Roman, povestlər



Yüklə 3 Mb.
səhifə48/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   44   45   46   47   48   49   50   51   ...   158

 170 

ovcundakı cızıqlara çəkdi və dedi: 

—İstəyirsən falına baxım? 

—Baxa bilərsən? 

—Əlbəttə. O biri əlini də aç görüm. 

Zaurun hər iki əlini  əlləri arasına aldı, uzun-uzadı 

ovuclarının içinə tamaşa elədi. 

—Sağ  əl keçmiş  və indiki vaxtdır. Ona görə ki, sağ  əl 

fəaldır, işdədir, olmuş və indi bu saat olacaq işləri göstərir. Sol 

əl isə  gələcəkdir, hələ olacaq hadisələri xəbər verir, odur ki, 

hələ  hərəkəti azdır, passivdir... Bax, bu xətlər xoşbəxtlik, 

yalqızlıq, kədər xətləridir... Bu gözləmədir, bu xətt isə qəribə, 

gözlənilməz işlərə qadir olub-olmamağını göstərir. Görək indi 

səndə necədir? Bax bu, şöhrət xəttidir, səndə var bu xətt. Bu 

xətt Ay xəttindən başlanır, yəni real həyatdan daha çox 

fantaziyalara qapılırsan... Amma bu xətt də real həyat xəttinə 

qovuşur. Bunu görürsən, bax, bu xətt... Aha... İşə bax, iki, ya 

üç uşağın olacaq — hər halda ikisi mütləq oğlan uşağıdır... 

—Yəni bunu da təyin eləmək olur? 

—Bəs necə? Elə bilirsən halvaymış səninçün... Bax, bu xətti 

görürsən — sənin bir bacarığın varmış — bütün hisslərini, 

düşüncələrini işə, zəhmətə yönəldə bilirsənmiş...  Şüurun 

dəqiqdir, müstəqimdir, bir balaca, lap belə cüzi dərəcədə 

xəyala, fantaziyaya meyl edirsən... Lap qoca yaşlarınacan ömür 

sürəcəksən və axıra qədər də həyatı sevəcəksən... Dövlətin çox 

olmayacaq. Başqa şəhərə köçüb eləməyəcəksən... Aha,.. bu xətt 

mübarizə xəttidir, amma o heç bir başqa xəttə qovuşub eləmir. 

Bax, bu da Venera kəməridir —sevmək və aldanmaq bacarığı... 

Bu xətt də yarıda qırılır... Bütün xətlər elə bil yarımçıqdır e, 

Zaurik!  

—Dad yarımçıq əlindən... 

—Dalına qulaq as... Ən çətin sınaqdan orta yaşlarında 

keçəcəksən... Ömrün haçalanacaq — bax, görürsən, bu 

haçalanmış  xətt — tale xəttidir — haçansa iki od arasında 

qalacaqsan... Sinnə dolduqca xasiyyətin daha mülayim olacaq, 



 171 

amma zəhmin, zabitən artacaq... Kaş sənin sinli çağını, zəhmli-

zabitəli vaxtını görəydim. Zaurik, heç səni bu sifətdə təsəvvür 

edə bilmirəm...  

—Yaxşı, mənim məsələmi bildik. İndi öz falına bax. 

—Yox, nə danışırsan, qorxuram, heç vaxt öz falıma 

baxmaram, qoymaram da ki, başqası baxsın. Bir dəfə 

baxdırmışam, bəs eləyib. 

—Baxdırmısan, nə çıxıb ki? 

—Demirəm. 

—Yaxşı, de görək, ürəyimizi çəkmə... 

—Yox, yox... 

—Özün bil... 

Zaur təkid eləmədi və həmişə olduğu kimi indi də inadından 

vaz keçən kimi Təhminə özü razılaşdı: 

—Yaxşı, deyərəm, ancaq bircə  şərtlə, — dedi, — bu sirri 

heç kəsə verməyəsən. Bir sən bil bunu, bir də mən. Ovcumun 

içinə bax, bu xətti görürsən, burada qırılır, görürsən? 

—Hə... 

—Bilirsən niyə qırılır burda? 



—Yox. 

—Bu mənim ömrümdür. Qırılması da ölüm. Erkən ölüm... 

Bir qoca falçı vardı, o baxıb falıma, o dedi... 

—Utanmırsan, ali təhsilli qızsan, başını belə  cəfəngiyatla 

doldurursan. 

Elə bil eşitmədi Zaurun sözlərini: 

—Bəzən düşünürəm, Zaur, — dedi. — Birdən, doğrudan da, 

bütün bu sən demiş  cəfəngiyat düz oldu, necə deyərlər, çin 

çıxdı. Günü sabah azarladım öldüm, təyyarədə, ya maşında 

qəzaya düşdüm, nə bilim, min cür səbəbdən insan ölə bilər... 

Bəzən belə fikirlər dolur başıma, öz-özümə yaman yazığım 

gəlir, az qalıram ağlayım... Düşünürəm ki, sabah yıxılıb ölsəm, 

kim mənimçün yanacaq? Ərim? Tutalım bir ay, üç ay 

heyfsiləndi, sonra hər  şeyi unudacaq gedəcək... Başqa kim — 

qonşumuz Mədinə, o da tutalım bir ay, yox, bir ay da yox, iki 



 172 

həftə yas saxladı mənimçün... Başqa kim? Sən? Yaxşı, sən də 

iki həftə, ya bağışla, iki həftə çox uzun müddətdir, bir həftə üç 

gün mənimçün matəm saxladın, dərdə-qəmə batdın, lap saldın 

ürəyinə... Sonra? Sonra axı  sən də unudacaqsan, elə deyil?.. 

Hər  şeyi unudacaqsan... Bu görüşlərimizi də, o sahili də, bax 

həmin bu eyvanı da... Düz demirəm? 

—Səfeh-səfeh danışmaqdan yorulmadın? Nədi elə başına 

qara-qura fikirlər salırsan, gah ayrılmağımızdan dəm vurursan

gah ölümdən. Gəl yanıma... 

Otağa keçdilər. Otaqda içində neçə vaxtdan bəri insan 

yaşamayan mənzilin səliqəsizliyi vardı — güncdə sement 

qutuları qoyulmuşdu, bir qırağa mismarlar, çəkiclər, mişar və 

rəndə atılmışdı, qab-qacaq pəncərə ağzına yığılmışdı, qarğıdan 

hörülmüş həsir səbətlər üst-üstə qalanmışdı, sınıq-salxaq şkafın 

rəflərində sirkə, abqora şüşələri düzülmüşdü, zivənin dalına 

döşəklər, üzsüz balışlar və yorğanlar yığılmışdı... 

Zaur Təhminəni öpdükcə, oxşadıqca Təhminə: 

—Qəsdən, qəsdən səni bura gətirdim, — deyirdi, — axırıncı 

dəfə, son dəfə, son dəfə səninlə olmaq istəyirdim... 

Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür 

bütün bunlar hamısı, axırıncı görüşləri-filan deyil, yenə 

görüşəcəklər, yenə sevəcəklər bir-birlərini, çünki Təhminə 

onsuz — Zaursuz yaşaya bilmir. Buna lap qəti əmin olmuşdu 

Zaur, odur ki, sakit idi... Deyir, axırıncı görüşümüzdür, çox 

gözəl, mən daha görüşmək üçün heç bir təşəbbüs 

göstərməyəcəyəm, desə, deyəcəyəm ki, "balam, özün qərar 

vermədin, axır görüşümüzdür?". Özü məni axtaracaq, özü 

tapacaq, mən ancaq gözləməliyəm, vəssalam... 

Maşına minəndə Təhminə:  

—Amma səni o bağa aparmağımın bir səbəbi də var idi, 

dedi: — Bu səbəbi heç vaxt bilməyəcəksən. 

—Nə səbəbdir ki? 

— Demirəm. 

Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə  Təhminə özü 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə