Yaşar Əhmədov AzərHətəmov
paralel olaraq, XI əsrin sonlannda tarix səhnəsinə daxil olmuş
Xaçınçay və qismən də Tərtər çayımn hövzələrini əhatə etmiş
Arsax-Xaçm xristian alban knyazhğı yaranmışdı.
-
Ərəb xilafəti hökmranlığından sonrakı dövrdəölkədə
yaranmış münbit multikultural mühit -Azərbaycanda İntibah
dövrünün yaranması, yeni ictimai-siyasi fəlsəfi fikirlərin,
təlimlərin cəmiyyətə şamil edilməsi Qərb və Şərq
mədəniyyətlərində körpü salan memarlıq, incəsənət və musiqidə
oxşar cəhətlərin meydana çıxmasına şərait yaratmış, Azərbaycan
dünya mədəniyyətinə Nizami dühası. Xaqani dünyası. Əcəmi
əzəmətini vermişdi.
-
Orta əsrlərdə multukultural mühit Şirvanşahlar dövlətində
də yüksələn xətlə gedirdi:
*
IX əsrin ikinci yarısından Şirvanşahlar dövləti dini
baxımdan çoxçalarlılığı ilə seçilirdi;
*
IX əsrdə artıq islam dini Şirvanda yayılsa da lakin
xristianlıq və politeist dinlər yerli əhali tərəfindən qorunmuş,
müqəddəs ağaclara, daşa, oda sitayiş saxlanılmış, atəşpərəstliyin
qalıqları məişətdə (xüsusən toy və uşaqların dünyaya gəlməsi ilə
bağlı ayinlərdə) uzun müddət qalmışdı;
*
bu dövlətin əhalisi də etnik tərkibinə görə rəngarəngliyi ilə
seçilmiş, bu məkanda türk, qafqazdilli, farsdilli və müxtəlif
mənşəli etnoslar yaşamışlar;
*
türk tayfalan Şirvana erkən orta əsrlərdə gəlmiş, VI əsrin
əvvəllərindən başlayaraq, sabirlər Xəzər dənizi boyunca və
Qafqaz dağlanndan Dərbəndə qədər, geniş bir ərazidə
məskunlaşmışdılar;
*
türk tayfalannm ayn - ayrı qruplan cənuba, Şirvana keçmiş,
Dərbənd keçidindən gəlmiş hunlarla və xəzərlərlə birlikdə yurd
salmışdılar.
-
Erkən orta əsrlərdən başlayaraq, sasanilərin ölkədə apardığı
köçürmə siyasəti nəticəsində Şirvanda cərəyan edən etnik
proseslərdə irandilli əhali də mühüm rol oynamışdır.
96
Multikulturalizm ~ fəlsəfi lüğət
-
Dini etiqadlarına görə gəlmə türk tayfaları, həmçinin
irandilli məsqutlar xristian idilər.
-
Orta əsrlərdə Şirvanşahlar dövlətində yəhudilər də yaşamış
və Şabranda məskunlaşmışdılar;
* Şirvanşahlar dövlətində müxtəlif dünyəvi dinlərə etiqad
edən insanlar -mömin müsəlmanlarla birgə xristian və yəhudilər
birgə yaşayış qaydalarını əsas götürmüşdülər.
-
Şirvanşahlar dövlətində yaşayan tatlar dini bölgüyə görə
təkcə müsəlman deyil, iudey və qriqorian da olmuşlar.
-
İudey tatlar orta əsrlərdə Şirvanın tərkibinə daxil olan
Dərbənd zonasında, Qusarda (Qusarçay kəndində), Qubada
(Qırmızı qəsəbə), Şamaxıda (Müci), Göyçayda (Müci- Həftəran),
Qəbələdə və Şəki rayonlannda yaşamış, sonralar onların bir
hissəsi Bakıya köçmüşdü.
-
Orta əsrlərdə Şirvanşahlar dövlətində qriqorian tatlar isə
əsasən Şamaxıda (Mədrəsə, Kərkənc, Dərə - Kərkənc, Kələ- hana,
Məsəri, Saqiyan kəndlərində), Göyçayda, İsmayıllıda (Bank,
Ruşanq) və Abşeron rayonunda məskunlaşmış, XVIII əsrin
sonunda Fətəli xanın hakimiyyəti dövründə Qubaya
köçürülmüşdülər.
-
Orta əsrlərdə Şirvanşahlar dövlətinin şəhərlərində yerli
əhali olan xristianlar, İslama ibadət edən ərəblər, İrandan
gəlmələr, həmçinin yəhudilər xüsusi məhəllələrdə yaşamışdılar.
-
Şirvanşahlar dövlətində multikultural mühiti eyni
zamanda müxtəlif dilliliyi canlandırmış, fars dili rəsmi ədəbi dil,
ərəb dili ilahiyyat və dili, danışıq dili isə Azərbaycan türkcəsi
olaraq qəbul edilmiş, Azərbaycan multikulturalizminin siyasi və
hüquqi qaynaqlarını zənginləşdirilməsinə təsir etmişdilər.
-
Azərbaycan multikulturalizminin siyasi və hüquqi
qaynaqları Azərbaycan Səfəvilər dövlətində daha da
zənginləşmiş, ölkədə multikultural mühit qorunmuş, xristian
dininə etiqad edən əhalinin etiqadına ehtiramla yanaşılmış,
monastırlar vergilərdən azad edilmişdir.
97
Yaşar Əhmədov AzərHətəmov
-
Bu siyasət I Şah İsmayıldan başlayaraq davamlı olaraq
getmişdir:
*
belə ki. Şah I İsmayılın “Qızıl - Vəng monastırı və
ruhanilərinin bəzi dövlət vergi və mükəlləfiyyətlərindən azad
edilməsi” haqqında 26 avqust 1505-ci il fərmanı indiki Kəlbəcər
rayonu ərazisində yerləşən Qızıl - Vəng (Amenaprkiç) monastınm
və
onun
ruhanilərini
13
adda
dövlət
vergi
və
mükəlləfiyyətlərindən azad etmişdir;
*
şah I Təhmasibin hakimiyyəti dövründə də məmləkətin
qeyri-müsəlman sivilizasiyasının təmsilçilərinə qarşı ədalətli
siyasət davam etdirilmiş, 16 kəndin Alban apostal kilsəsinə aid
olan Tatev monastrına məxsus olması bir daha təsbit olunmuşdur;
*
1571-ci ildə Qəzvində şah sarayında Şah I Təhmasiblə
danışıqlar aparmış digər Venetsiya səfiri Vinçenso Ales- sandrini
xristian əhaliyə qarşı dövlət səviyyəsində humanist siyasətin
şahidi olmuş və qeyd etmişdir ki, mən sarayda olduğum zaman
şah ermənilərin yaşadıqları Zutta ərazisində bütün vergiləri ləğv
etmişdir.
-
Şah I Abbasın dövründə də xristian kilsələrinə məxsus olan
daşmar və daşınmaz əmlak müsəlman dini idarələrinə məxsus
olan əmlak kimi dövlət səviyyəsində müqəddəs və toxunulmaz
elan edilmişdi:
*
erməm salnaməçisi Zəkəriyyə Kənəkirli Şah I Abbasın
hakimiyyəti dövründə xristianlara, xüsusilə də ermənilərə öz dini
ayin və mərasimlərini sərbəst şəkildə icra etməkdə heç bir maneə
olmadığını göstərmiş, hətta şahın onlara kilsələr tikməkdə
yardımçı olması ilə bağlı fərman imzaladığını da qeyd etmişdir;
*
II Şah Abbas da ölkə xristianlarının mülkiyyətini qoruyan
qərarlar vermiş, 27 aprel - 26 may 1645 fərmanı ilə ermə-
ni-qriqorian kilsəsinin katolikosu Filipposa dağılmış kilsələrin
bərpasına icazə vermişdir;
98
Dostları ilə paylaş: |