Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm ~ fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə43/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   39   40   41   42   43   44   45   46   ...   144

Multikulturalizm ~ fəlsəfi lüğət 

dinindən dönən Şeyx Sənana haqq qazandınr və eşqin dindən uca 

olduğunu bir daha təsdiq etmiş olur. 

-

 



Multikultural düşüncələrin Azərbaycan ədəbiyyatında daha 

geniş  vüsət  aldığı  dövr  XIX  əsr  və  sonrakı  yüzilliyin  ilk  iki  on 

illiyidir. 

-

 



XIX əsrdə Azərbaycanın Şimal bölgələri rus imperiyasının 

tərkibinə daxil olur, beləliklə də, yerli müsəlman əhalisinin başqa 

bir  dinin  -  xristianlığın  daşıyıcılan  olan  ruslarla  birbaşa 

əlaqələrinin əsası qoyulur. 

-

 

Bu dövrdə bir sıra Azərbaycan ziyalıları rus dilində təhsil 



alır, rus mədəniyyətinə və onun vasitəsilə Avropa mədəniyyəti ilə 

də  tanışlıq  əldə  edir  və  bütün  bunlarm  nəticəsi  olaraq  rus  və 

Avropa ədəbiyyatından Azərbaycan dilinə ilkin tərcümələr ortaya 

çıxır. 


-

 

Bu cür multikultural mühit Azərbaycan bədii ədəbiyyatına 



da  öz  müsbət  təsirini  göstərir  və  bilavasitə  bu  qlobal  məsələni 

özündə ehtiva edən bir sıra dəyərli əsərlər ortaya çıxır. 

-

 

Abbasqulu  ağa  Bakıxanov  Varşavaya  səfərini,  burada 



gördüklərini,  rus  ziyalıları  ilə  tanışlığını  “Miratül-camal” 

(“Gözəlliyin aynası”) adlı poemasında bədii şəkildə təsvir edir. 

-

 

Mirzə Şəfi Vazehlə alman alimi Fridrix fon Bodenştedtin 



dostluğu və ədəbi əlaqələri də bu dövrün multikultural mühitinin 

diqqətçəkici məqamları sırasındadır: 

*

 

F.Bodenştedt 1844-cü ildə Tiflisə gələrək burada fransız və 



latın dillərini tədris etmişdir

*

 



Tiflisdə olarkən o Vazehdən Azərbaycan və fars dillərini 

öyrənmiş, onu “Şərqli aqil Mirzə Şəfi” adlandırmışdır; 

*

 

F.Bodenştedtin  1850-ci  ildə  Berlində  nəşr  olunmuş 



“Şərqdə min bir gün” kitabı alman elmi və ədəbi ictimaiyyətini 

Qafqazla,  o  cümlədən  Azərbaycanla,  Azərbaycan  ədəbiyyatı  ilə 

birbaşa tanış edən ilkin mənbə kimi olduqca dəyərlidir. 

129 



Yaşar Əhmədov AzərHətamov 

-

 



Mirzə  Fətəli  Axundzadənin  yaradıcılığında  multikultural 

fikirlər də istər bolluğu, istərsə də rəngarəngliyi ilə diqqəti çəkir: 

*

 

böyük maarifçi sənətkar hələ 25 yaşında olarkən - 1837- ci 



ildə dahi rus şairi A.S.Puşkinin ölümünə bir elegiya həsr etmişdir; 

*

 



“Puşkinin  ölümünə  Şərq  poeması”  adı  ilə  tanınan  bu 

şeirində  Puşkini  “söz  odusunun  başçısı”  adlandırmaqla  yanaşı, 

burada rus elminin görkəmli nümayəndələri olmuş Lomonosov, 

Derjavin və Karamzinin də adlarını böyük ehtiramla çəkir; 

*

 

“Hekayəti  -  Müsyö  jordan  və  dərviş  Məstəli  Şah”  adlı 



komediyasında  İsə  maarifçi  fransız  obrazını  (Müsyö  Jordan) 

yaratmış,  bununla  da  Qərb  mədəniyyətinə  olan  rəğbətini  açıq- 

aşkar şəkildə ifadə etmişdir

*

 



M.F.Axundzadənin komediyalarında rus, erməni və alman 

xalqlarının nümayəndələrinə də epizodik şəkildə rast gəlirik. 

-

 

Seyid  Əzim  Şirvaninin  yaradıcılığında  da  multukul- 



turalizm dəyərlərini əks etdirən fikirlər kifayət qədərdir: 

*

 



şagirdlərinə  özünün  və  Şərq  klassiklərinin  humanist 

fikirlərini  təbliğ  etmiş,  onların  sağlam  ruhda  böyüməsinə,  əsl 

vətəndaş kimi yetişməsinə xüsusi qayğı və diqqət göstərmişdir; 

*

 



kökünü  savadsızlıq  və  cəhalətdə,  dini-məzhəbi  ayrı- 

seçkilikdə, qaranlıq və nadanlıqda görmüş, çıxış yolunun elmə və 

biliklərə yiyələnmək olduğunu vurğulamışdır; 

*

 



üzünü 

həmvətənlərinə 

tutaraq 

insanlan 

dİni 

mənsubiyyətinə  görə  deyil,  əksinə  elminə,  biliyinə  görə 



dəyərləndirməyin düzgün olduğunu xüsusi olaraq qeyd etmişdir; 

*

 



öz  dövrü  üçün  rus  dilini  bilməyin  də  vacibliyini  dərk 

edərək gənc nəslə bu dili öyrənməyi tövsiyə etmişdir. 

-

 

Əhməd  bəy  Ağaoğlu  Fransanın  məşhur  Sorbon 



Universitetində islam dəyərləri mövzusunda məruzə etmiş və bu 

məruzə Avropa alimləri tərəfindən yüksək dəyərləndirilmişdir. 

130 



Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Mirzə  Ələkbər  Sabir  Azərbaycanda  erməni-müsəlman 

münaqişəsi baş verən kimi - 1905-ci ildə “Beynəlmiləl” adlı şeir 

yazaraq iki milləti barışığa, sülhə çağırmışdır. 

-

 



Nəriman Nərimanov - “Bahadır və Sona” adlı romanında 

dini ayn-seçkilyi pisləmiş və ayrı-ayrı dinlərin daşıyıcılarına olan 

fərqli baxışları “uçurum” adlandırmışdır. 

-

 



Hüseyn  Cavid  “Şeyx  Sənan”  adlı  faciəsində  insanları 

ayrı-ayrı dinlərə bölənlərə qarşı öz etiraz səsini ucaltmışdır: 

*  “Mənim  taımm  gözəllikdir,  sevgidir”  sözlərini  Cavid 

özünün həyat devizi seçir. 

-

 

Abdulla Şaiqin I910-cu ildə yazdığı “Iləpimiz bir günəşin 



zərrəsiyiz”  şeiri  də  fıkrimizcə  XX  əsrin  əvvəllərindəki 

Azərbaycan  ədəbiyyatında  özünə  möhkəm  yer  tutan  multi- 

kultural  düşüncənin  nə  dərəcədə  yüksək  səviyyədə  olduğuna 

yaxşı bir nümunə ola bilər: 



Həpimiz bir günəşin zərrəsiyiz

Həpimiz bir yuva pərvərdəsiyiz. 

Ayramaz bizləri təğyiri-lisan, 

Äyramaz bizləri təbdili-məkan

Ayramaz bizləri İncil, Quran, 

Ayramaz bizləri sər həddi-şahan... 

Ayramaz Şərq, Cənub, Qərb, Şimal, 

Yetişər kinü ədavət daşımaq! 

*

 



Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf  Proqramının 

1995-ci  ildə  Azərbaycanda  nümayəndəsi  olmuş  cənab  Paolo 

Lembo  bu  şeiri  “Azərbaycan  Respublikasında  insan  inkişafı 

haqqında  hesabat-1995”  kitabına  epiqraf  kimi  vermiş  və  həmin 

kitabı Abdulla Şaiqin Bakıdakı Mənzil Muzeyinə təqdim edərkən 

demişdir: 

*

 

“Azərbaycanın  görkəmli  şairi  Abdulla  Şaiqin  bu 



misralarında bütöv bir xalqın, Azərbaycan xalqının qardaşlıq və 

sülh  arzulan,  istəkləri  özünün  parlaq  təzahürünü  tapmışdır.  Bu 

şeir 

131 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə