Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Muitikulturalizm - fəisəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə49/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   45   46   47   48   49   50   51   52   ...   144

Muitikulturalizm - fəisəfi lüğət 

*

 



gürcü  dilində  XX  əsrin  əvvəllərində  nəşr  olunan  “Sa- 

xalxo”  qəzetində  və  “Teatri  da  sxovreba”  (“Teatr  və  həyat”) 

jurnalında  dahi  Azərbaycan  bəstəkan  Ü.Hacıbəylinin  tamaşaya 

qoyulmuş operettaları haqqında məlumat verilir

*

 

“tsari”  qəzetində  isə  Azərbaycan  mədəniyyətinin  ucalığı 



və xalqımızın istedadı yüksək qiymətləndirilirdi. 

-XX  əsrin  əvvəllərində  Azərbaycan  mətbu  orqanlannda 

erməni  və  gürcü  yazıçılan  ilə  yanaşı  qonşu  Rusiyanın  görkəmli 

yazıçılan da təbliğ edilir, əsərlərindən nümunələr verilirdi. 

-

 

Dövrün həm dini, həm də dünyəvi ziyalılannm publisistik 



yaradıcılığı dini və milli vəhdət, dünya mədəniyyətinə inteqrasiya 

VƏ  muitikulturalizm  ənənələrinə  əsaslanaraq,  müasir  dövrün 

problemlərini həll etmək baxımından gənc nəsil üçün bir qaynaq, 

bir nümunədir. 

-

 

Bəşər  cəmiyyətinin  təkamülü  prosesi  boyu  müxtəlif  etno- 



konfessional,  mədəni  -maraq  qruplan  arasında  birgəyaşayış 

sistemi formalaşmışdır. 

-

 

Azərbaycan da müasir sivilizasiyanın tərkib hissəsi olaraq 



bu prosesi yaşamışdır. 

-

 



Ümummilli  lider  Heydər  Əliyevin  siyasi  hakimiyyətə 

qayıdışından  sonra  separatçı  qüvvələrə  qarşı  əməli  tədbirlər 

görmüş,  millətlərarası  münasibətlər  siyasətini  demokratik 

prinsiplər  əsasında  inkişaf  etdirmək  istiqamətini  əsas  götürmüş, 

Azərbaycan  multikulturalizminin  siyasi  və  hüquqi  qaynaqlarım 

qüvvətləndirmişdir. 

-

 

Müasir  dövrdə  Azərbaycan  Respublikasının  millətlərarası 



münasibətlər  siyasətinin  hüquqi  bazası  dövlətin  ali  qanunu  - 

konstitusiyaya  əsaslanmış,  ikinci  bölmənin  III  fəslinin  25-ci 

maddəsinin 3-cü bəndində göstərilmişdir ki: 

*”İnsan və vətəndaş hüquqlarını və azadlıqlannı irqi, milli, 

dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə 

məhdudlaşdırmaq qadağandır”. 

-

 

Azərbaycan  Respublikasının  konstitusiyası  ölkə  əhalisinin 



tərkib hissəsi olan azsaylı xalqların milli mənsubiyyət 

147 


Yaşar Əhmədov Azər Hətəmov 

hüququnun  qorunmasını  əsas  götürərək,  İkinci  bölmənin  III 

fəslinin 44-cü maddəsində göstərir: 

*”Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ 

vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə 

bilməz”. 

-

 

Etnosun  əsas  atributlarından  olan  dil  hüququnu  da 



Azərbaycan  Respublikasının  konstitusiyası  qoruyur  və  dövlətin 

ali  qanununun  İkinci  bölməsinin  III  fəslinin  45-ci  maddəsində 

deyilir: 

*“Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Heç 

kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”. 

“  Multikultural  mədəniyyətin  daşıyıcısı  olan  Azərbaycan 

dövləti  Azərbaycan  multikulturalizminin  siyasi  və  hüquqi 

qaynaqlarını dövlətin Ali Qanunu - Konstitusiyamn qəbul etdiyi 

müddəalar  əsasında  qüvvətləndirmiş,  xalqımızın  tolerantlıq 

ənənələrini  əsas  götürmüş,  dilindən,  dinindən,  etnik 

mənşəyindən,  sayından  asılı  olmayaraq,  tolerantlıq  ənənələrini 

əsas  tutaraq,  azsaylı  xalqlara  hörmətlə  yanaşaraq,  onun 

hüquqlarını qoruyur. 

-

 



Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: 

*“ÖIkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox 

zəngin olar”. 

-

 



Multikulturalizm  dövrün,  zəmanənin  diktəsidir  və  bu 

diktədən heç kim kənarda qala bilməz. 



148 


Multikulturalizm - fəlsəfi lüğət 

5.

 

Multikulturalizm Azərbaycanın dövlət siyasətidir.. 

-

 



Mədəni  dünya  ilə  münasibətlərin  müqayisəli  təhlilinə 

diqqət  yetirdikdə  belə  bir  gerçəkliyin  şahidi  oluruq  ki, 

multikulturalizm Azərbaycanda dövlət siyasətidir. 

-

 



Anlayışın  mahiyyətinə  vardıqda  görürük  ki,  multukul- 

turalizmin ölkəmizdə sosial-mədəni əsaslan vardır, əslində bunu 

bizə tarixi keçmişimiz də diktə edir. 

-

 



Günümüzdə  də  multikulturalizmin  Azərbaycanda  həyat 

tərzi olması heç kimdə şübhə doğurmur. 

-

 

Biz  gündəlik  həyatımızda  bu  prinsiplər  əsasında  fəaliyyət 



göstəririk: 

*

 



bu  prinsiplər  cəmiyyətin  mütləq  əksəriyyəti  tərəfindən 

dəstəklənir və müdafiə edilir. 

-

 

Azərbaycan  multimədəni,  multikonfessional  ölkə  olub, 



mədəniyyətlərarası,  dinlərarası  dialoqun  -  özü  də,  bu  sahədə 

şübhəsiz uğurlar qazanmış - vətənidir. 

-

 

XX  əsrin  sonlannda  məlum  siyasi  hadisələr  postsovet 



məkanında  o  cümlədən,  Cənubi  Qafqaz  respublikalarında 

multikulturalizmin  yeni  modellərinin  formalaşmasına  gətirib 

çıxardı. 

-

 



Azərbaycanın  davamlı  sosial-iqtisadi  inkişafını  müəyyən 

edən əsas amillərdən biri ölkədə ardıcıl yeridilən multikulturalizm 

siyasəti olmuşdur. 

-

 



Azərbaycanda 

etnik 


zəminində 

tolerantlığın 

və 

multikulturalizmin  kök  salması  azərbaycanlılann  tarix  boyu 



özünü biruzə vermiş milli xüsusiyyətlərindən irəli gəlir. 

-

 



Azərbaycanın  coğrafi  mövqeyindən  irəli  gələrək,  onun 

ərazisində şərq - qərb və cənub-şimal istiqamətlərindən iki ticarət 

yollan keçmişdir: 

*

 



eyni  zamanda  keçmişdə  respublika  ərazisində  qonşu 

respublikalardan yönəlmiş hərbi yürüşlər, həmçinin burada etnik 

mozaikanın formalaşmasında öz təsirini göstərmişdir

149 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə