Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə41/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   37   38   39   40   41   42   43   44   ...   144

Multikulturalizm - fəlsəfi lüğət 

runda  rəqs  stereotipləri  qismində  balet  tamaşalarında  həmişə 

mövcud olub, “şərq ekzotikası” ilə quruluşçu rejissorları həmişə 

özünə cəlb edib. 

-

 

Müasir  xoreoqrafıyanm  durumuna  da  multikultural 



başlanğıcın  etkisi  çox  güclüdür;  *  hətta  belə  də  demək 

mümkündür  ki,  çağdaş  incəsənət,  mədəniyyət  multikultural 

mahiyyətdədir. 

-

 



Azərbaycan  musiqisində  də  multikultural  kontekstlə 

rahatca rastlaşa bilərik: 

*

 

bunun  ən  bariz  nümunəsi  Azərbaycan  muğamlarıdır. 



Azərbaycan  muğamlarının  genetikasında  ərəb,  hind,  fars 

musiqisinin, şaman ənənəsinin iştirakı danılmaz bir faktdır. 

Azərbaycan muğamı  sanki  Şərq musiqisinin  bütün vibrasi- 

yalarına  köklənmiş  tabaq  formalı  antenna  şəklində  düşünülüb, 

yaradılıb, yaşadılıb; 

*

 



Şərqin  havacat  və  oxumalarını,  səs  modulyasiyalarını 

özünə çəkib, fokuslaşdırıb və muğam kimi dünyaya yayılmışdır. 

-

 

Azərbaycan klassik musiqi tarixinin, caz musiqisi tarixinin 



bir sıra hadisələri də multikultural səciyyə daşıyır. 

-

 



Mədəniyyət çarxının millərini xatırlatdıq - amma demədik 

ki, bu millərdən biri də idmandır, idman mədəniyyətidir: 

*

 

I  Avropa  oyunları,  azından  Azərbaycan  nümayəndə 



heyətinin timsalında, bütün dünyaya göstərdi ki, idmanın özü də 

daim multikultural bir məxrəcdədir. 

-

 

Bugün  müxtəlif  Avropa  ölkələrinin  futbol  (basketbol, 



voleybol,  hokkey)  çempionatlarında  iştirak  edən  komandalar  da 

multikultural kontekstdə bir araya gəlirlər. 

-

 

Multikultural  düşüncə  tərzinin  yer  aldığı  ilkin  qədim  və 



dəyərli  bədii  nümunələrindən  biri  “Avesta”  dini-bədii  abidəsi 

sayıla bilər. 

-

 

“Avesta”nın “Qatlar” adlanan ən qədim hissəsində Zərdüşt 



üzünü baş Allaha-Məzdaya tutaraq deyir: 

123 


Yaşar Əhmədov AzərHətəmov 

*

 



'"''Ey Məzda, əllərimi duaya qaldıraraq... butun insanların 

doğru yola gəlməsi üçün sənin köməyini istəyirəm”. 

-

 



“Avesta”dan aydın olur ki, qədim Manna ərazisində - indiki 

Azərbaycan torpaqlarında etnik münaqişələr mövcud olmamış və 

bu yurdun sakinləri olan insanlar sülh; əmin- amanlıq şəraitində 

həyat sürmüşlər. 

-

 

“Avesta”da  yer  alan  aşağıdakı  nümunələrdə  də  multi- 



kulturalizm dəyərlərini qabanq şəkildə özündə əks etdirən fikirlər 

diqqəti çəkir; 

*

 

”Bütün güc və bacarığımla çalışacağam ki, insanlar doğru 



din  yolu  ilə  getsinlər.  Bu  doğru  din  onları  birləşdirəcək, 

xeyirxahlığa yol açacaqdır ". “Dünyada düşmənçiliyin olmaması 

xoşbəxtlik deməkdir ”. “İnsanların azadlığına toxunmayın, çünki 

azadlıq dostluq və məhəbbətə yol açır”. 

-

 



“Kitabi-Dədə  Qorqud”da  multikulturalizm  dəyərləri  ilə 

səsləşən bir sıra maraqlı məqamlara rast gəlirik: məsələn, 

*

 

eposun bir boyunda Bayburt xristian bəyliyinin başçısı- mn 



qızı  atası  tərəfindən  əsir  götürülmüş  müsəlman  oğuz  igidinə 

-Beyrəyə vurulur və eşqi xatirinə onu əsirlikdən azad edir. Beyrək 

bu yaxşılığın əvəzində xristian qızı ilə evlənəcəyinə and içsə də, 

vədinə  xilaf  çıxır  və  bunun  nəticəsi  olaraq  sonda  xaincəsinə 

öldürülür ki, bu da əsərdə güclü bir asossiasiya yaradır: Vədə xilaf 

çıxanın cəzası belə olmalıdır. 

*

 

digər  bir  oğuz  igidi  -  Qanturalı  isə  başqa  dindən  olan 



Trabzon  təkurunun  qızı  ilə  evlənir  ki,  bu  fakt  oğuzlann  əski 

çağlardan  bəri  digər  dinlərin  daşıyıcılarına  olan  isti 

münasibətindən xəbər verir. 

*

 



dastamn  baş  qəhrəmanı  Salur  Qazanın  və  onun  oğlu 

Aruzun  davranışlannda  da  digər  xalqlara  qarşı  mərhəmət  və 

ehtiram duyğuları özünü göstərir. 

-

 



“Əsli  və  Kərəm”  dastanında,  “Şeyx  Sənan”  əfsanəsində 

xristian  qızı  ilə  müsəlman  gəncinin  yüksək  ülvi  məhəbətindən 

bəhs olunur: 

124 



Multikulturalizm - fəlsəfi lüğət 

*

 



Şeyx Sənan əfsanəsini XVII yüzillikdə Molla Camal Rənci 

adlı  az  tanınan  bir  Azərbaycan  şairi  məsnəvi  şəklində  nəzmə 

çəkmişdir; 

*

 



həmin  məsnəvi-poemada  ömrünün  ixtiyar  çağlannı 

yaşayan və 50 nəfər müridə başçılıq edən Şeyx Sənamn yuxuda 

gördüyü  xristian  qızına  olan  məhəbbəti  qələmə  alınmış  və 

bununla da müxtəlif dinlərdən olan insanlar arasında bərabərlik və 

sevgi duyğuları sərgilənmişdir; 

*

 



Şeyx  Sənan  eşqi  yolunda  öz  dinindən  dönsə  də,  xristian 

qızını ona ərə verməkdən boyun qaçınrlar; 

*

 

əsərin  sonunda  xristian  qızı  Şeyx  Sənana  aşiq  olur,  onun 



dinini qəbul edir və sevgililər bir yerdə dünyalannı dəyişirlər. 

-

 



Orta  əsrlər  Azərbaycan  poeziyası  nümayəndələrinin 

əsərlərində  ümumbəşəri  dəyərlərin  təbliği  məsələsi  başlıca 

yerlərdən birini tutur. 

-

 



XII əsrin məşhur şairi Əfzələddin Xaqani Şirvaninin anası 

islamı qəbul etmiş nəstun qızı olmuşdur: 

*

 

Xaqaninin  əsərlərindən  açıq-aşkar  görünür  ki,  böyük  şaİr 



xristian  dininin  qanunlanna  da  yetərincə  bələd  olmuş  və  onlara 

ehtiramla yanaşmışdır. 

-

 

Xaqanin şagirdi olmuş Mücirəddin Beyləqaninin anası isə 



həbəş qızı olmuşdur. 

-

 



Məvali  şair  Xüreyminin  ərəb  dilində  qələmə  aldığı 

qəsidələrində  müxtəlif  xalqlann  bərabərliyi  ideyası  qabarıq 

şəkildə Özünü göstərir. 

-

 



Eynülqüzat  Həmədaninin  əsərlərində  də  multikultural 

dəyərlərin açıq-aşkar şəkildə yer aldığının şahidi oluruq: 

*

 

filosof-şair  insanlara  dininə,  inancına  görə  fərq  qoymur, 



onların hamısını insan admı uca tutmağa dəvət edir. 

-

 



Nizami  Gəncəvinin  qulluqçu  olaraq  ona  hədiyyə  edilən 

Afaqla  ailə  həyatı  qurması  faktı  da  bu  böyük  söz  ustadının 

multikultural dünyagörüşündən xəbər verir. 

125 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə