RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə20/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   16   17   18   19   20   21   22   23   ...   97

69 
qayğısına qalmaq, artımı  təmin etmək üçün bu cür 
nəğmələri qoşmağı lazım bilmişdir. Qoyunçuluqla bağlı 
nəğmələr həm də müşahidələr  əsasında yaranmışdır. 
Məsələn, aşağıdakı qoşquda olduğu kimi: 
 
Qoyun var kərə gəzər, 
Qoyun var kürə gəzər. 
Gedər dağları gəzər, 
Gələr evləri gəzər. 
 
Deyilənlər onu göstərir ki, sayaçı nəğmələri öz ilkin 
məzmununu, formasını qoruyan nəğmələrdir.  Ən qədim 
sayaçı  nəğməsində onun yaranması tarixi haqda 
məlumatlar verilir: 
 
Bu saya kimdən qaldı? 
Adəm atadan qaldı. 
Adəm ata gələndə 
Qızıl öküz duranda 
Buğda sünbül salanda 
Dünya binnət olanda 
Musa çoban olanda 
Şişliyimiz erkəcdi. 
 
Bu  şeirdən də görünür ki, saya bolluq rəmzidir. 
Sayaçı nəğmələrinin sayaçı mərasimində oxunduğunu da 
M.H.Təhmasib, M.Arif, A.Nəbiyev və başqaları qeyd 
edirlər. Qoyunçuluğun xalq həyatında geniş yayılması, 
xalqın güzəranının qoyunçuluqdan asılı olması (yağ, süd, 
pendir, yun, dəri,  ət və s. istehsalı) ona var-dövlət bəxş 
edən heyvana mərasim keçirməyi də aktuallaşdırırdı. 
Buna görə də 4, 5, 6 və daha çox misralı sayaçı nəğmələri 
qoyunçuluğun  şərəfinə qoşulan, qoyunu tərif edən 
nəğmələr kimi diqqəti cəlb edir. 
Sayaçı  nəğmələrində  də qoyunçuluqla bağlı 
yaranan mərasimin izləri yaşayır. Belə  nəğmələr saya 


70 
mərasimi ilə bağlı yaranmışdır. Sayaçı  nəğmələrinin 
ifadə etdiyi məzmun qədim insanların qoyunçuluqla bağlı 
həyatını  əks etdirir. Aşağıdakı saya nəğməsi də bu 
həyatın izlərini qorumaqdadır. 
 
Bu saya kimdən qaldı, 
Adəm atadan qaldı. 
Adəm ata gələndə 
Qızıl öküz duranda, 
Buğda sünbül salanda, 
Dünya binnət olanda, 
Musa çoban olanda. 
 
Azərbaycan folklorunda yer alan bu nəğmələr 7-lik 
şeirlərdir. Sayaçı  nəğmələrinin yaranmasında,  əsasən, 
bayatı formasından istifadə olunmuşdur. Sayaçı 
nəğmələrinin istiqamətləri çoxlu formalardadır. Məsələn, 
elə sayaçı  nəğmələri vardır ki, qoyunla bağlı olsa da, 
sürünün başqa atributlarını da əhatə edir. Xüsusi olaraq 
itlə, atla bağlı çoban nəğmələrində ritm, hecaların sayı 
oradakı  şeiriyyəti təmin edir. Ancaq həmin nəğmələrin 
sayaçı  nəğmələrinə yaxınlığı onların məzmunundan 
doğur. Bənəklə (it) bağlı nəğmələrin çoban nəğmələrinin 
əsasını  təşkil etməsi daha aydın görünür. Saya sözü ilə 
çoban sözü arasında da bir yaxınlıq duyulur. A.Nəbiyev 
F.Köçərliyə  əsaslanaraq, bu sözün fars dilindəki kölgə 
mənasına uyğun gəldiyini və xalq dilindəki terminin 
başqa dildən heç vaxt alına bilməməsini, saya sözünün 
mənasını göstərir. Lakin A.Nəbiyev bu sözün saymaq, 
nemət, yaxşılıq, xeyirxahlıq, xoşbəxtlik gətirən, saya 
(bolluq) gətirən mənalarını da göstərir və M.Arifin, 
M.H.Təhmasibin,  Ə.Axundovun fikirlərindəki mənaları 
bölüşərək, P.Əfəndiyevin qənaəti ilə sözünə yekun vurur: 
“Şübhə yoxdur ki, say – söz, atalar sözü, nəğmə 
mənalarında işlənmişdir. Ancaq diqqət edilərsə, 


71 
F.Köçərlinin dediklərində  də  həqiqətə uyğun cəhətlər 
vardır. Ona görə ki, sayaçı sözləri məhz sayalı olmaq 
üçün  şeirlə ifadə edilən xeyir-duadır. Bu, həm də 
heyvandarlıqla əlaqədar müxtəlif mərasimlərdə, məsələn, 
döl, qırxım, yaylağa köçmə, arana köçmə və s. vaxtlarda 
ifa edilmişdir” (57, s.12).  
Məişət mərasimi kimi keçirilən saya şənliklərində 
mərasimin məişət dramı kimi geniş yayıldığını, 
qoyunların quzulamağa başladığı vaxtlarda çobanların 
kənd-kənd gəzdiklərini, sayaçı  nəğmələri oxuduqlarını, 
bununla da məhsuldarlığa işarə etdiklərini folklor 
materiallarından görmək olar. Prof. V.Vəliyev saya 
sözünün mənşəyini ritualla əlaqələndirir və yazır ki, 
qoyunların döl vaxtı (quzulama) xüsusi mərasim keçirilir 
ki, bu da təbiətə  təsir etmək, quzulamaya mane olan 
qüvvələri ovsunlamaq məqsədini güdür. O, bu mərasimi 
soy mərasimi adlandırır. Ancaq onun işlətdiyi “soyçu 
nəğmələri” dəqiq səslənmir. Lakin sayaçı  nəğmələrinin 
heç də təbiətə təsir göstərmək, onu ovsunlamaq arzusu ilə 
yaranmadığını deyə bilərik, belə bir ritualın keçirilməsi 
ilə bağlı dəqiq məlumatımız yoxdur. Sayaçı nəğmələrinin 
məzmununda bir ümumilik vardır, həm də bu nəğmələr 
qoyunçuluğun bütün normalarını, ölçülərini, 
kriteriyalarını, ictimai-mənəvi qaydalarını özündə 
birləşdirir. 
Qoyunçuluğun inkişafı ilə bağlı olaraq sayaçı 
nəğmələrinə müştərək nəğmələr də yaranır ki, bunlar 
hamısı birlikdə çoban nəğmələri ilə birgə sayaçı 
sözlərinin içinə daxil olur. Məsələn, çobanın sədaqətli 
köməkçisi Bənək haqqında olan nəğmələrdə onun qədim 
mifoloji obraza yaxınlığı (İtbarak – Barak – Bənək) da öz 
əksini tapır. 
Qoyunçuluq nəğmələrinin içərisində “Sayqaç 
nəğmələri” və ya “Yoxlama”, “Cütləmə” adı ilə  məşhur 


72 
olan nəğmələr də vardır. Bütün bu nəğmələr “Çobanı” 
havasının və  nəğməsinin tərkib hissəsi kimi xalqın 
hafizəsində yaşayır. 
Sayaçının da nemət gətirən, bolluq gətirən mənaları 
vardır. Sayaçılar nəğməkar, aşıq deyillər, adi 
tərəkəmədirlər. Payızın axırında, qışda evləri gəzir, əzbər 
bildikləri nəğmələri oxuyaraq ev heyvanlarının xeyrini 
tərənnüm edirlər, əvəzində yağ, pendir, un, buğda, düyü 
və s. şeylər alırlar. Burada bir cəhət xüsusilə diqqəti cəlb 
edir. Mərasim payızın axırlarında keçirilir və bolluq, 
bərəkəti ellə paylaşan ritual xarakteri daşıyır. Belə məna 
çıxır ki, ilin başlanğıcında yeni gün – Novruz bayramı, 
payızın axırında bolluq bayramı – sayaçı bayramı 
keçirilmişdir. Sayaçı  nəğmələri də “türk xalqları 
içərisində hələ yeddilik şeir qəlibi formalaşmazdan əvvəl 
köçəri tayfalar arasında alliterasiya, ahəng, vurğu, 
intonasiya prinsiplərinə uyğun 
şəkildə yaranıb 
yayılmışdır” (19, s.13). Sayaçı bayramının formal 
xarakterindən asılı olaraq bu sözün digər mənaları – saya 
- nəğmə, saya - söz, saya - atalar sözü leksik cərgələri 
yaranmışdır. 
 
Sağın nəğmələri.  
Nəğmələr içərisində sayaçı  nəğmələrinə  mətn 
cəhətdən yaxın olan sağın nəğmələridir.  Əgər sayaçı 
nəğmələri qoyunçuluqla bağlı idisə, sağın nəğmələri 
maldarlıqla əlaqədar düzülüb qoşulmuşdur. Bu nəğmələr 
ilk dəfə köçəri tayfalar tərəfindən yaransa da, onların janr 
kimi inkişafı oturaq həyata keçmiş tayfalara məxsusdur. 
Sağın nəğmələrində  də inək, buzov, dana, camış, balağ, 
kəlçə  təriflənir.  İlk sağın nəğməsi kimi qeydə alınan 
“Dutum, nənəm” mahnısıdır.  
 
Dutum, dutum, nənəm dutum, 
Səni sağan, dutum, dutum, 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə