Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Yafar Əhmədov AzərHətəmov



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə38/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   34   35   36   37   38   39   40   41   ...   144

Yafar Əhmədov AzərHətəmov 

lara məxsus toy mərasimlərinin bir-biri ilə yaxından səsləşməsi də 

tamamilə təbiidir. 

-

 



Gəlin gedən qızın belinin qaynı və yaxud qardaşı tərəfindən 

qırmızı  parça  ilə  bağlanması,  gəlinin  üzü  qarşısında  güzgü 

tutulması, gəlinin arxasınca su atılması, gəlinin ayağı altında qab 

smdıniması, gəlinin yanınca toyuq tutulub aparılması və s. kimi 

adətlər  Azərbaycandakı  müxtəlif  xalqların  toy  mərasimlərində 

qarşılaşdığımız adətlərdəndir. 

-

 

Bu  adətlərin  hamısında  nəzərdə  tutulan  başlıca  niyyət 



gəlinin təzəbəylə birgə xoşbəxtliyə qovuşmasıdır. 

-

 



Xoşbəxtliyin başlıca şərtlərindən birini firavan yaşamaqda 

görən xalq arzu edir ki, gəlinin ayağı sayalı olsun, o, oğlan evinə 

özü ilə ruzi-bərəkət gətirsin. 

-

 



Ruzi-bərəkətin  açıq-aşkar  işarəsi  olan  hərəkətlər  toylarda 

xüsusi yer tutur: 

*

 

məsələn,  ingüoylarda  gəlin  oğlan  evinə  gələndə  “əlində 



xonça olan bir qadın onu qarşıiardı; 

*

 



adətə görə, xonçada bir neçə yandırılmış şam, çörək, yağ və 

bal  olardı.  Gəlin  evə  daxil  olan  kimi  həmin  xonça  ona  təqdim 

olunardı.... 

*

 



evin  yaşlı  bir  qadını  bir  qaşıq  balı  gəlinin  ağzına  qoyar, 

əlinə xəmir verər, başına bir neçə barama qoyardı; 

*

 

bal gəlinin evə şirinlik gətirməsinə, xəmir gəlinin o gündən 



ailənin  çörək  bişirən bir  üzvü olmasına (həm  də  ayağının ruzili 

olmasına) dəlalət edir, barama isə gəlinin evində xeyir- bərəkətin 

və həmişə ipək parçaların olmasına işarə idi. 

-

 



Toy  mərasimində  bərəkət  və  bolluğun  geniş  yayılmış 

rəmzlərindən biri şax bəzəmədir: 

*

 

1-1,5  metr  hündürlüyündə  olan  ağacın  bahalı  hədiyyələr, 



meyvələr,  konfetlər,  müxtəlif  şirniyyat  növləri  ilə  bəzədi  İmə- 

sindən  ibarət  olan  bu  adət  Krım  tatarlarında,  qaqauzlarda. 

Anadolu  türklərində,  özbəklərdə,  Azərbaycanın  ayrı-ayrı 

bölgələrində,  həmçinin  Şirvanda  lahıclar  arasında  qeydə 

alınmışdır. 

114 



Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Dünya  ağacı  inamına  gedib  çıxan  şax  bəzəmədə  əsas 

elementlərdən biri almadır. 

-

 

Şax  bəzəmə  adətinin  səciyyəvi  olmadığı  bölgələrdə  belə, 



alma  toy  mərasiminin  müxtəlif  mərhələlərində  xüsusi  rəmzi 

mahiyyət daşıyan vasitə kimi diqqəti cəlb edir. 

-

 

Azərbaycan nağıllannda tez - tez rast gəldiyimiz sehrli alma 



yeyib cavanlaşma, almadan övlad törəmə motivlərini xatırlasaq, 

toy mərasimlərində alma ünsürünün məhz həyat- vericilik, nəsil 

artırma  inamları  ilə  bağlı  olmasına  bir  daha  inanmış  olarıq. 

-Həmin  inamın  bir  əlaməti  olaraq  Azərbaycanın  Naxçıvan 

bölgəsində  gəlinə  təzəbəyin  alma  atması.  Şəki  -  Zaqatala 

bölgəsində  elçilik  zamanı  qızın  razılığının  alma  vasitəsilə 

alınması adətlərinə rast gəlirik: 

*

 



“Almanı bir boşqaba qoyub gələcək gəlinə göndərərdilər. 

O, adətən, almanı iki para bölüb yansını yeyər, ikinci yarısını isə 

oğlana  çatdırmaq  üçün  məclisə  qaytarardı.  Bu,  razılıq  əlaməti 

hesab olunurdu. Əksinə, qız almanı yemədən bütöv, əl vurmadan 

geri qaytarsaydı, bu, sövdanın baş tutmaması hesab olunardı”. 

-

 



Başqa xalqlarla müqayisədə udilər üçün daha çox səciyyəvi 

olan  bu  adət  alma  ilə  bağlı  başqa  bir  adəti  də  yada  salır  -  bu 

ingiloylar arasında qeydə alınan “almaya güllə atmaq” adətidir: 

*

 



“İngiloylarda  qapının  ağzına  bir  ağac  basdırırlar.  Ağacın 

başına  alma  keçirilmiş  olur.  Adətə  görə,  oğlan  evindən  gələn 

kişilərdən biri almanı tüfənglə vurmalı, bundan sonra qız həyətinə 

daxil olmaq hüququ qazanılardı”. 

-

 

Bu  adətdə  almanın  güllə  ilə  vurulması,  çox  güman  ki, 



almanın magik həyatvericilik gücünün qazanılması deməkdir. 

-

 



Toy  mərasimləri  üçün  səciyyəvi  olan  inamlardan  biri  də 

təzə ailə quran cavanları bədnəzərdən, bədxah qüvvələrdən gələ 

biləcək xəta-bəladan qorumaqdır. 

-

 



Bu  niyyətlə  icra  olunan  ayinlər  sırasında,  heç  şübhəsiz, 

üzərlik yandırma daha geniş yer tutur. 



115 


Yaşar Əhmədov AzərHətəmov 

-

 



Azsaylı xalqlar arasında bədxah qüvvələrdən qorunmağın 

“Kitabi - Dədə Qorqud” boylarına gedib çıxan xüsusi adətləri də 

vardır  -  uca  bir  yerə  bərkidilmiş  heyvan  kəlləsini  nişangaha 

çevirmək belə adətlər sırasındadır: 

*

 

“Kənddəki cavanlar ətrafdakı ağaclardan birinin başından 



bir heyvan kəlləsi asırlar. İnama görə, nəhs ruhlar evlənən oğlana 

mane  olmaq  üçün  əjdahadan  istifadə  edərək  onun  xeyir  işini 

pozmaq  istəyirlər.  Həmin  kəllə  də  əjdahanın  rəmzidir  və  elə 

“əjdaha” da adlanır... “Əjdahaya” növbə ilə atəş açırlar. Kəlləni 

sərrast  atəş  İlə  yerə  salan,  yaxud  dağıdıb  tökən  qalib  hesab 

olunur.... 

-

 

Həm mövsüm, həm də məişət mərasimlərimiz Azərbaycan 



tolerantlığı və multikulturalizminin mühüm qaynaqlann- dandır. 

-

 



Mədəniyyət  cəmiyyətin  müxtəlif  qatlarında  dialoqun 

idarəedilmə  prinsiplərinin  toplusudur  -  bu  da  heç  təsadüfi 

sayılmır,  çünki  ilkin  olaraq  mədəniyyətin  özü  dialoqdan 

formalaşır,  dialoqla  kök  atıb,  dialoqla  şaxələnib  qurulur,  çünki 

bilgi, təcrübə dialoq vasitəsilə ötürülür. 

-

 



Elə  bu  səbəbdəndir  ki,  mədəniyyət,  hər  şeydən  öncə, 

insanın özünü tanıması, ifadəsi və təsdiqi şəbəkəsidir. 

-

 

Məhz bu baxımdan mədəniyyət  öz genetik kodları  etibarı 



ilə muItikulturaJizmin ideyalarına açıq bir sistemdir. 

-

 



Bu  fikri  daha  konkret,  daha  dəqiq  və  daha  aydın  şəkildə 

belə ifadə etmək mümkündür: 

*

 

mədəniyyət bir sistem olaraq apriori - ilkin olaraq, multİ- 



kulturaldır  və  ya  mədəniyyət  multikulturallıq  prinsipini  “multi- 

kulturalizm” anlayışından öncə özündə ehtiva edir. 

-

 

Biz qədim mədəniyyətlərdən söz salarkən gərək unutmayaq 



ki, faktiki surətdə böyük imperiyaların mədəniyyətindən danışınq. 

İmperiyanın  mədəniyyəti  isə  həmişə  çoxsaylı  xalqların 

mədəniyyətinin  qarışığından,  onların  dialoqundan  əmələ  gəlmiş 

mozaik bir tamdır. 



116 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə