NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   61   62   63   64   65   66   67   68   ...   100

onun ədəbi varlığını baltalamış və şairi arası kəsilməyən təqiblərlə yaxalamışlardır. 
Xüsusən, Azərbaycanda “NEP” dövrünün qurtarması ilə əlaqədar olaraq, bu təqib 
və  hücumlar  özünü  daha  şiddətlə  göstərməyə  başlamış  və  şairi  dəfələrlə  “QPU” 
podvallarını (zirzəmilərini - N. Y.) ziyarət etməyə məcbur etmişdir. Hələ 1917-ci il 
inqilabının müdhiş dəhşətləri ilə həyəcana gəlmiş və xalqımıza azadlıq deyil, zülm 
və  işgəncə  gətirən  belə  bir  amansız  tufandan  mütəəssir  olmuş  şair  Azərbacanda 
doğan  aprel  tufanı  ilə  əlaqədar  olan  (situasiyaya)  qarşı  üsyan  bayrağı  qaldıraraq 
yazmışdı: 
Elə bir əsr içindəyəm ki, cahan  
Zülm dəhşətlə qıvrılıb yanıyor,  
Üz çevirmiş də Tanrıdan insan, 
 Küfri haq, cəhli mərifət sanıyor.  
Dinləməz kimsə qəlbi, vicdanı,  
Məhv edən haqlı, məhv olan haqsız...  
Başçıdır xalqa bir yığın cani,  
Hər münafıq, şərəfsiz, əxlaqsız”. (7) 
“Azərbaycan”  qəzetinin  saylarında  belə  maraqlı  yazılar  tez-tez  dərc 
olunurdu. 
Qəzetin  1943-cü  ilin  14  noyabrında  çap  edilmiş  46(74)-cı  sayında  isə 
Berlində  keçirilən  Milli  Azərbaycan  Qurultayı  haqqında  geniş  məlumatlar  dərc 
olunmuşdur.  Qəzetdə  qurultaya  göndərilən  təbriklərin  mətni  və  çıxış  edənlərin 
məruzələri  ilə  də  tanış  olmaq  mümkündür.  Bundan  əlavə,  çıxışçıların  fotoları  da 
verilmişdir ki, bu da həmin şəxsləri tanımaq, öyrənmək baxımından maraqlıdır. 
Qeyd  edək  ki,  qəzetin  46-cı  sayının  1,  2,  3,  4,  5-ci  səhifələrində  Milli 
Azərbaycan  Qurultayının  materialları  verilib.  5-ci  səhifənin  sonunda  legioner 
Miskinin  “Ey  cavanlar”  şeri  çap  olunmuşdur.  Bədii  və  sənətkarlıq  baxımından 
yüksək olmasa da, tarixiliyinə görə əhəmiyyətli olan həmin şerdə vətənin azadlığı 
ideyası əsas götürülmüşdür: 
Sən bir cəsur türk oğlusan, qəhrəman! 
Azad elə öz yurdunu düşmandan!” (8) 
Qəzetin  “Cəbhələrdə  vəziyyət”  başlığındakı  yazılar,  məlumatlar  6-cı, 
sonuncu  səhifədə  verilmişdir.  “Almaniya  silahlı  Qüvvələri  Baş  Komandanlığının 
məlumatı”nda  bildirilirdi:”  2  noyabr  -  Düşmən  Krımda,  Kerç  şəhərinin  hər  iki 
tərəfinə  çıxmaq  istəmişdir.  Düşmən  mühasirə  edilmiş,  dar  bir  sahəyə 
sıxışdırılmışdır.  Başqa  yerlərdə  düşmənin  cəhdi,  ona  böyük  itki  verilməklə  puça 
çıxarılmışdır.  Sahilə  çıxmış  qoşunlar  məhv  edilmişdir.  Dneprin  aşağı  axımından 
cənuba doğru, Noqay səhralarından Dneprə tərəf soxulmuş düşmən motorlu hissəsi 
ilə döyüşlər davam edir. Bolşeviklərin alman hissələrini ayrı salmaq  və  mühasirə 
ciddi-cəhdləri  məğlubiyyətə  uğramışdır.  Dnepropetrovskinin  cənubi-qərbində 
Dnepr  dirsəyində  düşmənin  hücumu  olmuşdur.  Bu  zaman  hücum  edən  40  sovet 
tankından 28-i məhv edilmişdir. 


Krivoy-Roqun  şimalında  qoşunlarımızın  əks-hücumları  müvəffəqiyyətlə 
nəticələnmişdir.  Müdafiəmizə  soxulmuş  düşmən  arxasından  kəsilmiş  və  məhv 
edilmişdir.  Təxmini  hesablamalara  görə,  oktyabrın  27-dən  sonra  5000  əsir 
tutulmuş, 357 tank, 378 top və 500-dən artıq avtomaşın ələ keçirilmiş və ya məhv 
edilmişdir. Kəskin müqavimət göstərən düşmən hissələri xüsusilə ağır itki verməyə 
düçar olmuşlar. Cənubi İtaliya cəbhəsinin cənub-qərbində düşmən böyük qüvvətlə 
qoşunlarımızın  mövqelərinə  hücum  etmişdir.  Alman  bombardmançıları  dünən 
Cənubi İngiltərə sahilində olan bir neçə limanlar üzərinə axın etmişdir. 
Krımın  şimal  girişində,  Xersonun  bir  məntəqəsində  və  Dneprin  böyük 
düşərgəsində  düşmənin  güclü  tank  və  piyada  qüvvətlərilə  döyüşlər  gedir.  Sovet 
qoşunları ağır itkilər verir. 
Bir  bölgədə  hücum  edən  40  sovet  tankının  23-ü  məhv  edilmişdir.  Kiyev 
altında və onun şimalında sovet qoşunları tankların yardımı ilə hücumlarını davam 
etdirmişlər.  Onlar  bir  neçə  yerdə  cəbhəni  yarmağa  müvəffəq  olmuşlar.  Ağır 
döyüşlər davam edir. Veliki Luki altında 32 sovet tankı məhv edilmişdir. 
Şimal  Buzlu  dənizi  üzərində  hava  döyüşlərində  və  zenit  artilleriyasının 
atəşilə 16 sovet təyyarəsi vurulmuşdur. Bizim itkimiz olmamışdır. 
Alman təyyarələri 5 noyabr gecəsi London şəhərini bombalamışlar. 
6  noyabr  -  Krımda,  Kerçin  hər  iki  tərəfində  və  Pereqor  keçidində  gedən 
ağır  döyüşlərdə  alman-rumın  hissələri  tərəfindən  sovet  qoşunlarının  hücumları 
püskürtülmüşdür. 
Dneprin  aşağı  axımında,  Xerson  və  Niqopol  məntəqələrində  bizim 
müdafıə 
mövqeyimizə 
edilən 
düşmən 
hücumları 
püskürtülmüşdür. 
Dnepropetrovskinin  cənubunda  düşmənin  kəskin  müqavimətinə  baxmayaraq, 
hücum edən qoşunlarımız irəliyə doğru hərəkət etmişlər. İlin əvvəlindən indiyədək 
44-cü tank piyada diviziyası “Das Reyc” düşmənin 2000 tankını məhv etmişdir. 
Sovetlər  Kiyevdən  şimalda  döyüşə  yeni  qüvvələr  gətirmişlər.  Yarma 
təhlükəsindən sağınmaq üçün bizim qoşunlar Kiyev məntəqəsindən geri alınmışlar. 
Alman hava qüvvələri tərəfindən şərq cəbhəsində noyabrın 3-dən 5-dək 140 sovet 
təyyarəsi məhv edilmişdir. Öz itkimiz 6 təyyarədir. 
Təcili  məlumatlarda  deyilir  ki,  alman  hava  qüvvələri  Aralıq  dənizinin 
qərbində  düşmən  yığnaqlarına  ağır  bir  zərbə  vurmuşdur.  Bombardman  təyyarə 
birləşmələri  Şimali  Afrika  sahilində  düşmənin  qoşunla  dolu  olan  22  nəqliyyat  və 
onlan  mühafızə  edən  8  qırıcı  gəmisinə  hücum  etmişlər.  Çoxlu  bombardman  və 
torpedləmə nəticəsində cəmi 140 000 ton sututumu həcmində olan 13 nəqliyyat və 
iki də qırıcı gəmi elə zədələnmişdir ki, onları məhv olmuş hesab etmək olar”. (6) 
Bundan  əlavə,  Berlində  Azərbaycanın  Milli  Birlik  Məclisinin  orqanı 
olaraq “Milli Birlik” jurnalı da nəşr edilirdi. Aylıq olaraq çap edilən jurnalda (1000 
nüsxə  tirajla)  rəsmi  məlumatlarla  yanaşı,  Azərbaycanın  tarixi,  müstəqilliyi  ilə  də 
bağlı yazılara rast gəlmək mümkün idi. Jurnalın redaktoru Cəlil İsgəndərli, aparıcı 
müəllifləri Ənvər Qazıyev, Cabbar Məmmədov və Lətif Kərimov idi. (96). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə