Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Yaşar Əhmədov AzərHətəmov



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə32/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   28   29   30   31   32   33   34   35   ...   144

Yaşar Əhmədov AzərHətəmov 

paralel  olaraq,  XI  əsrin  sonlannda  tarix  səhnəsinə  daxil  olmuş 

Xaçınçay  və  qismən  də  Tərtər  çayımn  hövzələrini  əhatə  etmiş 

Arsax-Xaçm xristian alban knyazhğı yaranmışdı. 

-

 

Ərəb  xilafəti  hökmranlığından  sonrakı  dövrdəölkədə 



yaranmış  münbit  multikultural  mühit  -Azərbaycanda  İntibah 

dövrünün  yaranması,  yeni  ictimai-siyasi  fəlsəfi  fikirlərin, 

təlimlərin  cəmiyyətə  şamil  edilməsi  Qərb  və  Şərq 

mədəniyyətlərində körpü salan memarlıq, incəsənət və musiqidə 

oxşar cəhətlərin meydana çıxmasına şərait yaratmış, Azərbaycan 

dünya  mədəniyyətinə  Nizami  dühası.  Xaqani  dünyası.  Əcəmi 

əzəmətini vermişdi. 

-

 



Orta əsrlərdə multukultural mühit Şirvanşahlar dövlətində 

də yüksələn xətlə gedirdi: 

*

 

IX  əsrin  ikinci  yarısından  Şirvanşahlar  dövləti  dini 



baxımdan çoxçalarlılığı ilə seçilirdi

*

 



IX  əsrdə  artıq  islam  dini  Şirvanda  yayılsa  da  lakin 

xristianlıq  və  politeist  dinlər  yerli  əhali  tərəfindən  qorunmuş, 

müqəddəs ağaclara, daşa, oda sitayiş saxlanılmış, atəşpərəstliyin 

qalıqları məişətdə (xüsusən toy və uşaqların dünyaya gəlməsi ilə 

bağlı ayinlərdə) uzun müddət qalmışdı; 

*

 



bu dövlətin əhalisi də etnik tərkibinə görə rəngarəngliyi ilə 

seçilmiş,  bu  məkanda  türk,  qafqazdilli,  farsdilli  və  müxtəlif 

mənşəli etnoslar yaşamışlar; 

*

 



türk tayfalan Şirvana erkən orta əsrlərdə  gəlmiş,  VI əsrin 

əvvəllərindən  başlayaraq,  sabirlər  Xəzər  dənizi  boyunca  və 

Qafqaz  dağlanndan  Dərbəndə  qədər,  geniş  bir  ərazidə 

məskunlaşmışdılar; 

*

 

türk tayfalannm ayn - ayrı qruplan cənuba, Şirvana keçmiş, 



Dərbənd  keçidindən  gəlmiş  hunlarla  və  xəzərlərlə  birlikdə  yurd 

salmışdılar. 

-

 

Erkən orta əsrlərdən başlayaraq, sasanilərin ölkədə apardığı 



köçürmə  siyasəti  nəticəsində  Şirvanda  cərəyan  edən  etnik 

proseslərdə irandilli əhali də mühüm rol oynamışdır. 



96 


Multikulturalizm ~ fəlsəfi lüğət 

-

 



Dini  etiqadlarına  görə  gəlmə  türk  tayfaları,  həmçinin 

irandilli məsqutlar xristian idilər. 

-

 

Orta əsrlərdə Şirvanşahlar dövlətində yəhudilər də yaşamış 



və Şabranda məskunlaşmışdılar; 

*  Şirvanşahlar  dövlətində  müxtəlif  dünyəvi  dinlərə  etiqad 

edən insanlar -mömin müsəlmanlarla birgə xristian və yəhudilər 

birgə yaşayış qaydalarını əsas götürmüşdülər. 

-

 

Şirvanşahlar  dövlətində  yaşayan  tatlar  dini  bölgüyə  görə 



təkcə müsəlman deyil, iudey və qriqorian da olmuşlar. 

-

 



İudey  tatlar  orta  əsrlərdə  Şirvanın  tərkibinə  daxil  olan 

Dərbənd  zonasında,  Qusarda  (Qusarçay  kəndində),  Qubada 

(Qırmızı qəsəbə), Şamaxıda (Müci), Göyçayda (Müci- Həftəran), 

Qəbələdə  və  Şəki  rayonlannda  yaşamış,  sonralar  onların  bir 

hissəsi Bakıya köçmüşdü. 

-

 



Orta  əsrlərdə  Şirvanşahlar  dövlətində  qriqorian  tatlar  isə 

əsasən Şamaxıda (Mədrəsə, Kərkənc, Dərə - Kərkənc, Kələ- hana, 

Məsəri,  Saqiyan  kəndlərində),  Göyçayda,  İsmayıllıda  (Bank, 

Ruşanq)  və  Abşeron  rayonunda  məskunlaşmış,  XVIII  əsrin 

sonunda  Fətəli  xanın  hakimiyyəti  dövründə  Qubaya 

köçürülmüşdülər. 

-

 

Orta  əsrlərdə  Şirvanşahlar  dövlətinin  şəhərlərində  yerli 



əhali  olan  xristianlar,  İslama  ibadət  edən  ərəblər,  İrandan 

gəlmələr, həmçinin yəhudilər xüsusi məhəllələrdə yaşamışdılar. 

-

 

 Şirvanşahlar  dövlətində  multikultural  mühiti  eyni 



zamanda müxtəlif dilliliyi canlandırmış, fars dili rəsmi ədəbi dil, 

ərəb  dili  ilahiyyat  və  dili,  danışıq  dili  isə  Azərbaycan  türkcəsi 

olaraq qəbul edilmiş, Azərbaycan multikulturalizminin siyasi və 

hüquqi qaynaqlarını zənginləşdirilməsinə təsir etmişdilər. 

-

 

Azərbaycan  multikulturalizminin  siyasi  və  hüquqi 



qaynaqları  Azərbaycan  Səfəvilər  dövlətində  daha  da 

zənginləşmiş,  ölkədə  multikultural  mühit  qorunmuş,  xristian 

dininə  etiqad  edən  əhalinin  etiqadına  ehtiramla  yanaşılmış, 

monastırlar vergilərdən azad edilmişdir. 

97 



Yaşar Əhmədov AzərHətəmov 

-

 



Bu  siyasət  I  Şah  İsmayıldan  başlayaraq  davamlı  olaraq 

getmişdir: 

*

 

belə  ki.  Şah  I  İsmayılın  “Qızıl  -  Vəng  monastırı  və 



ruhanilərinin  bəzi  dövlət  vergi  və  mükəlləfiyyətlərindən  azad 

edilməsi” haqqında 26 avqust 1505-ci il fərmanı indiki Kəlbəcər 

rayonu ərazisində yerləşən Qızıl - Vəng (Amenaprkiç) monastınm 

və 


onun 

ruhanilərini 

13 

adda 


dövlət 

vergi 


və 

mükəlləfiyyətlərindən azad etmişdir

*

 

şah  I  Təhmasibin  hakimiyyəti  dövründə  də  məmləkətin 



qeyri-müsəlman  sivilizasiyasının  təmsilçilərinə  qarşı  ədalətli 

siyasət  davam  etdirilmiş,  16  kəndin  Alban  apostal  kilsəsinə  aid 

olan Tatev monastrına məxsus olması bir daha təsbit olunmuşdur; 

*

 



1571-ci  ildə  Qəzvində  şah  sarayında  Şah  I  Təhmasiblə 

danışıqlar aparmış digər Venetsiya səfiri Vinçenso Ales- sandrini 

xristian  əhaliyə  qarşı  dövlət  səviyyəsində  humanist  siyasətin 

şahidi olmuş və qeyd etmişdir ki,  mən sarayda  olduğum  zaman 

şah ermənilərin yaşadıqları Zutta ərazisində bütün vergiləri ləğv 

etmişdir. 

-

 

Şah I Abbasın dövründə də xristian kilsələrinə məxsus olan 



daşmar  və  daşınmaz  əmlak  müsəlman  dini  idarələrinə  məxsus 

olan  əmlak  kimi  dövlət  səviyyəsində  müqəddəs  və  toxunulmaz 

elan edilmişdi: 

*

 



erməm  salnaməçisi  Zəkəriyyə  Kənəkirli  Şah  I  Abbasın 

hakimiyyəti dövründə xristianlara, xüsusilə də ermənilərə öz dini 

ayin və mərasimlərini sərbəst şəkildə icra etməkdə heç bir maneə 

olmadığını  göstərmiş,  hətta  şahın  onlara  kilsələr  tikməkdə 

yardımçı olması ilə bağlı fərman imzaladığını da qeyd etmişdir; 

*

 



II Şah Abbas da ölkə xristianlarının mülkiyyətini qoruyan 

qərarlar  vermiş,  27  aprel  -  26  may  1645  fərmanı  ilə  ermə- 

ni-qriqorian  kilsəsinin  katolikosu  Filipposa  dağılmış  kilsələrin 

bərpasına icazə vermişdir

98 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə