Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Yaşar Əhmədov Azər Hətəmov



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə62/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   58   59   60   61   62   63   64   65   ...   144

Yaşar Əhmədov Azər Hətəmov 

çətin  yayılması,  mürəkkəb  dövr  və  s.  kimi  məsələlərin  də 

mexanizmləri mədəniyyətdən, bu mədəniyyətin müxtəlifliyindən 

və insan mənəviyyatından törəmişdir. 

-

 

Çoxmədəniyyətlilik  mənasım  verən  multikulturalizm  bir 



ölkənin  və  eləcə  də  dünyanın  ədalətə  söykənməsində,  sabit, 

tolerant inkişafında xüsusi əhəmiyyətə malikdir. 

-

 

Multikulturalizm  -  eyni  bir  ölkədə  yaşayan  müxtəlif 



xalqlann  nümayəndələrinin  mədəniyyət  hüquqlarını  tanıyan 

humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. 

-

 

Multikulturalizm  aynca  götürülmüş  ölkədə  və  bütövlükdə 



dünyada  müxtəlif  millətlərə  və  məzhəblərə  məxsus  insanların 

mədəni  müxtəlifliklərinin  qorunması,  inkişafı  və  harmoniza- 

siyasma,  azsaylı  xalqların  milli  mədəniyyətlərinin  qorunmasına 

yönəldilmişdir. 

-

 

Bəzi multikulturalzm fəlsəfəsi insan təbiəti ilə mədəniyyət 



arasındakı dialektik əlaqələrə əsaslanır. 

-

 



İnsan təbiəti mədəni müxtəliflikdə təzahür edir. 

-

 



Multikulturalizm  ideologiyadır,  demokratik  nəzəriyyədir, 

eyni zamanda, həyat tərzidir. 

-

 

Demokratiya  tranziti  zamanı  multimədənilik  özü  də 



mürəkkəb vəziyyətlər törədə bilər. 

*

 



bir insanın kimliyi aid olduğu qrup daxilində formalaşır; 

*

 



buna görə də, mədəni müxtəlifliklərin qorunması və inkişaf 

etdirilməsi zəruridir. 

-

 

Bəzi  alimlər  multikulturalizmi  “tanınma  siyasəti” 



adlandırır. 

-

 



Multikulturalizmlə  bağlı  siyasət  bu  və  ya  digər  nəzəri 

modelin seçilməsini nəzərdə tutmalıdır - yalnız bu zaman mədəni 

müxtəlifliklə əlaqəli vətəndaş cəmiyyətindən bəhs etmək olar. 

-

 



Qloballaşma 

dövründə 

vətəndaş 

cəmiyyəti 

milli 

mədəniyyət, mədəni müxtəliflik, çox mədəniyyətlilik probleminə 



həssas yanaşmalıdır - qloballaşmanı qəbul etməyən kulturlar üçün 

qloballaşma daha dağıdıcı, mədəni rəngarəngliyin şərti ola bilər. 



186 


Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Ilk  növbədə  insanlann  mədəniliyi  anlayışının  özünün 

davamlılığı ilə bağlı problem əmələ gəlir: 

*

 

əgər  mədəni  mühit  lap  qədimlərdən,  uzun  əsrlər  boyu 



müxtəlif  mədəniyyətlərə,  müxtəlif  dinlərə  açıq  olan  bir  muhit 

kimi  formalaşıbsa,  onda  bu  mühitə  digər  mədəniyyətlərin 

inteqrasiyasının bütün digər prosesləri də tamamilə keçərli olur

*

 



bu  mədəni  rəngarənliyin  təbii  genişlənməsi,  vəhdətin 

mürəkkəbləşməsi  prosesidir  -bu  gün  üçün  multikulturalizm 

modellərinin 

mürəkkəbləşməsinin 

məhz 

bu 


səciyyəsi 

nümunəvidir. 

-

 

Digər  mədəni  dəyərlər  sferasında  sadəcə  mədəniləşdirmə 



prosesi  deyil,  həm  də  müəyyən  transkulturasiyalar  prosesi  olan 

adaptasiya konsepsiyalarına yenidən baxmaq lazımdır: 

*

 

bu  prosesdə  nəinki  eyni  tipli  mədəniyyətlər,  həm  də 



ümumiyyətlə,  yaxın  keçmişdə mədəniyyətəqabil və dialoq üçün 

açıq kimi baxıla bilməyəcək digər mədəniyyətlər də qəbul edilir. 

-

 

Bu  baxımdan  adaptasiya  problemi  -  insanlara  ən  çətin 



situasiyalarda  belə  uyğunlaşmağa  kömək  edə  biləcək  müasir 

institutİann vasitələr axtarışı problemidir. 

-

 

Ayn-ayn  ölkələrdə  milli-mədəni  muxtariyyatlara  yenidən 



baxılması, müasir dünyanın bütün ölkələrinin ərazisində mədəni 

və  informasiya  dəyərlərinin  birləşdirilməsi  imkanlannın  yeni 

oxunuşu  insana  öz  kiçik  rakursunu  tapmağa  və  öz  bütöv 

mühitindən  təcrid  olmadan  doğma  mədəniyyətinin  bütün 

dəyərlərini öyrənməyə və ona qoşulmağa imkan verir. 

-

 



Bu  da  rəngarəngliyin  birliyi  modelidir  ki,  burada  hər  bir 

mədəniyyət  öz  şəxsi  ləyaqətini  və  özəl  dəyərlərini  saxlayaraq 

digər  mədəniyyətlərlə  münaqişə  mühitindən  kənarda  mütləq 

qarşılıqlı fəaliyyətdə olur. 

-

 

Bu  gün  sosial  problemlərin  hər  bir  insana,  onun dünyada 



mövcudluğu probleminə aid olduğunu nəzərə alsaq, bunu etmək 

heç də asan deyildir. 

-

 

Mədəniyyətlərarası dialoq meydançaları nə deməkdir? : 



187 


Yaşar Əhmədov Azər Hətəmov 

*

 



onlardan biri - hər bir ölkənin baş verən situasiyanın açıq 

təhlili ilə birgə təqdim etdiyi analitik materiallardır; 

*

 

belə  materialların  toplanması  metodu  və  metodologiyası 



demək olar ki, mövcud deyildir. 

*

 



mədəniyyətlərin müxtəlif təməllər üzrə qarşılıqlı təhlilinin 

vahid konseptual metodoloji əsası da yoxdur. 

*

 

linqvistik  rəngarənglik  bu  problemin  həlli  yollarından 



biridir. 

-

 



Müasir  informasiya  və  mədəni  şəbəkələr  vasitəsilə 

uyğunlaşma  problemi-  müasir  dünyada  insanların,  öz  yeni 

reallığından ayrılmadan ailələri İlə əlaqəni itirməməyə, bu əlaqəni 

qorumağa  imkan  verən  ən  maraqlı  adaptasiya  kanallarmdan  və 

formalarından biridir; 

*

 



bu hətta miqrasiya növü anlayışını da dəyişməyə qadir olan 

yeni situasiyadır; 

*

 

bu  zaman  əmək  mühacirəti  doğrudan  da  müvəqqəti 



miqrasiyaya çevrilir - yeni ərazidə oturaq mühacirət olmur. 

-

 



XXI  əsrin  həyat  tərzində  qlobal  dəyişikliklərin  fərqini 

bilmək üçün məcazi mənada dini, siyasi, iqtisadi, sosio-mədə- ni

multikultural, informasion, elmi, hüquqi, gender mədəniyyəti və 

s. məkanlar dialoqunda məsələlərin təhlilinə ehtiyac yaranır. 

-

 

Qloballaşma  prosesində  müasir  mədəniyyətlərdə  və  onun 



inkişafında ən başlanğıc və əsas qüvvələrdən biri sayılan mədəni 

müxtəliflik və ya multikulturalizm etnik, milli, konfessio- nal və 

bu  kimi  müxtəlif  mədəni  ənənələrin  qarşılıqlı  mövcudluğu  və 

dialoq problemidir: 

*

 

eyni  bərabərlik  ideyasına  söykənən  bu  baxışlar  müasir 



dünyada  (əsas  da  Qərbi  Avropada  və  ABŞ-da)  yayılmış  multi- 

mədəni  cəmiyyətin  konsepsiyasını  təşkil  edir-  bu  prosesin  bir 

qolu da - gender dialoqudur. 

-

 



Bir  çox  minilliklərlə  ölçülən  təkamül  nəticəsində  ruhi 

mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi 

tərəqqisinin universal əsası olmuşdur: 

188 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə