Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfl lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə33/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   29   30   31   32   33   34   35   36   ...   144

Multikulturalizm - fəlsəfl lüğət 

*

 



bu  fərmanlar  ölkədə  multikultural  mühitin  inkişafına 

müsbət təsir edir, əhaliyə etiqad azadlığı verir, beləliklə xristian 

mülkiyyət sahibliyi qorunurdu. 

-

 



Xanlıqlar  dövründə  də  Azərbaycan  multikulturalizminin 

siyasi və hüquqi qaynaqlan öz inkişafını tapırdı: 

*

 

Azərbaycanın Qarabağ, İrəvan, Naxçıvan, Quba, Lənkəran 



xanlıqlan  və  Car-Balakən  camaatlığı  digər  bölgələrdən  dini 

müxtəlifliyi və etnik rəngarəngliyi ilə seçilir

*

 

eyni  zamanda  xanlıqlar  dövründə  Azərbaycanda  yaşayan 



müxtəlif  etiqadlı  əhalinin  dini  ibadətini  sərbəst  şəkildə  yerinə 

yetirməsi  üçün  müxtəlif  dini  müəssisələr  -  məscidlər,  kilsə  və 

monastırlar fəaliyyət göstərirdi. 

-

 



Qərb  və  Şərq  dünyalannın  kəsişən  bucağında  yerləşən 

Azərbaycanın  önəmli  geosiyasi  mövqeyi  qədimdən  qonşu 

dövlətlərin  diqqətini  çəkmiş,  müxtəlif  zaman  kəsiyində  ölkəyə 

alloxton etnik elementlərin axını baş vermiş və bu proses və XIX 

əsrin əvvəllərində də davam etmişdi. 

-

 



XIX əsrin birinci otuzilliyin Azərbaycan torpaqlarım işğal 

edən  Rusiya  imperiyası  ölkədə  apardığı  köçürmə  siyasəti 

apararaq, yeni demoqrafik dəyişikliklərin başlanğıcını qoymuş və 

ölkə əhalisinin etno - demoqrafik tərkibinə yeni etnoslar - tarixi 

vətənləri Qafqazdan çox-çox uzaqlarda olan almanları və rusları 

qaxil  etmiş,  Azərbaycan  multikultural  mühitinə  yeni  rənglər 

verilmişdi. 

-

 



Ölkədə müstəmləkə siyasətini yeridən Rusiya islam dininə 

qadağa  qoymasa  da  müsəlmanlann  ümumi  təbəəlik  və  dini  - 

mədəni hüquqlanna təzyiq və məhdudiyyət qoyduğundan, xristian 

missionerlərin  təbliğatına  şərait  yaratdığından  xalq  belə  bir 

vəziyyətlə banşa bilmirdi, müsəlman əhalisinin rus xalqı ilə eyni 

olaraq  hüquq  bərabərliyinin  tanınması  tələbi  ilə  çıxış  edir, 

müsəlmanlar  üçün  mədəni  təhsilin  inkişafımn  labüdlüyünü 

göstərirlər. 

-

 

Bu  tələbləri  təkminləşmiş  şəkildə  Ə.M.  Topçübaşovun 



sədrliyi ilə Rusiya müsəlmanlannın I qurultayı irəli sürmüş. 

99 


Yaşar Əhmədov Azər Hətəmov 

multikultural  ideyanın,  “avropalaşma,  türkləşmə,  islamlaşma” 

prinsipi  ətrafında  birləşməyə  çağırmışdı  ki,  bu  da  Azərbaycan 

multikultural 

izminin 

siyasi 


və 

hüquqi 


qaynaqlarını 

zənginləşdirmişdi. 

-

 

1905-ci  il  17  oktyabr  Manifesti  Azərbaycan  multikul- 



turalizminin siyasi və hüquqi qaynaqlanna və onun müsbət təsiri 

xüsusən  Azərbaycan  qadınının  sosial  durumuna  öz  təsirini 

göstərmiş,  Azərbaycan  qadınının  sosial  aktivliyi  artmış, 

Azərbaycanın ziyalı qadınları müsəlman qadınlarının hüquqlarını 

qorumaq  uğrunda  mətbuatda  maraqlı  məqalələrlə  çıxış  eünəyə 

başlamışdılar. 

-

 

Bu  dövrdə  Azərbaycan  qadım  Birinci  rus  inqilabının 



nailiyyətlərindən  bəhrələnərək,  Bakı  şəhər  Dumasına  keçirilən 

seçkilərdə iştirak etmək hüququnu əldə etmişdi. 

-

 

Bütün  bu  pozitiv  yeniliklər  Azərbaycan  multikul- 



turalizminin siyasi və hüquqi qaynaqlarında yeni səhifələr açmış 

və  Rusiyada  Oktyabr  çevrilişi  baş  verdikdən  sonra  müstəqil 

dövlət - Azərbaycan Xalq Cümhuriyyətini quran ölkə Azərbaycan 

tarixinə yeni multikultural çalarlar gətirmişdir. 

-

 

1918-ci  il  mayın  28-də  Azərbaycanın  “İstiqlal  bəyan- 



naməsi”ni  qəbul  edən  Azərbaycan  Milli  Şurası  dövlətin 

ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verdi. 

-

 

Yarandığı  zamandan  etibarən  ölkənin  ərazi  bütövlüyü 



uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti: 

*

 



Azərbaycan  xalqının  tolerantlıq  ənənələrindən  imtina 

etməyərək, 

dövlətin 

qanunverici 

orqanını, 

parlamenti 

formalaşdırarkən,  ölkənin  sosial-iqtisadi  həyatında  xidməti  olan 

azsaylı xalqlara, 

*

 

eyni zamanda Rusiya imperiyası  dövründə  əhalinin  etno- 



konfessional tərkibində müəyyən çəki yükü əldə edə bilmiş rus və 

ermənilərə də yer ayırmışdır; 

*

 

parlamentdə  azsaylı  xalqların  fraksiyasını  4  nəfər  təmsil 



edir  və  aqrar  sahədə  həllinə  çahşılan  islahatlar  proqramında 

azsaylı xalqların nümayəndələri yer almışdılar; 

100 



Multikulturalizm - fəlsəfi lüğət 

*

 



belə  ki,  alman  kolonistlərindən  olan  L.Kun  parlamentin 

aqrar  komissiyasının  tərkibinə  daxil  edilmiş,  qanunların 

hazırlanmasında iştirak etmişdir

*

 



qeyri-müsəlman  etnosların  tarixinə  və  mədəniyyətinə 

hörmətlə yanaşan Azərbaycan Xalq Cümhuriyyəti multikultu- ral 

mühitin formalaşmasının demokratiyanın inkişafma müsbət təsir 

edəcəyini nəzərə alaraq, ölkədə alman koloniyalarm salınmasının 

100  illik  yubileyinin  təntənəli  şəkildə  keçirilməsi  üçün  şərait 

yaratmış və bu yubiley 1919-cu ilin iyunun 9-da təntənəli şəkildə 

Yelenendorf koloniyasında keçirilmişdir. 

-

 



Azərbaycan  multikulturalizminin  siyasi  və  hüquqi 

qaynaqlan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  demokratik 

prinsiplərə əsaslanan qəbul etdiyi qanunlarla zənginləşirdir: 

*

 



1919-cu il avqustun 11-də Azərbaycan təbəəliyi  haqqında 

qəbul edilən qanun layihəsi bunun bariz nümunəsi idi. 

-

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  milli  kadrlann  yetiş- 



dirilməsinə,  bu  sahədə  təhsilin  tamamilə  yenidən  qurulmasına 

xüsusi əhəmiyyət verirdi. 

-

 

Təhsil  sahəsində  həyata  keçirilən  ilk  mühüm  tədbir 



məktəblərin  milliləşdirilməsi  oldu,  bütün  ibtidai  tədris 

müəssisələrində  təhsil  şagirdlərin  öz  ana  dilində  apanimah  və 

dövlət  dili  olan  Azərbaycan  dilinin  tədrisi  icbari  surətdə  həyata 

keçirilməlidir.  -  Nazirlər  kabineti  tədris  işini  milliləşdirərkən 

azsaylı xalqların uşaqlarının da mənafeyini nəzərə almış, bir orta 

təhsil  müəssisəsi  olan  şəhərlərdə  paralel  surətdə  yuxarı  hazırlıq 

siniflərindən  başlayaraq,  rus  bölməsinin  də  açılmasına  icazə 

verilmişdi. 

-

 

Azərbaycan  multikulturalizminin  siyasi  və  hüquqi 



qaynaqlanmn  zənginləşməsi  cəmiyyətin  başqa  sahələri  ilə  bağlı 

məsələlərdə də özünü göstərirdi: 

*

 

tolerantlıq  ənənələrinə sadiq  qalan Azərbaycan  hökuməti, 



milliyyətindən, dilində, dinindən asılı olmayaraq sosial vəziyyəti 

ağır olan bütün insanlara yardım göstərirdi, hökumət 1919- cu ildə 

Müsəlman qadın xeyriyyə cəmiyyəti ilə yanaşı. Rus 

101 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə