Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə31/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   27   28   29   30   31   32   33   34   ...   144

Multikulturalizm - fəlsəfi lüğət 

hissəsində politeizm inancları öz mövqelərini o dövrdə qorusa da 

Alban  katolikosu  Lazar  (III  əsrin  sonu  -IV  əsrin  ilk  rübü)  bu 

məkanda xristian dininin təbliğatım aparmışdır. 

-

 

Alban  katolikosu  Lazann  bu  fəaliyyəti  ölkədə  bütpərəst- 



xristian münasibətlərinin paralel şəkildə mövcud olmasını göstərir 

və Azərbaycan multikultural mühitin inkişafını göstərir. 

-

 

Rəsmi  din  olaraq  313-cü  ildə  elan  edilmiş  xristianlıq, 



Albaniyada dövlət dini elan edildikdən sonra xristian hökmdarlar 

bütpərəstliyə  qarşı  dözümlülük  nümayiş  etdirir,  heç  bir  zorakı 

tədbirə yol vermirdilər. 

-

 



Albaniya  ərazisində  bidətçi  hesab  edilməyən  xarici 

missionerlərin  fəaliyyəti  üçün,  demək  olar  ki,  heç  bir 

məhdudiyyət qoyulmamışdı: 

*

 



məsələn,  təqribən  338-ci  ildə  Suriya  rahibləri  tərəfindən 

Albaniyanın Haku kəndində monastır (vəng) inşa edilmişdi. 

-

 

Qafqazın ən qədim kilsəsi olan, 340-cı ildə avtokefal olmuş 



Alban  Apostol  kilsəsi  V  əsrdən  başlayaraq,  xristian  dünyasında 

monofızit və dofızitlər arasında gedən ideya mübarizəsini yaşasa 

da  müxtəlif  səpkili  xristian  cərəyanlanna  ehtiramla  yanaşır, 

xristian  ehkamları  ilə  bağlı  müxtəlif  mövqelərdə  duran  alban 

ruhaniləri kilsə strukturlannda hər hansı bir vəzifəni tuta bilirdilər. 

-

 



V əsrdə Albaniyada yerli tayfalarla bərabər, gəlmə tayfalar 

da yaşayırdılar: 

*

 

erkən orta əsrlərdə polietnik Albaniyada monqoloid irqinə 



məxsus insan qrupları ölkədə məskunlaşmış və monqo- loidlərin 

avropoidlərlə eyni qəbir abidələrində dəfn olunmalan Albaniyada 

irqi ayn - seçkiliyin olmadığım təsdiqləmişdir. 

-

 



V-VII  əsrlərdə  Albaniyada  müxtəlif  tayfalar  arasında 

qarışıq  nikahlar  mövcud  olmuş,  “şimal”  xalqları  olan xəzərlərlə 

qarışıq  nikahlar  tarixin  sonrakı  mərhələsində  də  davam  etmiş, 

dövlətlərarası münasibətlərin inkişafı üçün nikah diploma 

93 



Yaşar Əhmədov Azar Hətəmov 

tiyasına  yer  verilmiş,  Girdıman  knyazı  Cavanşirin  664-cü  ildə 

bütpərəst Xəzər xaqanının qızı ilə evlənmişdi. 

-

 



Erkən  orta  əsrlərdə  ölkədə  salınan  şəhərlər  də  polietnik 

Albaniyanın müxtəlif çalarlılığım aydın şəkildə göstərirdi: 

*

 

Tsri  şəhərinin  əhalisi,  III  Mömin  Vaçaqan  dövründə, 



xristian  albanlar,  bütpərəst  çilblər,  habelə  atəşpərəst  farslardan 

ibarət idi; 

*

 

Albaniyanın  möhtəşəm  Dərbənd  şəhərində  də  xristian 



albanlar, atəşpərəst farslar, bütpərəst xəzər-hun tayfalan ilə birgə 

yaşayırdılar  və  bu  gerçəklik  Azərbaycan  multikultura-  lizminin 

siyasi-hüquqi qaynaqlarının təməli kimi götürülür. 

-

 



VII  əsrin  ortalannda  Azərbaycan  multikulturalizminin 

siyasi-hüquqi  qaynaqlanna  yeni,  mükəmməl,  sosial  -  hüquqi 

təmələ söykənən ideologiya - islam dini qatıldı: 

*

 



İslam  dininin  ölkədə  yayılması  ölkə  əhalisinin  bu  dinin 

dəyərlərini  dərk  etməsi  istiqamətində  gedir,  kitab  əhlinə  - 

xristianlara məcburi olaraq islam dini qəbul etdirilmirdi

*

 



İslamaqədərki  teoloji  baxışlar,  maddi-mədəni  irs  multi- 

kultural qaynaqların təməli olaraq qalırdı. 

-

 

VIII-X  əsrlərdə  Azərbaycan  multikulturalizminin  hüquqi 



və siyasi qaynaqları müxtəlif səmavi dinlərə mənsub dövlətlərin, 

icmalann  -  xristian  və  müsəlmanların  birgəyaşayış  yaşaması 

sistemi ilə dolur, özünəməxsus bir mühit yaranırdı: 

*

 



bu  dövrdə  ölkəni  idarə  edən  hökmdar  sülalələri  nikah 

diplomatiyasına  önəm  verir,  qonşu  hakim  nəsilləri  ilə  izdivac 

bağlayırdılar: 

*

 



IX əsrdə Süni hakimləri nəsli Mehranilər sülaləsindən qız 

alaraq onlarla qohum olmuş

*

 

X  əsrdə  alban  hökmdarı  Qriqori  Hamama  öz  oğlu 



Atmersehə  Gürcüstan  hakimi  Qurgenin  bacısı  Dinarı  almış  və 

həmin  nikahdan  gələcək  Albaniya  hökmdarı  Işxani  dünyaya 

gəlmiş, 

*

 



məhz bu dövrdə Alban Apostol kilsəsi  17 il  (952-969-cu 

illər) diofizit mövqeyində qalmışdı; 

94 



Multikulturalizm - fəlsəfi lüğət 

*

 



bu  müddət  ərzində  Alban  Apostol  kilsəsi  Partav  uniya- 

sından  çıxmamış,  ölkədə  multikultural  mühit  inkişaf  etmiş, 

Qriqori Hamama tərəfindən bərpa edilmiş qərbdə Göyçə gölünün 

şərq sahillərindən başlayaraq, şərqdə solsahil Kür ərazilərini əhatə 

edən  Albaniya  dövlətində  xristian  və  müsəlman  icmalarının 

birgəyaşayış qaydası tənzimlənmişdi. 

-

 

VII-X  əsrlərdə  Azərbaycanda  cərəyan  edən  sosial  -  siyasi 



proseslər  Azərbaycan  multikulturalizminin  siyasi  və  hüquqi 

qaynaqlarında öz izini qoymuşdur: 

*

 

dini  baxışlarda  dəyişikliklər  baş  vermiş,  cəmiyyətə 



təkallahlılığın təkmilləşmiş ideologiyası - İslam dini daxil olmuş, 

*

 



İslam dini Azərbaycanda yayılmaqda davam etmiş, bu din 

hakim dinə çevrilmiş, ölkə məkanının böyük hissəsində yayılmış, 

*

 

xristianlığın  mövqeyi  zəifləsə  də  xristianlığın  ölkədə 



artmış  rişələri  hələ  uzun  əsrlər  yerli  əhalinin  mənəviyyatının 

daşıyıcısı  olmuş,  XII  əsrdə  də  alban  əhalisinin  bir  hissəsi 

xristianlığa itaət etməkdə davam etmişdir. 

-

 



Ərəb  xilafətinin  hökmranlığı  dövründə  zərdüştiliyin  və 

bütpərəstliyin  sosial  bazaya  malik  olan  ərazidə,  Azərbaycanın 

cənub  torpaqlannda,  daha  sonra  Mildə,  Muğanda,  Kaspi 

sahillərində.  Kür  və  Araz  çaylan  boyımu  əhatə  edən  ərazilərdə 

islam  dini  sürətlə  yayılsa  da  lakin  ölkənin  dağlıq  hissəsində, 

Arsax  və  Uti  vilayətlərində  yaşayan  əhali  xristian  kitab  əhli 

olduğu  üçün  ərəblər  onlann  dini  etiqadına  dözümlə  yanaşır, 

onlardan  cizyə  (can  vergisi)  alaraq,  xristian  əhaliyə  öz 

kilsələrində ibadət etməyə, dini mərasimlərini icra etməyə şərait 

yaradır, bu da Azərbaycan multiculturalizminin qaynaqlanna yeni 

rəng verir, beləliklə özünəm.əxsus mədəni laylar yaranırdı. 

-

 



IX əsrin sonlanndaknyaz Qriqori Hamama tənəzzül etmiş 

Albaniya  çarlığını  bərpa  etdikdən  sonra  bu  laylar  özünün  yeni 

səhifələrini  yaşamış,IX-XII  əsrlərdəölkədə  bir-birini  əvəz  edən 

müsəlman sülalələri tərəfindən idarə edilən feodal dövlətləri ilə 

95 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə