Multikulturalizm - fəlsəfi lüğət
hissəsində politeizm inancları öz mövqelərini o dövrdə qorusa da
Alban katolikosu Lazar (III əsrin sonu -IV əsrin ilk rübü) bu
məkanda xristian dininin təbliğatım aparmışdır.
-
Alban katolikosu Lazann bu fəaliyyəti ölkədə bütpərəst-
xristian münasibətlərinin paralel şəkildə mövcud olmasını göstərir
və Azərbaycan multikultural mühitin inkişafını göstərir.
-
Rəsmi din olaraq 313-cü ildə elan edilmiş xristianlıq,
Albaniyada dövlət dini elan edildikdən sonra xristian hökmdarlar
bütpərəstliyə qarşı dözümlülük nümayiş etdirir, heç bir zorakı
tədbirə yol vermirdilər.
-
Albaniya ərazisində bidətçi hesab edilməyən xarici
missionerlərin fəaliyyəti üçün, demək olar ki, heç bir
məhdudiyyət qoyulmamışdı:
*
məsələn, təqribən 338-ci ildə Suriya rahibləri tərəfindən
Albaniyanın Haku kəndində monastır (vəng) inşa edilmişdi.
-
Qafqazın ən qədim kilsəsi olan, 340-cı ildə avtokefal olmuş
Alban Apostol kilsəsi V əsrdən başlayaraq, xristian dünyasında
monofızit və dofızitlər arasında gedən ideya mübarizəsini yaşasa
da müxtəlif səpkili xristian cərəyanlanna ehtiramla yanaşır,
xristian ehkamları ilə bağlı müxtəlif mövqelərdə duran alban
ruhaniləri kilsə strukturlannda hər hansı bir vəzifəni tuta bilirdilər.
-
V əsrdə Albaniyada yerli tayfalarla bərabər, gəlmə tayfalar
da yaşayırdılar:
*
erkən orta əsrlərdə polietnik Albaniyada monqoloid irqinə
məxsus insan qrupları ölkədə məskunlaşmış və monqo- loidlərin
avropoidlərlə eyni qəbir abidələrində dəfn olunmalan Albaniyada
irqi ayn - seçkiliyin olmadığım təsdiqləmişdir.
-
V-VII əsrlərdə Albaniyada müxtəlif tayfalar arasında
qarışıq nikahlar mövcud olmuş, “şimal” xalqları olan xəzərlərlə
qarışıq nikahlar tarixin sonrakı mərhələsində də davam etmiş,
dövlətlərarası münasibətlərin inkişafı üçün nikah diploma
93
Yaşar Əhmədov Azar Hətəmov
tiyasına yer verilmiş, Girdıman knyazı Cavanşirin 664-cü ildə
bütpərəst Xəzər xaqanının qızı ilə evlənmişdi.
-
Erkən orta əsrlərdə ölkədə salınan şəhərlər də polietnik
Albaniyanın müxtəlif çalarlılığım aydın şəkildə göstərirdi:
*
Tsri şəhərinin əhalisi, III Mömin Vaçaqan dövründə,
xristian albanlar, bütpərəst çilblər, habelə atəşpərəst farslardan
ibarət idi;
*
Albaniyanın möhtəşəm Dərbənd şəhərində də xristian
albanlar, atəşpərəst farslar, bütpərəst xəzər-hun tayfalan ilə birgə
yaşayırdılar və bu gerçəklik Azərbaycan multikultura- lizminin
siyasi-hüquqi qaynaqlarının təməli kimi götürülür.
-
VII əsrin ortalannda Azərbaycan multikulturalizminin
siyasi-hüquqi qaynaqlanna yeni, mükəmməl, sosial - hüquqi
təmələ söykənən ideologiya - islam dini qatıldı:
*
İslam dininin ölkədə yayılması ölkə əhalisinin bu dinin
dəyərlərini dərk etməsi istiqamətində gedir, kitab əhlinə -
xristianlara məcburi olaraq islam dini qəbul etdirilmirdi;
*
İslamaqədərki teoloji baxışlar, maddi-mədəni irs multi-
kultural qaynaqların təməli olaraq qalırdı.
-
VIII-X əsrlərdə Azərbaycan multikulturalizminin hüquqi
və siyasi qaynaqları müxtəlif səmavi dinlərə mənsub dövlətlərin,
icmalann - xristian və müsəlmanların birgəyaşayış yaşaması
sistemi ilə dolur, özünəməxsus bir mühit yaranırdı:
*
bu dövrdə ölkəni idarə edən hökmdar sülalələri nikah
diplomatiyasına önəm verir, qonşu hakim nəsilləri ilə izdivac
bağlayırdılar:
*
IX əsrdə Süni hakimləri nəsli Mehranilər sülaləsindən qız
alaraq onlarla qohum olmuş,
*
X əsrdə alban hökmdarı Qriqori Hamama öz oğlu
Atmersehə Gürcüstan hakimi Qurgenin bacısı Dinarı almış və
həmin nikahdan gələcək Albaniya hökmdarı Işxani dünyaya
gəlmiş,
*
məhz bu dövrdə Alban Apostol kilsəsi 17 il (952-969-cu
illər) diofizit mövqeyində qalmışdı;
94
Multikulturalizm - fəlsəfi lüğət
*
bu müddət ərzində Alban Apostol kilsəsi Partav uniya-
sından çıxmamış, ölkədə multikultural mühit inkişaf etmiş,
Qriqori Hamama tərəfindən bərpa edilmiş qərbdə Göyçə gölünün
şərq sahillərindən başlayaraq, şərqdə solsahil Kür ərazilərini əhatə
edən Albaniya dövlətində xristian və müsəlman icmalarının
birgəyaşayış qaydası tənzimlənmişdi.
-
VII-X əsrlərdə Azərbaycanda cərəyan edən sosial - siyasi
proseslər Azərbaycan multikulturalizminin siyasi və hüquqi
qaynaqlarında öz izini qoymuşdur:
*
dini baxışlarda dəyişikliklər baş vermiş, cəmiyyətə
təkallahlılığın təkmilləşmiş ideologiyası - İslam dini daxil olmuş,
*
İslam dini Azərbaycanda yayılmaqda davam etmiş, bu din
hakim dinə çevrilmiş, ölkə məkanının böyük hissəsində yayılmış,
*
xristianlığın mövqeyi zəifləsə də xristianlığın ölkədə
artmış rişələri hələ uzun əsrlər yerli əhalinin mənəviyyatının
daşıyıcısı olmuş, XII əsrdə də alban əhalisinin bir hissəsi
xristianlığa itaət etməkdə davam etmişdir.
-
Ərəb xilafətinin hökmranlığı dövründə zərdüştiliyin və
bütpərəstliyin sosial bazaya malik olan ərazidə, Azərbaycanın
cənub torpaqlannda, daha sonra Mildə, Muğanda, Kaspi
sahillərində. Kür və Araz çaylan boyımu əhatə edən ərazilərdə
islam dini sürətlə yayılsa da lakin ölkənin dağlıq hissəsində,
Arsax və Uti vilayətlərində yaşayan əhali xristian kitab əhli
olduğu üçün ərəblər onlann dini etiqadına dözümlə yanaşır,
onlardan cizyə (can vergisi) alaraq, xristian əhaliyə öz
kilsələrində ibadət etməyə, dini mərasimlərini icra etməyə şərait
yaradır, bu da Azərbaycan multiculturalizminin qaynaqlanna yeni
rəng verir, beləliklə özünəm.əxsus mədəni laylar yaranırdı.
-
IX əsrin sonlanndaknyaz Qriqori Hamama tənəzzül etmiş
Albaniya çarlığını bərpa etdikdən sonra bu laylar özünün yeni
səhifələrini yaşamış,IX-XII əsrlərdəölkədə bir-birini əvəz edən
müsəlman sülalələri tərəfindən idarə edilən feodal dövlətləri ilə
95
Dostları ilə paylaş: |