Bakıda Azərbaycan Res-
publikası və Rusiya Federa-
siyası arasında Xəzər dəni-
zinin hüquqi statusu üzrə
ikitərəfli məsləhətləşmələr
keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən bildiriblər ki, görüşdə
Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini Xələf Xələfovun
və Rusiya Federasiyası Prezidentinin
MDB İştirakçı-Dövlətləri ilə sərhəd-
lərin delimitasiyası və demarkasiyası
üzrə xüsusi nümayəndəsi, Xarici İşlər
Nazirliyinin xüsusi tapşırıqlar üzrə sə-
firi İqor Bratçikovun rəhbərlik etdiyi
nümayəndə heyətləri iştirak ediblər.
Görüşdə Xəzər dənizinin hüquqi
statusu haqqında Konvensiya layihə-
si üzrə geniş fikir mübadiləsi aparılıb.
Xəzəryanı ölkələrin Zirvə toplantı-
sına hazırlıq məqsədilə keçirilməsi
nəzərdə tutulan Xəzəryanı ölkələrin
Xarici İşlər Nazirlərinin Müşavirə-
sinə qədər sözügedən Konvensiya la-
yihəsində açıq qalan bütün məsələlər
üzrə razılığın əldə olunmasının vacib-
liyi vurğulanıb. Bu məqsədlə Xəzər
dənizinin hüquqi statusu haqqında
Konvensiyanın işlənib hazırlanması
üzrə Xəzəryanı ölkələrin xarici işlər
nazirlərinin müavinləri səviyyəsində
xüsusi işçi qrupunun növbəti görüşü-
nün səmərəli yekunlaşması üçün birgə
səylərin artırılmasının zəruriliyi qeyd
edilib. Müzakirələr zamanı bütün
Xəzəryanı ölkələr tərəfindən qəbul
ediləcək Konvensiyanın hər bir sa-
hilyanı dövlətin suveren hüquqlarının
təmin olunmasına və onların maraqla-
rına xidmət etməli olduğuna dair fikir
mübadiləsi aparılıb.
Hər iki ölkə arasında mövcud
olan mehriban qonşuluq və dostluq
münasibətləri ruhunda keçən görüşdə
Xəzər dənizi məsələləri üzrə ikitərəfli
formatda aparılan məsləhətləşmələrin
mövqelərin yaxınlaşdırılmasına və
açıq qalan məsələlərin razılaşdırılma-
sına xidmət etdiyi qeyd olunub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyəti Bakı Beynəlxalq Dəniz Ticarət
Limanına gəmilərin operativ təmir olunması üçün
üzən emalatxana göndərəcək.
“Bibiheybət” Gəmi Təmiri Zavodunda Gəmiçi-
liyə məxsus üzən emalatxananın təmirinə başlanılıb.
Təmir başa çatdıqdan sonra üzən emalatxananın
yedək gəmisi ilə Ələtə - yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanına aparılması gözlənilir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə
yüklərin vaxtında daşınması üçün fəaliyyətdə olan
bərələrin Ələt limanında operativ təmirinə zərurət
yaranıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara
veriləndən sonra “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə
daşınan yüklərin həcmində də artım proqnozlaşdırıl-
dığından Gəmiçiliyin rəhbərliyi üzən emalatxananın
təmirinə qərar verib.
Üzən emalatxana Xəzərin ən böyük yükaşırma
müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət
göstərməyə imkan verəcək. Bununla da gəmilərin
səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldı-
rılacaq. Əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ”
gəmi təmiri zavodlarında həyata keçirilən cari təmir
işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ti-
carət Limanında gerçəkləşdiriləcək.
Müasir standartlara cavab verəcək üzən emalatxa-
nada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstə-
riləcək. Burada işçi heyətin yaşayışı üçün də zəruri
hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət
otağı ilə yanaşı, üzən qurğuda Gəmiçiliyin internet və
lazımı avadanlıqlarla təchiz edilən stasionar ofisi də
fəaliyyət göstərəcək. Bu da Gəmiçiliyin əməkdaşları-
nın Bakı Beynəlxalq Dəniz Ticarət Limanında distant
fəaliyyət göstərməsinə və işin səmərəliliyini daha da
artırmağa imkan verəcək.
Gəmiçiliyin rəhbəri Rauf Vəliyev 24 saat növ-
bəlilik qrafiki ilə icra edilən təmir prosesi ilə yaxın-
dan tanış olub. Bildirilib ki, təmir işləri plana uyğun
aparılır. Təmirin yanvarın sonunda başa çatdırılacağı
nəzərdə tutulub. Təmirlə bağlı tapşırıqlarını verən
sədr daha sonra üzən qurğunun aparılacağı Bakı Bey-
nəlxalq Dəniz Ticarət Limanında olub.
Hazırda emalatxananın yerləşəcəyi ərazidə Gə-
miçiliyin sifarişi ilə “Caspian Marine Services”
şirkəti dibdərinləşdirmə işləri görür. İşin gedişatı ilə
maraqlanan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin sədri Rauf Vəliyev limanın nümayəndələri
ilə də görüşüb. Söhbət zamanı gələcəkdə həyata ke-
çiriləcək müştərək layihələr haqqında da fikir müba-
diləsi aparılıb.
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
13 yanvar 2017-ci il № 1-4 (9095)
2
İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyə-
tində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və
xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin
daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmə-
nin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsə-
di ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qƏRARA AlIR:
1. “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təs-
diq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri
dövlət şirkətlərinin Siyahısı” təsdiq edilsin (1 nömrəli
əlavə).
2. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smeta-
larının tərtibi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smeta-
larının icrası üzrə monitorinq aparılması Qaydası” təs-
diq edilsin (3 nömrəli əlavə).
4. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Siyahı-
da sadalanan iri dövlət şirkətlərinin gəlirlər və xərclər
smetalarına baxılma və həmin smetaların təsdiq edilmə-
si üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini
komissiyanın üzvləri:
Şahin Mustafayev – Azərbaycan Respublikasının
iqtisadiyyat naziri
Samir Şərifov – Azərbaycan Respublikasının ma-
liyyə naziri
Fazil Məmmədov – Azərbaycan Respublikasının
vergilər naziri
Elman Rüstəmov – Azərbaycan Respublikası
Mərkəzi Bankının sədri
Rüfət Aslanlı – Azərbaycan Respublikası Maliyyə
Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının
sədri.
5. Komissiyanın cari fəaliyyətinin təşkili məqsə-
di ilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin
funksiyalarının həyata keçirilməsi Azərbaycan Respub-
likasının Maliyyə Nazirliyinə həvalə edilsin.
6. Müəyyən edilsin ki:
6.1. iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərc-
lər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək
Komissiyanın Katibliyinə təqdim edir;
6.2. Komissiya təqdim olunmuş layihələrin müza-
kirəsini və qiymətləndirilməsini həyata keçirir və mü-
vafiq düzəlişlərin aparılması zərurəti yarandıqda, həmin
layihələri hər il sentyabr ayının 15-dək iri dövlət şirkət-
lərinə qaytarır;
6.3. iri dövlət şirkətləri, Komissiyanın rəyi nəzərə
alınmaqla, gəlir və xərclər smetaları layihəsində düzə-
lişlər edərək, layihəni sentyabr ayının 25-dək Komissi-
yanın Katibliyinə təqdim edir;
6.4. Komissiya hər il noyabr ayının 1-dək iri dövlət
şirkətlərinin gəlir və xərclər smetalarını təsdiq edir;
6.5. iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və
xərclər smetalarının rüblük icrası barədə hesabatı hər
rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı
isə hər il aprel ayının 1-dək Komissiyaya təqdim edir;
6.6. Komissiya altı ay müddətində bu qərarın 6.5-ci
bəndinə əsasən təqdim olunmuş gəlir və xərclər smeta-
larının illik icrası barədə hesabatların təhlilini, qiymət-
ləndirilməsini və monitorinqini aparır, bu barədə arayış
hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə
təqdim edir;
6.7. gəlirlər və xərclər smetaları təsdiq edildikdən
sonra iri dövlət şirkətlərinin gəlirlər və xərclərində Ko-
missiya ilə razılaşdırılmaqla dəyişikliklər edilə bilər.
7. “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər
smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı
ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası nazirlər
kabinetinin 2016-cı il 30 dekabr
tarixli 534 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə
Gəlirlər və xərclər smetaları
hazırlanmalı, təsdiq edilməli və icrası
üzrə monitorinq aparılmalı olan iri
dövlət şirkətlərinin siyahısı
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.
2. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.
3. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cə-
miyyəti.
4. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar
Cəmiyyəti.
5. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti.
6. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.
7. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyəti.
8. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti.
9. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq
Səhmdar Cəmiyyəti.
10. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı
Səhmdar Cəmiyyəti.
11. Azərbaycan Respublikası Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar
(“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom”
Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud
Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” İs-
tehsalat Birliyi).
qeyd: qərara edilmiş əlavələrin tam mətni ilə
www.cabmin.gov.az saytında tanış ola bilərsiniz.
AZƏRBAYcAn ReSPUBlİkASInIn nAZİRlƏR kABİnetİnİn qƏRARI
№ 534 Bakı şəhəri, 30 dekabr 2016-cı il
İRİ DövlƏt şİRkƏtlƏRİnİn GƏlİRlƏR vƏ xƏRclƏR SMetAlARI HAqqInDA
GƏMİçİlİYİn RƏHBƏRİ AZƏRBAYcAn
DƏnİZçİlİk kollecİnDƏ
GƏlƏcƏYİn DƏnİZçİlƏRİ üçün
YARADIlAn şƏRAİtlƏ tAnIş olUB
“Azərbay-
can Xəzər Dəniz
Gəmiçiliyi” QSC-
nin sədri Rauf
Vəliyev Azərbay-
can Dövlət Dəniz
Akademiyasının
nəzdində Azər-
baycan Dənizçilik
Kollecində olub.
Gəmiçiliyin
rəhbəri aparılan
təmir və bərpa
işlərindən sonra
kollecdə gələcəyin
dənizçiləri üçün
yaradılan şərait-
lə yaxından tanış
olub.
Kollecdə 9
və 11 illik təhsil
əsasında dənizçi
peşəsinə yiyələn-
mək mümkündür.
Təhsil ocağında
eyni zamanda ix-
tisasartırma kurs-
ları da təşkil edilir
və kursları uğurla
bitirən gənclərə
müvafiq sertifikat-
lar verilir.
Gəmiçiliyin rəhbəri “Gəmi daxiliyanma mühərrikləri, gəmi
təmirinin təşkili” fənni üzrə imtahan prosesini də izləyib. Tələ-
bələr imtahanı kənar müdaxilə olmadan - kompüter vasitəsi ilə
verirlər. Sədr Rauf Vəliyev kurs iştirakçılarının təhsili ilə də ma-
raqlanıb.
Daha sonra kollecin idman meydançasına baxış keçirilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı ilə 2016-cı ildən Gəmiçiliyin tabeliyinə verilən bu təh-
sil ocağı əvvəllər “Dəniz Balıq Sənayesi Kolleci” kimi fəaliyyət
göstərib.
GƏMİçİlİk GƏMİlƏRİn oPeRAtİv tƏMİR olUnMASI
üçün BAkI lİMAnInA üZƏn eMAlAtxAnA GönDƏRƏcƏk
“qURBAn ABASov” kRAn
GƏMİSİnİn xƏZƏRİn RUSİYAYA
AİD SUlARInDA İStİSMAR
olUnMASI nƏZƏRDƏ tUtUlUR
Rusiya federasiyasının “Marine offshore contractor”
MMc şirkəti “qurban Abasov” kran gəmisini “Azərbaycan
xəzər Dəniz Gəmiçiliyi” qSc-dən icarəyə götürmək istəyir.
Bunun üçün Gəmiçiliyin rəhbərliyi ilə danışıqlara başlanılıb.
“AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşdə qonaqlar gə-
miyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən
tam razı qaldıqlarını bildiriblər. Sonuncu təmir zamanı tamamilə
modernləşdirilən “Qurban Abasov” kran gəmisinin Xəzərin Rusi-
yaya aid sularında istismar olunması nəzərdə tutulur.
Söhbət zamanı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-
nin sədri Rauf Vəliyev indiyədək əməkdaşlıq etdikləri digər
şirkətlər kimi, “Marine Offshore Contractor” MMC-nin də etibar-
lı tərəfdaş olacağına əminliyini ifadə edib. Görüşdə eyni zamanda
gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri
də müzakirə olunub.
xƏZƏR DƏnİZİnİn HüqUqİ StAtUSU üZRƏ İkİtƏRƏflİ MƏSlƏHƏtlƏşMƏlƏR keçİRİlİB