Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Yaşar Əhmədov AzərHətəmov



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə54/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   50   51   52   53   54   55   56   57   ...   144

Yaşar Əhmədov AzərHətəmov 

hissəsinin  müsəlman  olması  səbəbi  ilə  Qərb  ictimai  şüurunda 

yarana biləcək antipatiya hisslərinin qarşısı alınacaqdır. 

-

 



Azərbaycanın  Avropa  üçün  əhəmiyyəti  həm  də  ona  görə 

artacaq ki, ölkəmiz Qərblə müsəlmanlar arasın dialoq müstəvisi 

rolunda çıxış edə biləcəkdir. 

-

 



Multikulturalizm  siyasəti  erməni  və  Azərbaycan  icma- 

larımn Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bu ərazidə 

dinc yaşamaları üçün zəmanət yaradır. 

-

 



Bu  baxımdan  damşıqlar  prosesində  ermənilərin  icmaların 

birgə  yaşama  problemlərinin  olması,  yaxud  Azərbaycan 

dövlətinin  mümkün  təzyiq  göstərməsi  ilə  bağlı  irəli  sürməyə 

əsasları qalmır. 

-

 

Azərbaycan  əsrlər  boyu  mədəniyyətlərin  qovuşduğu 



məkanda  yerləşməklə  dinlər  və  sivilizasiyalararası  anlaşmada 

apancı rol oynayıb. 

-

 

Bu  gün  dünya  üçün  multikultural  dəyərlər  nə  qədər  yeni 



olsa da, Azərbaycan bu dəyərlər sisteminə - yəni, eyni bir ölkədə 

yaşayan  müxtəlif  xalqların  hüquqlarını  tamyan  humanist 

dünyagörüşü  və  ona  uyğun  siyasəti  ilə  min  illərdir  bəşəriyyətə 

nümunə göstərir. 

-

 

Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural 



model  xalqların  dostluq  və  mehriban  şəraitdə  birgə  yaşamasını 

təmin edən modeldir. 

-

 

Multikulturalizm  mədəniyyətlərin  və  sivilizasiyalann 



dialoqunun zəruri alətidir. 

-

 



Multikulturalizm  Azərbaycanın  dövlət  siyasəti  və  həyat 

tərzidir... 

-

 

Bu 



gün 

Azərbaycan 

artıq 

dünyada 


tanınmış 

multikulturalizm mərkəzlərindən biridir. 

-

 

Polietnik  cəmiyyətdə  vətəndaş  millətçiliyi  daxili  birliyə 



malik  olmuş  Azərbaycan  cəmiyyətinin  ətraf  mühiti  qavraması 

üsuludur. 

-

 

Mədəni  və  etnik  birliyə  nail  olmayan  dövlət  tolerantlıq 



olmadan sabitliyini təmin edə və normal inkişaf edə bilməz... 

162 



Muitikulturalizm - fəlsəfi lüğət 

-

 



Ölkəmiz  tarix  boyu  sivilizasiyaların  və  mədəniyyətlərin 

qovuşuğunda yerləşmişdir. 

-

 

Asiya  ilə  Avropa  arasında  körpü  olması  Azərbaycanda 



mədəniy>'ət 

müxtəlifliyinin 

yaranmasında 

mühüm 


rol 

oynamışdır. 

-

 

Azərbaycan multikulturalizmin əsas məkanlanndan biridir - 



məzmunca muitikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu 

həmişə mövcud olmuşdur. 

-

 

Hazırkı  çətin  dövrdə  ölkəmizdə  muitikulturalizm  dövlət 



siyasətinə çevrilmişdir. 

-

 



Mədəni müxtəlifliyin qorumnasmda vacib şərtlərdən biri bu 

işdə  dövlətlə  yanaşı  vətəndaş  cəmiyyəti  və  onun  fəaliyyətini 

dəstəkləyən qurumların da fəal məşğul olmasıdır. 

-

 



Multikultural  prinsiplər  Azərbaycan  kimi  kiçik,  amma 

dərin  kökə  və  tarixə  malik  ölkələr  üçün  digər  təhlükəsizlik 

prinsipləri qədər vacib və zəruridir. 

-

 



Azərbaycan reallığına nəzər yetirəndə müsbət tendensiyalar 

diqqət çəkir -qeyd edək ki, vətəndaş cəmiyyətinin formalaşması 

ötən XX əsrdə elmi - texniki inqilabla yanaşı, həm də ondan sonra 

ikinci, yəni sosial inqilab kimi xarakterizə olunur. 

-

 

Müstəqilliyin ikinci dəfə bərpasından sonra Azərbaycanda 



vətəndaş  cəmiyyətinin  təşəkkülü  və  formalaşması  kimi  ictimai 

hadisənin  baş  verməsi,  dövlətçiliyin  demokratik  institu-  tsional 

əsaslarını şərtləndirən strujtur dəyişiklikləri, cəmiyj'əti təşkil edən 

müxtəlif sosial tip və stereotiplərin bir - birini əvəzləməsi gedişatı 

kimi çətin bir proses başladı. 

-

 



Belə dönəmlərdə siyasəti və siyasətçiləri, onların məqam və 

missiyalannı  insanlara  çatdırmaq  üçün  bu  kimi  ideyalarının 

trayektoriyasını  davam  etdirtmək,  geniş  kütlələrə  düzgün  təhlil, 

maarifləndirmə  və  məlumatlandırmanı  ötürmək  missiyasını 

vətəndaş cəmiyyəti institutları həyata keçirməyə cəhd edir. 

-

 



Təbii  ki,  burada  vətəndaş  cəmiyyəti  nümayəndələri  xalq, 

geniş əhali üçün anlaşıqlı və düzgün məlumat “paketi” ilə xalq 



163 


Yaşar Əhmədov AzərHətəmov 

-  dövlət  arasında  olan  problemlərin  çözülməsi  üçün  körpü, 

vasitəçi, bəlkə də qarşılıqlı əlaqələndirici kimi çıxış edir. 

-

 



Müstəqil Azərbaycan mədəniyyətinə nəzər yetirəndə, aydın 

olur  ki,  problemin  siyasi-mədəni  təhlili  iki  paralellikdə 

aparılmalıdır: dünya mədəniyyəti və Azərbaycan. 

-

 



Azərbaycanda  çoxçalarlı  mədəniyyətlər  və  onun  da 

müxtəlif tipləri mövcuddur. 

-

 

Dünya 



müasir'mədəniyyətləri 

kimi, 


Azərbaycan 

mədəniyyəti  də  vətəndaş  cəmiyyətinin  təşəkkülü  prosesində 

multi- kultural xarakter kəsb edir. 

-

 



Milli mədəniyyətlə paralel multikulturalizm də buraya daxil 

olaraq,  keçmişə,  mədəni,  mənəvi  irsə,  tarixə  yeni  kontekstdən 

nəzər salınmasını şərtləndirir: 

*  kütləvi  baxışda  özünəməxsusluq  hələ  də  ənənəviliklə, 

müasirlik isə qərbləşmə (amerikalaşma) ilə əlaqələndirilir. 

-

 



Millətlərin  və  milli  etniklərin  bərabər  hüquq  əldə  etdiyi 

multikulturalizmin inkişaf etdiyi Azərbaycanda bu mədəniyyətlər 

arasında qarşılıqlı Dialoq azadlığı vardır. 

-

 



Azərbaycanda  müxtəlif  milli-mənəvi  və  konfessional 

birliklər  öz  xüsusiyyətlərini  hərtərəfli  şəkildə  inkişaf  etdirmək 

imkanına  malik  olaraq  həm  də,  başqa  mədəniyyətdən  də 

yararlanaraq, istifadə etmək imkamna malikdir. 

-

 

Azərbaycan 



qədimdən 

ən 


müxtəlif 

xalqlar 


və 

mədəniyyətlərin mövcud olduğu diyarı kimi tanınır. 

-

 

Azərbaycanda multikulturalizmin inkişaf dinamikası xalqın 



özünün tolerantlığı, demokratikliyi, açıqlığı ilə bağlı amildir. 

-

 



Xalqın  tarixi  kökləri  bütün  dünyaya  yayılan  ümumtürk 

etnosuna gedib çatır: 

*bununla  yanaşı,  coğrafi  və  geosiyasi  müstəvidən  həmişə 

bütün dünyaya ölkəmiz açıq olmuş, çoxlu müxtəlif mədəniyyətlər 

arasında isə sintez-qovşaq missiyasını ifa etmişdir. 

164 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə