NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   60   61   62   63   64   65   66   67   ...   100

Azərbaycan  legionerlərinin  Berlində  nəşr  edilən  “Azərbaycan”  qəzetinin 
1943-cü  ilin  avqust  (32(60)  sayındakı  materiallar,  məlumatlar,  yazılar  olduqca 
maraqlıdır.  Bu  yazılar  legionerlərin  həyatını,  fəaliyyətini  öyrənməkdə  ilkin 
mənbədir.  Qəzetin  həmin  sayındakı  yazılarda  göstərilirdi:  “Nöqsanlarımız 
haqqında”kı  məqalədə  yazılırdı:  “Etiraf  etməliyik  ki,  Azərbaycan  legionerləri 
arasında  milli  şərqilər  oxumaq  işi  o  qədər  də  qabaqda  deyildir.  Son  zamanlarda 
bəzi  legionerlərimiz  tərəfindən  yazılan  bir  neçə  əcaib  mahnılar  oxunurdusa,  indi 
bəzi alaylarımızda  legionerlərimiz  “Qarabağ  şikəstəsi”  və  ya  “Kəsmə  şikəstə”  ilə 
addımlayırlar.  Bəzən  də  vaxtı  ilə  Sarı  Aşığın  “Yaxşı”  adlı  sevgilisi  üçün  yazdığı 
sözləri də oxuyurlar. Əcəba, tara  və  ya  kamançaya layiq olan həzin can yandırıcı 
bir musiqi ilə addımlamaq olarmı? Əlbəttə yox! Legionerlərimizin oxuduğu ağı və 
şikəstələrin toylarda, məclislərdə oxunanlardan fərqi orasındadır ki, legionerlərimiz 
mahnının  əvvəlində  gələn  “əziziyəm”,  axırında  isə  “ay  anam  qurbanı,  gəl  qadan 
alım”  sözlərini  demirlər.  “N”  legionunun  legionerləri  belə  bir  mahnı  ilə 
fərqlənirlər: 
... Aşağıdan gəlir bir cüt erməni,  
Bir cüt yaxası var, üstü düyməli.  
(Yaxa da cüt olarmı?)  
Qaçma ingilisim, tutaram səni, 
 Şəkər loxması tək udaram səni... 
Ümumiyyətlə,  belə  mahnını  “inşa”  edən  “şairin”  ehtimal  ki,  türkcə 
qrammatikadan  heç  xəbəri  yoxdur.  “Avtor”  şəkilçinin  (suffiksin)  nə  olduğunu 
bilmir. 
Yenə belə bir şərqiyə də rast gəlirik:  
... Ay domenrota, Davay pulemyota... ...  
Bu  yaxınlarda  “N”  legionunda  mollalardan  biri  belə  bir  marş  “icad” 
etmişdir: 
... Əmri bizə hauptman verir
Komandanı bizə feldfebel verir... 
Biz gözəlcə bilirik ki, legionerlərimiz arasında qüvvətli talanta (istedada-
N.  Y.)  sahib  olanlar  vardır.  Onları  bu  işə  cəlb  etməklə  belə  nöqsanları  aradan 
qaldırmaq  olar.  Nöqsanlarımızı  aradan  qaldıralım  və  legionerlərimiz  üçün  elə 
mahnılar yazalım ki, o, apardığımız milli azadlıq mübarizəmizdə bizə ilham və ruh 
versin. 
Bu  çağırış  birinci  növbədə  Ucadağlıya,  Dənizə,  Daşqına,  Əzimliyə, 
Divaniyə, Zahidliyə və sair bunlar kimi gənc qüvvələrimizə daha çox aiddir. (Leg. 
Qürbətzadə)”. (7) 
“Hissəmiz  ilk  vuruşda  qalib  çıxdı”  məqaləsində  isə  yazılmışdı:  “Bizim 
taburda  legionerlərə  böyük  qayğı  göstərilir.  Cənab  oberleytenant  Lövven  tabur 
nəfərləri ilə hər gün görüşür, ayrı-ayrılıqda onlarla söhbətlər aparır və legionerlərin 
vəziyyətini hər cəhətdən daha da yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir. O, 


xəstələri də  unutmur. Hər gün onların yanma  gedir və qiymətli hədiyyələr aparır. 
Taburumuzda  olan  almanlar  və  azərbaycanlılar  bir-birləri  ilə  mehribancasına 
yoldaşlıq  və  dostluq  edirlər.  Hətta  hər  bir  alman  növbəti  məzuniyyətə  gedərkən 
özləri ilə bir azərbaycanlı da aparır. Bunun üçün taburumuzda imkan vardır. Budur, 
yefreytor Şefler məzuniyyətə getdiyi zaman legioner Məhəmmədi və ştabsfeldfebel 
Şonner isə legioner Əzizovu özü ilə birlikdə aparmışdır. Belələri taburumuzda az 
deyildir.  Bunlarla  yanaşı  olaraq  taburumuz  öz  hərbi  və  taktiki  təlim  işlərini 
müvəffəqiyyətlə  davam  etdirir.  Legionerlər  müasir  alman  hərbi  texnikasına 
məharətlə yiyələnmişlər və döyüş bacarıqlarını qat-qat artırırlar”. (7) 
Legioner Mirzənin “Uzun və xoşbəxt həyat arzu edirlər” başlıqlı yazısında 
isə  bildirilirdi:  “İstirahət  günü  idi.  Bütün  legionerlər  gəzməyə  getmək  üçün 
hazırlaşırdılar.  Bu  arada  incəsənət  dərnəyinin  konsert  vermək  üçün  legionumuza 
gəlməsi  düzəldi.  Tabur  komandanı  cənab  oberleytenant  Lövven  də  burada  idi. 
Onun anadan olmasının 55 illiyi bu gün tamam olurdu. Konsert olduqca təntənəli 
keçdi. Hər kəsdə böyük sevinc və ruh yüksəkliyi hiss olunurdu. Konsertdən sonra 
cənab oberleytenant Lövven çıxışında bildirdi: “Vətənini bolşevik əsarətindən xilas 
etmək  uğrunda  qəhrəmancasına  vuruşan  azərbaycanlı  legionerlərin  göstərdiyi 
mərdlik məni hədsiz dərəcədə ruhlandırır. Öz vətəniniz Azərbaycanda azad olaraq 
belə  şənlikləri  keçirməyi  arzu  edirəm”.  Onun  bu  çıxışından  sonra  legionerlər 
arasında  böyük  canlanma  başlandı.  Sonra  yemək  məclisi  düzəldi.  Ober-leytenant 
legionerləri sevdiyi kimi, legionerlər də onu hədsiz dərəcədə sevir, ona uzun illər 
xoşbəxt yaşamağı arzu edirlər”. (7) 
Qəzetdə  şer  və  hekayələrə,  şairlərimizin,  yazıçılarımızın  əsərlərindən 
nümunələrə və əsərlərinin təhlilinə də yer verilirdi. “Böyük milli və lirik şairimiz 
Hüseyn  Cavid”  məqaləsində  yazılmışdı:  “Azəri  türk  ədəbiyyatının  milli  və  lirik 
şairi,  mənzum  və  mənsur  dram  əsərlərinin  yaradıcısı,  müasir  ədəbi  varlığımızın 
parlaq  tacı  olan  Hüseyn  Cavidi  tanımayan  bir  azəri  türkü  və  onun  inci  kimi 
qiymətli şerlərini sevə-sevə  oxumayan bir çox qabaqcıl türk ziyalısı belə  yoxdur. 
Cavid təkcə Azərbaycan, Qafqaz deyil, eyni zamanda, bütün Orta Asiya millətləri, 
Kazan,  Krım,  İdil-Ural  tatarları,  Türkiyə  və  İran  xalqları  arasında  belə  özünü 
yaxşıca  tanıtmış  və  müasir  şərqin  diqqətəşayan  şairləri  sırasına  daxil  olmuşdur”. 
Sonra  Hüseyn  Cavidin  “Uçurum”  əsərindən  Əkrəm  ilə  İldırımın  mükaliməsindən 
parçalar  verilmiş,  “Şeyx  Sənan”dakı  Şeyx  Hadi  və  Şeyx  Kəbirin  dialoqu  təsvir 
olunmuş,  maraqlı  təhlil  aparılmışdır.  Məqalənin  sonu  bu  sözlərlə  yekunlaşır: 
“Bədii drama əsərində mövcud quruluşun iç üzünü tərənnüm edən elə bir məfkurə 
heç  bir  zaman  dinsizlər,  allahsızlar  və  vicdansızlar  hakimiyyətinin  müti  və  kor 
“nəzəriyyəçi”  və  “alimləri”nin  hər  cür  humanistlik  və  insani  duyğulardan  kənar 
olan  bu  cəllad  bolşevik  “tənqidçiləri”nın  xoşuna  gələ  bilməzdi.  Bunun  üçün  də 
sovet  bolşevik üsul-idarəsi və bu idarəni başlıca olaraq kəndilərinə  (özlərinə) xas 
bilən  rus-bolşevik-yəhudilər  və  onların  Azərbaycan  xalqı  içərisindəki  satqınçı  və 
alçaq  agentləri  olan  bir  sıra  vətən  xainləri  daima  Hüseyn  Cavidə  hücum  edərək, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə