RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə24/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   20   21   22   23   24   25   26   27   ...   97

85 
Hanamsan, hanam 
mənim, 
Sonamsan, hanam 
mənim. 
Sən mənim 
həmsöhbətim, 
Anamsan, hanam mənim. 
Bu hana  həndi hana
Ayağım bəndi hana. 
Kəsəydim tezcə səni, 
Gəzəydim kəndi, ha-
na. 
 
Məişətdə oxunan hana nəğmələri xalçaçılıqla 
bağlıdır. Buna el arasında hana nəğmələri də deyirlər. 
Belə nəğmələrin yayıldığı ərazilər xalça sənəti ilə məşğul 
olan rayonlardır. Hana nəğmələrində  də xalqın istək və 
arzuları, məişət qayğıları öz əksini tapmışdır. Xalçanı 
toxuyan zaman nəğmə oxuyanlar hananı  və toxuduğu 
xalçaları öz nəzərlərində insanlaşdırır, onlara 
antropomorfik münasibət bəsləyir, obrazlaşdırdığı 
hanadan öz həyatının xoş keçməsini istəyir. Bu barədə 
geniş  tədqiqatlar aparılmadığından hana nəğmələrindəki 
arzu və istəyin əsatiri kökləri də qaranlıqdır. 
Bu nəğmələrin bir xüsusiyyəti də odur ki, müşahidə 
zamanı deyilən nəğmələr tapmaca şəklinə düşərək folklor 
faktına çevrilir. Məsələn, baramaya deyilən tərif tapmaca 
kimi belə işlənir: 
Püstədi, ha püstədi, 
Taxtı rəvan üstədi. 
Camış kimi ot otlar 
Su içməyə xəstədi. 
 
Hana nəğmələrində isə  aşağıdakı dördlük hananı 
bildirir: 
 
Asma gül, 
Basma gül, 
Gülü xınalı 
Döşü minalı. 


86 
 
İstər hana nəğmələrində, istərsə də ipəkçi-baramaçı-
lıq nəğmələrində  təyin olunan obyekt canlandırılaraq 
obraz  şəklinə salınır. Məsələn, hana nəğmələrində ona 
müraciət forması kimi “Güllü gözəlim”, “Xan qızı ha-
nam”, “Ala göz sonam” kimi təşbehlərdən istifadə olu-
nur. 
Qeyd olunan nəğmələrdən fərqli olaraq, mövsüm 
mərasimi, məişət mərasimi, doğum mərasimi nəğmələri, 
toy nəğmələri, yas nəğmələri kütləvilik təşkil edir, onlar 
Azərbaycanın bu və ya digər regionlarında müəyyən 
fərqlə ifa olunmasına baxmayaraq, ümumxalq nəğmələri 
statusundadır. 
Əmək nəğmələri  əmək prosesində yaranır və 
müəyyən bir hərəkətə  və ritmə tabe olur. Əmək 
nəğmələrinin çoxlu növləri vardır. Buraya əsasən, 
balıqçılıq nəğmələrini, ipəkçilik nəğmələrini,  əkinçi 
nəğməsini, cütçü nəğməsini, toxucu nəğməsini, dulusçu 
nəğməsini, hana nəğməsini, kümçü nəğməsini və s. daxil 
etmək olar. 
 
Bayatılar. 
 Azərbaycan folklorunun ən qədim janrlarından biri 
də bayatılardır. İlk bayatıların nə vaxt yaranması da hələ 
ki, elmə qaranlıqdır. Bayatıların toplanması, nəşri, 
tədqiqi sahəsində Azərbaycan folklorşünaslığında 
mühüm işlər görülmüşdür. Hələ XX əsrin 20-30-cu 
illərində Azərbaycan elmində bayatıların toplanması, 
nəşri və öyrənilməsi ilə  Vəli Xuluflu, Əmin Abid, 
İsmayıl Hikmət, Mirzə Abbas Abbaszadə, Abdulla Şaiq, 
Mirzə  Məhəmməd Axundzadə,  Şəfiqə  Əfəndizadə, 
Hümmət Əlizadə, Hənəfi Zeynallı və b. məşğul olmuşlar. 
Bayatının müxtəlif xalqlarda fərqli adları vardır. 
Onun mani, xoryat kimi növlərinə  də rast gəlinir. 


87 
Azərbaycanda bayatıların toplanması, nəşri və tədqiqi ilə 
bir çox alimlər məşğul olmuşlar.  Şəfiqə  Əfəndizadənin 
“Bayatılar və manilər” (1925), Mirzə Abbas 
Abbaszadənin “Arvad ağısı” (1914 və 1915), Hümmət 
Əlizadənin “Azərbaycan bayatıları”, Asiya 
Məmmədovanın “Bayatılar”, H.Qasımovun “Bayatılar” 
(1956, 1960) kitabları da bu janrın təbliğində  və 
yayılmasında böyük rol oynamışdır. Son 30 – 40 il 
ərzində bayatıların toplanması  və  nəşri ilə  məşğul 
olanların içərisində prof. M.Həkimovun xidmətləri də 
xalqa faydalılığı ilə seçilir. Əvvəla ona görə ki, onun 
topladığı bayatılar el ədəbiyyatının daşıyıcısı olan 
aşıqların dilindən yazıya köçürülmüşdür.  İkincisi, ona 
görə ki, həmin bayatılar öz ilkinliyini saxlamaqdadır, 
çünki elat camaatından toplanmışdır. “Elat bayatıları” 
kitabında M.Həkimov bayatı adına 6 məna ətrafında izah 
verməyə çalışır: 1. Yer adı;  
2. Qəbilə adı; 3. Ərəbcədən keçmə söz; 4. Axşamdan 
qalmış  ərzaq, yemək adı; 5. Allahın adlarından biri; 6. 
Körpənin inkişafı, boy atması. Bayatının qəbilə adı 
olmasını M.Kaşqarlı da qeyd edir. Onun ərəbcədən 
keçmə ad olması şübhəlidir. Allahın adı olmasına gəlincə 
M.Həkimov  Ə.Dəmirçizadənin M.Kaşqarlıya və Lazar 
Budaqova əsaslanaraq, abstrakt allah məfhumunun bayat 
məfhumunu daşıyan konkret totemə bağlılığına 
inanmadığını yazır. 
Bayatının bir qəbilədən çıxaraq bütün qəbilələrə 
yayılmasını isə  Ə.Dəmirçizadə bayat qəbiləsinin Uğuz 
qəbilələr ittifaqına daxil olması  və bu qəbilədə  Dədə 
Qorqud kimi bilici və ozanların yetişməsi ilə, onların 
bayatı çağıraraq qəbilələri dolaşması ilə bağlayır. 
V.Vəliyev isə bayatının boyat, köhnə, “boyat totem”ə 
müraciətlə bayatı çağırmaq mənasında işləndiyini yazır. 
Belə bir fikri, totemin çağırılmasını  Ə.Dəmirçizadə  də 


88 
qəbul edir və bayatı  məfhumunun mərasimlərlə bağlı 
olduğunu  şərh edərək göstərir ki, kosmik şüur 
stansiyasında olan insan mənsub olduğu kollektivi, 
qəbiləni həm özündən, həm də totemdən ayırd edə 
bilməmişdir. Buna görə  də bu insan əmək prosesində 
eyni adı daşıyan həm kollektivi, həm də  yəni totemi, 
“bayatı” çağırmışdır (ümumi və xüsusi formada. Ümumi 
formada totem kollektivin düşüncəsində, xüsusi formada 
totemin adında yaşayır). O, öz yazılarında “bayatı”nın 
yer, qəbilə,  ərzağın köhnəlmiş, qalmış  mənalarını  şərh 
etməklə bu sözün mənşəyini allahın adı ilə bağlayanlara, 
ərəblərdən alınma söz kimi qələmə verənlərə müqayisəli 
misallar fonunda öz münasibətini bildirir. O yazır ki, 
müsəlman allahı  məlum olduğu kimi, ibtidai xalqlarda 
olan allahlara, daha doğrusu, konkret totemlərə bənzəmir, 
müsəlmanlığın Allahı mücərrəd və abstarkt məfhumların 
kompleksindən yaranmış Allahdır. Bu kitablarda “bayatı” 
sözü ilə müvazi olaraq, “tanrı”, “allah” və başqa sözlər də 
işlədilir. Buna görə  də, M.Kaşqarlı, həm də Lazar 
Budaqov “bayatı” sözünü allahın adlarından biri kimi 
izah edirlər. Lakin unudulmamalıdır ki, hər söz allah adı 
olmur. Abstrakt məfhumu izah edən sözün heç olmasa 
konkret (totem) məfhum ilə az-çox, yaxın-uzaq bir 
qohumluğu olmalıdır ki, bu söz yeni mənanı (Allah) 
qəbul edə bilsin (s. 6-7). Bayatı adının hansı totem 
heyvanla bağlı olması bu günədək folklorşünaslıqda 
geniş izah olunmamışdır. Biz cəsarət edib (bayatı, xoyrat) 
bu sözlərin boryat (buryat) sözündən törəmə olduğunu, 
qurdla  əlaqəli işləndiyini və “bayat”ı çağırmağın qurdu 
çağırmaq mənasına uyğun gəldiyini fikirləşirik. Xoyrat 
və mani adlarının  əsas addan doğularaq sinonim kimi 
işlənməsi isə bayatı adının daha qədimliyinə  işıq salır. 
Bayat sözündə  –t  şəkilçisi ümumilik məzmunu bildirən 
şəkilçi olub, bu totemin ümumi olduğuna dəlalət edir. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə