RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə21/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   17   18   19   20   21   22   23   24   ...   97

73 
Mənəm, dutum, dutum, dutum, 
Bacım dutum. 
 
Sağın nəğmələri konkret peşə ilə bağlı olduğundan 
nəğmələrin deyilməsində fərdilik (tutaq ki, sağıcı ilə inək 
arasında) görünür. “Dutum, nənəm” mahnısı sağıcı 
qadınlar tərəfindən ancaq inəklər üçün yaradılmışdır. 
Saya nəğmələrindəki “nənəm” sözü ilə sağıcı 
nəğmələrindəki “nənəm” sözü səsləniş  cəhətdən bir-
birindən fərqlənir. Əgər saya nəğmələrində “nənəm” sözü 
bir dəfə  işlənirsə, sağın nəğməsində “nənəm” hər dəfə 
təkrarlanaraq nəğməyə xüsusi ahəng verir.  “Dutum, 
dutum” adı altında təriflənənin inək olduğu mətndən 
aydınlaşır,  şeirin ahəngindən, misraların axıcılığından 
obrazlaşma daha aydın görünür. Dutum onu sağana hər 
cəhətdən kömək etməlidir, borcunu qaytarmalıdır, qonşu 
qıza xonça gəlib, öz qızına da xonça gəlməsini, ailəsinin 
yaza çıxmasını dutumdan istəyir, oğul-uşağa toy etmək 
istədiyini dutuma bildirir. Dutum antropomorfik obrazdır.  
Əkinçi nəğmələri. 
 Əkinçi nəğmələri xalq poeziyasının ilkin 
janrlarındandır və  əmək prosesində  çəkilən zəhməti 
yüngülləşdirmək, əməyi ritmləşdirmək, ondan mənəvi və 
estetik zövq almaq məqsədilə oxunur. Nəğməni oxuyan 
zaman ritm prosesdə  hərəkətə uyğun olaraq izlənir.  İlk 
əmək nəğmələri iki səsdən ibarət olub cütçü 
nəğmələrində istifadə olunmuşdur. Belə  nəğmələrdə  səs 
ilə ritm arasındakı  əlaqənin olduğunu, bu səslərin 
vurğulu, alliterasiyalı nümunələr  əmələ  gətirdiyini, 2-3 
hecalı, 2-3-4 misralı  əmək nəğmələri yaratdığını söy-
ləmək olar. Belə nəğmələrdə, əsasən, öküzün işgüzarlığı 
tərif edilir, öküzə cütçünün sədaqətli yoldaşı kimi baxılır. 
Məsələn, 
 
Ehhe, Ehhe                            Avalım 


74 
Ehhe, Ehe                              Düzdə qalıb 
Güc ver, ho                            Güc ver, ho 
Güc ver, ho                            Güc ver, ho 
Güc ver, ho                            Güc ver, ho 
 
Holavarlar. 
 Əkinçi nəğmələrinin xalq arasında yayılmış adı  
holavardır. Bu adın mənşəyini əkinçi nəğmələrində təkrar 
olunan “ho” hissəciyi ilə izah etmək olar. Öküzü işə cəlb 
etmək məqsədilə cütçü tərəfindən “çağırmaq”, 
“səsləmək” mənasında “holamaq” felindən istifadə 
olunur.  Ə.Axundov isə “holavar” sözünü “ho” ilə “var” 
sözünün birləşməsi, “la” hissəciyinin isə şəkilçi kimi bu 
iki sözü birləşdirmək məqsədilə  işləndiyini qeyd edir. 
Aşağıdakı  nəğmədə isə “ho”nun müqəddəs varlıq kimi 
işləndiyi məlum olur: 
 
“Ho”lara dilək etdim, 
Sübh üstü murada yetdim. 
 
A.Nəbiyev “holar/var” holar – müqəddəs varlıqlar, 
“var” oxşama, nəğmə  mənasında izah edir. “Holar” 
sözündəki  -r samitinin düşməsi ilə “holavar” sözü 
yaranmışdır. 
Əmək nəğmələrinin növü olan holavarlar haqqında 
müstəqil nəğmə kimi danışmaq olar. Folklorşünaslıqda 
ilk dəfə olaraq holavarların totem nəğməsi olması,  ho-
nun totemə çağırış  mənasını bildirməsi A.Nəbiyev 
tərəfindən qeyd edilmişdir. 
 
Holara qurban kəsək, 
Holar, taxıl bol olsun. 
 
Holara dilək etdim, 
Sübh çağı murada yetdim. 


75 
 
- kimi parçalarda ho-nun, öküzün, inəyin qədim totem 
olması, ona nəğmələr qoşulması faktı qabarıqdır. 
Bu  şeir parçaları  ən çox nəqarəti xatırladır, burada 
vəzn, qafiyə  tələbləri o qədər də yerində  deyil.  Bu  isə 
holavarların heca vəznindən  əvvəl yarandığını  təsdiq 
edir. Qoyunçuluqla bağlı sayaçı sözlərinin xalqın poetik 
yaradıcılığında üstün yer tutması, sayaçı  nəğmələrinin 
mövsüm və  mərasim nəğmələrinə, daha sonra əmək 
nəğmələri ilə birlikdə bayatının yaranmasına təsiri, sayaçı 
sözlərinin  əmək nəğmələri ilə qaynayıb qarışması, 
mövsüm-mərasim nəğmələrindən  əmək nəğmələrinin 
yaranması söylənir (56, s.70).   
Belə aydın olur ki, holavarlar, sayaçı sözlər və s. ən 
qədim nəğmə növləridir. Lakin bu nəğmələrin bağlı 
olduğu mərasimi görüşlər inkişaf edərək, yeni-yeni 
mövsüm və  mərasim nəğmələrinin  əmələ  gəlməsinə 
səbəb olmuşdur. Azərbaycan folklorunda rast gəlinən 
mövsüm nəğmələrini iki yerə ayırmaq olar: ayrı-ayrı 
hadisələr və etiqadlarla bağlı yaranan nəğmələr; fəsillərlə 
bağlı xalqın  əməyini dəyərləndirən, ona qiymət verən 
mövsüm nəğmələri. Birinci qrupa aid nəğmələr oda, 
günəşə, suya, küləyə, yağışa, torpağa və s. həsr edilən 
nəğmələrdir ki, bunlar da müəyyən etiqadlarla birbaşa 
bağlıdır. 
 Nəğmələrin struktur modelini qursaq, sayaçı  və 
sağın nəğmələrinin bir qrupda, ovçu və balıqçı 
nəğmələrinin ayrı qrupda, əkinçi-cütçü-xırman 
nəğmələrinin, kümçü-ipəkçi və hana nəğmələrinin isə 
başqa qruplarda birləşdiyini görərik.  
 
Xırman nəğmələri.  
Xırman nəğmələrinin oxunma məkanı taxılçılıqla 
bağlıdır. Taxılı döymək üçün sünbüllər araba ilə çöldən 


76 
xırmana daşınar, xırmanda tayaya vurulardı. Xırman 
dairəvi təmizlənmiş  və  hər tərəfi çəmənlik olardı. 
Dərzdən tayalar göz oxşayardı. Vəl deyilən bir cüt 
taxtadan düzəldilmiş, uzunluğu 3 metr, eni bir metr olan 
bu kənd təsərrüfatı alətinin bir üzü hamar, sığallı, digər 
üzündə isə  dəliklər olardı. Həmin dəliklərə xüsusi əldə 
düzəldilmiş  xırda daşlar  şəbəkə  şəklində  vəlin deşilmiş 
tərəfinə  bərkidilərdi. Beləliklə, vəl hazır olardı. Həmin 
vəlləri bir və ya iki ata qoşardılar, atlar vəlləri hərəkətə 
gətirər, xırmanda taxılı  vəlin ağır taxtaları ilə  əzməyə 
başlardılar. Bu növ ilə taxıl döyülərdi. Xırmana getmək 
üçün uşaqlar axşamdan ağlaşar, yalvarardılar ki, onları da 
ora aparsınlar. Xırmanda yerə sərilmiş sünbüllərin üstə at 
vəli gəzdirər, uşaqlar da vələ minər. Xırmanı dövrə 
vurardılar. Vəl gəzintisi uşaqların xoşuna gələr, vəl 
sürənlər də  vəl ağır olsun deyə  həvəslə  uşaqları 
mindirərdilər. Bu proses nəğmələrlə müşayiət olunurdu. 
 
Xırman üstü daş idi, 
Kəl mənə yoldaş idi. 
Bir arvaddı, bir də mən
Uşaqlar on baş idi. 
Sovruq atın sovrulsun, 
Düşmən yanıb qovrul-
sun. 
 
Xırman üstü yol idi, 
Sarı buğda bol idi. 
Gün çıxdı xırman üstə, 
Vəl keçdi duman üstə. 
Sovruq atın sovrulsun, 
Düşmən yanıb qovrul-
sun. 
Xırman üstü gül idi, 
Yarım şirin dil idi. 
Qulac-qulac hörüyü 
Xırmanda sünbül idi. 
Sovruq atın sovrulsun, 
Düşmən yanıb qovrul-
sun 
 
Sovruq atdıq sovruldu,  
Vəlin dişi yomruldu. 
Günəş xırman yerində, 
Qovurğamız qovruldu 
 
Ovçu nəğmələri. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə