1. Giriş
1.1 Avropa Şurası və mədəniyyətlərarası dialoq
(8) Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, Avropa Şurasının insan
hüquqları, demokratiya və hüquq normasının qorunması və inkişaf etdirilməsi kimi
əsas məqsədlərinə xidmət edir. Mədəni müxtəlifliyin Avropanın zəngin irsini
xarakterizə edib, dözümlülüyün açıq cəmiyyətin zəmanəti olduğunu təsdiq edən
Üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Sammiti (1993) Milli
Azlıqların Qorunması üçün Çərçivə Konvensiyası (1995) və İrqçilik və
Dözümsüzlüyə qarşı Avropa Komissiyasının əsasının qoyulmasına və İrqçilik,
anti-Semitizm, ksenofobiya və dözümsüzlüyə qarşı Avropa Gənclər
Kompaniyasının başlanmasına (“Hamı Fərqli – Hamı Bərabər”) gətirib çıxardı.
(9) Dövlət və Hökumət Başçılarının Üçüncü Sammiti (2005) mədəniyyətlərarası
dialoqu (dini aspektləri daxil etməklə) konfliktlərin qarşısının alınması, cəmiyyətin
həmrəyliyi və inteqrasiyanın təmin edilməsi, həmçinin məlumatlılığın, anlaşmanın,
razılığın və dözümlülüyün inkişaf etmə vasitəsi kimi müəyyənləşdirdi. Bu,
Mədəniyyətlərarası Dialoq üzrə Ağ Kitabın hazırlanmasının təklif olunduğu ildən
bir qədər sonra mədəniyyət nazirləri tərəfindən qəbul olunmuş “İnkişaf edən
Mədəniyyətlərarası Dialoq üçün Avropa Şurasının Strategiyası üzrə Faro
Deklarasiyası”-nda genişləndirildi.
1.2 Ağ Kitabın ərsəyə gəlməsi
(10) Nazirlər Komitəsi 2006-cı ilin may ayında görüşərək, Avropada yaşayan
cəmiyyətlər daxilində və cəmiyyətlərarası, həmçinin Avropa və onun qonşuları
arasında mədəniyyətlərarası dialoqun intensivləşməsi üçün tələb olunan vasitələrin
müəyyənləşdirilməsində mədəniyyətlərarası dialoq üzrə Ağ Kitabın rolunu
vurğuladı. Bu həmçinin analitik və metodoloji vasitə və standartlar üzrə bələdçi
rolunu oynamalıdır. Ağ Kitab siyasətçi və rəhbərlərə, təhsil işçiləri və mətbuata,
miqrant və dini icmalar, gənclər təşkilatları və sosial əməkdaşlar da daxil olmaqla,
vətəndaş cəmiyyəti təşkilatlarına ünvanlanır.
(11) Nazirlər Komitəsinin qərarını nəzərə alaraq mədəniyyətləararası dialoq üzrə
geniş miqyaslı məsləhətləşmələr 2007-ci ilin yanvar və iyun ayları arasında
keçirildi. Bu, bütün aidiyyatı üzrə işləyən komitələri, Parlament Assambleyası və
Lokal və Regional Orqanlar Konqresinin üzvlərini, eyni zamanda İrqi Ayrı-
Seçkilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası, Sosial Hüquqlar üzrə
Avropa Komitəsi, Sosial Birlik üzrə Yüksək Səviyyəli İşçi Qrupu və İnsan
Hüquqları üzrə Komissarlıq da daxil olmaqla Avropa Şurasının bir sıra orqanlarını
özündə birləşdirdi. Sorğular bütün üzv dövlətlər, Parlament Assambleyası və Lokal
və Regional Orqanlar Konqresinin üzvləri, dini icmaların nümayəndələri, miqrant
icmaları və mədəni və digər qeyri – hökumət təşkilatlarına göndərildi. Avropa
Şurasının Katibliyi beynəlxalq institutlarla yanaşı miqrantlar, qadınlar, gənclərin
qeyri – hökumət təşkilatları, jurnalist və media təşkilatları ilə də tədbirlər hazırladı
(və ya birlikdə hazırladı). İlkin layihələr “cavab görüşü”ndə
3
nəzərdən keçirilmək
üçün seçilmiş səhmdarlar və mədəniyyət işləri üzrə nazirlərin qeyri – rəsmi
Regional Konfransının müzakirəsinə verildi.
(12) Bu proses mühüm marağa səbəb oldu və Avropa Şurası müzakirəyə belə
səxavətlə töhfə verənlərin hamısına dərin minnətdarlığını bildirdi. Müzakirə,
Avropa Şurasının hüquq norması və dərin təcrübəsinə əsaslanaraq, onun vaxtaşırı
olaraq təşəbbüsü öz əlinə götürmək üçün yaxşı mövqedə olduğuna inam yaratdı.
Bu Ağ kitabın məzmunu əsasında geniş təkliflər yığımını ərsəyə gətirir.
(13) Qeyd olunanlar, Avropa Şurası təcrübəsinin möhkəm bazası, xüsusən İnsan
hüquqları üzrə Avropa konvensiyası və digər fundamental standartlar əsasında
qurulub. Bu məsləhətləşmələrdən əldə edilən zəngin material geniş istifadə
dairəsinə malikdir. Bu mənada, bu, bir çox hallarda mədəniyyətlərarası dialoqun
ana xəttini təşkil edən demokratik məsləhətləşmələrin nəticəsidir. Aydın və dəqiq
anlaşılsın deyə, həmçinin bir sıra bəndlər təşkilatların özləri tərəfindən irəli
sürüldüyünə görə, sənəd müəyyən şəxslərə aid olan xüsusi ideyaları özündə
birləşdirmir.
(14) Ağ kitabın ərsəyə gəlməsi ilə bağlı sənədlərin böyük bir qismini Avropa
Şurasının veb səhifəsi və əlaqəli nəşrlərdən əldə etmək olar.
Bura üzv dövlətlər,
qeyri – hökumət təşkilatları və dini icmalar tərəfindən müxtəlif aspektlər (təhsil,
media) altında və müəyyən səhmdarlarla (gənclər, miqrantlar) bağlı
mədəniyyətlərarası dialoq barəsində monoqrafiyalar üzrə sorğuya verilən
cavabların təhlili daxildir. “Ən Çox Verilən Suallar” toplusu və mətbu material da
daxil olmaqla, əlavə sənədləri çap versiyasında və internet səhifəsindən əldə etmək
olar.
1.3 Əsas maraqlar
(15) Məsləhətləşmələrin təkrar olunan mövzularından biri də mədəni müxtəlifliyin
idarə olunmasına aid köhnə yanaşmaların, artıq bu müxtəlifliyin hədsiz dərəcədə
müşahidə olunduğu artmaqda olan cəmiyyətlər üçün münasib olmaması idi. Üzv
dövlətlərə göndərilən suallara cavablar, xüsusən belə bir inam yaratdı ki,
bugünədək üstünlük verilən “çoxmədəniyyətlilik” anlayışını əks etdirən siyasi
yanaşma doğru bir yanaşma deyil. Digər tərəfdən, assimilyasiyaya olan əvvəlki
meyl nəzərə çarpmır. Xüsusi insan qruplarınl inkar etməyən cəmiyyətin üzvü
olmaq üçün yeni bir yanaşma lazım idi və mədəniyyətlərarası dialoq buna nail
olmaq üçün bələdçi rolunu oynaya bilərdi.
(16) Lakin bu ifadənin kəsb etdiyi məna barədə kifayət qədər aydınlıq yox idi.
Məsləhətləşmə sənədi respondentləri izahat verməyə dəvət
edirdi və bunu etməyə
nəzərə çarpacaq şəkildə könülsüzlük vardı. Qismən ona görə ki, mədəniyyətlərarası