NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   59   60   61   62   63   64   65   66   ...   100

legionerlərinin fəallığı ilə çap edilirdi. Bundan əlavə, legionerlər arasında  yayılan 
“Siqnal”  jurnalı  rus  dilində  çap  edilsə  də,  azərbaycanlıların  döyüş 
qəhrəmanlığından bəhs edən çoxlu yazılar nəşr olunurdu. “Azərbaycan” qəzeti isə 
1942-ci  ilin  may-iyun  aylarından  Berlində  (Ünvan:  Berlin,  W8,  Behrenstrabe  65, 
111)  nəşr  edilməyə  başladı.  “Azərbaycan”  qəzeti  Şərq  Nazirliyinin  xüsusi 
himayədarlığı  ilə  nəşr  edilirdi.  Qeyd  edək  ki,  qəzetin  ilk  saylarında  türk-osmanlı 
şivəsinə  üstünlük  verən  mühacirlərə  azərbaycanlı  legionerlər  etiraz  etmiş,  onun 
müasir Azərbaycan dilində, latın əlifbası ilə nəşrinə nail olmuşdular. Sonradan isə 
qəzet  Təbliğat  üzrə  Baş  İdarənin  himayəsinə  keçirilmişdi.  Qəzet  Berlində  nəşr 
edilirdi,  6-8  səhifədən  ibarət  idi  və  tirajı  10  mindən  20  minə  qədər  qalxırdı. 
Qəzetdə  Məcid  Musazadə  (Qarsalanlı)  redaktor,  Cəmil  İsgəndərli  redaktor 
müavini,  Əliheydər  Süleymanov  arxiv  işçisi,  Mövsüm  Babayev  təlimatçı,  Xaliq 
Babayev  mətbəə  işləri  üzrə  texniki  əməkdaş,  Zahid  Ağayev  icraçı  katib,  Əli 
Adıgözəlov  korrektor  vəzifəsində  çalışırdılar.  Bəzi  məlumatlara  görə  Sovet 
Azərbaycanında  sonralar  “Mixaylo”  kimi  məşhurlaşmış  Mehdi  Hüseynzadə  də 
legioner  olmuş  və  “Qürbətzadə”  təxəllüsü  ilə  həmin  mətbuat  orqanlarında  çıxış 
etmişdir. Qəzet 1945-ci ilin mart ayına qədər nəşr edilmişdir. (96) 
Qeyd edək ki, qəzetdə milli istiqlalımız, milli tariximiz, adət və ənənəmiz, 
ədəbiyyatımız,  folklorumuzla  bağlı  çoxlu  yazılar  çap  edilirdi.  Qəzetin  1942-ci 
ildəki  20  dekabr  tarixli  sayında  (N28)  “Milli  Azərbaycan”  başlıqlı  bir  məqalədə 
yazılırdı:  Taburlarımızın  başları  üzərində  dalğalanan  üçrəngli  bayraq  -  bu 
Azərbaycanın bayrağıdır. Milli Azərbaycan bayrağı”. Qəzetin eyni sayında “Göy-
Qırmızı-Yaşıl”  (Milli  Azərbaycan  bayrağı).  “Milli  Azərbaycan  bütün  xalqın 
Azərbaycanıdır”, “Siniflər yox, millətlər var” kimi milli Azərbaycan ideolojisinin 
əsaslarını anladan məqalələr çap olunurdu. (16) 
Keçmiş  legioner,  Azərbaycan  Milli  Mərkəzinin  Başqanı  M.  Kəngərli 
“Azərbaycan”  qəzetinin  fəaliyyəti  ilə  bağlı  yazırdı:  “3  yanvar  1943-cü  ildə 
“Müqəddəs  arzu,  böyük  ümid”  məqaləsində:  “23  illik  əsirlikdən  sonra  istiqlalçı 
azərbaycanlıların yeni il arzularını əlimizdə silah olaraq həqiqiləşdirmək şərəfi biz 
legionerlərə  nəsib  olmuşdur”  yazılırdı.  Eyni  nüsxədə  Qurban  bayramı  münasibəti 
ilə  yazılan  “Qurbanlarımız  qəbul  olsun”  məqaləsində  “Biz  milli  Azərbaycanın 
qurbanlarıyıq”  deyilirdi.  1943-cü  ilin  10  yanvarındakı  sayda  “Bir  kərə  yüksələn 
bayraq,  bir  daha  enməz!”  məqaləsində  bu  sətirlər  vardı:  “Eyni  ilin  28  Mayısında 
Milli  Azərbaycan  Cümhuriyyətinin  istiqlalını  elan  etmiş  olan  Milli  Azərbaycan 
Şurasının rəisi Rəsulzadə Məhəmməd Əmin Millət Məclisinin iclasını açırdı. Natiq 
Milli hökumət  və  Milli Məclis üzvlərindən başqa, izdihamlı əhali tərəfindən dəxi 
diqqət və həyəcanla dinlənilən sözlərini, üzünü milli bayrağa çevirərək, bu cümlə 
ilə  bitirmişdir:  -  Bir  kərə  yüksələn  bayraq,  bir  daha  enməz!”.  Bu  tarixi  xatirələri 
nəql etdikdən sonra qəzet legionerlərə xitabla bunları əlavə edir: “Əziz arkadaşlar! 
Baxınız, 23 il sonra, eyni bayraq, türklüyümüzün, müsəlmanlığımızın, əsri (müasir) 
adamlar olduğumuzun, bir sözlə, hürr və müstəqil bir millət olduğumuzun əlaməti 


olan bu müqəddəs bayrağı biz legionerlər, biz millət və vətən yolunun canfədaları 
indi başlarımızın üstündə və qollarımızda daşıyırıq!..” 24 yanvar 1943-cü il tarixli 
nüsxədə Milli Azərbaycan Komitəsi haqqında dərc olunan bir informasiyada Milli 
Azərbaycan  Komitəsinin  alman  hökumət  məqamlarının  məlumatı  ilə  fəaliyyətə 
başladığı  xəbər  verilir.  Bu  xəbərə  görə,  “Adlon”  otelində  azərbaycanlıların  bir 
toplantısı  olduğu  və  bu  toplantıda  möhtərəm  Məhəmməd  Əmin  Rəsulzadənin 
təfsilat verdiyi bildirilir. Milli Komitənin Proqramı: “Azərbaycanın milli haqlarını 
qorumaq,  vətənin  xilas  və  istiqlalı  üçün  mübarizə  etmək,  Qafqasiyalı  millətlərin 
dostluqları  və  siyasətcə  bir  yerdə  yaşamaları  üçün  çalışmaq  və  Almaniya  ilə  sıx 
surətdə işbirliyi təmin etməkdən ibarətdir”- deyilir. İqtibasları, əlimizdə təsadüfən 
mövcud  olan  nüsxələrdən  dərc  edirik.  Bu  nüsxələr  arasında  bir  də  “Azərbaycan” 
qəzetinin  25-ci  istiqlal  ildönümünə  təsis  etdiyi  30  may  1943-ci  il  tarixli  nüsxəsi 
vardır.  Bir  kərə  nüsxənin  səhifəsını  başdan-başa  böyük  manşetlərlə  -  nasist 
Almaniyanın təhəmmül edəməyəcəyi, fəqət müstəqil Azərbaycan dövründə məşhur 
olan – “insanlara azadlıq, millətlərə istiqlal!” şüarı bəzəyir. Sonra idarə tərəfindən 
“Azərbaycanın  qəhrəman  oğullarına”  -  deyə  bir  xitab  vardır.  Bu  xitab  belə  bitir: 
“Davamız  haqlıdır.  Haqq  bizimlədir.  Yaşasın  cəsur  legionerlərimiz,  yaşasın  milli 
istiqlal!”  Eyni  nüsxədə  “Azərbaycan  istiqlalının  susdurulduğu  27  aprel  -  Azəri 
türklərinin  qaragünü  münasibəti  ilə  milli  şefimiz  hörmətli  M.  Ə.  Rəsulzadəyə 
redaksiyamız adından yazdığımız bir məktuba hörmətli şefin cavabını dərc edirik” 
müqəddiməsiylə  Emin  bəyin  bir  məktubu  dərc  edilmişdir.  Məktub  belə  bitir: 
“Yaşasın  milli  Azərbaycan,  yaşasın  milli istiqlal idealına bağlı qalan  Azərbaycan 
legionerləri!” Məktubun bir cümləsi çox mənalıdır, deyilir: “Milli istiqlal uğrunda 
canlarını  verməyə  hazır  fədailərin  şəxsinə  qarşı  göstərdikləri  etimada  layiq  bir 
xidmətdə  bulunmaq imkanını əldə  etmək,  milli davaya  sərf etdiyim  həyatımın ən 
sədaqətli anını təşkil edəcəkdir!” Bu nüsxə başdan-başa istiqlal, milliyyət, türklük, 
demokratiya  və  Azərbaycan istiqlalını canlandıran  xatirələr və  aktual  məqalələrlə 
doludur.  “28  Mayıs  Azərbaycan  tarixinin  əhəmiyyəti”,  “Azərbaycan  istiqlalı 
uğrunda  mübarizə”  kimi  başlıqlar  nüsxənin  hər  səhifəsində  gözə  çarpmaqdadır. 
Qəzetin  ədəbiyyata  ayırdığı  səhifədə  milli  şairimiz  Əhməd  Cavadın  “Milli 
bayrağımıza!” xitab edən şeri yanında atəşli istiqlal şairimiz Gültəkinin, Sananinin, 
legioner  şairlərdən  Daşqın,  Süleyman,  Mustafa  Həqqi,  Azəri  və  başqa  şairlərin 
istiqlal, milliyyət, türklük və bu ideallar uğrunda mücadilədən bəhs edən həyəcanlı 
parçaları dərc edilmişdir. Bu nüsxə rəsmlidir. Rəsmlər istiqlal dövrü böyüklərinin: 
Milli  Şura  başqanı  möhtərəm  M.  Ə.  Rəsulzadə,  Milli  Məclisin  ikinci  rəisi 
Həsənbəy Ağaoğlu, hökumət rəisləri Fətəlixan Xoylu ilə Nəsib bəy Yusifbəylinin 
fotolarını; parlament binası, milli əsgərlərdən bir qrupu, istiqlal dövrünə aid kağız, 
pul  və  sair  bu  kimi  xatirələri  canlandırmaqdadır.  Bütün  bu  yazı  və  rəsmlərin 
arasında  özəl  bir  çərçivə  içində  28  Mayıs  1918-ci  ilin  İstiqlal  Bəyannaməsinin  5 
maddəsi dərc olunmuşdur”. (145, s. 25-27) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə