Yaşar Əhmədov Azər Hətəmov
xeyriyyə cəmiyyətinə, Yəhudi xeyriyyə cəmiyyətinə, Erməni və
Yəhudi Milli Şuralarına və digər cəmiyyətlərə uşaqların, qocalann
və b. imkansız adamlann saxlamiması üçün xeyli vəsait
ayırmışdır.
-
Aprel
çevrilişindən
sonra
Azərbaycan
Xalq
Cümhuriyyətinin demokratik nailiyyətlərinə ağır zərbə endirilsə
də bir sıra demokratik prinsiplər, ilk növbədə azsaylı xalqların
hüquqlarının qorunması istiqamətində əməli addımlar atılmış və
bu 1937-ci il dekabnn 5-də qəbul edilən dövlətin Əsas Qanunu -
Azərbaycan SSR-in Konstitusiyasında öz əksini tapmışdır.
-
Konstitusiyanın 130-cu maddəsində göstərilirdi ki;
“Azərbaycan SSR vətəndaşlarının hüquqi baxımdan bərabərliyi
sarsılmaz bir qanundur. İrq və ya milli müstəsnahğın və ya nifrət
və etinasızlığın hər hansı bir şəkildə təbliğ edilməsi - qanunla
cəzalandırılır”.
-
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının 50-ci,
62-ci və 73-cü maddələrində:
*
Azərbaycan SSR vətəndaşlannm vicdan azadlığı, başqa
vətəndaşların milli ləyaqətinə hörmət etmək,
*
Azərbaycan SSR-də rus dilinin, habelə əhalinin danışdığı
başqa dillərin bütün bu orqanlarda və idarələrdə hüquq bərabərliyi
əsasında azad surətdə işlədilməsini təmin etmək kimi müddəalar
multikultural mühiti möhkəmləndirir,
*
Azərbaycan multikulturalizminin siyasi və hüquqi qay-
naqlanm doldururdu.
-
Bu qaynaqlar XX əsrin sonunda, ölkə yenidən
müstəqilliyini bərpa etdikdən sonra da zənginləşmiş, Azərbaycan
Respublikası polietnik əhaliyə malik olan azsaylı xalqlann hüquq
və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas
istiqamətlərindən biri olduğunu götürərək, 1992-ci il 16 sentyabr
fərmanı ilə “Azərbaycan Respublikasında yaşayan milli azlıqlar,
azsaylı xalqlar və etnik qrupların qorunması, dil və
mədəniyyətinin inkişafına dövlət yardımı haqqında” azsaylı
xalqların mədəni inkişafına geniş imkanlar vermiş, onların
102
Multikulturalizm - fəlsəfi lüğət
hüquqlannın qorunmasını hüquqi dövlətin əsas vəzifəsi kimi
götürmüşdür.
" Çoxmillətli və tolerant bir ölkə olan Azərbaycanın musiqi
mədəniyyətində müxtəlif xalqların musiqi ənənələrinin təzahürü
multikulturalizm ənənələrinin həyatiliyini bir daha təsdiq edir;
*
geniş
mənada
Azərbaycan
musiqi
folkloru
azərbaycanlıların və Azərbaycanda yaşayan azsaylı xalqların,
etnik və milli qrupların musiqi yaradıcılığını özündə ehtiva edir.
-
Azərbaycan musiqi mədəniyyətinin ümumi mənzərəsində
azsaylı xalqİaııa və cinik qrupların musiqi folklorunun yanaşı
yaşaması, yaxın fəaliyyət sahələri və qarşılıqlı təsiri göz
qabağındadır.
-
Bu xalqların musiqi folklorunun ayn-aynhqda öyrənilməsi,
etnomusiqişünaslıq baxımından müqayisələrin aparılması çox
böyük və qlobal mövzudur:
*
bir sıra tədqiqatlarda azsaylı xalqlann və etnik qrupların
musiqi folkloru tədqiqat obyektinə çevrilsə də, onların
Azərbaycan musiqi mədəniyyəti kontekstində qarşılıqlı
əlaqələrinin öyrənilməsi vacibdir.
-
Qədim dövrlərdən bu günə kimi şifahi olaraq nəsildən-
nəslə ötürülən musiqi folkloru xalqın dünyagörüşünü, arzu- lannı,
həyat tərzini, mərasimlərini əks etdirir.
-
Bütün xalqların musiqi folklorunda öz əksini tapmış
janrların, təcəssüm olunan mövzuların ümumi olduğunu qeyd edə
bilərik.
-
Musiqi folklorunun ən qədim janrları sayılan laylalar, beşik
mahnıları, yallitipli rəqslər, əmək nəğmələri, ailə və mövsüm
mərasimləri ilə bağlı mahnı və rəqslər demək olar ki, dünyanın bir
çox xalqlarının musiqi folklorunun əsasını təşkil edir və ümumi
janr xüsusiyyətlərinə malikdir.
-
Bununla yanaşı, hər bir xalqın musiqi folkloru
özünəməxsus, unikal və təkrarolunmazdır.
103
Yaşar Əhmədov AzərHətəmov
-
Müxtəlif millətlərdən olan insanların əmək prosesi,
mərasimləri, məişəti, tarixi hadisələrlə bağlı yaratdıqları mahnı və
rəqslər rəngarəng olmaqla, hər bir xalqın musiqi dilinin və
təfəkkürünün özəlliklərini əks etdirir.
-
Bütün bunlar azərbaycanlıların musiqi folklorunda,
həmçinin, Azərbaycanda yaşayan xalqlann və etnik qrupların
musiqi folklorunda təzahür edir.
-
Uzun əsrlər boyu Azərbaycanın müxtəlif ərazilərində
məskunlaşan və ölkənin əsas əhalisi olan azərbaycanlılarla
qaynayıb - qanşan bir çox xalqlann nümayəndələri yaşayır:
*
bunlar İslam, Xristianlıq, ludaizm və digər dinlərə sitayiş
edir və müxtəllif dil qruplanmn təmsilçiləridir: tatarlar, mesxetİ
türkləri (Altay ailəsinin türk qolu), tatlar, talışlar, dağ yəhudiləri,
kürdlər (hind - avropa), udilər, ləzgilər, avarlar, saxurlar,
buduqlular, ingiloylar, qrızlar, xmaliqiar (qafqaz), ruslar, molo-
kanlar, ukraynalılar (slavyan) və b.
-
Bütün bu xalqlar öz dinlərini, dillərini, inanclarını, milli -
mədəni dəyərlərini qoruyub -saxlayaraq, özünəxas adət-ənə-
nələrini, mərasim mədəniyyətini yaşadır və gələcək nəsillərə
ötürürlər:
*
eyni zamanda onlar azərbaycanlılann musiqi folklorundan
bəhrələnərək, qarşılıqlı olaraq, Azərbaycan ərazisində keçirilən
dini və milli bayramlarda iştirak edirlər:
*
Azərbaycanda ən qədim mərasim kimi dövlət səviyyəsində
geniş surətdə qeyd edilən, YUNESKO-nun bəşəriyyətin qeyri -
maddi və mədəni irsi siyahısına salınmış Novruz bayramında
azərbaycanlılarla yanaşı respublikamızda yaşayan bütün xalqlann
iştirak etməsi multikulturaiizm ənənələrini bariz nümayiş etdirir.
-
Azərbaycan
musiqi
folklorunda
multikulturaiizm
əlamətləri haqqında danışarkən, Qafqaz xalqlarının rəqslərindən
istifadəni qeyd etməliyik:
*
Azərbaycan rəqs musiqisində Qafqaz xalqlannm rəqsləri
müəyyən yer tutur;
104
Dostları ilə paylaş: |