Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

P.Çaykovski, M.Musorqski, A.Borodin,

N.Rimski‐Korsakov, S.Raxmaninov, daha son‐

ralar D.Şostakoviç, S.Prokofyev kimi dahi

bəstəkarların yaradıcılıq ənənələri, təbii ki,

Azərbaycan bəstəkarları üçün çox böyük

məktəb olmuşdur. Bəstəkarlarımız onların

irsini dərindən öyrənərək və ənənələrini

davam etdirərək Rusiyada və digər ölkələrdə,

xüsusilə opera sahəsində geniş yayılmış yeni

dəbli antirealist cərəyanların təsirindən uzaq

durmağı bacardılar.

Təbii ki, Ü.Hacıbəylinin yeni siyasi‐sosial

şəraitdə tarixi‐qəhrəmanlıq mövzusuna müra ‐

ciət etməsi heç də təsadüfi deyildi. Bəstəkar

milli‐səhnə incəsənətinin problemlə rini həll

edərək, eyni zamanda bütün sovet incə 

sənətinin inkişaf yoluna qoşuldu. «Koroğlu»



operası elə bir dövrdə səsləndi ki, bu zaman

Kovalın «Yemelyan Puqaçov», Xrennikovun

«Tufanda», Dankeviçin «Boqdan Xmelnitski»

kimi operaları artıq yaranmışdı.

Azərbaycanda ilk ümumavropa tipli

operaların müəllifləri öz yaradıcılıqlarında

xalq kütlələrinin və tipik xarakterlərin fərdi

xüsusiyyətlərinin musiqili‐səhnə təcəssü münü

qarşılıqlı əlaqədə həyata keçirməyə nail oldu‐

lar. Bu, çox əhəmiyyətlidir, məhz bu əsərlərdə

operaların qəhrəmanlarının musiqili xarakte ‐

ristikasının psixoloji dərinliklə işlənilməsi vacib

bir ənənəyə çevrildi. Başqa sözlə desək,

operanın hər bir qəhrəmanı artıq səhnədə

muğam oxumadan bəstəkar tərəfindən ona

yazılmış fərdi musiqili xarakteristikaya malik

oldu. Qəhrəmanların musiqili xarakteristika ‐

sının psixoloji işlənməsi muğam‐monoloq 

larında təmsil olunan ziddiyyət və hadisələrin



ümumiləşdirilmiş ifadəsindən çoxşaxəli məzmu ‐

nunun konkret‐fərdi təcəssümünə doğru

irəliləyişə gətirib çıxardı.

Musiqi qaynaqlarının sintezi, ənənəvi xalq

musiqisinin intonasiya kökləri, kütləvi mahnı ‐

lar və müasir leksika ilə zənginləş dirilmiş

klassik opera musiqisi – bütün bunlar Ü.Hacı ‐

bəylinin «Koroğlu» operasındakı tarixi xid ‐

mətləri idi. Bu sintez Azərbaycan opera sının

üslubuna özünəxas cəhətlər aşıladı.

Beləliklə, XX əsrin əvvəllərindən muğam

operalardan başlayaraq XXI əsrin əvvəllərinə

kimi  Azərbaycan operası böyük bir yol keç ‐

miş, müxtəlif mövzulu və rəngarəng janrlı

əsərlərlə zənginləşmişdir.

1.1930‐cu illərdə rus operaları istiqamə ‐

tində, sovet gerçəkliyi ilə bağlı müasir möv ‐

zuda yazılmış mahnıvari opera –  «Nərgiz»;

2. Tarixi‐qəhrəmanlıq janrındakı opera –

«Koroğlu»; 

3. Müasir hərbi mövzuda yazılmış opera –

«Vətən»;


4. Müasir mövzulu lirik operalar – «Sevil»,

«Aygün»; 

5. Tarixi və vətənpərvərlik cizgiləri ilə zən ‐

ginləşdirilmiş lirik operalar – «Nizami», «Vaqif»,

«Natəvan»; 

6. Klassik və müasir texnologiyalardan

istifadə etməklə muğam opera ənənələrini yeni

bədii keyfiyyətlərlə davam etdirən muğam‐

operaları – «Gəlin qayası», «Xanən dənin taleyi»,

«Ağ atlı haqqında əfsanə» rok operası.

Milli operanın yeni janrlarla zənginləş di ‐

rilməsi də qeyd edilməlidir. Bu, təmsil‐opera

«Tülkü və Alabaş» (opera‐alleqoriya), simvo‐

lik qəhrəmanlardan ibarət olan «Aldanmış ul‐

duzlar» operalarıdır.

74

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Milli opera musiqisinin spesifikası, onun

üslub xüsusiyyətləri – bütün bu müxtəlif

janrlı, müxtəlif surətli əsərlərin vahid bir

qrupda – Azərbaycan operalarında birləş mə ‐

sindən ibarətdir.

Şübhəsiz ki, opera mədəniyyətinin di‐

namik prosesinin ardıcıllığında şərtsiz bir

məntiq, daxili qanunauyğunluq vardır. Azər ‐

baycan opera incəsənəti inkişaf edərək daha

da güclənmiş və janrın diapazonunu geniş ‐

ləndirərək XX əsrin opera mədəniyyətini zəngin ‐

ləşdirmişdir.



ӘDӘBİYYAT

1.С.Касимова. Из истории азербайджан‐

ской оперы и балета (1908‐1988гг.) «Адиль‐

оглы», Баку, 2006г.



XÜLASӘ

Təqdim olunan məqalə Azərbaycan opera ‐

sının klassik opera janrı kontekstində inkişaf

tarixindən bəhs edir. 

Məqalədə, həmçinin Azərbaycanda mey‐

dana gəlməzdən əvvəl operanın Rusiya və

Avropanın bir çox ölkələrində keçdiyi maraqlı

inkişaf yolu haqqında da məlumat verilir.

Xarici bəstəkarların Azərbaycan opera

müəlliflərinin yaradıcılığına təsiri və milli

operamızın müxtəlif mövzulu və rəngarəng

janrlı əsərlərlə zənginləşməsi qeyd olunur.



Açar sözlər: opera, janr, klassika, muğam

РЕЗЮМЕ

Статья, представленная И. Э. Магерра‐

мовой, посвящена историческому разви‐

тию азербайджанской оперы в контексте

классического оперного жанра. 

В статье даются сведения о путях разви‐

тия оперы, которая прошла во многих

странах Европы и России, прежде чем по‐

явилась в Азербайджане. Также отмечается

влияние зарубежных авторов на творчество

азербайджанских оперных композиторов и

обогащение национальной оперы разнооб‐

раз ной тематикой и разнохарактерными

произведениями.   



Ключевые слова: опера, жанр, классика,

мугам.

İnara MӘHӘRRӘMOVA,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Naxçıvan Dövlət Universiteti 

75

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə