Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikuituralizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə35/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   31   32   33   34   35   36   37   38   ...   144

Multikuituralizm - fəlsəfi lüğət 

*

 



bunların  da  ən  geniş  yayılmış  nümunəsi  “Ləzginkamdır, 

buna bəzən “Ləzgi - həngi” və ya “Ləzgi rəqsi” də deyirlər

*

 

artıq  adından  ləzgi  xalqının  nişanəsi  olduğu  anlaşılan  bu 



rəqs Azərbaycan musiqi folklorunda möhkəm yer tutmuşdur; 

*

 



cəsur,  məğrur,  cəld  xarakterli  kişi  rəqslərindən  biri  olan 

“Ləzginka" - igidlər rəqsi kimi müxtəlif millətlərdən olan insanlar 

tərəfindən çox sevilir və xüsusi hərarətlə ifa olunur. 

-

 



Azərbaycanlıların  və  Azərbaycanda  yaşayan  azsaylı 

xalqlann  və  etnik  qrupların  musiqi  folkloru  musiqi  ifaçılarının 

repertuanna  daxil  olaraq,  daim  xalq  şənliklərində,  konsertlərdə, 

festivallarda  səsləndirilir.  Musiqi  ifaçıları  hər  xalqa  məxsus 

musiqi  nümunələrilə  yanaşı,  musiqi  alətlərini  də  qoruyur, 

səsləndirir və onlan geniş dinləyici kütləsinə tanıdırlar: 

*

 

bu  baxımdan  xalq  ifaçıları  Azərbaycanda  geniş  yayılmış 



milli musiqi alətlərindən tar, saz, kamança, balaban, hey, zurna, 

nağara kimi alətlərlə yanaşı, dütar, tənbur, qarmon, akkordeon və 

s. kimi alətlərdən istifadə edirlər. 

-

 



Musiqi  folklorunun  yaşadılmasında  peşəkar  musiqi 

ifaçılannm və xalq musiqi kollektivlərinin böyük rolu vardır: 

*

 

hal-hazırda  Azərbaycanın  rayonlarında  və  kəndlərində 



azsaylı xalqlann və etnİk qruplarının məskunlaşdığı ərazilər üzrə 

onlann mərasim mədəniyyətini və musiqi folklorunu yaşatmaq və 

təbliğ  etmək  məqsədilə  bir  çox  mədəniyyət  mərkəzləri,  folklor 

ansamblları fəaliyyət göstərir

*

 

məsələn, “Suvar” ləzgi xalq mahnı və rəqs ansamblı (Bakı 



şəhəri), 

*

 



“Tuqan Tel” tatar mədəniyyət mərkəzinin ansamblı (Bakı 

şəhəri), 

*

 

“Xmayaxdı” tat folklor ansamblı (Şabran rayonu, Dağbilici 



kəndi), 

*

 



“Əvəsor”  talış  folklor  ansamblı  (Astara  rayonu,  Kalakos 

kəndi) və s. kollektivləri qeyd edə bilərik



105 


Yaşar Əhmədov Azər Hətəmov 

*

 



bu ansambllar qədim adət-ənənələrinİ, mahnı və rəqslərini 

təcəssüm  etdirən  musiqi  proqramları,  musiqili-tamaşa  şəklində 

təqdim edirlər. 

-

 



Azərbaycan şifahi ənənəli musiqi irsi ilə yanaşı, bu irsdən 

qidalanan bəstəkar yaradıcılığında da multikulturalizm ənənələri 

özünü büruzə verir. 

-

 



Azərbaycanın  dahi  bəstəkarı  Üzeyir  Hacıbəylinin 

yaradıcılığına nəzər salaq: 

*

 

Ü.Hacıbəylinin,  demək  olar  ki,  bütün  yaradıcılığı  multi- 



kulturalizmin örnəyi ola bilər

*

 



Azərbaycan operasımn və Şərqdə ilk operanın banisi olan 

Ü.Hacıbəyli  “Leyli  və  Məcnun”  (1908),  “Şeyx  Sənan”  (1909), 

“Rüstəm və SÖhrab” (1910), “Şah Abbas və Xurşidbanu” (1912), 

“Əsli  və  Kərəm”  (1912),  “Harun  və  Leyla”  (1915),  “Koroğlu” 

(1937)  operalarında  multikulturalizm  ənənələrinin  müxtəlif 

təzahürlərini görürük; 

-

 

Füzulinin  poeması  əsasında  bəstələnmiş  “Leyli  və 



Məcnun”  operası  qədim  ərəb  rəvayətinin  Azərbaycan  musiqi 

irsində  milli  ruhda  təfsirini  əks  etdirir,  yəni  bu  rəvayət  ərəb 

qəbilələrinin həyatından bəhs etsə də, əsərin qəhrəmanları məhz 

Üzeyir bəyin musiqisi sayəsində gözümüz qarşısında azərbaycanlı 

kimi canlanır; 

*

 



“Şeyx  Sənan”,  “Əsli  və  Kərəm”  məzmununda  müxtəlif 

dinlərə  və  millətlərə  mənsub  qəhrəmanlann  bir-birini  səmimi 

qəlblə sevgisindən və faciəsindən danışılır; 

*

 



“Şeyx Sənan”da ərəb şeyxi ilə gürcü qızının, 

*

 



“Əsli və Kərəm”də azərbaycanlı şahzadə ilə erməni qızmm 

faciəli  məhəbbət  hekayəti  əsasında  bəstəkar  çox  təsirli  əsər 

yaratmışdır; 

*

 



operamn  süjet xətti iki gəncin  - azərbaycanlı Kərəmin və 

erməni  Əslinin  məhəbbəti  üzərində.  Qara  keşişin  (Əslinin 

atasının)  onlann  məhəbbətinə  mane  olması,  onların  qovuşa 

bilməyərək od tutub yanması üzərində qurulmuşdur



106 


Multikulturalizm - fəlsəfi lüğət 

*

 



əsərin faciəli sonluğu Azərbaycan cəmiyyətində çox həssas 

qarşılanmışdır; 

*

 

bu  əsər  Ü.Hacıbəylinin  cəmiyyətdə  baş  verən  fəciəli 



hadisələrə, dini - milli zəmində qarşıdurmalara, xalqlar arasındakı 

nifrət hisslərinə qarşı bir etirazı idi; 

*

 

bu məsələ bu gün də aktualdır və insanları həyəcanlandırır; 



*

 

“Koroğlu”  operasında  Koroğlunun  Qafqaz  xalqlan 



arasında  məşhur  olmasım,  onlara  köməyini  və  zülmkarlardan 

xilas etməsini təsvir etmişdir

*

 

operanın III pərdəsində - Çənlibel səhnəsində Koroğlunun 



təkcə azərbaycanlılar üçün deyil, digər millətlərin nümayəndələri 

üçün də xilaskar timsalında olması, 

*

 

Koroğlunun adını tutub uzaq ellərdən gələn insanların ruh 



yüksəkliyi  ilə  qarşılanması  və  onun  haqq  işinə  inamı  öz  əksini 

tapmışdır; 

*

 

burada da multikulturalizm ənənələri özünü göstərir



*

 

azərbaycanlıların digər xalqlarla əmin - amanlıq şəraitində 



yaşamağa  çalışması,  onlara  kömək  göstərməsi,  demək  olar  ki, 

milli - mənəvi irsimizdə tərənnüm olunmuşdur. 

-  C.Hacıbəylinin  yaradıcılığının  digər  sahələrində  də 

multikulturalizm ənənələrinə rast gəlirik: 

*

 

məsələn,  onun  ilk  musiqili  komediyası  olan  və 



Azərbaycanda  bu  jannn  əsasını  qoymuş  “Ər  və  arvad”  (1910) 

musiqili komediyasının personajları arasında müxtəlif millətlərin 

nümayəndələri yer almışdır; 

*

 



musiqili  komediyanın  librettosu  bəstəkara  məxsusdur  və 

ailə - məişət mövzusundadır; 

*

 

“Ər və arvad”ın musiqisi mahnı - rəqs xarakterli olmaqla, 



obrazların  daha  qabarıq  açılmasına,  canlı  və  şən  səhnə 

əhvalatlarının yaradılmasına xidmət edir

*

 

bəstəkar  əsərin  məzmununu  zənginləşdirmək  üçün 



sonuncu  toy  səhnəsinə  müxtəlif  xalqların  mahnı  və  rəqslərini 

daxil etmişdir; 



107 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə