Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi


İllər boyu sevilən xörəklər



Yüklə 355,6 Kb.
səhifə24/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

İllər boyu sevilən xörəklər
Ən çox sevilən Polşa xörəklərdən biri biqosdur. Biqos müxtəlif ət növləri, göbələk, bişirilmiş təzə kələm və turş kələmdən hazırlanmış xörəkdir. Golabki tomat və ya qaymaq sousu ilə verilən içi ət və düyü ilə doldurulmuş kələm yarpaqlarıdır. Bekon və ya turşular ilə doldurulmuş mal əti ruleti həmçinin populyardır.
Şorbalar arasında çox vaxtı ətli klyoteklər ilə verilən cüğundurlu borşu qeyd etmək lazımdır. Zurekşorbası çovdar un mayasında hazırlanır və süfrəyə ağ kolbasa, bərk bişirilmiş yumurta, qıtığotu ilə verilir. Meşə göbələklərdən hazırlanmış göbələk şorbası həmçinin çox ləzzətlidir.Əla kolbasalar və hisə verilmiş ətlər Polşa mətbəxi üçün səciyyəvidir. Qəlyanaltı üçün yağ, sirkə və ya qaymaqda olan siyənək balığı seçmək olar. Pierogi (piroqlar) həmçinin əladır – ənənəvi piroqlar ət, pendir və ya meyvə ilə hazırlanır, lakin hal hazırda onlar hər bir zövgə uyğun müxtəlif üsullarla hazırlanır. Meyvə konservləri – jemlər, mürəbbələr, kompotlar həmçinin çox populyardır. Desertlərin arasında ən məşhurları meyvəli maya piroqlarıdır. Xaş-xaş piroqu, zəncəfil keksi və çizkeyk həmçinin ənənəvi Polşa desertləridir. İçi qızılgül jemli ponçiklərdən də mütləq dadmaq lazımdır.
Turş, lakin faydalı turş kələm
Polşa mətbəxində turş kələm əvəzolunmazdır, çünki o, bir çox xörəklərin əsasını təşkil edir, və həmçinin ayrıca salat kimi süfrəyə verilir. Turş kələm doğranılaraq duzlu suda qıcqırdılır. O, C, PP, və bir çox B qrup vitaminlərin zəngin mənbəyidir. Duzlu xiyarla yanaşı, o da Polşa süfrələrin əksəriyyətində mövcuddur.
Qədimi pivə zavodları və əla likörları
Vodka adətən ənənəvi Polşa içkisi hesab olunur. Lakin Polşada qədimi pivə bişirmə ənənəsi var, və bu səbəbdən Polşa pivəsi təkcə Polşada deyil, bütün dünyada da yüksək dəyərləndirilir. Yagin ki, heç kəs meşə və ya adi meyvələrdən meyvə likörların hazırlama sənətini Polyaklar qədər yaxşı oyrənməyib. Likörların hazırlama reseptləri gizli saxlanılaraq nəsldən nəslə verilir.



Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə