Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Muitikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə27/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   23   24   25   26   27   28   29   30   ...   144

Muitikulturalizm - fəlsəfi lüğət 

-

 



Yerli xalq bu gün Şimali Amerikada və Avstraliyada etnik 

azlıq vəziyyətinə düşmüşdür: 

*

 

Afrikadan  gətirilən  kölələrin  də  burada  rolu  böyükdür, 



afroamerikan  tipinin  ortaya  çıxması  və  Barak  Obamanm  pre- 

zidentliyi multikulturalizmin nəticiəsidir. 

-

 

Dünyada mövcud olan 206 ölkə arasında sadəcə bir ölkədə: 



*

 

3 paytaxt, 11 rəsmi dil, 5 fərqli dildə sözləri olan milli marş 



mövcuddur; 

*

 



bu Cənubi Afrika Respublikasıdır; 

*

 



burada  Pretoria  ,  Cape  Town  ,  Bloemfontein  paytaxtlan 

mövcuddur; 

*

 

üç fərqli dövlətin birləşməsi ilə bu yaranmışdır. 



-

 

İngiltərə  baş  naziri  David  Kameron  və  Almanya  federal 



kansleri  Angela  Merkelin  multikulturalizmin  iflasa  uğraması  ilə 

bağlı bəyantlan həm siyasət, həm də akademik mühitdə birmənalı 

qarşılanmadı: 

*

 



belə  ki,  muitikulturalizm  Qərbdə  demokratik  dəyərlərin 

inkişafına öz töhfəsini verməkdə davam edir; 

*

 

bu  siyasətçilər  daha  çox  indiki  muitikulturalizm 



anlayışından post-multikultural anlayışa keçidi dilə gətirmək üçün 

iflas ifadəsindən istifadə etdilər. 

-

 

Avropaya fərqli mədəniyyət daşıyıcılarının işçi miqrasiyası 



Qərb multikulturalizmini yeni bir çağırışla qarşı- qarşıya qoydu, 

-

 



Türkiyədən,  Şimali  Afrika,  Yaxın  və  Orta  Şərqin  keçmiş 

müstəmləkə  ölkələrindən  gələn  miqrantlar  müsəlman  olduqlan 

üçün Qərb İslamla yenidən qarşılaşmalı oldu. 

-

 



Tarix  indiyədək  İslam  dini  daşıyıcılarının  Avropaya 

birbaşa təsiri ilə iki dəfə qarşılaşmışdır; 

*

 

birinci  dəfə  İspaniyada  Kordoba  Xilafətinin  yaradılması 



zamanı, 

*

 



ikinci dəfə isə Vyanayadək Avropa torpaqlarının Osmanlı 

imperiyasının nüfuz dairəsinə daxil olması ilə; 

81 



Yaşar Əhmədov AzərHətəmov 

*

 



lakin  hər  iki  halda  imperiyaların  zəifləməsi  və  ya 

dağılmasından  sonra  Avropa  müsəlmanlara  qarşı  dini 

dözümsüzlük göstərmişdir. 

-

 



İspaniyada,  Balkanlarda  müsəlmanların  dini  səbəblərdən 

təqib olunması, islam mədəniyyətinin dağıdılması Qərbin İslama 

münasibətdə tarixi ənənəsini göstərir. 

-

 



İndi isə vəziyyət fərqlidir: 

*işçi  miqrantlar  Avropaya  işğal  yolu  ilə  deyil,  cəmiyyətin 

içərisinə nüfuz etməklə daxil olurlar

*

 



belə  olan  halda  isə  Avropanın  bu  yeni  İslam  dalğası  ilə 

əvvəlki metodla mübarizə apara bilməsi real görünmür. 

-

 

Avropada  müsəlmanların  öz  dinlərinə  sadiq  qalmaları, 



bununla yanaşı islamın bir din olaraq populyarlaşması, müsəlman 

əhalinin  demoqrafik  artım  göstəriciləri  Qərb  cəmiyyətinin 

gələcəyi üçün əsas narahatedici məqam kimi qəbul olunur. 

-

 



Bunun  nəticəsidir  ki.  Qərbdə  islamı  bir  fobiya  olaraq 

görürlər. 

-

 

Azlıqların  çoxluqlara  çevrilməsi  qorxusu  qərbsayağı 



multikulturalizmin qarşısında duran əsas çağırışdır. 

-

 



Vatikan  Ədalət  və  Sülh  icmasının  sədri  kardinal  Pyotr 

Turksonun  “Sinodo”  ruhani  məclisində  İslam  dinini  Avropanın 

gələcəyinə təhdid kimi qiymətləndirmişdir - o, bildirmişdir ki

*

 



2026-cı  ildə  Avropa  müsəlmanlar  qarşısında  azlıqda 

qalacaq, Fransa isə 39 ildən sonra İslam dövləti olacaqdır. 

-

 

Avropada belə hesab edirlər ki, miqrantlar Avropanın insan 



hüquqları Konvensiyasının verdiyi imkanlardan, burada mövcud 

olan insan hüquqları və azadlıqlarından sui- istifadə edirlər. 

-

 

Avropada  demokratiya,  yaxud  şəriət  qaydaları,  islam, 



yoxsa  azadlıq  kimi  -  əslində  qətiyyən  müqayisə  oluna 

bilməyəcək-  məfhumlar  cəmiyyətin  qarşısında  əks  dilemmalar 

kimi ortaya qoyulur. 

82 



Multikulturaiizm - fəlsəfi lüğət 

-

 



İqtisadi faktor da mühüm rol oynayır: 

*

 



miqrantlann sayının artması fonunda Avropada domi- nant 

millət  arasında  artan  işsizlik  və  zəif  sosial  təminat  Qərbin 

multikultural dəyərlərinə və tolerantlığına zərbə vurmuş oldu. 

-

 



Belə bir fikir formalaşdırılır ki, multikulturalizmin Avropa 

modelinin  məğlubiyyətə  uğramasının  səbəbi  miqrantlann 

universal  Qərb  həyat  normasına  daxil  ola  bilməmələri, 

demokratik prinsipləri və insan hüquqlarının aliliyini rəhbər tutan 

Avropa qanunlarının isə olduqca mülayim olması ilə əlaqədardır. 

-

 



Hadisələrin  belə  gedişi  Avropada  ifrat  millətçilik 

ideologiyasının və ultrasağçı  siyasi  partiyalarının tərəfdarlarının 

artmasına, irqçi və şovinist çıxışlara səbəb olmuşdur. 

-

 



Vaxtilə  Avropa  dövlətlərinin  özlərinin  dəvət  etdiyi, 

stimullaşdırdığı miqrantlann iqtisadi vəziyyəti pisləşdikdə ədalət, 

demokratiya,  tolerantlıq,  insan  haqları  kimi  bəşəri  dəyərlərdən 

kənar hər cür münasibətlə üzləşməsi  normal  qarşılanmalı  və  bu 

Qərb identikliyinin özünü qoruması kimi qəbul olunmalıdır. 

-

 



Hətta  miqrantlara  qarşı  hazırkı  siyasi  kursu  demokratik 

prinsiplərdən geriyə addım olsa belə Avropanın siyasi liderləri bu 

addımları atmaqdan çəkinmirlər: 

*

 



Qərb  cəmiyyətinin  bu  tədbirləri  dəstəkləməsi  isə 

ümumilikdə “tolerant” yanaşmanın bariz nümunəsidir. 

-

 

Multikulturalizmin  böhranı  ilə  bağlı  səslənən  bəyanatlar 



qlobal iqtisadi böhranla zaman etibarilə üst-üstə düşür. 

-

 



Qərbdə  bir  çox  dairələr  qlobal  iqtisadi  böhranın  yaranma 

səbəbi  olaraq  real  iqtisadiyyata  söykənməyən  mexanizmin 

çökməsini deyil, miqrantlann yaratdığı problemləri qabardırlar. 

-

 



Avropa  cəmiyyətində  miqrantlara  sosial  və  iqtisadi 

problemlər yaradan təbəqə kimi baxanlar mühacirlərin elitası 

83 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə