24
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Tövsiyələr
• Hərbi xarakterli korrupsiya probleminə strateji yanaşmalı,korrupsiyalı
davranışın gətirəcəyi potensial qazancı azaltmağa çalışıb (ən yüksək faydani
azaltmaq), mənəvi yükü və gözlənilən cəzanı artırmalı( böyük itkiləri artır-
maqla).
• Korrupsiyanı qabaqcıl idarəciliklə azaltmalı, korrupsiyanın qarşısını
almaq üçün alernativ yanaşmaları dəyərləndirməli və korrupsiyalı davranışa
qarşı tədbir görməli.
• Dürüstlük təmin edilməsi təşşəbüsləri ilə bağlı çox-illik proqramlar
tərtib etməli.
• Ölkənin maliyyə vəziyyətindən və siyasi reallığından asılı olaraq, kor-
rupsiya risklərini minimuma endirən dürüstlüyün təmin edilməsi, şəffafl ığın
artırılması və cavabdehliyin təkmilləşdirilməsinə yönələn, ordunun xərclərinin
səmərəliliyini və məhsuldarlığını saxlamaq ve möhkəmləndirmək şərti ilə,
optimal bir ortaq tapılmalı.
• Ordunun korrupsiyaya qarşı əlində olan imkanlarını və gördüyü
tədbirləri daimi olaraq qiymətləndirməli və periodik olaraq yuxarıda deyilən
variantların necə işlədiyini nəzərdən keçirməli.
25
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji
Yanaşma
3-cü Fəsil
NATO və Dürüstlüyü Təmin etmə
Təşəbbüsünün Təkamülü
NATO-nun Prinsipləri
NATO 1949-cu ildə sarsılmaz bir baxışla, ittifaqın təhlükəsizliyinin
bölünməzliyi prinsipı əsasında, yaradılmışdır. Altmış il keçməsinə baxma-
yaraq, NATO bu prinsiplər üzərində durmaqda davam edir və Avropa və Şi-
mali Amerikadakı müttəfi qləri arasında təhlükəsizlik məsləhətləşmələri üzrə
əsas mərkəz kimi qalır. Bu məsləhətləşmələr, NATO ölkələrinin əhalisinin
və ərazisinin kollektiv müdafi əsini təmin etmək üçün transatlantik struktur-
lar vasitəsi ilə həyata keçirilir və həmçinin öz geniş miqyaslı missiyasını və
hərbi əməliyyatlarını həyata keçirmək üçün hərbi qüvvələrin döyüş hazırlığı-
nı təmin edir.
Ümumi baxış və paylaşan demokratik dəyərlərin 1949-cu ildə imza-
lanmış Vaşinqton müqaviləsində təcəssüm etdirilməsi, ittifaqa özünün əsas
məqsədi kimi, üzv ölkələrin ərazisini müdafi ə etməklə bərabər, 21- ci əsrdə
meydana gələn təhdidlərə münasibət bildirməyə də cavab verməyə ilham ver-
mişdir.
18
NATO Tərəfdaşlıqları
Avro-Atlantik inteqrasiya prosesi, dünyanın başqa ölkələri ilə NATO-nun
münasibətlərini inkişaf etdirməklə bərabər, 1990-cı illərdən bəri hazırlanan
müxtəlif tərəfdaşlıq proqramlarının sayəsində əhəmiyyətli dərəcədə güclənmış
və NATO –nun siyasi çəkisini artırmışdır. Tərəfdaşlıq, dialoq və əməkdaşlıq
vasitəsi ilə başqa ölkələrlə əlaqələr qurmaq, ittifaqın önəmli məqsəd və
vəzifələrindən biridir. İttifaqın dünyanın digər ölkələri ilə tərəfdaşlığı, Avro-
Atlantik məkanda və ondan kənarda stabilliyə və təhlükəsizliyə töhvə verən
möhkəm dəyərlər üzərində qurulmuşdur. Eyni zamanda tərəfdaşların NATO-
nun missiya və əməliyyatlarına verdikləri töhvələr yüksək qiymətləndirilir.
Avro-Atlantik Tərəfdaşlıq Şurası
18
NATO-nun yeni Strateji Konsepsiyası 2-1 ci əsrin təhdid və təhlükələrini qarşılamaq üçün
2010 -cu ilin payızında Lissabon zirvə görüşündə qəbul ediləcəkdir.
26
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Ən böyük rəsmi tərəfdaşlıq forması 1997-ci ildə yaranmış Avro-Atlantik
Tərəfdaşlıq Şurasıdır (AATŞ). AATŞ 1991-ci ildə yaranmış Şimali Atlantika
Əməkdaşlıq Şurası-nı (ŞAƏŞ) əvəz etmişdir.
AATŞ-in yaranması, ittifaqın və tərəfdaşların daha sıx tərəfdaşlıq
münasibətlərini qurmaq istəyindən və bu baxımdan tərəfl ər arasında daha ge-
niş və operativ münasibətlər qurmaq üçün, yeni bir təhlükəsizlik forumunun
mühümlüyü reallığından doğan bir ideyanın həyata keçirilməsi idi. 50 üzvü
olan Avro-Atlantik Tərəfdaşlıq Şurası (28 müttəfi q və 22 tərəfdaş), müttəfi q və
tərəfdaş ölkələr arasında dialoq və məsləhətləşmələr aparmaq üçün çoxtərəfl i
təhlükəsizlik forumu kimi ortaya çıxdı.
NATO, paylaşan dəyərlər və prinsiplər əsasında,ittifaq və tərəfdaş
ölkələr ilə AATŞ və Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində siyasi və
təhlükəsizlik məsələləri üzrə siyasi müzakirələr və səmərəli siyasi əməkdaşlığa
sadiqdır. Bu dəyərlər və prinsiplər əsasında, NATO öz tərəfdaşları arasında, o
cümlədən, strateji əhəmiyyəti olan Qafqaz və Orta Asiya bölgələrində müdafi ə
sektorunda və başqa sahələrdə islahatların aparılmasını dəstəkləməkdə da-
vam edir.
NATO və NATO-nun 60 illiyi ilə əlaqədar Zirvə görüşü
Strasburq-Kehl-də keçirilən NATO –nun 60 illik sammiti İttifaqın Av-
ropaya və geniş dünyaya, sülh və təhlükəsizlik üzrə verdiyi böyük töhvənin
yenidən analiz və qiymətləndirilməsi üçün bir mərasim idi. Bu sammit həm
də, NATO-nun Şərqi və Cənubi Avropadakı qonşuları ilə inam, dialoq və
əməkdaşlıq əsnasında öz münasibətlərini dərinləşdirmək niyyətlərini ifadə
edirdi.
NATO-nun Avro-Atlantik məkanda sülhün və stabilliyin saxlanması
üçün əldə etdiyi uğurlar bir çox hallarda bu uğurların öz-özünə baş verdiyi
təsəvvürlərini yaradır. Əslində, onlar öz-özünə baş verməmişdir. Onlar aşa-
ğıdakı hadisələrdə öz əksini tapmışdır: Soyuq Müharibənin dinc yolla başa
çatması və Varşava Müqaviləsi Təşkilatının dağılması; Avropa qitəsinin iki
düşərgəyə bölünməsınin sona çatması; dəyərlərin və maraqların üzərində
inşa edilən transatlantik cəmiyyətin formalaşması; ABŞ, Kanada və Avro-
pa hərbi qüvvələrinin hərbi imkanlarının inteqrasiya və koordinasiyası; yeni
Avropa təhlükəsizlik sisteminin əməkdaşlıq üzərində qurulmasına verilən
töhvə; və silahlara nəzarət və tərksilah proseslərinə nəzarət Balkanlardakı
münaqişələrin söndürülməsinə və bu bölgələrin Avro-Atlantik məkana inteq-
rasiyasına yol açmışdır.