(62) Mədəniyyətlərarası dialoq hər bir kəsin özünü başqalarının perspektivindən
görə biləcəyi təbiəti ehtiva edir. Avropa Şurası dəyərlərinin əsasında fərdə bir
varlıq kimi ehtiram göstərilməsi ilə xarakterizə olunan demokratik memarlıq,
qarşılıqlı tanıma (belə ki, bərabər dəyər statusu hamı tərəfindən tanınsın), və
qərəzsiz rəftar ( belə ki, irəli sürülən bütün iddialar hər kəsin bölüşdüyü qaydalara
əsaslansın)
(63) Bu mədəniyyətlərarası yanaşmanı əvvəlki modellərdən aydın şəkildə ayırır.
Assimilyasiyadan fərqli olaraq o belə qəbul edir ki, ictimai hakimiyyət yalnız
çoxluğu qəbul etməməli, o ədalətli olmalıdır. Çoxmədəniyyətlilikdən
(multukulturalizmdən) fərqli olaraq o , mənəvi qohumluq üçün yer qoymayan
ümumi kökü müdafiə edir. Bu ikisindən fərqli olaraq, o qarşılıqlı tanımaya
əsaslanan, vətəndaş cəmiyyətinin assosiativ sferası üçün mədəniyyətlərarası
dialoqun hökümətin təkbaşına həll edə bilməyəcəyi gündəlik həyatın problemlərini
həll edə bilmək rolunu tanıyır.
(64) Bərabərlik və qarşılıqlı hörmət mədəniyyətlərarası dialoqun vacib ünsürləridir
və onun həyata keçirilməsində maneələri aradan qaldırmaq üçün əhəmiyyətə
malikdir. Hətta soyun araşdırılması həqiqətəuyğun olmazsa və mədəni
mənsubluqlar özlərini ifadə etmək üçün istifadə olunsalar da bərabərliyin inkişaf
etmədiyi yerlərdə sosial gərginliklər mədəni arenada özünü büruzə verə bilər.
3.4.3 Gender bərabərliyi
(65)
Qadın və Kişilər arasında bərabərliyə dair 5-ci Avropa Nazirlər Konfransında
(2003) vurğulandığı kimi qadın və kişilər arasında bərabərlik cəmiyyətlərin
dəyişməsində əsas məsələdir. Bu demokratiyanın həlledici elementidir. Gender
bərabərliyi insan hüquqlarının ayrılmaz bir hissəsidir və cinsi ayrı-seçkilik insan
hüquq və azadlıqlarının həyata keçirilməsində bir maneədir. Qadının insan
hüquqlarına hörmət mədəni müxtəlifliliyin istənilən müzakirəsinin dəyişməz
əsasıdır.
(66) Bununla belə, gender bərabərliyinə qarşı mübarizə məkrli streotipin
yaranmasına rəvac verməməlidir.
“Azlıqlar icması” və “gender bərabərsizliyi”
arasında məcəllələşdirilmiş tarazlığın qeyri-qanunuliyinin vurğulamaq vacibdir ki,
sanki bütün “yerli” icmadakılar mükəmməl idilər və sanki azlıqlarla və xüsusi
dinlərin tərəfdarları ilə əlaqəli hər şey problemli idi.
Ümumi gender təcrübələri
icma bölgülərinə tamam uyğun gəlir, ona görə ki, heç bir cəmiyyətdə gender
bərabərliyi və ya bərabərsizliyi monopoliyası yoxdur.
(67) Gender bərabərliyi mədəniyyətlərarası dialoqa müsbət ölçülər gətirir. Fərdi
mənsubiyyətin mürəkkəbliyi cəmiyyətlərin streotip və kommunalist perspektiv
daxilində ağılasığmaz həmrəyliyinə imkan yaradər. Əsas fakt ondan ibarətdir ki,
gender bərabərsizliyinin kompleks yanaşamanın tələb edilməsi o deməkdir ki,
“azlıqlardan” olan və “yerli” mənşəli qadınlarla işləyən mədəniyyətlərarası
layihələr birgə təcrübələrə əsaslana bilər.
(68) Avropa Şurasının Sosial Birliklərə dair Yenilənmiş Strategiyası aydın şəkildə
göstərir ki, qadın və kişilər arasındakı bərabərlik fundamental və çox əhəmiyyətli
öhdəlikdir. Bu öhdəlik “gender istiqamətli təşkilatın perspektivi”ni sosial birləşmə
sahəsində və mədəniyyətlərarası dialoqda bərabər şəkildə bütün münasibətlərdə
təmsil olunmasını israr edir
3.4.4 Mədəniyyətlərarası dialoqun qarşısını alan maneələrlə mübarizə
(69) Mədəniyyətlərarası dialoqun qarşısında çoxlu maneələr vardır. Onlardan
bəziləri müxtəlif dillərdə ünsiyyət yaratmağın çətinliyinin nəticəsidir. Ancaq
digərləri güc və siyasətlə bağlıdır: xüsusilə zərər çəkən və təcrid olunan qruplara
mənsub olan insanların dözdüyü təcrübələr- ayrı-seçkilik, yoxsulluq və istismar –
dialoq qarşısındakı struktur maneələrdir. Bir çox Avropa cəmiyyətlərində
“başqalarına” , “xaricilərə” və müəyyən dini mənsubiyyətlilərə qarşı nifrəti yayan
qrup və təşkilatlara da rast gəlmək olar. Rasizm, ksenofobiya, dözümsüzlük və
ayrı-seçkiliyin digər formaları dialoq ideyasını rədd edir və buna daimi təhqirlə
yanaşırlar.
3.5 Dini ölçülər
(70)Avropanın zəngin mədəni irsi olan hissəsi üçün həyatın məqsədi dünyəvi
anlayışlar silsiləsi olmaqla yanaşı həm də, dini anlayışlar silsiləsidir. Xristianlıq,
Yəhudilik və İslam öz daxili şərhləri ilə bizim kontinentdə dərin təsir
buraxmışdır.Hətta etimadın təmin olunduğu münaqişələrdə ümumilik əlaməti
Avropanın uzaq və yaxın keçmişinin xüsusiyyəti olmuşdur.
(71) Fikir, vicdan və etiqad azadlığı demokratik cəmiyyətin əsaslarından biridir və
bu
İnsan Hüquqlarına dair Avropa Konvensiyasının
9-cu maddəsi ilə təsbit
edilmişdir. Bu azadlıq inanc sahiblərinin mənsubiyyətinə və onların həyat
konsepsiyasına, həmçinin də ateistərə, aqnostiklərə, skeptiklərə və dinə laqeyd
olanlara
aid ən zəruri elementlərdəndir. Bu azadlığı təmin edərkən , 9-cu Maddədə
qeyd olunur ki, bu azadlığın özünüifadə nümayişi müəyyən şərtlər daxilində
məhdudlaşdırıla bilər. İctimai sferada, xüsusilə də təhsil sferasında dini rəmzlər
məsələsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi .
11
tərəfindən olunmuşdur. Üzv
ölkələr arasında dini məsələlər üzrə konsensusun çatışmazlığı səbəbindən
Məhkəmə dövlətlərə bu sahədə geniş – məhdudiyyətsiz “qiymətləndirmə imkanı”
(yəni, mülahizə) verməyə imkan verir.
(72) Avropa Şurasının gündəliyi ilə dini icmaların maraqları kifayət qədər uyğun
gəlir: insan hüquqları, demokratik vətəndaşlıq, dəyərlərin, sülh, dialoq, təhsil və
həmrəyliyin təşviqi. Məsləhətləşmə zamanı konsensus əldə olundu ki, dinlərarası
dialoq vasitəsi ilə müxtəlif mədəniyyətlər arasında anlaşmanı inkişaf etdirməyə
yardım göstərmək bilavasitə dini icmaların öz məsuliyyətidir.
(73)Dialoq nöqteyi-nəzərindən dini icmaların əsas rolu bu sahədə dini icmalar və
dövlət orqanları arasında səylərin həyata keçirilməsindən ibarətdir. Avropa Şurası
artıq bu işə Parlament Assambleyasının müxtəlif təşəbbüsləri və 2000-ci ildən bəri