Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Yaşar Əhmədov AzarHətəmov



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə28/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   24   25   26   27   28   29   30   31   ...   144

Yaşar Əhmədov AzarHətəmov 

və  orta  təbəqəsi  tərəfindən  Qərbə  gətirilən  “intellekt”  və 

“sərmayə” haqqında danışmaq istəmirlər, 

-

 



Avropanın  gələcəyi  və  davamlı  inkişafı  naminə  bu 

nüanslar miqrantlann yaratdığı problemləri dəfələrlə üstələyir. 

-

 

Ümumiyyətlə  qlobal  iqtisadi  böhran  Qərbdə  multi- 



kulturalizmlə yanaşı, mənəviyyatın da, hətta beynəlxalq hüququn 

da böhran yaşadığını göstərdi. 

-

 

Beynəlxalq siyasi arenada dövlətlərə qarşı ikili standartlar 



prizmasından yanaşmanın da bununla əlaqəli olduğu açıq-aydın 

görünür. 

-

 

Hazırda belə fikirlər səslənir: 



*

 

Qərb və tslam mədəniyyətləri yanaşı yaşaya bilməz. 



-

 

İslam  əleyhinə  kəskin  çıxışları  ilə  tanınan  hollandiyalı 



siyasətçi Qert Vilders “Multikulturalizmin yenilməsi yaxud İslam 

hücumunun qarşısını necə almalı” adlı məqaləsində; 

*

 

İslamı təhlükəli ideologiya adlandırır və bildirir ki, İslam 



bizim Qərb həyat tərzimizlə uyğun deyildir. 

-

 



İslam Avropada cəmiyyətə düzgün təqdim edilmir: 

*

 



bəzi radikal qüvvələr və onların siyasətdəki, mətbuatdakı 

havadarlan tərəfindən islam və terror anlayışları yanaşı çəkilir. 

-

 

İslam  dini  abidələrinə,  müsəlman  geyim  və  davranış 



normalarına Fransa, İsveçrə, Belçika və digər Avropa ölkələrində 

dözümsüzlük nümayiş etdirilir. 

-

 

Tarixə  nəzər  saldıqda  Avropada  indi  islama  qarşı 



sərgilənən münasibətin zamanında digər dinlərin daşıyıcılarına da 

tətbiq olunduğunu görürük: 

*

 

tarix  boyunca  yəhudilər  fərqli  dİni  əqidə  daşıyıcıları 



olduğu üçün bir neçə dəfə Avropadan qovulmuşlar; 

*

 



XV əsrdə İspaniyadan yəhudilərin qovulması, 

*

 



II  dünya  müharibəsi  zamanı  isə  bütünlükdə  Avropada 

yəhudilərin təqib olunmasını misal göstərmək olar. 



84 


Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Orta əsrlərdə baş qaldıran rekonkista harəkatı Qərbin dini 

müxtəlifliyə dözümsüzlüyünün əyani göstəricisidir. 

-

 

Rekonkista 



Pireney 


yarımadasında 

yaşayan 


müsəlmanların  xristianlar  tərəfindən  sıxışdırılaraq  çıxanimasına 

səbəb olmuş, dini məzmunlu hərəkatdır, 

-

 

Rekonkista  hərəkatı  1492-ci  ildə  Qranada  əmirliyinin 



dağılması nəticəsində uğurla başa çatmışdır. 

-

 



Ərəblər  ilk  dəfə  olaraq  Pireney  yanmadasına  711-ci  ildə 

gəlmişlər, onların İspaniyada ağalığı 781 il davam etmişdir: 

*

 

bu  dövr  ərzində  müsəlmanlar  xristianlarla  və  yəhudilərlə 



çox tərəfli münasibətlər qurmuşdurlar

*

 



ərəblərin təkcə dövlətçilik sahəsində deyil, eyni zamanda 

mədəniyyət sahəsində də böyük işləri olmuşdur

*

 

Qranada  şəhərində  yerləşən  və  Qranada  əmirliyinin 



hakimiyyəti  dövründə  inşa  olunmuş  Əlhambra  sarayı, 

müsəlmanlar tərəfindən tikilmişdir. 

-

 

İspaniyada  yaşayan  xristinlarm  müsəlmanlara  olan 



münasibəti IX əsrdən etibarən dəyişməyə başladı: 

*

 



718-ci  ildə  Şimali  İspaniyada  dağlarda  yerləşən 

mağaralarda rekonkista hərəkatı üçün döyüşçülər hazırlamrdı. 

-

 

Rekonkista hərəkatının: 



*

 

ilk dövrü 718- 1085-ci illəri, 



*

 

ikinci dövrü isə 1085 - 1238-ci illəri əhatə edir



*

 

1238-ci  ildən  1492-ci  ilə  qədər  davam  etmiş,  üçüncü 



mərhələ isə Qranada əmirliyinin dağılması ilə nətiçələnmişdir. 

-

 



1492-ci  ildə  İspaniyada  ərəblərin  hakimiyyətinə  son 

qoyulmasından  sonra,  yəhudilərin  deportasiya  edilməsinə 

başlanıldı. 

-

 



1610-cu  ilə  qədər  müsəlmanlar  və  yəhudilərin  hamısı 

İspaniyadan qovuldu. 

-

 

İspaniyada güçlü katolik - xristian dövləti yaradıldı. 



-

 

İspaniyadan  qovulan  və  əndəlüs  qaçqınları  adlanan 



toplumu yalnız Osmanlı imperiyası qəbul etmişdir. 

85 


Yaşar Əhmədov AzərHətəmov 

-

 



1492-ci ilin 2 yanvar tarixində sonuncu Qranada əmiri XII 

Məhəmməd əbu Abdullahın təslim olması ilə rekonkista hərəkatı 

yekunlaşdı. 

-

 



1508-ci  ildə  xristianlar  tərəfindən  qəbul  olunan  qərara 

əsasən,  müsəlmanlar  öz  dini  geyimlərini  6  il  müddətində  tərk 

etməli, əvəzində isə xristian geyimləri geyinməli idilər. 

-

 



XVI  əsr  boyu  müsəlmanlar  arasında  xristianlıq  təbliğatı 

apanimışdır. 

-

 

Xristianlığı qəbul edən müsəlmanlar vəzifələrə təyin olunur 



və onlara torpaq sahələri verilirdi: 

*

 



yalnız XVI əsrdə üç milyon müsəlman sürgün və ölümlə 

üzləşmişdir. 

-

 

Xristianlar  tərəfindən  aparılan  əsas  təbliğatda  müsə- 



lanmlar tərəfindən tikilmiş tikililərin dağıdılması və ya fəaliyyət 

sahələrinin dəyişdirilməsinə xüsusi diqqət yetirilirdi: 

*

 

bu  yolla  onlarla  məscid  və  kitabxana  dağıdılaraq 



yandınimışdır; 

*

 



hal-hazırda mövcud olan tarixi tikililərdən yalnız Kardoba 

şəhərində  yerləşən  və  bu  gün  kafedral  kimi  istifadə  olunan 

Kardoba  Ulu  Məscidi,  Əl-Kəsər  sarayını,  Qranada  şəhərində 

yerləşən və Qranada əmirlərinin mərkəz sarayı olmuş Əlhambra 

sarayını - misal göstərmək olar. 

-

 



Tarixi  hadisələr  göstərir  ki.  Qərbin  dini  tolerantlıq  və 

multikultural  dəyərləri  yalnız  öz  dini  dəyərlərinin  digərlərinə 

qəbul etdirilməsi üzərində qurulmuşdur. 

-

 



Belə  olan  halda  immiqrant  ölkələr  olaraq  xarakterizə 

olunan  Avropa  dövlətləri  fərqli  mədəniyyət  və  dini  daşıyıcılar 

olan  mühacirləri  Qərb  cəmiyyətinə  yalnız  assimilyasiya  etməyə 

çalışırlar: 

*

 

yəni  çoxmədəniyyətlilik  yalnız  Qərb  dəyərlərinin  do- 



minanthğı və vahid mozaik quruluşun heç nə ilə seçilməyən tərkib 

hissəsi kimi qəbul oluna bilər

86 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə