RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə27/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   23   24   25   26   27   28   29   30   ...   97

97 
anlayış kimi qəbul edir. O, prof. Yaşar Qarayevin fikrinə 
əsaslanaraq, faciəviliyin  Şərq mühitində yaşanan ictimai 
vəziyyətin doğurduğu milli-psixoloji problem olduğunu 
düşünür. Bu cür tamaşalar sonu kədər ilə bitən bütün 
mərasim xarakterli oyunlarda, dini tamaşalarda və s. öz 
əksini tapan faciəviliyi nəzərdə tutur. Əbdürrəhim bəy 
Haqverdiyev tarixdə böyük qəhrəmanların ölümünə həsr 
olunmuş yuğlamaları, ağı deməyi, toplaşanların da 
hönkür-hönkür ağlamasını xalq dramının ən qədim növü 
kimi təqdim edir. Keçən əsrlərdə Azərbaycanda keçirilən 
şəbihlər, dərviş  və dini tamaşalarda da eyni motivlər 
qorunub saxlanmışdır. Xalq dramında faciə növü çox 
geniş yayılmışdır. Hətta qədim Yunanıstanda allahların 
ölümü ilə bağlı keçirilən mərasim tipli oyunlar onların 
qəhrəmanlığını  tərənnüm edirdi (məsələn, Heraklın tərif 
edilməsi onun allahlarla ilişgili qəhrəmanlığını şişirtməyə 
xidmət edir). Azərbaycanda isə  ən çox şəbih tamaşalar 
faciə kimi müqəddəs imamların qəhrəmanlığını tərənnüm 
edir (İmam Hüseyn və  İmam Həsənin). Bu tamaşaların 
faciəvi sonluğu vahid xalq arasında qarşıdurmanın 
dramatikləşməsinə də səbəb olur. 
Faciəvi dramlardan fərqli olaraq, komik dramlar 
həm xalq arasında geniş yayılmışdır, həm də 
cəmiyyətdəki neqativliyin ifşa olunmasına bilavasitə 
kömək edir. Komik dramlar “erkən orta əsrlərdən 
başlayaraq, cəmiyyətin müxtəlif ictimai zümrələrinə 
məxsus neqativ məzmunu tamaşaçı gözü qarşısında  əks 
etdirən bədii nümunələr kimi formalaşmışdır” (60, 
s.263).  
Ritual-mərasim xarakterli komik dramlar xalq 
dramlarının  ən qədim növüdür. Belə oyun-tamaşaları 
“Kosa-kosa”, “Kosa-gəlin”, “Qaragöz”, “Əkəndə yox, 
biçəndə yox, yeyəndə ortaq qardaş”, “Tənbəl qardaş” 
tamaşalarını misal göstərmək olar. Belə tamaşalarda 


98 
gülüş islahedici, həm də düşündürücü mahiyyət kəsb 
edir. Belə oyun-tamaşalar həm də  mərasimlərlə bağlı 
dramlar hesab olunur. Məsələn, “Kosa-kosa” və “Kosa-
gəlin” Novruz bayramı ilə  əlaqəli olan xalq dramlarıdır 
(26, s.101). 
Xalq dramlarının digər bir növü ailə-məişət 
dramlarıdır. Bu tipli dramlar orta əsrlərdə yaranmışdır. 
Onların mövzusunu sadə əmək adamları ilə qazilərin, bəy 
və xanların arasında olan ziddiyyətlər, narazılıqlar, ağa-
nökər münasibətləri, ailə  həyatı  məsələləri və s. təşkil 
edir. Məsələn, “Qazi namaz üstədir”, “Səməd qazidən 
qisasını aldı” dramında sadə xalq nümayəndəsi ilə dini 
rütbəli  şəxsin üz-üzə  gəlməsi, qazının ifşa olunması, 
“Nəcəf və Bağır”, “Aşıq”, “Bic nökər”, “Dəyirmançı və 
qadın”, “Xəlil öldü”, “Üç bacının kələyi” dramlarında 
sadə adamların həyatı, məişət problemləri öz həllini tapır. 
Qənaətə görə, “Axund və lotu”, “Boranı satan”, “Molla 
dəridən çıxdı”, “Dəvə oyunu” kimi xalq dramlarının 
süjetlərinin  əsasında Molla Nəsrəddin lətifələri dayanır. 
Buna misal kimi “Molla dəridən çıxdı” dramını misal 
çəkmək olar. “Ailə-məişət dramlarının yaranmasının 
müəyyən mərhələsində  lətifələrdən, bir sıra hallarda isə 
Molla Nəsrəddinin adı ilə bağlı  lətifələrdən istifadə 
edilmişdir” (60, s.270). Göründüyü kimi, janrlararası 
əlaqə nəticəsində xalq lətifəsi xalq dramına özünün həm 
süjet strukturunu vermiş, həm də yeni janrın ideya 
istiqamətinə özünün ifşaedicilik funksiyasını ötürmüşdür. 
Ailə-məişət dramlarının digər bir funksiyası mövzu 
cəhətdən ictimai məzmuna malik olmaqla yeni xalq 
dramını yaratmışdır.  İctimai məzmunlu dramlar öz süjet 
və mövzularının tipləri baxımından ailə-məişət dramla-
rından kəskin olaraq seçilmir. Bu dramlarda oyun-
tamaşa, mövsüm və mərasim elementlərindən də istifadə 
olunur. Orta əsrlərdə  və sonrakı dövrlərdə belə dramlar 


99 
Azərbaycanın hər bölgəsində böyük şöhrət qazanmışdı. 
“Gül vermə”, “Şahbəzəmə” və ya “Şah oyunu” 
tamaşaları Naxçıvan, Qəbələ, Quba, Dərbənd və s. 
yerlərdə xalq arasında geniş yayılmışdır. Xalq 
dramlarının digər növü müxtəlif oyunlar əsasında 
formalaşmışdır. Belə dramların süjeti oyun və  lətifələri 
səhnələşdirməklə qurula bilir. “Keçəl oyunu”, “Keçəl”, 
“Xanım və hambal”, “Əmanətə xəyanət olmaz”, “Dinmə 
ver”, “Sözün hara, işin ora”, “Tənbəki oyunu”, “Xan-
xan” tamaşaları oyun motivləri ilə bilavasitə bağlıdır. 
“Şah oyunu” (“Şahbəzəmə”) ilə “Xan-xan” tamaşasını 
fərqləndirsək, “Xan-xan”ın  əsasında eyniadlı oyunun 
durduğunu görmək olar (60, s.273).  
Dini dramlar isə mövzu və süjet cəhətdən xeyli 
fərqlənir. Belə tamaşalarda ayrı-ayrı dini görüşlər və 
təriqətlərdən, Zərdüşt, qədim türk və müsəlman mədəniy-
yəti qaynaqlarından bəhrələnməklə süjet qurulur. Ən 
qədim dini, yaxud mifoloji görüşün əks olunduğu yuğları 
və ya yuğlamanı dini dramın tamaşa modeli kimi 
götürmək olar (60, s.276). Bu yuğlamalarda bütün xalq 
iştirak edir. Belə demək olarsa, o, tamaşaçısı olmayan bir 
mərasimdir. 
Dini dramların böyük bir hissəsi sırf dini 
mahiyyətlidir. Azərbaycan folklorunda dini mövzuda bir 
neçə xalq dramı vardır. “İsmayılın qurban kəsilməsi” 
dramının mövzusu övladsızlıq və Allaha etiqadla övlad 
əldə etmək motivi üzərində qurulmuşdur. Dramda 
İbrahim peyğəmbərin niyyət etməsi, Allahın ona oğul 
verməsi,  İbrahim peyğəmbərin oğlu  İsmayılı qurban 
kəsmək niyyəti, Allahın Cəbrayıl vasitəsilə qurbanlıq qoç 
göndərməsi və s. məsələlər  şərhini tapır. Dini dramların 
digər növü İslam görüşü və etiqadlarını əks etdirir. Bura 
şəbih tamaşaları aiddir. 
Azərbaycan folklorunda xalq dramları mövsüm-


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə