Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikuituralizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə45/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   41   42   43   44   45   46   47   48   ...   144

Multikuituralizm - fəlsəfi lüğət 

Tanrı  tərəfindən  yaradılmış  və  Tanrı  bütün  bəşəriyyət  üçün 

eynidir və vahiddir. 

-

 



Müxtəlif  xalqların  dinlərində  fərqlilik  isə  yalnız  ondan 

qaynaqlanır ki, fərqli xalqlar hamının yaradıcısı olan, hamı üçün 

eyni  olan,  hamı  üçün  vahid  olan  Tanrını  fərqli  tərzlərdə 

qavrayırlar,  fərqli  tərzlərdə  ifadə  edirlər  və  ona  fərqli  tərzlərdə 

ibadət edirlər. 

-

 



Məhəmməd  Füzuli Özünün poetik və  fəlsəfi əsərlərini öz 

doğma  Azərbaycan  dili  ilə  yanaşı  həm  də  qonşu  xalqların 

dillərində,  fars  və  ərəb  dillərində  yazmış,  eyni  zamanda  həm 

Azərbaycan, fars və ərəb dillərində yazilmış, həm də Azərbaycan, 

fars  və  ərəb  dillərinə  tərcümə  olunmuş  bir  çox  əsərləri  təhlil 

edərək,  Azərbaycanın  filosof  alimləri  içərisində  ilk  dəfə  olaraq 

mükəmməl fəlsəfə tarixini yazmışdır: 

*

 



Etiqadın doğulduğu yer adlandırdığı əsər şairin həm geniş 

elmi-fəlsəfi erudisiyasını, islam aləminin fılosoflan və fəlsəfi-dini 

cərəyanları  ilə  yanaşı  eyni  zamanda  Mİletli  Falesin,  Heraklitin, 

Pifaqorun,  Platonun,  Aristotelin  və  digər  filosofların  əsərlərinə 

bələd  olmasını,  həm  də  xalqımızın  multu-  kultural  ənənələrinə 

sadiq olduğunu nümayiş etdirir. 

-

 

Eynəlquzat  Miyanəci  öz  əsərlərində  açıq  anladır  ki,  dini 



kitabları əsas gətirərək yaradılan məzhəblərin heç biri həmin dini 

kitabların tələblərinə cavab vermir: 

*

 

onlann hamısında yanlışlıqlar vardır; 



*

 

bu  fikirdən  o  almır  ki,  cəmiyyətdə  məzhəblər  əsasında 



qarşıdurma  yarandıqda  hansı  məzhəbin  daha  doğru  mövqedə 

olduğunu  qəbul  etmədən  əvvəl,  onların  dediklərinin,  irəli 

sürdükləri  tələblərin  əsaslandıqları  dini  kitabların  tələblərinə  nə 

dərəcədə uyğun olduğunu yoxlamaq lazımdır; 

*

 

bu  prinsip  multikultural  mühitin  yaradılmasında  çox 



mühüm rol oynaya bilər

*

 



ən  əsas  olan  Allah  nizamına  uyğun  cəmiyyətin  özünün 

substional xüsusiyyətləridir; 



135 


Yaşar Əhmədov Azər Hətəmov 

*

 



müxtəlif qarşıdurmalar da bu substional prinsiplər əsasında 

həli edilməlidir. 

-

 

Siracəddin  Mahmud  ibn  Əbubəkr  Urməviyə  görə 



cəmiyyətin heç zaman özü-özünü tənzimləmir: 

*

 



onun  tənzimlənməyə,  yəni  cəmiyyətdə  baş  verən 

proseslərin idarə olunmasına ehtiyac vardır; 

*

 

multikultural  mühit  də  Öz  -  özünə  yarana  bilməz,  bunun 



üçün  ciddi  elmi  əsaslarla  idarəetmə  mexanizmi  yaradılmalı  və 

həyata keçirilməlidir 

-

 

Urməvinin  idarəetmə  baxımından  fikirləri  olduqca 



mühümdür - belə bir misal gətirir: 

*

 



baş  bədəni  tibbin  qanunauyğunlaqına  uyğun  olaraq  idarə 

etdikdə  bədən  daha  sağlam  olur  və  bu  da  öz  növbəsində  başın 

daha sağlam olub, daha düzgün qərarlar verməsinə səbəb olur

*

 



burada  ortaya  qoyulan  fəlsəfə  odur  ki,  cəmiy>'ət  idarə- 

edici  tərəfindən  cəmiyyətin  qanunauyğunlarına  müvafiq  olaraq 

idarə olunmalıdır; 

*

 



multikultural mühit də bu prinsiplərlə qurulmalıdır, bu da 

öz növbəsində idarəedicinin daha uğurlu fəaliyyətinə səbəb olar; 

*

 

bütün  cəmiyyətin  ahəngdar  inkişafında,  eləcə  də 



multikultural mühitin yaranmasında ən mühüm şərtlərdən birinin 

də  hər  kəsin  öz  qabiliyyətinə,  bacarığına,  təcrübəsinə  uyğun 

fəaliyyətlə  təmin  olunması  cəmiyyətin  əsas  bir  tələbi  kimi  irəli 

sürülür. 

-

 

Şihabəddin  Yəhya  Sührəvərdi  belə  hesab  edir  ki, 



cəmiyyətdə insanlar, sosial təbəqələr arasında fərqli münasibətlər, 

qarşıdurmalar sonradan meydana gələn düşüncəli nəfsin hesabına 

üzə çıxır: 

*

 



əslində isə bu Kainatın təbii mahiyyətinə ziddir, bütün dini 

mənbələr,  şərq  fəlsəfəsi,  təsəwüf,  islam  hər  zaman  nəfsi  kainat 

prinsiplərinə uyğun olaraq tərbiyə olunmasını zəruri hesab edir

136 



Multikulturallzm - fəlsəfi lüğət 

*

 



ona  görə  də  Kainatın  əsas  mövcudluq  və  fəaliyyət 

prinsipinə uyğun mədəni mühitin yaranması elə kainatın tələbidir. 

-

 

Sührəverdi  fəlsəfəsindən  irəli  gələrək,  cəmiyyətin 



mahiyyəti  ilə  onun  müxtəlif  sosial  təbəqələrdə  inikas  olunmuş 

təsəvvürləri arasında fərqi araşdırmaq olar: 

*

 

hər  hansı  sosial  təbəqələrdə  cəmiyyət  barədə  təsəvvürlər 



müxtəlif  olur,  bu  təbəqələr  arasında  qarşıdurma  yarandıqda, 

həmin  münaqişə  cəmiyyətin  mahiyyəti  nəzərə  alınmaqla  həll 

edilməlidir; 

*

 



cəmiyyətin  təbii  mahiyyətində  isə  ahəng  -  multikultural 

mahiyyət dayanır; 

*

 

hər bir şəxs daxilən təmizlənmək, Kmnat aləminə, Kainat 



qanunlanna  köklənib  ondan  eneıji  alması  üçün  qidalanmasına  - 

maddi dəyərlərə diqqət etməli, məhdudlaşdırmalıdır; 

*

 

cəmiyyətdə  maddiyata  aludəlik  multukultural  dəyərlərin 



formalaşmasına  ciddi  zərbə  vurur,  cəmiyyətdə  multikultural 

mühitin yaranması üçün hökmən mənəvi mühit daha çox inkişaf 

etməlidir; 

*

 



belə olan cəmiyyət həm də kainatdan aldığı eneıji ilə özü 

özünü tənzimləyir. 

-

 

Tusi  hər  zaman  ahəngdar  birgəyaşayış  qanunlannm 



axtarılması ilə bağlı mülahizələr yürüdür - o, cəmiyyəti bir bədən 

timsalında görür: 

*

 

bütün  orqanları  məhəbbətlə  biri  -  birinə  birləşən  bədən  - 



orqanizm; 

*

 



onlar  biri  -  biri  ilə  mübarizə  apararaq  yox,  qarşılıqlı 

ahəngdə fəaliyyət göstərməlidirlər ki, bədən daha sağlam olsun. 

-

 

Tusinin  əsərlərində  indi  adına  tolerantlıq  dediyimiz 



münasibəti  barədə  də  baxışlan  aydın  görünür  -  tolerantlıq  sözü 

indiki vaxtda daha çox “biri - birinə dözmək” mənasında işlənir: 

*

 

bu  ən  yaxşı  halda  ədalət  hissidir,  ədalət  hissi  dözmək 



hissindən üstündür

137 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə