Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

mavi, göy və qara rəngdə brilyantlara da rast

gəlinir.


Süni yolla brilyantın rəngini 3 yolla

dəyişirlər. Yüksək temperaturla, yüksək təz ‐

yiqlə və irradatsiya (subatom hissəciklərinin

şüalanması yolu ilə) yolu ilə brilyanta müxtəlif

rənglər verilir.

Brilyant nə qədər rəngsiz olsa, bir o qədər

dəyərli hesab olunur.

Brilyantın çəkisi karatla ölçülür. 1 karat 0.2

qrama (200 mq) bərabərdir. Kütləsinə görə

brilyantlar kiçik (0.29 karata kimi olanlar), orta

(0.30 ‐dan 0.99 karata qədər olanlar) və böyük

(1 karat və ondan çox olanlar) karatlı brilyant‐

lar qrupuna bölünürlər. Brilyantın karatı

artdıqca, qiyməti də artır.

Brilyanta, əsasən, şəffaflığına görə qiymət

verilir. Təbii daş olduğuna görə brilyantın

tərkibində kiçik qaramtıl hissəciklər olur. Bu

hissəciklər nə qədər kiçik və görünməz olsa,

brilyantın qiyməti bir o qədər baha olar.

Brilyant almazın emalından sonra əmələ

gəlir. Dünyada elə brilyantlar mövcuddur ki,

onlar tarixdə buraxdıqları izlərə görə çox

məşhurdurlar. Məsələn:

Yaşıl Drezden – açıq‐yaşıl rəngdə qü‐



sursuz keyfiyyətə malik brilyantdır. Bu

brilyant Drezdendə saxlanılır və 41

karatdır.

Xoupun almazı – çox nadir dərin sapfir



rəngində olan bu brilyant, həm də

düzgün praporsiyaya malikdir. 1830‐cu

ildə onu zinət əşyalar kolleksioneri

bankir Xoup auksionda əldə etmişdir

və brilyanta öz adını vermişdir. 1958‐ci

ildən Vaşinqtonda saxlanılır və 44.5

karatdır. Hesab olunur ki, bu daş

bədbəxtlik gətirir.

Kullian I – Şəffaf və rəngsizdir,



damcıya oxşar formaya malikdir. Dün ‐

yada mövcud olan ən böyük almaz dır.

Təqribən 530.2 karatdır. Bu brilyant

hal‐hazırda Tauerdə (Londonda) saxla ‐

nılır. O VII Eduardın skipeterini (hökm ‐

dar əsasını) bəzəyir.

Sansi – damcıya oxşar formadadır.



Solğun sarı rəngdədir və 55.23 karat dır.

Markiz Nikolya de Sansi onu İspani ‐

yadan  qaçan  Portuqaliya  şahza  də sin ‐

dən almışdır və sonralar brilyanta onun

adı verilmişdir. Sansi hal‐hazırda Luvrda

saxlanılır.

Tiffani – 128.51 karatdır. Parisdə hazır ‐



lanmış bu brilyant «Tiffani» firması

tərəfindən əldə olunmuşdur. Hal‐

hazırda Nyu‐York şəhərindədir.

Koxinur – 180.93 karatdır. Bu brilyant



1300‐cü ildən bəri mövcuddur. Әvvəl ‐

lər üzərində sarımtıllıq olsa da, son‐

radan təraşlama nəticəsində ideal vəziy yətə

çatdırılmışdır. Hal‐hazırda Britaniya

kraliçası Yelezavetanın tacını bəzəyir.

Tauerdə (Londonda) saxlanılır.

Kullian VI – Dünyada ən böyük olan



3106 karat məşhur Kullian brilyantının

105 hissəsindən biridir. Təqribən 63.6

karatdır. 1911‐ci ildə Kraliça Merinin

tacına taxılmışdır. Hal‐hazırda Tauerdə

(London) saxlanılır.

Nassak – 43.88 karatdır. İlkin formada



90 karat olmuşdur və Bombeydə

(Hindistan) Nassak şəhərində Şivanın

kilsəsində saxlanılırdı. 1853‐cü ildə

ingilislər Hindistanı işğal etdikdə




Nassakı qənimət kimi götürmüşdülər.

1927‐ci ildə  Nyu‐Yorkda ona zümrüd

forması verildi. Hal‐hazırda ABŞ‐da

şəxsi kolleksiyada saxlanılır.

Şahın almazı – 88.7 karatdır. Mənşəcə



Hindistan brilyantıdır. Hal‐hazırda Ru ‐

siya Federasiyasının «Almaz Fondu»nda

saxlanılır.

Florentiets – 137.27 karatdır. Sarı limon



rəngindədir. 1657‐ci ildən bəri Floren‐

siyada Medici ailəsinə məxsus olub.

XVIII əsrdən Habsburqerin tacına bər ‐

kidilmişdir və bəzək sancağı kimi

istifadə olun muşdur. II Dünya mühari ‐

bə 


sin 

dən sonra bu brilyantın taleyi

məlum deyil.

Yaqut (Rubin)

Zərgərlikdə işlədilən ən bahalı daşlardan

biridir. Daşın tərkibində alüminium‐oksid var,

bu da korundun bir formasıdır. Sərtliyinə görə

yaqut almazdan sonra ikincidir.  Rubinin qır ‐

mızı rəngin çalarlarında olması onun tərki ‐

bində xromun olmaması ilə bağlıdır. Başqa

rənglə rənglənmiş olan korund sapfir adlanır.

Onu sirkonla, müxtəlif – daha zəif sərtliyi olan

daşlarla, şpinel və qranatla səhv salmaq olur.

Sapfirdən fərqli olaraq, təbii rubin ulduzşəkilli

ola bilir. Mineralogiya baxımından rubin, ko‐

rund mineralının alüminium‐oksidi ilə bir ləş miş

qırmızı rəngli formasıdır ki, bu da təbiətdə

yetərincə geniş yayılıb. Rubin haqda ilk məlu ‐

matlar b.e.ə. VI əsrə aiddir. Dünyanın müxtəlif

yerlərində əldə olunan rubin qırmızı rəngin

müxtəlif çalarlarını daşıyır. Әn bahalısı mavi

çalarları olan tünd‐qırmızı rəngli birmansk ru‐

bini; bənöv şəyi rəngə çalan vyetnam rubini;

narıncıya çalan siam rubini; qəhvəyi – qırmızı

rəngli tayland rubini; moruğu rəngli seylon

rubini hesab olunur.

Qədim rus müalicə kitablarında yazılıb:

«.... kim özü ilə yaqut (rubin) gəzdirərsə

qorxu lu və pis yuxular görməz, parlaq işıqda

gözü qamaşan adam yaqutu gözünə sürtərsə,

rahat olar və s...»



Sapfir

Sapfir korund daşının bir formasıdır. Sapfirlə

ehtiyatlı olmaq lazımdır, cüzi qızdırmaq onun

rənginin dəyişməsinə gətirib çıxarır. Təbii

sapfirlərin içərisində qalloid maddələrin

möhtəviləri müşahidə edilir. Göy sapfir yük ‐

sək temperaturda öz parlaqlığını itirir, bunun

üçün onunla ehtiyatla davranmaq lazımdır.

Göy və ulduzvari sapfirlər ən bahalı sayılır.

Dünyada ən keyfiyyətli və bahalı sapfirlər

məşhur Hindistan sapfirləridir. 

Sapfirin yataqları:

Göy sapfir: Afrika (Tanzaniya, Nigeriya,

Mada qaskar, Keniya, Malavi), Avstraliya, Bra ‐

ziliya, Myanma (Birma), Pakistan (Kəş mir),

Şri‐Lanka, Tayland, ABŞ (Montana) 

79

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə