Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə40/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   36   37   38   39   40   41   42   43   44

sırasında özünə layiqli yer tutub. Hələ qədim

dövrlərdən litoterapiyaya mirvarinin ürək

xəstəliklərinin dərmanı olması məlum idi.

Litoterapevtlər kəskin ürək ağrıları zamanı

kiçikölçülü mirvarini dilin altında saxlamağı

məsləhət görür dülər. Mirvari ağrıları götürür,

ürək döyün 

tülərini, aritmiyanı sakit 

ləşdirir,

itirilmiş gücü bərpa edirdi. Bəzi iddialara görə,

mirvari insanı cavan saxlayır, sek sual həssaslığı

artırır, cinsi fəaliyyəti qaydaya salır. Bundan

başqa, onun beyin xəstəliklərində, zəhərlən ‐

mələrdə kömək etdiyi də məlumdur. Göz

sinirlərinin və başqa göz xəstəliklərinin müali ‐

cəsində, həmçinin «toyuq korluğu»nda da

mirvaridən istifadə olunur. Litoterapevtlər

bildirirlər ki, mirvari görmə itiliyini artırır.

Bundan başqa, bu qiymətli daş qanı təmiz ‐

ləyir, onun al‐qırmızı rəng almasına səbəb

olur. Mirvari insanı qorxudan, stresdən qoru‐

maqla yanaşı, qızdırmanı, dizenteriyanı, yuxu ‐

suzluğu, miqreni, babasili müalicə edir. Ondan

böyrək, qaraciyər, öd xəstəliklərində də

istifadə olunur. Dişlərə parıltı verir, ağızdan

pis qoxunu uzaqlaşdırır. Mirvari hamilə

qadınlar üçün də çox faydalıdır, ana bətnində

dölü qoruyur. Yüksək temperatur zamanı ef‐

fektli vasitədir. Şəkərli diabet xəstələrinə,

astma tutmaları zamanı da çox köməyi olur.

Allergik reaksiyalarda müsbət təsiri var.

Qədim hind təbabəti isə möhkəmləndirici

vasitə kimi, kiçikölçülü mirvarilərin saxlanıl ‐

dığı suyu içməyi məsləhət görür. Bunun üçün

xırda mirvarilər gecədən suya qoyulmalıdır.

Belə hesab olunur ki, bu su orqanizmdə

maddələr mübadiləsini tənzimləyir, kəskin

göz xəstəliklərində, soyuqdəymədə, endokrin,

qadın xəstəliklərinin müalicəsində yararlı sayılır.

Yaponiyada, hə a apteklərdə toz halında

mirvari satılır və buna tələbat böyükdür.

Yetişdirilmiş mirvarilərin zərgərləri qane

etməyən hissələri Cənub‐Şərqi və Cənub‐

Qərbi Asiya ölkələrində dərman vasitəsi kimi

istifadə olunur. Müasir dövrdə hazırlanan

dərmanların bir çoxunun tərkibinə mirvari qatılır.

Mirvari təkcə gözəl görünüşünə görə deyil,

mistik tərəflərinə görə də insanların, xüsusilə

qadınların diqqətini cəlb edir. Ta qədim za‐

manlardan mirvari xoşbəxtlik daşı sayılır. O,

sahibinə arzu və istəklərini həyata keçirmək

imkanı verir. Deyilənlərə görə, yuxuda mir‐

vari görmək gələcək uğurlardan xəbər verir.

Yuxuda mirvaridən düzəldilmiş hədiyyə

almaq isə var‐dövlətə işarədir. Keçmiş inanc ‐

lara görə, mirvari sevinc, xoşbəxtlik, var‐dövlət

gətirir, xoşbəxtlik talismanı sayılır. Elə bu üzdən

subay qızlara mirvaridən hazırlan mış zinət

əşyaları istifadə etmək məsləhət görülür. Mir‐

vari qaşlı üzük insanı əliəyri lik dən, düşünül ‐

məmiş, düzgün olmayan addım lar atmaqdan

çəkindirir, sevgidə sadiqliyi qoruyur.

Başqa bir inama görə, mirvarinin rənginin

tutqunlaşması onun sahibinin ağır xəstəliyə

düçar olmasına, yaxud da tezliklə öləcəyinə

dair bir xəbərdarlıqdır. Təcrübə də göstərir ki,

xəstə insanların istifadə etdiyi mirvari sürətlə

sıradan çıxır, parıltısını daha tez itirir. Әgər

mirvari qəfildən xarab olmağa başlayırsa,

dərhal sağlamlığınızın qeydinə qalın. Bəzi

inanclara görə, mirvari ailəli adamlara yaxşı

təsir göstərir. Təsadüfi deyil ki, bir çox ölkə ‐

lərdə gəlin bəzəyi kimi mirvaridən isti fadə

olu nur. Qədim Romada təzə evlənənləri mir‐

vari boyunbağı ilə sarıyırdılar. Bu, ər‐arvad

sadiq liyinin simvolu sayılırdı. Çində gəlinin

baş geyimindən o qədər  mirvari düzülmüş sap

asırlar ki, gəlinin üzü görünməz olur. Bundan

başqa, üzərində mirvari gəzdirən insanlar

lovğalığı, iddianı, şöhrətpərəstliyi bir kənara

qoyur, səhvini düzəltməyə çalışır. Bununla

belə, qara mirvari depressiya, hüzn, darıx ‐

dırıcılıq gətirir. Gənc qadınlara onu daşımaq

məsləhət deyil. Deyilənlərə görə, qara mirvari

gəzdirən qadınlar tez dul qalırlar.

Qiymətli daş‐qaşlar arasında mükafat

şəklində təqdim olunanı da mirvaridir. Hələ

qədimdən Romada kvadriqlərin (iki təkər

üzərində dörd ata qoşulu antik araba) yarı ‐

şında qalib üçqat mirvari boyunbağı ilə müka ‐

fatlandırılırdı. Çingiz xan dönəmində mirvari

var‐dövlət, hökmdarlıq, əzəmət, qüvvət sim vo lu

idi.

Qeyd etdiyimiz kimi, digər zinət əşyala ‐



rından fərqli olaraq, mirvari 100–150 il olduğu

kimi qalır, sonra sıradan çıxır. Tədqi qatçılar,

zərgərlər təcrübədən çıxış edərək bildirirlər ki,

mirvarinin tez «qocalmaması» üçün ondan



82

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




daim istifadə etmək lazımdır. Mirvarini günəş

altında tutmaq məsləhət deyil. Çünki isti onu

sıradan çıxarır. Hə a insan bədəninin hərarəti

də onu xarab edir. Kosmetika, saç lakı, tər,

çirk, buxar, yağ, müşkün kəskin qoxusu mir ‐

va riyə ziyandır. Mirvarinin korlan maması üçün

onu səliqəli daşı maq və ara‐sıra təmizləmək

lazımdır. Duzlu su və sabunla yumaq məslə ‐

hət görülür. Bundan başqa, mirvarini paltarın

üstünə taxanda rəngi solmağa başlayır.



Kəhrəba

Kəhrəba (əmbər) –  ağac qatranından əmələ

gəlmişdir. Qatran uzun müddət (30–40 mln. il)

dənizin dibində gilin içərisində qalaraq kəh ‐

rəbaya çevrilir. Onun tərkibində 79% karbon,

10% oksigen və 11% hidrogen vardır. Kəhrəba

izol yatordur. Ondan kəhrəba turşusu, tibb pre ‐

paratları və reaktivlər istehsal edilir.

Milyonlarla il əvvəl meydana gələn kəh ‐

raba (parçalar halında), əsasən, zərgərlikdə

istifadə olunur. Kəhrəba həddindən artıq şəffaf

olduğu üçün tərkibindəki hava qabarcıqları

aydın şəkildə görünür. Kəhrəbalar, adətən,

qızılı‐sarı, və açıq‐sarı rənglərdə olur. Qızılı‐

sarı kəhrəbalar sürtünmə nəticəsində elektrik ‐

lənirlər.

Təbii kəhrəbalar olduğu kimi, süni kəh ‐

rəbalar da geniş yayılıb. Onları bir‐birlərindən

fəqləndirmək olduqca asandır. Süni kəhrə ba ‐

ların əksəriyyəti boyanmış olur. Bunlar yaşıl,

bənövşəyi, mavi, qırmızı rənglərdir. Təbii

kəhrəbaları yandırdıqda şam qoxusu, süni

kəhrəbanı yandırdıqda sintetika, plastik və ya

şüşə qoxusu gəlir. Süni kəhrəbalar şüşə, plas‐

tik və ya sintetik qatrandan hazırlanır. Bir də

süni, kəhrəbalar tərli dəriyə toxunduqda qaşıntı

verir. Kəhrəba həddindən artıq yüngül və ya

həddindən artıq ağırdırsa, bu, süni kəhrəbadır.

Həmçinin tərkibində hava qabarcıqları daha

çox olan kəhrəbalar da süni kəhrəbalardır. 

Kəhrəba, əsasən, Baltik dənizi, Burma,

Livan, Sicilya, Meksika, Rumıniya, Kanada,

Almaniyadan çıxarılır.

Kəhrabanın insan üçün faydaları:

1. Boğaz infeksiyalarına qarşı faydalıdır. 

2. Boğaz urunun (zob) qarşısını alır. Varsa,

böyüməsini və tədricən əriyib yox

olmasını təmin edir. 

3. Qulaq ağrılarını sağaldır. 

4. Böyrək, sidik kisəsini, dalağı tənzim lə ‐

yir, fəaliyyətini nizamlayır. 

5. Astma bronxit kimi tənəffüs yolları xəstə ‐

liklərinin müalicəsində əvəzolunmazdır. 

6. Allergiyaların qarşısını alır. Bir çox

allergiyaları sağaldır. 

7. İnfeksiyaların yayılmasının qarşısını alır. 

8. Ağrı və sancı olan hissəyə kəhrəba daşı

sürtdükdə ağrını kəsir. 

9. Sol qolda və ya sol əldə olan kəhrəba

bədəni elektrik yığılmasından qoruyur.

Belə liklə, depressiyanın qarşısını alır. 

10. Həzm sisteminin, bağırsaqların fəaliy ‐

yə tini  nizamlayır. 

11. Sinir sistemini gücləndirir. Sümük iliyi

çatışmazlığına faydalıdır. 

12. Mənfi enerjini müsbət enerjiyə çevirir. 

13. Özünə inamı artırır.



Almaz TAĞIYEVA, 

k.ü.f.d., dosent

Vüsalə MİRZӘBӘYOVA

Eyzəngül QӘMBӘROVA

83

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə