Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə57/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   53   54   55   56   57   58   59   60   ...   144

Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Multikulturalizmin  geniş  mənada  mahiyyəti  ondan 

ibarətdir ki, dövlət cəmiyyətdəki müxtəlif və biri - birindən fərqli 

mədəniyyətlərin  daşıyıcıları  olan  fərdlər,  yaxud  sosial  qruplar 

arasında fərq qoymur, onlann heç birini digərindən üstün, yaxud 

aşağı  hesab  etmir  və  bütün  mədəniyyət  daşıyıcılanna  bərabər 

hüquqlar tanıyır. 

-

 

Başqa sözlə desək: 



*

 

dövlət cəmiyyətdə olan mədəni dəyərlərə birbaşa müdaxilə 



etmir  və  dövlət  tərəfindən  əvvəlcədən  formalaşdırılmış  mədəni 

dəyərlər  sistemini  cəmiyyətə  yeritmir  -bu  məsələdə  sosial 

subyektlərə bir növ sərbəstlik tanıyır. 

-

 



Azərbaycanın  vəhdət  və  multikulturalizm  ideyaları  bütün 

türk, islam dünyasını birləşdirəcək addım olacaqdır. 

-

 

Dünyada  cərəyan  edən  ciddi  kataklizimlər,  hərbi 



qarşıdurmalar, 

dini 


dözümsüzlük 

fonunda 


ölkəmizdə 

“Multikulturalizm ili’'nin elan edilməsi'. 

*

 



tarixən  öz  tolerant  ənənələri,  birgəyaşayış  prinsipləri  ilə 

tanınan və nümunə olan Azərbaycanın həm də sülh, banş üçün bir 

mesajıdır; 

*

 



bu  indi  dünyanın  hər  yerində  baş  verən  terror  hadisələri, 

siyasi  kataklizimlər,  hərbi  problemlər,  müharibə,  iqtisadi  - 

maliyyə böhranı fonunda bir barış, humanistlik gətirmək arzusu, 

təklifi  kimi  həm  cəsarətli,  həm  də  mərhəmətli  bir  addım  kimi 

qi>'mətləndirilməlidir; 

*

 



bu  o  deməkdir  ki,  ölkəmiz  dünyanın  bütün  dinlərinə, 

irqlərinə,  millətlərinə,  mədəniyyətlərinə  öz  ağuşunu  açıb  və 

göstərmək istəyir ki, bu cür də yaşamaq olar və bu cür də yaşamaq 

lazımdır: dostluq, bərabərlik, həmrəylik, qardaşlıq dünyanı xilas 

edəcəkdir; 

*

 



bu  təkcə  Azərbaycanın  İslamın  tarixində  deyil, 

ümumiyyətlə,  bütün  dünya  dinlərinin  tarixində  qalacaq  bir 

hadisədir. 

*

 



bu  dünyaya  önəmli  bir  mesajdır  ki,  məzhəb  ayrılıqları 

insanlan ayırmalı deyildir; 

*

 

bu çox böyük bir hadisədir. 



171 


Yaşar Əhmədov Azər Hətəmov 

-

 



Məzhəb  müxtəliflikləri  insanları  ,  nəinki  bir  -  birinə 

düşmən  edə  bilər,  əksinə  qarşılıqlı  şəkildə  mədəni,  mənəvi 

cəhətdən zənginləşdirə bilər. 

-

 



Maraqlıdır ki, islam dininin iki böyük məzhəbi, qolu olan 

sünni  və  şiələrin  bir  araya  gəlməsi  təcrübəsi  ilk  dəfə  olaraq 

Azərbaycanda Nadir şahın dövründə ortaya atıldı, amma təəssüf 

ki, öz nəticələrini verə bilmədi. 

-

 

Nadir  şah  o  zaman  Osmalı  imperatorlugu  ilə  anlaşa 



bilmədi, sonra da ona olan sui-qəsd nəticəsində bu ideya aradan 

qalxdı. 


-

 

Amma bu gün sünni və şiələrin bir araya gəlməsi ideyamn 



çox böyük tarixi, siyasi əhəmiyyəti var: 

*

 



bir  tərəfdən  nəzər  alsaq  kİ,  şiə  İranı  ilə  sünni  Səudiyyə 

Ərəbistanı arasında ciddi gərginlik var, siyasi böhran yaşanır; 

*

 

sünni Türkiyə ilə şiə Suriya arasında yaşanır; 



*

 

İraqla  Türkiyə  arasında  və  digər  sünni  islam  dövlətləri 



arasında gərginliklər yaşanır; 

*

 



Azərbaycanın vəhdət və multikulturalizm ideyası ilə çıxış 

etməsi bütün türk və islam dünyasını birləşdirə biləcək bir addım 

olacaqdır. 

-

 



Multikulturalizm  mədəniyyətlərin  və  sivilizasiyaların 

dialoqunun zəruri alətidir. 

-

 

Multikulturalizm  eyni  bir  ölkədə  yaşayan  müxtəlif 



xalqların  nümayəndələrinin  mədəniyyət  hüquqlarını  tanıyan 

humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. 

-

 

Azərbaycan  üçün  raultikulturalizmin  əhəmiyyəti  həm 



daxili  sabitlik  və  inkişaf,  həm  də  geosiyasi  vəziyyəti  nəzərə 

almaqla xarici əlaqələrdə mühüm əhəmiyyət daşıyır. 

-

 

Dövlətin multikultural siyasət yürütməsi üçün bir sıra ilkin 



şərtlərə malik olması lazımdır: 

*

 



dövlətin  milli  maraqianna  və  milli  təhlükəsizliyinə  ziyan 

verə  biləcək  mədəniyyət  daşıyıcılannın  (əsasən  radikal  dini 

təbliğat)  qarşısını  alacaq  dövlət  qurumlarının  effektiv 

fəaliyyətinin  təmin  olunması  əsas  şərtdir  -  bu  mənada  əsas  yük 

Milli 

172 



Multikulturalizm - fəlsəfi lüğat 

Təhlükəsizlik  Nazirliyi  və  Dini  İşlər  Üzrə  Dövlət  Komitəsinin 

üzərinə düşür; 

*

 



digər əsas şərt isə, cəmiyyətdə dövlətin maraqlanna uyğun 

dəyərlərin  təbliğ  olunması  üçün  QHT  və  mediya  şəbəkəsinin 

mövcudluğu və effektiv fəaliyyətinin təmin olunması üçün lazımi 

maliyyə vəsaitidir; 

*

 

bu  mənada  dövlətin  QHT  sektoruna  maliyyə  yardımı 



ayırması və müxtəlif formalarda kütləvi informasiya vasitələrinə 

dəstək göstərilməsi qeyd oluna bilər. 

-

 

Azərbaycan multikulturalizm ənənəvi siyasətinin çox yaxşı 



modelidir. 

-

 



Müasir  multimədəni  cəmiyyətlər  kulturoloji  strategiyalara 

əsaslanan  düşünülmüş  multukulturalizm  siyasəti  olmadan  sabit 

inkişaf edə bilməzlər: 

*

 



bunun  sübutlanndan  biri  Azərbaycamn  inkişafıdır  ki, 

burada  ölkənin  milli  mədəniyyətinə  müvəffəqiyyətlə  inteqrasiya 

olan müxtəlif xalqlann nümayəndələri harmonik inkişaf edirlər

*

 



multikulturalizmdən  imtina  isə  bütün  dünyada  getdikcə 

artan  anlaşılmazlığa,  fobiyaya,  qarşıdurmaya,  milli  və  dini 

münaqişələrə aparan yoldur. 

-

 



Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikul- tural 

model  xalqların  dostluq  və  mehriban  şəraitdə  birgə  yaşamasını 

təmin edən modeldir. 

-

 



Sivilizasiyalann  qovuşuğunda  yerləşən  Azərbaycanda 

tarixən heç vaxt milli və dini zəmində ayrı - seçkilik, qarşıdurma 

baş  verməmiş,  qarşılıqlı  etimada,  hörmətə  əsaslanan  mütərəqqi 

milli mədəni və dini münasibətlər hökm sürmüşdür. 

-

 

Bu gün sürətli inkişaf yolunda olan respublikamız həm də 



müxtəlif  mədəniyyət  və  dəyərlərə  malik  olan  xalqların,  dinlərin 

nümayəndələrinin  mehriban  şəraitdə  yaşadığı  multikultural, 

tolerant məkandır. 

173 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə