Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Muitikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə47/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   43   44   45   46   47   48   49   50   ...   144

Muitikulturalizm - fəlsəfi lüğət 

-

 



Dövrün  şeyxülislamları  -  Əhməd  Hüseynzadə  Səlyani, 

Əbdüssəlam Axundzadə, Mövlazadə Şəkəvi, Zaqafqaziya müftisi 

Hüseyn  Qayıbov,  digər  mütərəqqi  din  xadimləri  -Əbu  Turab 

Axundzadə,  Molla  Ruhulla,  Axund  Yusif  Talıbzadə,  Mir 

Məhəmməd Kərim əl-Bakuvi, dünyəvi ziyalılar - M.Kazım- bəy, 

M.F.Axundzadə,  H.Zərdabi,  M.Şahtaxth,  S.Ə.Şirvani,  H.Cavid, 

Ü.  Hacıbəyli,  M.Hadi,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  C.Hacıbəyli, 

C.Məmmədquluzadə kimi mütəfəkkirlər dövrün əsas problemləri 

olan məzhəbçilik, dünyəvi elm düşmənliyi, qadın təhsili problemi 

kimi  multikulturalizmin  bir  çox  müddəalan  ilə  bağlı  olan 

məsələlərdə öz cəsarətli yazılan ilə Azərbaycan xalqını qaranlıq 

cəhalət əsarətindən xilas etmək istəyirdilər. 

-

 

Zaqafqaziya  müftisi  H.Qayıbov  “İşıq”  qəzetində  yazdığı 



məqalələrdə  qadınlann  da  kişilərlə  bərabərhüquqlu  bir  şəkildə 

təhsil  alması  ideyasım  müdafiə  edir,  bu  mövzuda  hədislərdən 

nümunələr  verərək,  xristianlarla  müsəlmanlann  sülh  içində 

yaşamasımn mümkünlüyü fikrini irəli sürürdü. 

-

 

Əbdüssəlam  Axundzadə  müsəlmanlann  digər  din 



mənsubları ilə xoş rəftar etməsi ideyasını ortaya qoyur, erməni- 

müsəlman münaqişəsinin həllində hər iki din mənsubu ruhanilərə 

böyük vəzifələr düşdüyünü bildirirdi

*

 



din  elmləri  qədər  dünyəvi  elmlərin  də  tədrisini  davamlı 

dəstəkləyən ruhanilərdən idi. 

-

 

M.Kazımbəyin  yaradıcılığı  Şərq  fəlsəfəsi,  ədəbiyyatı,  din 



azadlığı  məsələlərinə  yönələrək,  muitikulturalizm  baxımından 

xüsusi maraq doğurur: 

*

 

onun  bir  sıra  məqalələrində,  əsərlərində  multikultura- 



lizmlə bağlı qiymətli məlumatlar vardır; 

*

 



öncədən  müsəlman  olub  sonradan  xristian  dinini  qəbul 

edən  M.Kazımbəy  müqəddəs  dini  kitabların  ruhən  yaxınlığını 

ortaya  qoymuş,  islam  dinini  əsaslı  təhlil  edərək,  məzhəbçiliyi 

ciddi tənqid etmişdir



141 


Yaşar Əhmədov Azər Hətəmov 

*

 



o, sufi təriqətlərinin islam daxilində ən islahatçı cərəyanlar 

olduğunu  göstərmiş  və  dövrün  ən  islahatçı  dini  hərəkatı  olan 

babilik haqqında geniş tədqiqatlar apararaq, onun maarifçiliyini, 

fanatizmə qarşı mübarizəsini və XIX əsr azərbaycanlı babi şairə 

Zərrintac  Tahirə  xanımın  timsalında  qadın  azadlığına  verdiyi 

əhəmiyyəti təbliğ etmişdir. 

*

 

o fars və yunan ədəbiyyatları, Homer və Firdovsi arasında 



da maraqlı müqayisələr ortaya qoymuşdur. 

-

 



Multikulturalizm  baxımından  Axundzadənin  yaradıcılığı 

da böyük maraq doğurur: 

*

 

“Kəmalüddövlə  məktubları”  əsərində  islam  dinində 



islahatı  arzu  edən  və  dini  fanatizmə  qarşı  mübarizədə  Qərb 

mədəniyyətini nümunə göstərən filosof

*

 

“Əkinçi”  qəzetində  nəşr  olunan  və  H.Zərdabiyə 



ünvanlanan  məktublarında  da  müsəlmanların  inkişaf  edə 

bilmələri  üçün  məzhəb  ixtilafından  imtina  etməyin  zəruriliyini 

bildirir, 

*

 



dünyəvi  təhsilə,  xarici  dillərə  üstünlük  verilməsinin 

vacibliyini ortaya qoyurdu; 

*

 

o dünyəvi təhsilə söykənərək inkişaf edən Qərb millətlərini 



də müsəlmanlara nümunə göstərirdi; 

*

 



din azadlığı, dövrün dini hərəkatlarından biri olan babiliyin 

insanlan vəhdətə çağıran mütərəqqi ideyaları, babi şairə Zərrintac 

Tahirə  xanımın  qadın  azadlığı  xüsusundakı  fikirləri 

multikulturalizmin qaynaqlarından şərh olunurdu. 

-

 

Şirvani “Əkinçi” qəzetinin səhifələrində tez-tez öz şeirləri 



ilə  çıxış  edərək  bütün  dillərin  Allah  qatında  eyni  olduğunu,  o 

cümlədən rus dilini öyrənməyin də əhəmiyyətini qeyd edir: 

*

 

“aləmi-insaniyyətdə birdir hər millət mənə” deyərək bütün 



insanlığı bir gözdə görür, xristian, sünni, şiə bölgüləri aparmırdı. 

-

 



Zərdabi  islamda  ixtilaf  yaradaraq  təriqətçilik,  sünni-şiə 

problemini qızışdıranlara qarşı mübarizə aparır, 

*

 

Qurban bayramı, oruc və həccin məqsədini - müsəlmanları 



birləşdirmək olduğunu yazır. 

142 



Multikulturalizm - fəlsəfi lüğət 

*

 



“elmi-əbdan”,  yəni  dünyəvi  elmlərin  öyrənməsinin  mü- 

səlmanlann inkişafı üçün zəruri olduğunu qeyd edirdi. 

-

 

XIX  əsrin  sonlarında  Ünsizadə  qardaşları  tərəfindən  nəşr 



olunan  “Ziya”,  “Ziyayi-Qafqaziyyə”,  “Kəşkül”  kimi  mətbu 

orqanlarında  multikulturalizm  baxımından  qiymətli  məlumatlar 

var. 

-

 



Cəlal  Ünsizadənin  Qafqazda  yaşayan  xristian  millətlərin 

dünyəvi  təhsilə  əsaslanaraq  inkişaf  etdikləri  qeyd  olunur, 

müsəimanlann  da  onlardan  nümunə  alaraq  inkişaf  yoluna 

yönəlmələrinin zəruriliyi qeyd edilirdi. 

-

 

M.Şahtaxtlı  da  müsəlmanların  inkişafı  üçün  Avropa 



mədəniyyətinin  mənimsənilməsinin  vacibliyini  qeyd  edir,  islam 

və dünyəvi mədəniyyətin vəhdətini ortaya qoyurdu. 

-

 

C.Məmmədquluzadənin 



redaktoru 

olduğu 


“Molla 

Nəsrəddin”  jurnalı  da  Azərbaycan  multikulturaİizminin 

publisistik qaynaqlarına aid edilə bilər. 

-

 



Dinə  baxışında  ziddiyyətli  mövqe  tutmasına  baxmayaraq 

C.Məmmədquluzadə  dini  maarifçilikdə  çox  əhəmiyyətli  mövzu 

olan  din  və  vicdan  azadlığı  məsələsində  mütərəqqi  fikirlər  irəli 

sürmüş,  dinlərarası  münaqişə  yaradanlara  qarşı  mübarizə 

apararaq, din azadlığını müdafiə etmişdir; 

*

 



Quranın  “Dində  məcburiyyət  yoxdur”  ayəsini  nümunə 

gətirərək  insanların  dinsiz,  dindar  və  ya  istənilən  dini,  məzhəbi 

seçmə hüququnun olması fikrini müdafiə edirdİ; 

*

 



babilik  və  onlann  davamı  olan  bəhai  dini  icmalarının 

rəhbərlərinin,  xüsusilə  Əbdülbəhanın  1922-ci  ildə  Bakıda  nəşr 

olunan  “Vəhdəti  -  kainat”  haqqında  nitq”  əsərində  də  bütün 

insanların  bir  ailənin  üzvü  olduğu  kimi  mullikultural  ideyalar 

müdafiə edilirdi. 

-

 



Əhməd  bəy  qədim  fars,  hind  mədəniyyətlərinin  islama 

təsiri  mövzusunu  tədqiq  edir,  müsəlman  xalqlarının  birliyi  və 

ictimai tərəqqisi ideyasının qızğın tərəfdarı kimi çıxış edir, islam 

vəhdətinin milli inkişafa səbəb olacağım irəli sürürdü. 

-

 

Ə.Ağaoğlu islamla türkçülüyün sintezini irəli sürürdü: 



143 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə