavə sənədləri çap versiyasında və internet səhifəsindən əldə etmək 

olar. 

 

1.3 Əsas maraqlar 



 

(15) Məsləhətləşmələrin təkrar olunan mövzularından biri də mədəni müxtəlifliyin 

idarə olunmasına aid köhnə yanaşmaların, artıq bu müxtəlifliyin hədsiz dərəcədə 

müşahidə olunduğu artmaqda olan cəmiyyətlər üçün münasib olmaması idi. Üzv 

dövlətlərə göndərilən suallara cavablar, xüsusən belə bir inam yaratdı ki, 

bugünədək üstünlük verilən “çoxmədəniyyətlilik” anlayışını  əks etdirən siyasi 

yanaşma doğru bir yanaşma deyil. Digər tərəfdən, assimilyasiyaya olan əvvəlki 

meyl nəzərə çarpmır. Xüsusi insan qruplarınl inkar etməyən cəmiyyətin üzvü 

olmaq üçün yeni bir yanaşma lazım idi və  mədəniyyətlərarası dialoq buna nail 

olmaq üçün bələdçi rolunu oynaya bilərdi. 

 

 

(16) Lakin bu ifadənin kəsb etdiyi məna barədə kifayət qədər aydınlıq yox idi. 



Məsləhətləşmə sənədi respondentləri izahat verməyə dəvət edirdi və bunu etməyə 

nəzərə çarpacaq şəkildə könülsüzlük vardı. Qismən ona görə ki, mədəniyyətlərarası 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə