Multikulturalizm ~ fəlsəfi lüğət
dinindən dönən Şeyx Sənana haqq qazandınr və eşqin dindən uca
olduğunu bir daha təsdiq etmiş olur.
-
Multikultural düşüncələrin Azərbaycan ədəbiyyatında daha
geniş vüsət aldığı dövr XIX əsr və sonrakı yüzilliyin ilk iki on
illiyidir.
-
XIX əsrdə Azərbaycanın Şimal bölgələri rus imperiyasının
tərkibinə daxil olur, beləliklə də, yerli müsəlman əhalisinin başqa
bir dinin - xristianlığın daşıyıcılan olan ruslarla birbaşa
əlaqələrinin əsası qoyulur.
-
Bu dövrdə bir sıra Azərbaycan ziyalıları rus dilində təhsil
alır, rus mədəniyyətinə və onun vasitəsilə Avropa mədəniyyəti ilə
də tanışlıq əldə edir və bütün bunlarm nəticəsi olaraq rus və
Avropa ədəbiyyatından Azərbaycan dilinə ilkin tərcümələr ortaya
çıxır.
-
Bu cür multikultural mühit Azərbaycan bədii ədəbiyyatına
da öz müsbət təsirini göstərir və bilavasitə bu qlobal məsələni
özündə ehtiva edən bir sıra dəyərli əsərlər ortaya çıxır.
-
Abbasqulu ağa Bakıxanov Varşavaya səfərini, burada
gördüklərini, rus ziyalıları ilə tanışlığını “Miratül-camal”
(“Gözəlliyin aynası”) adlı poemasında bədii şəkildə təsvir edir.
-
Mirzə Şəfi Vazehlə alman alimi Fridrix fon Bodenştedtin
dostluğu və ədəbi əlaqələri də bu dövrün multikultural mühitinin
diqqətçəkici məqamları sırasındadır:
*
F.Bodenştedt 1844-cü ildə Tiflisə gələrək burada fransız və
latın dillərini tədris etmişdir;
*
Tiflisdə olarkən o Vazehdən Azərbaycan və fars dillərini
öyrənmiş, onu “Şərqli aqil Mirzə Şəfi” adlandırmışdır;
*
F.Bodenştedtin 1850-ci ildə Berlində nəşr olunmuş
“Şərqdə min bir gün” kitabı alman elmi və ədəbi ictimaiyyətini
Qafqazla, o cümlədən Azərbaycanla, Azərbaycan ədəbiyyatı ilə
birbaşa tanış edən ilkin mənbə kimi olduqca dəyərlidir.
129
Yaşar Əhmədov AzərHətamov
-
Mirzə Fətəli Axundzadənin yaradıcılığında multikultural
fikirlər də istər bolluğu, istərsə də rəngarəngliyi ilə diqqəti çəkir:
*
böyük maarifçi sənətkar hələ 25 yaşında olarkən - 1837- ci
ildə dahi rus şairi A.S.Puşkinin ölümünə bir elegiya həsr etmişdir;
*
“Puşkinin ölümünə Şərq poeması” adı ilə tanınan bu
şeirində Puşkini “söz odusunun başçısı” adlandırmaqla yanaşı,
burada rus elminin görkəmli nümayəndələri olmuş Lomonosov,
Derjavin və Karamzinin də adlarını böyük ehtiramla çəkir;
*
“Hekayəti - Müsyö jordan və dərviş Məstəli Şah” adlı
komediyasında İsə maarifçi fransız obrazını (Müsyö Jordan)
yaratmış, bununla da Qərb mədəniyyətinə olan rəğbətini açıq-
aşkar şəkildə ifadə etmişdir;
*
M.F.Axundzadənin komediyalarında rus, erməni və alman
xalqlarının nümayəndələrinə də epizodik şəkildə rast gəlirik.
-
Seyid Əzim Şirvaninin yaradıcılığında da multukul-
turalizm dəyərlərini əks etdirən fikirlər kifayət qədərdir:
*
şagirdlərinə özünün və Şərq klassiklərinin humanist
fikirlərini təbliğ etmiş, onların sağlam ruhda böyüməsinə, əsl
vətəndaş kimi yetişməsinə xüsusi qayğı və diqqət göstərmişdir;
*
kökünü savadsızlıq və cəhalətdə, dini-məzhəbi ayrı-
seçkilikdə, qaranlıq və nadanlıqda görmüş, çıxış yolunun elmə və
biliklərə yiyələnmək olduğunu vurğulamışdır;
*
üzünü
həmvətənlərinə
tutaraq
insanlan
dİni
mənsubiyyətinə görə deyil, əksinə elminə, biliyinə görə
dəyərləndirməyin düzgün olduğunu xüsusi olaraq qeyd etmişdir;
*
öz dövrü üçün rus dilini bilməyin də vacibliyini dərk
edərək gənc nəslə bu dili öyrənməyi tövsiyə etmişdir.
-
Əhməd bəy Ağaoğlu Fransanın məşhur Sorbon
Universitetində islam dəyərləri mövzusunda məruzə etmiş və bu
məruzə Avropa alimləri tərəfindən yüksək dəyərləndirilmişdir.
130
Multikulturalizm - fəlsəfi lüğət
-
Mirzə Ələkbər Sabir Azərbaycanda erməni-müsəlman
münaqişəsi baş verən kimi - 1905-ci ildə “Beynəlmiləl” adlı şeir
yazaraq iki milləti barışığa, sülhə çağırmışdır.
-
Nəriman Nərimanov - “Bahadır və Sona” adlı romanında
dini ayn-seçkilyi pisləmiş və ayrı-ayrı dinlərin daşıyıcılarına olan
fərqli baxışları “uçurum” adlandırmışdır.
-
Hüseyn Cavid “Şeyx Sənan” adlı faciəsində insanları
ayrı-ayrı dinlərə bölənlərə qarşı öz etiraz səsini ucaltmışdır:
* “Mənim taımm gözəllikdir, sevgidir” sözlərini Cavid
özünün həyat devizi seçir.
-
Abdulla Şaiqin I910-cu ildə yazdığı “Iləpimiz bir günəşin
zərrəsiyiz” şeiri də fıkrimizcə XX əsrin əvvəllərindəki
Azərbaycan ədəbiyyatında özünə möhkəm yer tutan multi-
kultural düşüncənin nə dərəcədə yüksək səviyyədə olduğuna
yaxşı bir nümunə ola bilər:
Həpimiz bir günəşin zərrəsiyiz,
Həpimiz bir yuva pərvərdəsiyiz.
Ayramaz bizləri təğyiri-lisan,
Äyramaz bizləri təbdili-məkan,
Ayramaz bizləri İncil, Quran,
Ayramaz bizləri sər həddi-şahan...
Ayramaz Şərq, Cənub, Qərb, Şimal,
Yetişər kinü ədavət daşımaq!
*
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının
1995-ci ildə Azərbaycanda nümayəndəsi olmuş cənab Paolo
Lembo bu şeiri “Azərbaycan Respublikasında insan inkişafı
haqqında hesabat-1995” kitabına epiqraf kimi vermiş və həmin
kitabı Abdulla Şaiqin Bakıdakı Mənzil Muzeyinə təqdim edərkən
demişdir:
*
“Azərbaycanın görkəmli şairi Abdulla Şaiqin bu
misralarında bütöv bir xalqın, Azərbaycan xalqının qardaşlıq və
sülh arzulan, istəkləri özünün parlaq təzahürünü tapmışdır. Bu
şeir
131
Dostları ilə paylaş: |