RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə22/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   18   19   20   21   22   23   24   25   ...   97

77 
 Ovçu  nəğmələri  ən qədim janrlardan biridir və 
ovçuluq peşəsi ilə bağlı yaranmışdır. Bütün nəğmələrin 
strukturunda olduğu kimi, ovçu nəğmələrinin də çağırış 
mənalı sözlərdən yaranması güman olunur. Yəqin ki, ən 
qədim dövrlərdə ovu cələyə  dəvət etmək üçün hətta 
səslərdən istifadə oluna bilərmiş. Bu səslər də quşun 
çıxardığı  səsə oxşar olmalı idi. Mahir ovçular isə tütək 
səsi ilə ovunu dəvət edərlərmiş. Hətta tütəyin səsinə məst 
olub yatan quşların tutulub padşaha aparılmasına dair 
nağıllarda qeydlər vardır. Belə  nəğmələrdə  də 
nəqarətlərdən istifadə olunur. 
Ovçu nəğmələrinə misal gətirilən  şeir parçaları öz 
məzmununa görə çox rəngarəngdir. Bir mətndə məzmun 
nəqarətlə bir yerdə belə təsvir olunur: 
 
Gələr ovçum 
Gülər ovçum 
Bizim sirri  
Bilər ovçum 
     (nəqarət) 
Götürdüm yeddi 
ələyi 
Bağladım 
Yeddi boğçanı 
Yeddi bələyi 
Doğdum oğlanı  
Asdım divardan 
Divlər yıxan 
Kamanı 
 
Gələr ovçum 
Gülər ovçum 
Bizim sirri 
Bilər ovçum 


78 
Gələr ovçum 
Gülər ovçum  (19, s.18) 
      (nəqarət) 
 
Bir Azərbaycan nağılında bu nəğmənin motivi əks 
olunmuşdur. Ailəsini dolandıra bilməyən ovçu başını 
götürüb evdən getmək məqamında arvadına deyir ki, 
qızım olarsa ağaca  ələyi, oğlum olarsa kamanı asarsan. 
Ovçunun oğlu olur, arvadı kamanı  ağacdan asır, paxıl 
qonşu kamanı götürüb yerinə ələk asır. Kişinin oğlundan 
xəbəri olmur. Oğlu böyüyür, atası ilə ovda rastlaşır. 
Amma bir-birilərindən xəbərsiz olduqlarından oğul atanı 
oxla vurub öldürür. Göründüyü kimi, nəğmə motivi ilə 
nağıl motivi arasında çox yaxınlıq vardır. “Nağıllarda 
ovçu həyatı ilə bağlı rast gəldiyimiz bu motiv ovçu 
nəğmələrində  də yaşayırmış. Oğlan doğan ana divardan 
yeddi qızın  ələyini götürüb yerinə kaman asır (atası 
gəlsin deyə), qızlarını ovundurub atalarının gəlib çıxacağı 
ümidi ilə onları sevindirir” (19, s.18).  
Məzmun və mündəricə baxımından ovçu nəğmələri 
təbiətə, gözəlliyə münasibətini saxlamaqla fərdilikdən 
çıxaraq, ümumiliyə xidmət edir. Ovçu nəğmələri ovdakı 
quşları, heyvanları musiqinin həzin səsinə aludə etmək 
məqsədi güdür. Ovçu nəğmələrinin qədim dövrlərdə 
ovçuluq ritualları ilə bağlı olması düşünülür. Ovun 
uğurlu olması üçün belə  nəğmələrdən istifadə 
olunmuşdur. Onun ov hamisinin şərəfinə oxunduğu da 
mətnlərdən bəlli olur. Ov tanrısı ilə bağlı A.Nəbiyev xalq 
düşüncəsini konkret nəğməyə  əsasən belə  qələmə 
almışdır: Ovlanması yasaq olan heyvanların ovuna çıxan 
ovçuları ov tanrısı dustaq edir, onlara çox cəzalar verir, 
yasaqlı heyvanlara ox atmayacaqlarına and içirlər. 
Ovçular dustaq olduqları yerdə tikanlardan çəpər çəkir
meşəliklərdən yol açır, kankanlıq edir, çox zəhmətli işlər 


79 
görürlər. Vaxt tamam olanda, elə  əlini uzadıb vüsala 
yetmək istəyəndə ilahənin əliqamçılı dayəsi gəlib ovçunu 
əvvəlki ov yerinə qovub gətirir. Xalqda olan bəzi nəğmə 
süjetlərində isə quş cildində olan dayə onu dimdiyinə alıb 
əvvəlki yerinə  gətirib atır. Ovçu huşa gələndə 
gördüklərinin yuxu olduğunu zənn edir (57, s.19). Bu 
nəğmə motivi ovçu nağıllarında və digər nağıllardakı 
qəhrəmanın başına gələn hadisələrdə  də qismən təkrar 
olunur. 
“Əkil-Bəkil” nəğməsinin də belə bir ovçu nəğməsi 
olduğunu zənn etmək olar. “Əkil-Bəkil”in ovçu mifi ilə 
bağlı olması, səhvən “düzgü” adı ilə  uşaq folkloru 
nümunəsi hesab edilməsi qeyd olunur (57, s.19). Bu mif, 
eyni zamanda,  “Əkil-Bəkil” adının qoşalaşdırma yolu ilə 
folklor nəğməsi adı kimi sabitləşməsinə və tək Bəkil adlı 
haminin şüurda obrazlaşmasına səbəb olmuşdur. Təxmin 
etmək olar ki, ən qədim mifoloji təsəvvürlərdə Əkil adlı 
mifik hami olmuş, funksiyasını yerinə yetirə bilmədikdə 
özünə yaxın bir hami ilə (Bəkil) qoşalaşmış, daha sonra 
öz yerini ona tərk etmişdir. Bunu “Kitabi-Dədə 
Qorqud”dakı Bəkil adının izahından da görmək olar.  
“Ovçu nəğmələrində daha qədim görüş  və 
təsəvvürlərlə bağlı motivlərə, süjetlərə, obrazlara da 
təsadüf olunur. Məlumdur ki, ovçuluqla bağlı  əsatiri 
təsəvvürlər türk tayfaları içərisində daha qədim 
təsəvvürlərdən olmuşdur. Onlardan birinə görə ov 
ovlamağa gedən ovçunun qarşısında ov dayanır, lakin Ov 
tanrısı ovçuya atəş açmağa imkan vermir. …Bir sıra 
hallarda isə Ov tanrısı ovçunu yuxuya verir” (19, s.9). 
Yasaq olan heyvanları ovladığına görə Ov tanrısı ovçunu 
cəzalandırır, onu ağır işlərə düçar edir, çəpər çəkdirir, 
meşəlikdən yol açdırır, kankanlıq etdirir və s. Ov 
ilahəsinin qoyduğu vaxt tamam olanda o, gözəl bir qıza 
çevrilir, ovçu ona vurulur. Ovçu əlini qıza uzadanda qızın 


80 
əliqamçılı dayəsi gəlir, ovçunu əvvəlki yerinə gətirib atır, 
o da yuxudan ayılanda gördüklərinin yuxu olduğunu zənn 
edir (19, s.20). Bu mif mətni “Əkil-Bəkil” nəğməsinin 
əsasında öz şərhini tapmışdır. Bu nəğmə mif 
strukturunun “tərsə mif” məzmununu özündə daşıyır. 
Xalqın bədii düşüncəsinin məhsulu kimi “Əkil-Bəkil” 
nəğməsinin strukturundakı mifoloji layları belə açmaq 
olar:  Əkil-Bəkil qədim insanların inandığı ov hamisidir. 
İnsanlar ona inanırlar, kimin uğuruna Əkil-Bəkil çıxırsa, 
onun ovu yaxşı olacaq. Məhəbbət dastanında da buta alan 
öz ovunu tutmaq, ona yetişmək üçün hər cür əziyyətlərə 
sinə  gərir. O, ovunu tutmağa gedərkən ov özü onu 
məhəbbətinin cənginə salır. Yuxusunda “qızıl gülə 
dolaşan” - öz butasına aşiq verilir. “Bircə gül dərməmiş” 
anası  gəlir, yuxudan ayılır. Təzədən huşdan gedir (54, 
s.44). 
Bu nəğmənin gözəl  əfsanə variantını da yaratmaq 
mümkündür. Məlumdur ki, totem (onqon) əfsanələri ilə 
bağlı  mətnlərdə belə bir cümlə (hökm) verilir: “Turac 
gözəl bir quş idi”. Əgər nəğmənin misralarını  əfsanə 
cümlələrinə çevirsək, məzmun belə alınar:  Əkil-Bəkil 
gözəl bir quş idi. Divarda oturmuşdu. Onu tutmağa 
getdim, o məni tutdu, meydana saldı. Meydanın 
ağaclarının ucları dən gətirmişdi. Çəpər çəkdim, qaçmaq 
üçün yol açdım, amma qızıl gülə dolaşdım. Bir dəstə gül 
dərməmiş anası (ağac əyəsi) gəldi mən qaçdım.  
Əkil-Bəkil qədim mifoloji düşüncədə bir bədəndə 
birləşən ikisifətli onqondur. 
Balıqçı nəğmələri. 
 Balıqçı  nəğmələri,  əsasən, çay və  dəniz  ətrafında 
yaşayan insanların bu işlə  məşğul olmasının estetik 
normalarını öz içinə alır. Estetik gözəllik ovçuluq və 
balıqçılıq nəğmələrini birləşdirir. Ancaq estetik zövq 
sonradan qazanılan tələbatdır. Bəlli olur ki, balıqçı 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə