Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   18   19   20   21   22   23   24   25   26

71 

 

korrupsiyaya qurşanmaqda təqsirləndirməyin mənası varmı? Məncə, 



bu sualların cavabları aydındır.  

Çıraqovun işində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 

işğal edilməsi faktının təsdiqlənməsinə baxmayaraq, ikili standartlar 

praktikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə yeganə düzgün 

mövqe tutmaq imkanı vermir.  

Məlumdur ki, “Çıraqov və başqaları Ermənistana qarşı” iddiasına 

məhkəmə baxışı 10 ildən çox davam edib. Zərərçəkənlər bu quruma 

2005-ci ildə müraciət ediblər. Lakin həmin müraciət yalnız beş ildən 

sonra Avropa Məhkəməsinin yuxarı palatasının gündəliyinə daxil 

edilib. Bu iddia üzrə qərar yalnız bir neçə ay bundan əvvəl qəbul 

olunub. İddia üzrə çıxarılmış qərarı tarazlaşdırmaq üçün 2013-cü ilin 

yanvar ayında dağıntılara və ictimai asayişin sabitliyinin pozulmasına 

gətirib çıxarmış icazəsiz aksiyalarda iştirak etdiyinə görə İsmayıllı 

şəhərindəki hadisələrdən sonra saxlanılmış İlqar Məmmədovun işi 

süni şəkildə şişirdilib. Belə ki, onun barəsində iş üzrə qərar cəmi 

ilyarıma çıxarılıb. Bu, Azərbaycan barəsində qərarlar çıxarılmasında 

qeyri-sağlam siyasi motivasiyanı təsdiq edən daha bir faktdır.  

Birinci halda məsələ Ermənistana aid idi və qəbul edilmiş qərar 

Serj Sarkisyan rejiminin siyasətinin işğalçı və təcavüzkar mahiyyətini 

bütün dünyaya göstərdi. İkinci halda məsələ Azərbaycanın Qərb 

tərəfindən dəstəklənən “beşinci kolonu” ilə bağlı idi. Elə buna görə də 

bu məsələyə operativ şəkildə baxıldı. Avropa Məhkəməsinin baxılan 

problemlərə “tarazlaşdırılmış” yanaşmasının səciyyəvi göstəricisi kimi 

yenə Çıraqovun işinin nüanslarını göstərmək olar. Bu iş baxılmaq 

üçün 2005-ci ilin aprel ayında qəbul edilib. Analoji “Sarkisyan 

Azərbaycana qarşı” işi isə 2006-cı ilin avqust ayında qəbul olunub. 

Vaxt fərqinə baxmayaraq, - ikinci iddia Çıraqovun müraciətindən 



72 

 

ilyarım sonra icraata qəbul edilib, - hər iki müraciət üzrə ilkin qərar 



2010-cu ildə eyni vaxtda çıxarılıb. Göründüyü kimi, burada 

Azərbaycan vətəndaşlarının işi Ermənistanın xeyrinə süni şəkildə 

ləngidilib.  

Yeri gəlmişkən, analoji işlərin müqayisəli təhlili də Avropa 

Məhkəməsinin yayğın standartlar siyasətini nümayiş etdirir. “Louzidu 

Türkiyəyə qarşı” işinə 9 il baxılıb və bu iş üzrə kompensasiya 

ödənilməsi barədə qərar qəbul edilib. Çıraqovun işində isə 

kompensasiya məsələsi hələ də qeyri-müəyyəndir. “İlaşku və 

başqaları Moldovaya və Rusiyaya qarşı” işi ilə əlaqədar da analoji 

müqayisə aparmaq olar. Bu iş çərçivəsində qərar cəmi 5 il ərzində 

çıxarılıb. 

Bir neçə ay bundan əvvəl işğalçıların əlində girov saxlanılan 

azərbaycanlı Dilqəm Əsgərov və Şahlar Quliyevin qohumları Avropa 

Məhkəməsinə müraciətlə onların məsələsinə prioritet qaydada 

baxılmasını xahiş ediblər. Bu müraciət onunla bağlı idi ki, girovlar 

daim işgəncələrə məruz qalır. Lakin İlqar Məmmədovun işindən fərqli 

olaraq bu dəfə məhkəmə qanunsuz olaraq əsir götürülmüş iki nəfərin 

xahişini nəzərə almaqdan imtina edib və bildirib ki, bu məsələyə adi 

qaydada baxılacaq.  

Avropa təsisatları tərəfindən anti-Azərbaycan siyasətinin və 

təbliğatının sistemli şəkildə əlaqələndirilməsinin sübutu göz 

qabağındadır. Göstərilən misallar bizim ölkəyə qarşı ikili standartlar 

siyasəti tətbiq edilməsi faktını açıq-aydın nümayiş etdirir. Bizi 

narahat edən, bu təşkilatların instansiyalarında adekvat həllini tapa 

biləcək və tapmalı olan problemlərə məhəl qoyulmur. Lakin Avropa 

strukturları sağlam düşüncəyə rəğmən ümdə problemlərə siyasi rəng 




73 

 

verməyə çalışırlar, hərçənd qaldırılan məsələlər sırf mülki xarakter 



daşıyır.  

 

3-cü fəsil. Azərbaycanın “ağıllı qüvvəsi” məxsusi inkişaf yolu 



kimi  

 

Amerikanın Harvard Universitetinin professoru Cozef Naya görə 



“Ağıllı qüvvə” “sərt” və “yumşaq” qüvvənin sintezidir. Bu qüvvələrin 

kombinə edilmiş şəkildə tətbiqi əlverişli strategiya yaradır. “Ağıllı 

qüvvə” dedikdə ictimai diplomatiyadan bacarıqla istifadə edilməsi

hərbi qüvvə ilə yanaşı, səmərəli iqtisadi üsullarla ölkənin inkişafı 

nəzərdə tutulur. “Yumşaq” və “sərt” qüvvədən fərqli olaraq “ağıllı 

kateqoriya” özlüyündə mücərrəd təsir forması deyil, ehtimal ki, o, 

konkret dilemmanın səmərəli və ən qısa həllini tapmağa imkan verən 

yanaşmadır.  

Bizim fikrimizcə, “ağıllı qüvvə” dövlətin və cəmiyyətin 

təhlükəsizlik şəraitində tamdəyərli inkişaf etməsinə imkan verən 

“sərt” və “yumşaq” qüvvə vasitələrinin tarazlaşdırılmış toplusudur. 

Mən hesab edirəm ki, Azərbaycan güclü olmasa tamdəyərli inkişaf 

edə bilməz. Ənənəvi realizm anlamında güclü olmaq əzəli 

ərazilərimizin işğal edilməsi amili fonunda bizim üçün həyati 

əhəmiyyət kəsb edir. Beynəlxalq münasibətlərdə baş verən son 

proseslər də onu göstərir ki, hərbi qüvvə amilini məzara gömmək 

hələ tezdir.  

Bugünkü dünya güclülərə hörmət etməkdə davam edir. 

Azərbaycan Prezidenti deyib: 

“Bu gün dünyada beynəlxalq hüquq 

işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç 

bir dəyəri yoxdur. Kimin gücü var o, müqavilələrə məhəl qoymur. 




74 

 

Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik... Bunu 



biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz 

bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu 

göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: 

güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, 

düşünülmüş siyasət və sosial ədalət...”

10

 Lakin güc anlayışı 



transformasiyaya məruz qaldığına görə həyat fəaliyyətinin başqa 

sahələrində də inkişaf və güclənmə bizim üçün vacibdir. İnkişafın 

Azərbaycan yolunun reallaşmasına gəldikdə “yumşaq qüvvə” yalnız 

bir tərkib hissədir. Buna görə də “ağıllı qüvvə” bizim üçün 

rəqabətədavamlı iqtisadiyyatın, informasiya texnologiyalarının 

inkişafını, ölkənin kadr potensialının modernləşdirilməsini, 

demokratik təsisatların inkişafını, təhsilin və səhiyyənin keyfiyyətinin 

artırılmasını və s. məsələləri də əhatə edir. Beləliklə, Azərbaycanın 

“ağıllı qüvvəsi”nin bəzi tərkib hissələrini və onların fəaliyyəti yolunda 

yaranan təhdidləri nəzərdən keçirək.  

 

1.Qeyri-siyasi məsələlərin siyasiləşdirilməsi: “Eurovision”dan 



Avropa Oyunlarına qədər  

 

Qeyri-zorakı protestin və “rəngli inqilablar”ın təşkil edilməsinin 



məşhur nəzəriyyəçisi Cin Şarp hələ 1990-cı illərin əvvəlində  

“Diktaturadan demokratiyaya doğru” kitabında protest hərəkatlarına 

hakim qüvvəni devirməyə necə nail olmaq barədə çoxlu praktiki 

məsləhətlər verir. Bu gün Qərb ölkələri özlərinə sərf etməyən 

rejimlərin devrilməsi üçün həmin metodları tətbiq edirlər. Serbiya, 

                                                           

10

 Bax: “Azərbaycan” qəzeti. 19 mart 2015-ci il. 



 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə