Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Yaşar Əhmədov AzərHətamov



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə48/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   44   45   46   47   48   49   50   51   ...   144

Yaşar Əhmədov AzərHətamov 

*

 



dövrün  əsas  problemlərindən  olan  sünni-şiə  ixtilafı 

məsələsində  Quranın  “bütün  möminlər  qardaşdır”  ayəsinin 

prinsipini  öz  əsərlərində  müdafiə  edən  Ə.Ağaoğlu  Nadir  şahın 

məzhəbçiliyə  qarşı  mübarizəsini,  sünni  və  şiə  məzhəblərini 

birləşdirməyə çalışmasım təqdir edir, 

*

 



müsəlmanlar  arasındakı  təriqət,  məzhəb  ixtilaflarını 

pisləyir, dini təfəkkürün vəhdəti ideyasına üstünlük verirdi

*

 

Əli  bəy  Hüseynzadənin  “türkləşmək,  islamlaşmaq  və 



müasirləşmək”  ideyası  Ə.Ağaoğlu  tərəfindən  təbliğ  edilir,  milli 

ideologiya kimi qəbul edilirdi

*

 

bu  ideya  multikultural  mahiyyətdə  olub,  özündə  islam 



əxlaqı və mənəviyyatım, müasir Qərb elmi dünyagörüşünü və türk 

mədəniyyətini ehtiva edirdi. 

-

 

Ə.Ağaoğlunun  yaradıcılığında  azərbaycanlıların  qonşu 



xalqlarla  əlaqələri  məsələsi  də  tədqiq  edilmiş,  erməni  və 

azərbaycanlıların  tarixən  dost  olduğu  vurğulanaraq,  bu  iki  xalq 

arasında münaqişə yaradanlar pislənmişdi; 

*

 



o  rus  ədəbiyyatımn  keçdiyi  tarixi  mərhələlər,  böyük  rus 

klassikləri  və  əsərləri  haqqında  geniş  məlumatlar  Azərbaycan 

oxucusuna çatdmlırdı. 

-

 



Əli bəy Hüseynzadənin  yaradıcılığı da multikulturalizmin 

tədqiqi, milli və dini vəhdətin öyrənilməsi baxımından maraqlıdır: 

*

 

0



  türk  millətçiliyi  prinsipini  əsas  götürsə  də  onu  islamın 

aynimaz bir parçası kimi təqdim edir və müsəlmanlığı da ən az 

türklük kimi həyatının qayəsi sayırdı; 

*

 



türkçülük  ideologiyası.  Qərb  elmi  metodologiyasının 

təbliğinə, dini maarifçiliyə böyük önəm verirdi

*

 

islam  dünyasının  xilas  yolunu  müsəlman  etiqadh,  lakin 



Avropa elmini, texnologiyasını mənimsəmiş fədailərdə görürdü

*

 



0

,  avropalılaşmaq  deyərkən  müsəlmanlann  assimilyasiya 

olmasım yox, Avropanın elmi-texniki nailiyyətlərinin öyrənil 

məsini nəzərdə tuturdu; 



144 


Multikulturalizm - fəlsəfi lüğət 

*

 



Nadir şahm öz hakimiyyəti dövründə sünnilərlə şiələri bir 

məzhəb altında birləşdirib bu ixtilafa son qoymaq istəməsini də öz 

yazılannda təqdir edirdi. 

-

 



Azərbaycan Xalq Cümhuriyyəti dövründə və onım davamı 

olan  müstəqil  respublikamızda  üç  rənglə  (mavi,  qırmızı,  yaşıl) 

simvollaşan  Azərbaycan  bayrağının  ideya-mənəvi  dəyərləri  Əli 

bəy  Hüseynzadənin  “türkləşmək,  islamlaşmaq,  avropalılaşmaq” 

tezisi ilə bağlıdır. 

-

 



Ü.Hacıbəylinin  publisistik  məqalələri  də  multikultural 

mahiyyətilə çox zəngindir: 

*

 

0,  babi  adı  altında  maarifçi  ziyalıları  təkfır  edənləri, 



ümumiyyətlə, təkfir ittihamını şiddətlə tənqid edir, müsəlman din 

xadimlərinin həqiqi elm sahibi olması üçün Cənubi Qafqazda ali 

dini məktəblərin açılmasını tövsiyə edirdi; 

*o,  dünyəvi  təhsilin  də  müsəlmanlar  arasında  geniş 

yayılmasını təşviq edirdi. 

-

 



Ceyhun  Hacıbəyli  dini  ixtilaflann  səbəbi  olaraq  Quranın 

vahid  şərhinin  olmamasını  göstərir,  müsəlman  həmrəyliyi 

ideyasını  irəli  sürərək,  müsəlmanlann  digər  xalqlarla  birgə  azad 

yaşamaq istəyini qələmə alırdı: 

*

 

əksər  mollalann  savadsızlığının  səbəbi  ali  ruhani  təhsili 



verən müəssisələrin olmamasıdır; 

*

 



açılacaq  seminariyanın  sadəcə  bir  məzhəbə  yox,  bütün 

islam məzhəblərinə aid olmasım vacib sayan müəllif çıxış yolunu 

islamın vəhdət fəlsəfəsində görürdü. 

H.Cavid savadsız, məhdud dünyagörüşlü din 

xadimlərinin dinə, millətə vurduğu ziyanı göstərirdi: 

*

 



o  elmin  öyrənməsində  sərhədlərin  olmadığını,  təkcə  dini 

elmlərlə  kifayətlənməyib,  tarix,  fəlsəfə  kimi  dünyəvi  elmlərin 

öyrənilməsinin,  bu  sahədə  xarici  ölkələrin  elmindən  də 

faydalanmanın vacibliyini bildirirdi: 

*

 

mütəfəkkir  peyğəmbərin  “Elm  Çində  də  olsa,  tapıb 



öyrənin!”,  “Beşikdən  qəhrədək  elm  tələb  edin!”  hədislərini  bu 

mövzuda müsəlmanlara nümunə göstərirdi. 



145 


Yaşar Əhmədov AzərHətəmov 

~  XX  əsrin  əvvəllərində  Azərbaycanda  sırf  qadınlara  xitab 

edən, onların qələm məhsulu olan, problemlərini dilə gətirən bir 

mətbu  orqamna  ehtiyac  var  idi  -  bu  şərəfli  işi  H.  Z.Tağı-  yevin 

maddi  himayəsi  altında  fəaliyyət  göstərən  “İşıq”  qəzetinin 

redaktoru  Xədicə  xanım  Əlibəyova  (1884-1961)  uğurla  yerinə 

yetirdi: 

*

 

1911-ci il yanvarın 22-dən 1912-ci ilin sonunadək qəzetin 



68 nömrəsi işıq üzü gördü, qəzetin dili əsasən azərbaycanca olsa 

da, bəzi nömrələrdə rus dilində də materiallar nəşr edilirdi

*

 

“İşıq” qəzeti öncəliklə evdarlığa yer verən həftəlik bir qəzet 



olsa  da,  şəriət  qaydalarına,  dünyəvi  məsələlərə  aid  müxtəlif 

guşələr də ayırmışdı; 

*

 

 qəzetin 



birinci  nömrəsindən  etibarən  müsəlman 

qadınların  dini  elmlərlə  yanaşı  dünyəvi  elmlərin  öyrənməsinin 

vacibliyi  vurğulanır,  müsəlman  qadınlarının  hüquqlarının 

qorumasında dünyəvi təhsilin vacibliyi önə çəkilirdi. 

-

 

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Azərbaycan 



xalqının qonşu xalqlar ilə əlaqələri o dövrün mətbu orqanlarında 

işıqlandırılmış, qarşılıqlı mədəni münasibətlər tədqiq edilmişdir - 

bu mətbu orqanlannda Azərbaycan multikulturaliz- minin qonşu 

xalqlara təsiri haqqında xeyli məlumat getmişdir: 

*

 

məsələn:  XIX  əsrin  II  yarısından  etibarən  erməni  dilində 



nəşr  olunan  “Mşak”  (“Zəhmətkeş”),  “Murc”  (“Çəkic”),  “Nor- 

dar”  (“Yeni  əsr”)  kimi  qəzetlərdə  Azərbaycan  ədəbi,  ictimai 

mühiti haqqında geniş məlumatlar verilmişdir

*

 



Azərbaycanda yaşayıb  yaradan erməni yazıçısı Aleksandr 

Şirvanzadə “Mşak” qəzetində “Əkinçi” qəzetinin nəşr olunmasını 

alqışlayırdı; 

*

 



“Əkinçi”  qəzetinin  redaktoru  H.Zərdabi  də  “Mışak” 

qəzetinin redaktoru Arzuniyə məktubunda təşəkkür ifadə edərək, 

qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsini arzu edildi. 

-

 



XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəlləri  gürcü  -  Azərbaycan 

əlaqələri də multikulturalizm baxımından maraq doğurur: 



146 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə