Multikulturalizm - fəlsəfi lüğət
*
yağışlı, duman-çiskinli havalann uzun çəkdiyi vaxtlarda
keçirilən “Qodu-qodu” mərasimi Günəşin çıxması məqsədi
daşıyır,
*
uşaqlar boynuna kəhrəba boyunbağı salınmış bir gəlinciyi
və yaxud müxtəlif şeylərlə bəzədilmiş bir çömçəni ev-ev
gəzdirə-gəzdirə oxuyurlar;
*
bəzədilmiş gəlincik və yaxud çömçə məhz “Qodu” adlanır -
“Qodu, doğrudan da, Günəşin süni surətdə bəzədilmiş,
düzəldilmiş bir timsalı, surətidir;
*
bu onun geyimindən, bəzəyindən də görünməkdədir;
*
onun başına mütləq Günəşin rənginə bənzəyən kəhrəba
boyunbağı salınır, alnına mütləq yenə də Günəşin - işığın rəmzi
olan güzgü bağlanır;
*
əyninə Günəş - od, fəcr rəngini xatırladan müxtəlif əlvan
rəngli parçalar salmır, bütün bu bəzəklərlə o, rəngarəng, parlaq
görkəmli, gözəl bir qadına oxşadılır;
*
bir sözlə, qədim azərbaycanlının Günəş haqqındakı
düşüncəsinin insan şəkilli bir təsəvvürü yaradılır”.
-
Azərbaycan türkləri ilə eyni coğrafi məkanda, eyni təbii
şəraitdə yaşayan və yağıntılı günlərdə Günəşin işığına və istiliyinə
eyni ehtiyacı duyan azsaylı xalqlarda da “Qodu-qodu” oyunu və
bu oyunla bağlı mərasim nəğməsinin müxtəlif variantları vardır;
*
məsələn, avarlarda “yağış həddən artıq çox yağanda
günçıxarma mərasimi keçirirlər;
*
bu mərasimi keçirərkən ...evlərdə xüsusi yemək - sac
üstündə maxara - əriştə yeməyi bişirirlər. Bu yemək ...mütləq
saçaqlı olmalıdır. Günəşin rəmzi kimi...
*
uşaqlar süpürgədən kukla düzəldib, onun üstünə yaylıq asıb
belə nəğmə oxuyurlar;
-
İstər günçıxarma niyyəti ilə bağlı olmasına, istər kukla
bəzədilib gəzdirilməsinə, istər “Qordi-qordi” adının “Qodu-
qodu” adı ilə yaxından səsləşməsinə, istərsə də pay-püş yığıl-
111
Yaşar Əhmədov AzərHətəmov
masına görə avarlardakı bu oyun-mərasimin “Qodu-qodu”
oyun-mərasimini xatırlatması göz qabağındadır.
-
Azərbaycan türkləri arasında günçıxarma mərasimləri ilə
yanaşı, yağışyağdırma mərasimləri də keçirilmişdir:
*
“Çömçəxatun” adlı oyun həmin mərasimlərin izlərini
yaşatmaqdadır.
-
Daha çox yazda keçirilən və qoyunçuluqda artım və
məhsuldarlığa nail olmaq məqsədi daşıyan sayaçı mərasimlərinə
bənzər mərasimlərə Azərbaycandakı azsaylı xalqlar arasında rast
gəlirik:
*
saxurlann keçirdiyi “Quzu buraxma” mərasimi buna misal
ola bilər:
*
quzuların göy ot yeməyə başladığı vaxt keçirilən həmin
mərasimdə əsas məsələ pendir, qatıq, süzmə, şor, yağ və s. kimi
qoyunçuluq məhsullarının pay kimi ayrı-ayn adamlara
göndərilməsidir. Göründüyü kimi, bir çox başqa mərasimlərdə
müşahidə olunan bir cəhət bu mərasimdə də özünü göstərir:
qurban vermə. Bəli, pay vermənin digər növlərində olduğu kimi,
bu növündə də insanlar pay verməni məhz qurban vermə sayır və
bu yolla hami ruhlan razı salmaq, onlardan bar-bərəkət qazanmaq
məqsədi güdürlər.
-
Yazda keçirilən mərasimlərdən biri də Novruz mərasimidir
- Novruz mərasimləri öz miqyasına görə daha geniş ərazini və
daha çox xalqı əhatə edir.
-
Azərbaycan türklərinin Novruzla bağlı adət-ənənələrini
oxşar şəkildə talış, kürd, tat, həmçinin ləzgi, avar, saxur və s.
xalqlarda da görmək çətin deyildir.
-
Novruz (həmçinin Ramazan, Qurban bayramı) adət -
ənənələrinin oxşarlığında həmin xalqların islam etiqadına bağlı
olmasının, heç şübhəsiz, öz rolu və təsiri vardır.
-
Novruz adət-ənənələri oxşar şəkildə xristian etiqadlı
udilərdə də özünü göstərir.
-
Müsəlman həmvətənləri kimi, xristian udilərin də yaz
gələndə doğuluş, törəniş, artım rəmzi olan yumurta boyamaları,
112
Multikulturalizm - fəlsəfi lüğət
tonqal qalayıb təmizlik rəmzi olan odun üstündən tullanmaları
multikultural dəyərlərin mühüm göstəricilərindəndir.
-
Multikultural dəyərlər mövsüm mərasimlərində olduğu
kimi, məişət mərasimlərində də qabanq ifadəsini tapır:
*
məişət mərasimlərindən olan yas və toy mərasimlərinə
ümumi nəzər salsaq, bu fikrin nə qədər əsaslı olduğuna bir daha
inanmış olarıq.
-
Yas yerində ölünü ağlamaq dünyanın əksər xalqları, eləcə
də Azərbaycanda yaşayan xalqlar üçün səciyyəvi bir haldır.
-
Azərbaycan türkləri ilə yanaşı, bu Ölkədəki azsaylı xalqlar
arasında da agı demək adəti vardır.
-
Adamları ölü üstündə ağlamaqdan bir qədər çəkindirməyin
bir səbəbi vardır:
*
onların inamına görə, insan ölmür, müvəqqəti və fani
dünyadan əbədi dünyaya köçür.
-
Bu gün azərbaycanlılar arasında çox İşlənən “dünyasını
dəyişmək” ifadəsi ölən adamın məhz bİr dünyadan başqa bir
dünyaya köçməsi mənasını daşıyır və həmin mənaya uyğun
olaraq belə hesab edilir ki, ölüm Allah əmridir, qocalığından,
cavanlığından asılı olmayaraq, hər hansı əziz adamın ölümünü
mümkün qədər səbirli qarşılamaq lazımdır.
-
Azərbaycanda müsəlmanlar “kilsə də Allahm bir evidir”
deyib, xristian adətlərinə ehtiramla yanaşdıqları kimi, xristianlar
da müsəlman adətlərinə eyni ehtiramla yanaşırlar.
-
Xeyir-şəri islam dininə mənsub qonşu xalqlarla bir olan
udilər “xeyir-şər mərasimlərində donuz ətindən istifadə etmirlər.
Hətta toy, nişan, xüsusilə ehsan üçün heyvanlan Azərbaycan
türklərinə, yaxud ləzgilərə kəsdirirlər ki, ət yeməkləri ilə əlaqədar
heç bir narahatlıq yaranmasın. Bu, xalqlar arasında birgə yaşayış
və qarşılıqlı hörməti özündə ehtiva edən bir nümunədir”.
-
Qarşılıqlı hörmət və ehtiram şəraitində yaşayan xalqların
toy adətlərinin xeyli dərəcədə üst-üstə düşməsi, müxtəlif xalq
113
Dostları ilə paylaş: |