Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   36   37   38   39   40   41   42   43   44

Çəhrayı sapfir: Madaqaskar, Myanma (Bir ‐

ma), Şri‐Lanka, Tanzaniya 

Sarı/yaşıl/bənövşəyi  sapfir:  Avstraliya  (Kbin s ‐

lend, Yeni Qərbi Uels), Myanma (Birma), Şri‐

Lanka, Tanzaniya, Tayland, ABŞ (Montana). 

Rəngsiz sapfir: Şri‐Lanka 

Alabəzək sapfir: Tanzaniya

Zümrüd

Zümrüd (Be3Al2SiO6) beril mineralının bir

növüdür. Hələ Vavilonun dövrlərindən

(b.e.ə.3000 il) geniş yayılmışdır. «Zümrüd»

sözü yunan sözü olan «zummurud» sözündən

götürülüb, mənası «yaşıl daş» deməkdir.

Rəngi yaşıldır. Tarixdə ən çox tanınan kristal

«Cavanşir zümrüdü» adı almışdır. Bu daş XIX

əsrin əvvəllərində Cənubi Afrikanın Muso

ərazisində tapılmışdır. Mineralın görkəmin ‐

dəki özünəməxsusluq yüksək asterizm effek ‐

tinə malik olan ulduzşəkilli kristallardır. Belə

daşlar trapiç adlanır və onun miqdarı dünya

üzrə bir neçə ondan yuxarı olmur. Altıguşəli

ulduzlarla bəzəkli olan zümrüd Kolumbiyada

çıxarılır. Kolumbiyanı zümrüd paytaxtı da

adlandırırlar. Burada zümrüdlər damarlar

içində kalsit və pirit ilə bərabər olur. Təmiz

zümrüd çox nadirdir, zümrüd kristal ları, adə ‐

tən, başqa minerallarla birləşmədə üzərində

kiçik ləkələr olur. Әn keyfiyyətli züm 

rüd


daşlar, adətən, brilyant daşlarla əhatələnir ki,

bu da onun rənglərinin daha da dərin

görünməsinə səbəb olur. Solğun, parlaq ol‐

mayan daşlardan isə müxtəlif muncuq

düzümləri hazırlanır. Başqa bir rəvayətə görə,

zümrüdü (beril) özü ilə gəzdirəni ilan, əqrəb

və başqa zəhərli həşəratlar sanca bilməz.

Guya, ilan sancanı ancaq zümrüd tozu ilə

müalicə etmək olar.

Aleksandrit

Qiymətli daş olan aleksandrit xrizoberillin

qiymətli müxtəlifliklərindən biridir. O, 1834‐cü

ildə Finlandiyalı səyyah – mineroloq N.Nor ‐

denşteyn tərəfindən Uralda tapılıb. Bu daşı ilk

çıxarıldığında yaşıl rəngdə olduğuna görə

zümrüd bilmişlər. Bu daşın birləş mə sin də olan

titanium və xrom onun fərqli rəng lər də olma ‐

sına səbəb olur. «Aleksandrit» adı ona rus im‐

peratoru I Nikolayın oğlu, rus taxt‐tacı nın




varisi Aleksandrın şərəfinə verilib. Ural alek‐

sandriti mavi – yaşılımtıl rəngdə olur. Qeyd

etmək lazımdır ki, dünya bazarında məhz həmin

daş başqalarından daha qiymətlidir. Seylon

daşları tünd‐yaşıl rəngi ilə fərqlənir. Ümumiy ‐

yətlə, aleksandrit daşlarının belə rəng çalarları

olur: gündüz, gün işığında – mavi‐yaşılımtıl,

yaşıl; gecələr – moruğu, pur‐pur qır mızı, tünd‐

qırmızı, qırmızı. Təbiətdə aleksandritə kiçik

kristallar şəklində rast gəlinir. Aleksandrit –

şəffaf daş olub sərtliyi Moos şkalası ilə 8,5‐ə

bərabərdir. Aleksandrit Zambiyada, Brazili ‐

yada, Rusiyada, Tanzaniyada, ABŞ‐da, Şri‐

Lankada, Madaqas karda çıxarılır.



Mirvari

Mirvarinin Müqəddəs Qurani‐Kərimdə

adının çəkilməsi, onun insanlara bəzək əşyası

kimi göndərilməsinə dair məlumatın olması,

cənnət bəzəyi adı verilməsi ilə bağlıdır.

Rəvayətə görə, mirvari insanların tökdüyü göz

yaşlarıdır və onlara həmişə bədbəxlik gətirir.

N.Tusi yazır: «....mirvari sevdadan doğan qor ‐

xunu və ürək döyüntülərini ortadan qaldırır.

İnsanın əhvali‐ruhiyyəsini yüksəldir. Qəm və

qüssəni unutdurur. Boğazdan gələn qanı

saxlayır. Göz xəstəliklərinin müalicəsində də

ondan istifadə edilir...»

Әslində, mirvari (inci), mərcan, sədəf,

çanaq üzvi maddədir. Odda yana, insan

bədəninin hərarətindən, tər və çirkdən vaxt

ötdükcə sıradan çıxa bilər. Sirkə və naşatır

kimi kəskin qoxulu maddələr mirvarini yeyir,

tərkibində kalsium karbonat – 91%, üzvi

maddə – 4%, su – 4% və müxtəlif maddələr

1%‐dir.

Bu qiymətli daşın özəlliklərinə, onunla



bağlı maraqlı hadisələrə toxunmazdan öncə,

yaranmasından, növlərindən, hansı məkan lar ‐

da daha çox tapılmasından, yetişdiril mə sin ‐

dən bəhs etmək yerinə düşər. Yeganə bəzək

əşyasıdır ki, onun emala ehtiyacı yoxdur.

Məhz bu keyfiyyətinə görə əsrlər boyu təbii

mirvarilər baha qiymətə təklif olunub. Düzdür,

süni mirvarilər peyda olandan sonra qiymət

düşməsi əmələ gəlsə də, təbii mirvari hələ də

öz yerini və qiymətini qoruyur.

Təbii və süni mirvaridən söz düşmüşkən,

qeyd etdiyimiz kimi, təbii mirvari, adətən,

dəniz midyalarının, şirin su molyusklarının,

bəzən də ilbizlərin qabıqları daxilində əmələ

gəlir. Təsadüfən çanağın içərisinə düşən kənar

bir hissəcik ilbizi və digər adıçəkilən hey van ‐

ları qıcıqlandıraraq şirə buraxmasına səbəb

olur. Şirə isə müəyyən zaman müddətində

kənar hissəciyi əhatə edərək mirvari əmələ

gətirir. Təbii mirvarilərin özü də iki yerə

bölünür: dənizdə və şirin suda, çayda yaşayan

canlılardan əmələ gələnlər.

Onu da qeyd edək ki, təbii mirvarilər

arasında ən diqqət çəkəni və bahalısı gümüşü

və gümüşü‐yaşıl çalarlı mirvarilərdir. Bu

mirvarilərə az rast gəlinir. Təbii mirvarilərin

ağ, qızılı, çəhrayı, yaşıl rəngləri də mövcud‐

dur. Yetişdirilmiş mirvarilərin parıltıları isə bir

az sönük olur. Mirvariləri qiymətləndirmək

üçün, əsasən, yeddi şərt müəyyənləşdirilib:

rəng, parıltı, sədəf qatının qalınlığı, forma,

təmizlik, ölçü, çeşid. Bahalı mirvarilərdən biri

də maraqlı və qəribə tarixçəsi olan İngiltərə

krallarının tacını bəzəyən «Qaragül»dür. «Qara ‐

gül»ün çəkisi 50 karat idi. Amma tarixdə bun‐

dan da böyük mirvarilər olub. Təbii mirvarilər

arasında ən böyüyü hazırda Londonda Cənubi

Kensinqtondakı muzeydə saxlanılır. Onun

çəkisi 450 karatdır. İspaniya kralı II Filippə

(1527–1598) məxsus mirvarinin çəkisi 137

karat idi. Әsrlər boyu sadə insanlardan tutmuş

imperatorlara, krallara qədər hamı nın diqqətini

cəlb edən mirvari, litotera  piyanın da metodları

81

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə