Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə37/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   33   34   35   36   37   38   39   40   ...   144

Multikulturalizm - fəlsəfi lüğət 

*

 



yağışlı,  duman-çiskinli  havalann  uzun  çəkdiyi  vaxtlarda 

keçirilən  “Qodu-qodu”  mərasimi  Günəşin  çıxması  məqsədi 

daşıyır, 

*

 



uşaqlar boynuna kəhrəba boyunbağı salınmış bir gəlinciyi 

və  yaxud  müxtəlif  şeylərlə  bəzədilmiş  bir  çömçəni  ev-ev 

gəzdirə-gəzdirə oxuyurlar; 

*

 



bəzədilmiş gəlincik və yaxud çömçə məhz “Qodu” adlanır - 

“Qodu,  doğrudan  da,  Günəşin  süni  surətdə  bəzədilmiş, 

düzəldilmiş bir timsalı, surətidir; 

*

 



bu onun geyimindən, bəzəyindən də görünməkdədir

*

 



onun  başına  mütləq  Günəşin  rənginə  bənzəyən  kəhrəba 

boyunbağı salınır, alnına mütləq yenə də Günəşin  - işığın rəmzi 

olan güzgü bağlanır; 

*

 



əyninə  Günəş  -  od,  fəcr  rəngini  xatırladan  müxtəlif  əlvan 

rəngli  parçalar  salmır,  bütün  bu  bəzəklərlə  o,  rəngarəng,  parlaq 

görkəmli, gözəl bir qadına oxşadılır; 

*

 



bir  sözlə,  qədim  azərbaycanlının  Günəş  haqqındakı 

düşüncəsinin insan şəkilli bir təsəvvürü yaradılır”. 

-

 

Azərbaycan  türkləri  ilə  eyni  coğrafi  məkanda,  eyni  təbii 



şəraitdə yaşayan və yağıntılı günlərdə Günəşin işığına və istiliyinə 

eyni ehtiyacı duyan azsaylı xalqlarda da “Qodu-qodu” oyunu və 

bu oyunla bağlı mərasim nəğməsinin müxtəlif variantları vardır; 

*

 



məsələn,  avarlarda  “yağış  həddən  artıq  çox  yağanda 

günçıxarma mərasimi keçirirlər

*

 

bu  mərasimi  keçirərkən  ...evlərdə  xüsusi  yemək  -  sac 



üstündə  maxara  -  əriştə  yeməyi  bişirirlər.  Bu  yemək  ...mütləq 

saçaqlı olmalıdır. Günəşin rəmzi kimi... 

*

 

uşaqlar süpürgədən kukla düzəldib, onun üstünə yaylıq asıb 



belə nəğmə oxuyurlar

-

 



İstər  günçıxarma  niyyəti  ilə  bağlı  olmasına,  istər  kukla 

bəzədilib  gəzdirilməsinə,  istər  “Qordi-qordi”  adının  “Qodu- 

qodu” adı ilə yaxından səsləşməsinə, istərsə də pay-püş yığıl- 

111 



Yaşar Əhmədov AzərHətəmov 

masına  görə  avarlardakı  bu  oyun-mərasimin  “Qodu-qodu” 

oyun-mərasimini xatırlatması göz qabağındadır. 

-

 



Azərbaycan  türkləri  arasında  günçıxarma  mərasimləri  ilə 

yanaşı, yağışyağdırma mərasimləri də keçirilmişdir: 

*

 

“Çömçəxatun”  adlı  oyun  həmin  mərasimlərin  izlərini 



yaşatmaqdadır. 

-

 



Daha  çox  yazda  keçirilən  və  qoyunçuluqda  artım  və 

məhsuldarlığa nail olmaq məqsədi daşıyan sayaçı mərasimlərinə 

bənzər mərasimlərə Azərbaycandakı azsaylı xalqlar arasında rast 

gəlirik: 

*

 

saxurlann keçirdiyi “Quzu buraxma” mərasimi buna misal 



ola bilər: 

*

 



quzuların  göy  ot  yeməyə  başladığı  vaxt  keçirilən  həmin 

mərasimdə əsas məsələ pendir, qatıq, süzmə, şor, yağ və s. kimi 

qoyunçuluq  məhsullarının  pay  kimi  ayrı-ayn  adamlara 

göndərilməsidir.  Göründüyü  kimi,  bir  çox  başqa  mərasimlərdə 

müşahidə  olunan  bir  cəhət  bu  mərasimdə  də  özünü  göstərir: 

qurban vermə. Bəli, pay vermənin digər növlərində olduğu kimi, 

bu növündə də insanlar pay verməni məhz qurban vermə sayır və 

bu yolla hami ruhlan razı salmaq, onlardan bar-bərəkət qazanmaq 

məqsədi güdürlər. 

-

 



Yazda keçirilən mərasimlərdən biri də Novruz mərasimidir 

-  Novruz  mərasimləri  öz  miqyasına  görə  daha  geniş  ərazini  və 

daha çox xalqı əhatə edir. 

-

 



Azərbaycan  türklərinin  Novruzla  bağlı  adət-ənənələrini 

oxşar  şəkildə  talış,  kürd,  tat,  həmçinin  ləzgi,  avar,  saxur  və  s. 

xalqlarda da görmək çətin deyildir. 

-

 



Novruz  (həmçinin  Ramazan,  Qurban  bayramı)  adət  - 

ənənələrinin  oxşarlığında  həmin  xalqların  islam  etiqadına  bağlı 

olmasının, heç şübhəsiz, öz rolu və təsiri vardır. 

-

 



Novruz  adət-ənənələri  oxşar  şəkildə  xristian  etiqadlı 

udilərdə də özünü göstərir. 

-

 

Müsəlman  həmvətənləri  kimi,  xristian  udilərin  də  yaz 



gələndə doğuluş, törəniş, artım rəmzi olan yumurta boyamaları, 

112 



Multikulturalizm - fəlsəfi lüğət 

tonqal  qalayıb  təmizlik  rəmzi  olan  odun  üstündən  tullanmaları 

multikultural dəyərlərin mühüm göstəricilərindəndir. 

-

 



Multikultural  dəyərlər  mövsüm  mərasimlərində  olduğu 

kimi, məişət mərasimlərində də qabanq ifadəsini tapır: 

*

 

məişət  mərasimlərindən  olan  yas  və  toy  mərasimlərinə 



ümumi nəzər salsaq, bu fikrin nə qədər əsaslı olduğuna bir daha 

inanmış olarıq. 

-

 

Yas yerində ölünü ağlamaq dünyanın əksər xalqları, eləcə 



də Azərbaycanda yaşayan xalqlar üçün səciyyəvi bir haldır. 

-

 



Azərbaycan türkləri ilə yanaşı, bu Ölkədəki azsaylı xalqlar 

arasında da agı demək adəti vardır. 

-

 

Adamları ölü üstündə ağlamaqdan bir qədər çəkindirməyin 



bir səbəbi vardır: 

*

 



onların  inamına  görə,  insan  ölmür,  müvəqqəti  və  fani 

dünyadan əbədi dünyaya köçür. 

-

 

Bu  gün  azərbaycanlılar  arasında  çox  İşlənən  “dünyasını 



dəyişmək”  ifadəsi  ölən  adamın  məhz  bİr  dünyadan  başqa  bir 

dünyaya  köçməsi  mənasını  daşıyır  və  həmin  mənaya  uyğun 

olaraq  belə  hesab  edilir  ki,  ölüm  Allah  əmridir,  qocalığından, 

cavanlığından  asılı  olmayaraq,  hər  hansı  əziz  adamın  ölümünü 

mümkün qədər səbirli qarşılamaq lazımdır. 

-

 



Azərbaycanda  müsəlmanlar  “kilsə  də  Allahm  bir  evidir” 

deyib, xristian adətlərinə ehtiramla yanaşdıqları kimi, xristianlar 

da müsəlman adətlərinə eyni ehtiramla yanaşırlar. 

-

 



Xeyir-şəri  islam  dininə  mənsub  qonşu  xalqlarla  bir  olan 

udilər “xeyir-şər mərasimlərində donuz ətindən istifadə etmirlər. 

Hətta  toy,  nişan,  xüsusilə  ehsan  üçün  heyvanlan  Azərbaycan 

türklərinə, yaxud ləzgilərə kəsdirirlər ki, ət yeməkləri ilə əlaqədar 

heç bir narahatlıq yaranmasın. Bu, xalqlar arasında birgə yaşayış 

və qarşılıqlı hörməti özündə ehtiva edən bir nümunədir”. 

-

 

Qarşılıqlı  hörmət  və  ehtiram  şəraitində  yaşayan  xalqların 



toy adətlərinin xeyli dərəcədə üst-üstə düşməsi, müxtəlif xalq 

113 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə