Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə43/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   36   37   38   39   40   41   42   43   44

88

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014

Zeytun insanlar tərəfindən becərilən

qədim meyvə bitkisidir. Qədim əfsanəyə görə,

Həzrəti Nuh tufanı sakitləşdirəndən sonra ağ

göyərçin zeytun ağacından balaca bir budağı

Həzrəti Nuha bağışlamışdır. Ona görə də o za‐

mandan  həm göyərçin, həm də zeytun bitkisi

müqəddəslik rəmzi kimi tanınmışdır.

Qədim yunanlar üçün zeytun milli bitki ol‐

maqla onların məişətinə və mifologiyasına

dərindən daxil olmuşdur. Qədim yunanlar

zeytun budaqlarından möhkəmlik və əyil ‐

məzlik rəmzi kimi qəhrəmanlara və olimpiya

qaliblərinə çələng hörərdilər. İ.A.Jiqareviç

(1955),  İ.M.Axundzadə,  Z.Hə sə novun  yazdıq ‐

larına görə, zeytunun vətəni, onun ilk forma

əmələgəlmə mərkəzi Aralıq dənizi hövzəsi re‐

gionunun şərq hissəsi: Suriya, Cənubi Türkiyə

və Egey dənizi böl gəsində yerləşən adalardır.

Qədim misirlilər eramızdan çox əsr əvvəl

zeytunun becərilməsini bilirdilər. Zeytun

Yunanıstandan İtaliyaya və oradan digər qərb

ölkələrinə yayılmışdır. Zeytunun müasir

yayılma arealı çox genişdir. Z.Həsənov yazır

ki, zeytunun yayılması şərqdə İraqdan və

Şimali İrandan başlayaraq Orta Asiya  və

Әfqanıstana  qədər, qərbdə isə Amerika qitə ‐

sinə qədər yayılıb. Amerika qitəsində zeytun

ən çox Meksika, ABŞ, Peru, Çili, Argentina,

Afrika qitəsində, Cənubi Afrika ölkələrində,

həmçinin Avstraliya qitəsində və Yaponiyada

yayılmışdır.

Zeytun bitkisi Aralıq dənizi hövzəsi

dövlətlərində əhalinin əsas qida məhsulları

sırasına daxil olaraq bu ölkələrdə  sənaye

əhəmiyyəti kəsb edir.

ZEYTUNUN ӘHӘMİYYӘTİ BARӘDӘ

Allah‐taalanın insanlara yolladığı müqəd ‐

dəs «Qurani‐Kərim»in 8‐ci surəsində zeytu‐

nun xeyirli bitki olduğu göstərilir. Bu onu

göstərir ki, insanlar bu bitkinin xeyirli olma ‐

sını çox qədim zamanlardan başa düşüblər.

Zeytun meyvələrinin quru lətində 50–73% yağ

var. Bitki yağları içərisində zeytun yağı ən

yüksək kaloriyə malikdir. İ.A.Jiqareviçin yazdı ‐

 ğına görə, bu yağda 930 kilokalori olduğu

halda kərə və ərinmiş yağlarda 750–780, qoz

yağında 350, şəkərdə isə cəmi 158 kilokalori

var. Bundan başqa zeytun meyvəsinin

tərkibində şəkər, «C» vitamini, A‐karotin‐pro ‐

vi tamini, B2 vitamin qrupu və insan orqaniz ‐

minə lazım olan çoxlu mineral duzlar var. Son

illər Azərbaycan alimləri tərəfindən zeytun

yarpaqlarında bir sıra bioloji maddələr:

qlükozid, flavonoid, üzvi turşular olduğunu

müəyyən etmişlər. Zeytun meyvəsinin ayrı‐

ayrı hissələrinin tərkibində kimyəvi maddə ‐

lərin miqdarı eyni olmur. Zeytun meyvə

hissələrinin  tərkibində kimyəvi maddələrin

miqdarı faizlə paylanır (cədvəl 1).

Meyvədə yağın əksəriyyəti meyvənin lət

hissəsində toplanır. Deməli, meyvə nə qədər

Meyvənin hissələri

Su

Yağ



Yaş 

zülal


Sulu 

karbonlar

Kül

Lət hissəsində



20,64

60,0


6,8

9,9


2,66

Qabığında

4,2

5,2


15,6

70,3


4,16

Toxumunda

6,2

12,3


13,8

65,6


2,16


iri olarsa, toplanan yağın miqdarı da (mey ‐

vənin quru çəkisinə nisbətən) o qədər çox olur.

Zeytun yarpaqları ürək xəstəliyinin

müalicəsində çox faydalıdır. Yarpaqlardan

hazırlanan cövhərdən qan təzyiqinin aşağı

salınmasında, tənəffüs orqanlarının müali 

cəsində, ürək‐damar sisteminin fəaliyyətinin



yaxşılaşdırılmasında istifadə edilir. Zeytun

yarpağının dəmləməsi və ya şirəsi qız dır manı

aşağı salır, qanaxma hallarında  imalə şəklində

istifadə edilir.

Yetişməmiş meyvəsinin təpitməsi baş

dərisinin kəpək verməsinin qarşısını alır. Zey‐

tun yağı mədəni yumşaldır, öd daşı və

qaraciyər sancıları zamanı istifadə edilir.

Böyrək və sidik kisəsinin xırda daşlarını

tökmək üçün 14 misqal zeytun yağını isti su

ilə qatıb qəbul edirlər. Әzələ ağrıları zamanı

bədəni zeytun yağı ilə yağlamaq məsləhət

görülür. Zeytun yağı komponent kimi yanıq

məlhəmlərinin tərkibində sağaldıcı dərman

kimi işlədilir.

Zeytunun nazik zoğlarını saxsı qaba

yığaraq kömürləşənə qədər yandırır, bundan

sürmə kimi istifadə edirlər. Zoğları yandıran

zaman ondan çıxan su dəri xəstəlikləri və

başqa yaralar üçün xeyirlidir.



Saç uzanması üçün maska:

2 muskat qozu, 2‐3 ədəd mixək, zeytun

yağı. Muskat və mixəyi əzib toz halına

gətiririk, sonra zeytun yağı ilə qarışdırırıq.

Məhlulu qarışdırıb ağzı bağlı qabda 3 gün

saxlayırıq. Həmin məhlulu saça  sürtüb 5–6

saat gözlədikdən sonra yuyuruq. Belə etdikdə

saçlar tökülmür, hə a saçlarda uzanma

müşahidə olunur.

Dodaqlar üçün maska:

Bunun üçün 1 damcı zeytun yağı götürüb,

asta‐asta  masaj şəklində  yuxarı‐aşağı dairəvi

şəkildə dodaqlara sürtmək lazımdır. Çalışmaq

lazımdır ki, yağ dodaqlara hopsun. Hamar və

gözəl dodaqlara sahib olmaq üçün bahalı SPA

salonlara getməyə ehtiyac yoxdur. Ev şə raitin ‐

də həmin masajı etməklə buna nail olmaq olar.



Sızanaqlar üçün maska:

3 xörək qaşığı zeytun yağı ilə 4 xörək qaşığı

xörək duzu qarışdırılıb məcun halına salınır.

Sonra həmin məcun əllə üzə sürtülür. 2–3

dəqiqədən sonra ilıq sabunlu su ilə üz yuyu‐

lur. Bir həftə ərzində bunu hər gün tətbiq

etmək lazımdır. Sonrakı həftə isə həmin məcun

həftədə 2–3 dəfə təkrar üzə çəkilir. Üzün dəri ‐

sində yaxşılaşma hiss edilir, zeytun yağının

köməyilə təbii nəmlik qorunur, duz isə

məsamələri təmizləyir.

Maska ( üz dərisi üçün)

1 çay qaşığı bal, 1 çay qaşığı darçın, 1 çay

qaşığı zeytun yağı qarışdırıb həftədə 2 dəfə

üzə çəkilir. 10 dəqiqə sonra ilıq su ilə yumulur.

Bu maska üz dərisinin parlaqlığını artırır, qırış ‐

ları götürür, dərinin elastikliyini yüksəldir.

Mədə‐bağırsağın fəaliyyətini yaxşılaşdır ‐

maq, köpü aradan qaldırmaq üçün:

1 stəkan qatığa ½ çay qaşığı qırmızı istiot,

1 çay qaşığı nanə, 1 xörək qaşığı zeytun yağını

qarışdırıb, yatmazdan əvvəl içmək lazımdır.

Zeytun yağı qida üçün mühüm əhəmiy ‐

yətə malikdir. Ondan qiymətli konservlərin

hazır lan masında istifadə edilir. Statistikadan

məlum olur ki, zeytun yağı Türkiyədə bir ildə

adambaşına 1 kq işləndiyi halda, Yunanıs ‐

tanda 21 kq, İtaliyada 11,5 kq, İspaniyada 10,4

kq, Azərbaycanda isə bu rəqəm 0,025 kq‐a

bərabərdir.  

ZEYTUNUN BOTANİKİ TӘSVİRİ VӘ 

BİOLOJİ XÜSUSİYYӘTLӘRİ

Zeytun Olea cinsinə aiddir. Bu cinsin 80‐dən

çox növü məlumdur. Bu növlər tropik və sub‐

tropik ölkələrdə geniş yayılmışdır. Azər bay ‐

canda zeytunun yalnız bir  – Avropa (Olae

europea L)  növü  becərilir.

Zeytun 20 metrə qədər yüksələn, ucaboylu,

sıx budaqlı, qışda yarpaqlarını tökməyən

ağacdır. Yarpaqlar 3 ildən bir tökülür. Ağacın

gövdəsi yoğundur. Cavan budaqların qabığı

kül rəngindədir. Yaşlı hissələrinin qabığı qara‐

boz rəngdə olur və bir qədər cadarlanır. Çətiri



89

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə